Icma.az
close
up
RU
Bakının bir addımlığında ekofəlakət Toz tüstü vətəndaşı zəhərləyir (FOTO)

Bakının bir addımlığında ekofəlakət Toz tüstü vətəndaşı zəhərləyir (FOTO)

Icma.az, Azpolitika.az portalına istinadən məlumatı açıqlayır.

Qobu bu gün toz içindədir. Sabah həmin tozun dənəcikləri Bakı küləyi ilə bütün şəhərin üzərinə yayılacaq. Onda artıq məsələ bir kəndin deyil, bir ölkənin problemi olacaq.

Abşeronun Qobu qəsəbəsində tənəffüs etmək artıq əzaba çevrilib. Hər axşam kəndin üzərinə çökən boz duman, havaya yayılan ağır toz kütləsi sadəcə sənaye tullantısı deyil, bu, bir qəsəbənin həyatdan qoparılması, insan həyatına verilən dəyərin ayaqlar altına atılmasıdır. Qobuda kərpic zavodu fəaliyyət göstərir, amma sanki orada kərpic deyil, insanların nəfəsi bişirilir. İllərdir sakinlər pəncərələrini bağlayır, uşaqlar öskürə-öskürə yatır, ağacların yarpaqları boz örtüyə bürünür. Kəndin havası ağır, torpağı tozla qarışıq, həyətlərə kül kimi çökmüş zərərli maddələr insan sağlamlığını səssiz şəkildə məhv edir. Bu, artıq bir müəssisənin fəaliyyəti deyil, ekoloji fəlakətin mərkəzi nöqtəsidir.

Dövlət qurumları hər dəfə “monitorinq apardıq, cərimə yazdıq” deməklə kifayətlənir. Amma havada hələ də tüstü var. Cərimə ödənir, zavod işləməyə, insanlar isə toz içində nəfəs almağa davam edir. 2024-cü ildə qaz-toz tutucu qurğunun olmamasına görə protokol tərtib edilib, 2025-ci ildə isə yenidən eyni mənzərə, sanki heç nə dəyişməyib. Filtrlər kağızda var, gerçəkdə yox. Ən acısı odur ki, bu zavodun bacalarından çıxan tüstü təkcə atmosferi deyil, dövlətin vətəndaşa münasibətini də çirkləndirir. Çünki orada yaşayan insanlara “sizin nəfəsinizin qiyməti yoxdur” mesajı verilir. Hər dəfə eyni cümlələr səslənir: “Araşdıracağıq, ölçəcəyik, tədbir görüləcək.” Amma nəticə? Hər axşam eyni tüstü, eyni qoxu, eyni səssiz qətl.

“Ətraf mühitin mühafizəsi haqqında” Qanun isə yalnız kağız üzərində yaşayır. Qobuda zavodla evlər arasında demək olar ki, məsafə yoxdur. İnsanların həyəti ilə sənaye sahəsi birləşib. Uşaqlar tozun içində oynayır, analar paltarları evin içində asır, çünki çöldə toz yağış kimi yağır. Hər nəfəs bir zəhər dozasıdır. Bu zəhəri isə kiminsə laqeydliyi, kiminsə səhlənkarlığı təmin edir.

Bəli, sənaye inkişaf etməlidir. Amma insanın, torpağın, havanın məhvi bahasına yox. Qobuda baş verənlər bir zavodun deyil, bir sistemin günahıdır. Əgər bu gün bir kəndin üzərinə toz tökülürsə və heç kim məsuliyyət daşımırsa, sabah o toz Bakının, Sumqayıtın, bütün ölkənin havasına qarışacaq.

Bu, sadəcə ekologiya məsələsi deyil, vicdan və məsuliyyət məsələsidir. Qobu boğulur, amma onu qurtarmağa çalışan yoxdur. İnsanların səssiz fəryadı filtrlərin arasına ilişib qalıb. Hər nəfəsdə bir az ümid, bir az acı, bir az qəzəb var.

Əgər bu ölkədə insanın nəfəsi dəyərsizdirsə, onda hansı dəyərdən danışırıq? Qobuda hava ilə birgə insanlara verilən dəyər də çirklənir.

Samir Əsədli

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:128
embedMənbə:https://azpolitika.info
archiveBu xəbər 09 Noyabr 2025 12:30 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Gənclərimiz bundan sonra daha ayıq sayıq olmalıdırlar

23 Dekabr 2025 10:26see213

“Konstitusiya və Suverenlik İli” münasibətilə muzeylərə mediatur təşkil olunub FOTOLAR

23 Dekabr 2025 18:44see195

Bu ölkə yaşayış icazəsi və vətəndaşlıq tələblərini sərtləşdirir

24 Dekabr 2025 04:46see179

Elektron siqaretlər qadağan olunur Sahibkarlar xəbərdarlıq edir: Bizneslər bağlanacaq, insanlar işsiz qalacaq

23 Dekabr 2025 09:14see166

Nüşabə Ələsgərli: Bizim dövrümüzdə qızın müğənni olmağına yaxşı baxmırdılar

23 Dekabr 2025 11:03see154

Tərəqqi və rifah siyasəti Fotolar

23 Dekabr 2025 18:16see152

“Barışı ən çox Hande ilə yaraşdırıram” Gupse Özay

23 Dekabr 2025 20:41see151

Gümüşün qiyməti tarixi maksimumunu yeniləyib

23 Dekabr 2025 22:41see150

FHN ASAN Xidmətdə təlim keçirdi Foto

23 Dekabr 2025 11:05see147

Vizada dəyişiklik: Seçim artıq təsadüfi olmayacaq

24 Dekabr 2025 15:45see143

Mövsümi qripdən qorunmağın 5 yolu Mütəxəssisdən tövsiyə

23 Dekabr 2025 06:07see141

Ramin Axundov axtarışa verildi FOTO

23 Dekabr 2025 22:05see140

Cəlilabadda sakinləri təngə gətirən PROBLEM

23 Dekabr 2025 08:38see140

Kərkicahan Bir kənd, iki tale

24 Dekabr 2025 06:46see132

Prezidentin sərəncamı ilə bu şəxslərə 200 manat veriləcək Bayram ərəfəsində...

23 Dekabr 2025 11:03see131

“Səsi yaxşı çıxır, pis deyil” Ferstappen yeni “Formula 1” mühərrikinin səsini təriflədi

24 Dekabr 2025 01:02see130

Zaur Axundov “Araz Naxçıvan”ın avrokubok şansını bitirdi! bir qərara sözardı

24 Dekabr 2025 00:11see129

Binəqədi sakinlərindən ETİRAZ: “Prezidentə necə çatdıraq ki, icra hakimiyyəti işləmir” Şikayətçi (FOTOLAR)

23 Dekabr 2025 11:50see128

Ən simic bürclər Pul xərcləmirlər

24 Dekabr 2025 03:24see127

“Yaxınlaşıb dedi ki, ərim səni sevir”

24 Dekabr 2025 00:44see125
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri