Icma.az
close
up
RU
Turab Rzayev: “Korrupsiya skandalı Zelenskini özünə, ailəsinə doğru yaxınlaşır”

Turab Rzayev: “Korrupsiya skandalı Zelenskini özünə, ailəsinə doğru yaxınlaşır”

Icma.az xəbər verir, Hurriyyet saytına əsaslanaraq.

“Əslində, Zelenski ABŞ-ın təkliflərini qəbul etmiş kimi görünür. Çünki ABŞ-a qarşı Zelenskinin sərt reaksiyası sonda Ukraynaya gələn maddi yardımın və silah yardımının kəsilməsi ilə nəticələnir və ABŞ tərəfindən çox ağır təzyiqlərə məruz qalır”. 

Bu barədə Hurriyyet.az-a politoloq Turab Rzayev Ukrayna-Rusiya arasındakı mövcud durumu şərh edərkən deyib.
“Zelenskinin ətrafındakı korrupsioner məmurlar ifşa olunur, getdikcə bu halqa daralır, onun özünə doğru gəlir. Zelenskinin partiyasındakı deputat, ən yaxın ortağı, Prezident Administrasiyasının rəhbəri, baş qərargah rəisi-bütün bunlar hamısı korrupsiya skandalına qurban gediblər və düşünürəm ki, bu skandal getdikcə Zelenskini özünə, ailəsinə doğru yaxınlaşır”-politoloq əlavə edib. 
T.Rzayev bildirib ki, ABŞ birmənalı şəkildə təkliflərinə “hə” cavabı verilməsini istəyir: “Amma Zelenski birbaşa “yox” deyə bilmədiyinə görə, fərqli nüansları müzakirəyə çıxarır və müzakirələr sonrası əlavə təkliflər verir ki, bu da sadəcə müzakirə prosesini uzadır. Bunlardan biri də iqtisadi zonalarla bağlıdır. ABŞ təklif edir ki, Donetskdə, Luqanskda yerdə qalan əraziləri Ukrayna tərəfi boşaltsın və Rusiyanın nəzarətinə keçsin, amma orada ordu yerləşdirilməsin. Zelenski bunu əhalinin diqqətinə çatdırmaq istəyir. Aydın məsələdir ki, Ukrayna əhalisi bunu qəbul etmək istəməyəcək. Belə olan halda, Zelenski dolayı yolla bu plana “yox” demiş olacaq. Digər tərəfdən, ABŞ maksimum Zelenskini sıxışdırmağa çalışır. Bu yaxınlarda həm Uitkoff, həm də Trampın kürəkəni Kuşner açıq şəkildə Zelenskidən bu planla bağlı yekun fikir deməyini istəmişdi. O isə bildirmişdi ki, hələ bu planı oxumayıb. Əlbəttə ki, bu, absurddur, onun bu planı oxumaq üçün imkanı olmadığını düşünmürəm, amma sadəcə olaraq cavab vermək  üçün gecikdirir. Başqa bir tərədən  görür ki, Avropa İttifaqı maksimum şəkildə Ukraynaya dəstək verir”. 
““The Economist”, “ The Guardian” yazılarında açıq şəkildə bildirirlər ki, Rusiya kövrəlib, zəifləyib, artıq müharibəni davam etmək imkanı yoxdur. Ona görə də Ukraynanı zəif, ucuz şərtlərlə Rusiyaya qurban vermək olmaz. Ona görə, Ukraynaya dəstək olmaq lazımdır, nəinki ucuz şərtlərlə məcbur etmək”,-deyə politoloq nəzərə çatdırıb.
T.Rzayev diqqətə çatdırıb ki, faktiki olaraq burada Avropa dövlətləri də, Böyük Britaniya da ABŞ-ın planına qarşı çıxış edirlər və Zelenskini dətəkləyirlər: “Ona görə, düşünürəm ki, Zelenski maksimum şəkildə bu şərtləri uzadacaq və sonunda yeni bir plan hazırlayıb, ABŞ-a təqdim edəcəklər ki, bu da faktiki olaraq Tramp planının qəbul edilməməsi və bölgədə müharibənin davam etməsinə, sülhün, atəşkəsin əldə edilməməsinə səbəb olacaq”.
CAVİD

Share

Tweet

Email

Share

Share

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:96
embedMənbə:https://hurriyyet.az
archiveBu xəbər 12 Dekabr 2025 20:32 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

19 yaşlı rəssam Ülviyyə İman meyxananı Londona apardı FOTO

25 Yanvar 2026 07:57see287

Qəbələdə mağaza və çayxana yandı KONKRET

25 Yanvar 2026 09:47see258

Toyda qayınananın gəlinə baxışları GÜNDƏM OLDU VİDEO

25 Yanvar 2026 15:26see204

Bu il evlənəcəklər

26 Yanvar 2026 18:08see191

Rusiya istənilən dövrdə təhlükədir Navrotski

26 Yanvar 2026 09:20see187

Bundesliqa: Ştutqart darmadağına sevindi

26 Yanvar 2026 00:54see185

Çexiyalı könüllülər bir neçə günə Ukrayna üçün 4 milyon dollara yaxın vəsait toplayıb

25 Yanvar 2026 04:32see180

ABŞ Cənubi Qafqazda kimə nə verir: məhsul, yoxsa rol bölgüsü? TƏHLİL

26 Yanvar 2026 14:18see167

Milli Məclislə Bəhreyn Krallığı Nümayəndələr Şurası arasında anlaşma memorandumu imzalanıb

25 Yanvar 2026 20:58see162

Gülaya ondan QADAĞA: “İstəmir, icazə vermir…”

25 Yanvar 2026 02:33see160

Hər gün 5 dəqiqə bunu et və ömrünü uzat

25 Yanvar 2026 02:49see158

Suriyada MN YPG yə 15 gün vaxt verdi

25 Yanvar 2026 00:41see158

İranlı həkimdən ŞOK SÖZLƏR Etirazlarda öldürülən 1000 nəfərin… KONKRET

25 Yanvar 2026 20:41see148

A Seriyası: Komo Torino nu meydana çıxdığına peşman etdi

25 Yanvar 2026 02:48see146

Azərbaycan Premyer Liqası: Sabah Karvan Yevlax la qarşılaşacaq

25 Yanvar 2026 09:30see145

“Liverpul”un paylaşımında hörmətsizlik, yoxsa diqqətsizlik? FOTO

26 Yanvar 2026 21:43see145

Martda ata olacaqdı, sevinə sevinə işə gedirdi Ağır qəza 25 yaşlı gəncin həyatına son qoydu

26 Yanvar 2026 01:43see143

Trampın Sülh Şurası: BMT yə qarşı siyasi cihad

25 Yanvar 2026 15:28see141

SOCAR ın əməkdaşı qəzada öldü Fotolar

25 Yanvar 2026 11:33see136

Bunları edin, dırnaqlarınız möhkəm olacaq

26 Yanvar 2026 05:11see135
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri