Icma.az
close
up
RU
Menu

Şuşa qəhrəmanlığın rəmzi

Sosial medianın dinlənilməsi və monitorinqi ictimai rəyi öyrənmək, rəqibləri təhlil etmək və effektiv kommunikasiya strategiyası qurmaq

Ərdoğan Putini “Türk evi”nə niyə buraxmadı? REAKSİYA

AAYDA nın 5 əməkdaşı göbələkdən zəhərləndi ADLAR

Aqroparkda ağır vəziyyət: Öhdəlikləri aktivlərini 2,7 dəfə üstələyib, yığılmış zərəri 22 milyon manata yaxınlaşıb

Bakı ilə bağlı vacib xəbərdarlıq: 30 dəqiqə bəs edəcək TARİXLƏR KONKRET

Yod çatışmazlığına nə kömək edir? Həkimdən AÇIQLAMA

Fəxriyyə Xələfova “Muzeydə kino” layihəsiçərçivəsində Xurşidbanu Natəvana həsrolunmuş filmini təqdim edəcək (Video)

Trampın məğlubiyyəti və Tehranın İrəvan hədəsi: Bunları nə birləşdirir?

Hər gün qəhvə içsəniz, öd kisəsinin funksiyasına təsir edə bilər

Trampın qarşısında fərqli siyasi qüvvələrdən ibarət Konqres formalaşır

2 milyardlıq səhm əməliyyatının sonu həbslə nəticələndi

Rusiya şirkətləri iflas “sunami”si ilə əhatə olunub...

Bir matçda 53 qırmızı vərəqə göstərildi Futbol tarixində rekord Video

Daşkəsəndə yeni MMC yaradıldı Baş nazirdən QƏRAR

Şah Abbasın, Sultan Əhmədin görüş yeri Nadir şahın tacqoyma mərasimi bu rayonumuzda keçirilib

Xaricdən onlayn alış veriş edənlərin nəzərinə

Polis Akademiyasının kursantları Zəfər Gününə həsr olunmuş fləşmob təşkil ediblər

Kuryerlərin vergiyə cəlb olunması Qiymətlər artacaq?

Ölkənin bir rayonunda sabah QAZ olmayacaq

“Turan birliyi”ndə çat? Dörd türk ölkəsinin bu addımı...

“Turan birliyi”ndə çat? Dörd türk ölkəsinin bu addımı...

Hurriyyet portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Orta Asiyadakı türk dövlətlərinin anlaşılmaz hərəkəti suallar yaratdı

Mərkəzi Asiyanın türk respublikaları yunan Kipri ilə diplomatik münasibətlər qurmağa davam edir. Qazaxıstan və Özbəkistanın ardınca Türkmənistan da Kipr Respublikasında səfirlik açıb. Bu barədə “Bakı-Xəbər” yazıb.

Türk Dövlətləri Təşkilatının (TDT) Şimali Kipr Türk Cümhuriyyəti (ŞKTC) və onun prezidentinə isti münasibət göstərdiyi bir zamanda belə addımların atılması diqqət çəkir. Bundan başqa, son zamanlar ŞKTC-dən Ankaraya bəzi çağırışlar eşidilir.

Qeyd edək ki, Qazaxıstan, Özbəkistan, Qırğızıstan və Türkmənistan bir neçə gün öncə Şimali Kipr Türk Cümhuriyyətinə (ŞKTC) qarşı qətnaməni dəstəkləyib. Səsvermə Avropa İttifaqı və Mərkəzi Asiya ölkələrinin Səmərqənddə keçirilən birinci sammiti çərçivəsində baş tutub. Bəzi ekspertlər artıq bu qərarla bağlı kəskin mövqe ifadə edərək, bunu Türkiyəyə “geosiyasi zərbə” və “xəyanət aktı” adlandırıblar.

Maraqlıdır, Türk Dövlətləri Təşkilatı hara gedir? TDT-nin parçalanması təhlükəsi varmı? Bakının bu məsələdə mövqeyi necədir?

Aydın Quliyev 

Siyasi şərhçi Aydın Quliyev “Yeni Müsavat”a bildirdi ki, Şimali Kipr Türk Cümhuriyyətinin ayrıca bir dövlət kimi tanınması perspektivlərinin açıldığı indiki şəraitdə Türk Dövlətləri Təşkilatında və KKTC ilə bağlı baş verən hadisələr təəssüf doğurur: "Bunlar 50 ildən artıq bir müddət ərzində Şimali Kipr Türk Cühuriyyəti üçün çəkilmiş böyük zəhmətlərin yerə vurulması kimi təhlükəli perspektiv doğurur. Əlbəttə, TDT 21-ci əsrin ilk və ən perspektivli regional beynəlxalq təşkilatı kimi qiymətləndirilir. Bu gün bu qiymət yerindədir və TDT-nin mühüm beynəlxalq bir platformaya çevrilə biləcəyi ümidləri hələ tükənməyib. Qazaxıstan, Özbəkistan, Türkmənistan kimi dövlətlərin Şimli Kiprin suverenlik maraqlarına xidmət etməyən addımlar atması heç də yaxşı hal deyil. Bu addımlar həm də TDT-nin ən böyük dövləti olan Türkiyənin mənafeləri ilə bir araya sığmır və dövlətlərin arasında birliyə ziyan vurur, həm də Şimali Kipr Türk Cümhuriyyətinin müstəqil bir dövlətə çevrilməsini sual altında qoyur. Bilirik ki, bu Cümhuriyyətin dünyada tanınması daha çox TDT-nin bir platforma olaraq güclənməsindən xeyli dərəcədə asılıdır. Bu gün türk dövlətlərinin bir neçəsinin yunan Kipri ilə diplomatik münasibətlər qurması və hətta daha da irəli gedərək yunan Kiprinin ərazi bütövlüyü və susverenliyini tanımaları normal sayıla bilməz. TDT-nin möhkəmlənməsinə maneə olan bəzi problemlərin üzərinə yenilərinin əlavə edilməsi zərərlidir. TDT-ni güclü, vahid monolit təşkilata çevirmək istəyiriksə, onun daxilində ayrıntılı, separatçı addımlar olmamalıdır”.

Əli Orucov

Siyasi şərhçi Əli Orucov bildirdi ki, 2009-cu ildə Prezident İlham Əliyev və Türkiyə Prezidenti Rəcəb Teyyub Ərdoğanın təşəbbüsü ilə Naxçıvan şəhərində yaradılan Türk Dövlətləri Təşkilatı müstəqil türk dövlətlərinin inteqrasiyasını və əməkdaşlığını daha da dərinləşdirmək məqsədi güdür: "Ötən müddət ərzində xeyli yol qət edilib və irəliləyişlərə nail olunub. Bir sıra beynəlxalq və regional məsələlərdə ortaq mövqe sərgiləyib. Lakin bəzən hədəflərdən sapınmalar da müşahidə edilməkdədir. Türkdilli dövlət olan Türkmənistan müxtəlif bəhanələrlə bu təşkilata tamhüquqlu üzv kimi qoşulmaqdan yayınır. Son vaxtlar isə Aşqabadla İrəvan arasında əlaqələrdə dinamika özünü göstərməkdədir. Yaxud Özbəkistan və Qazaxıstanın yunan Kipri ilə münasibətlərin genişləndirilməsinə birtərəfli qaydada  üstünlük vermələri TDT-nin qarşısına qoyduğu hədəflərlə uyğun gəlmir və müəyyən suallar doğurur. Xüsusən də Avropa İttifaqının bir neçə gün öncə Mərkəzi Asiya dövlətləri ilə keçirdiyi birgə sammitdən sonra təklif olunan 12 milyard avroluq investisiya paketindən sonra sərgilənəcək mövqe diqqətçəkəndir. Qərbə açılmağa çalışan TDT dövlətləri kollektiv maraqlardan çıxaraq milli maraqlarını üstün tutacaqları halda təşkilatın gələcəyinə təsirsiz ötüşməyəcəyi fikri formalaşdırır. Mərkəzi Asiyanın türk dövlətləri Çin və Rusiyanın basqılarını azaltmaq üçün Aİ-ni alternativ kimi görür. Məhz bu baxımdan da ittifaqın üzvü olan Yunanıstanla və yunan Kipri ilə yaxınlaşmağı məqbul hesab edirlər. Bu isə Ankaranın maraqlarına toxunan haldır. Bunu təbii ki anlamamış deyillər. Lakin  ola bilsin Ankaranı dilə tutub, könlünü də almadan Nikosiya və Afina ilə münasibətləri bu cür isti davam etdirə bilməzlər. Görünür, Avropa İttifaqı sərmayəni elə-belə qoymur və burada siyasi tələblər də var. Həmin tələblərdən biri də Kipr məsələsinə göstəriləcək mövqedir”.

Ə.Orucov qeyd etdi ki, ŞKTC beynəlxalq ictimaiyyət tərəfindən tanınmır və keçmiş BMT baş katibi Kofi Annanın təklifini yunan Kipri rədd etdi və ŞKTC-ni beynəlxalq izolyasiyada saxlamaq siyasəti yürütməyə çalışdılar. Həmin siyasət davam etdirilməkdədir: “Avropa İttifaqı ilə əlaqələrə və ittifaqın investisiyasına can atan Mərkəzi Asiya türk dövlətləri, görünür, bu amili nəzərə ala bilməyiblər. Hər bir suveren və müstəqil dövlət yürütdüyü xarici siyasətində və maraqlarının qorumasında sərbəstdir. Ancaq burada dost və müttəfiq dövlətlərin maraqlarına da toxunmaq olmaz. Ola bilsin, Qərbin siyasi və maliyyə dəstəyi indiki halda Mərkəzi Asiya dövlətlərini şirnikləndirsin, ancaq təcrübə göstərir ki, Qərb yalnız öz mənafeləri baxımından addım atır və istənilən an 180 dərəcə dəyişə bilir. Amma qardaşlıq, dostluq və ortaq dəyərlər əbədi qalır. TDT-də məhz bu faktorlar üstünlük təşkil etdiyindən yürüdülən siyasət hamı üçün məqbul olmalıdır. Təqdirəlayiq haldır ki, Azərbaycanın dost və qardaş ölkələri ilə, həmçinin ŞKTC ilə münasibətləri həmişə dürüst və aydın olub. Bu gün ADA Universitetində "Yeni dünya nizamına doğru" mövzusunda keçirilən beynəlxalq forumda Prezident İlham Əliyevin hər zaman Şimali Kiprdəki qardaş və dostların yanında olacağını bir  daha bəyan etməsi Azərbaycanın həm dünyaya, həm də TDT-də təmsil olunan və yunan Kipri ilə yaxınlaşmağa davam edən Mərkəzi Asiya dövlətlərinə bir mesajdır".

Etibar SEYİDAĞA

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:189
embedMənbə:https://hurriyyet.az
archiveBu xəbər 10 Aprel 2025 22:22 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Şuşa qəhrəmanlığın rəmzi

05 Noyabr 2026 12:13see627

Sosial medianın dinlənilməsi və monitorinqi ictimai rəyi öyrənmək, rəqibləri təhlil etmək və effektiv kommunikasiya strategiyası qurmaq

05 Noyabr 2026 11:32see299

Ərdoğan Putini “Türk evi”nə niyə buraxmadı? REAKSİYA

06 Noyabr 2026 10:53see289

AAYDA nın 5 əməkdaşı göbələkdən zəhərləndi ADLAR

06 Noyabr 2026 09:04see277

Aqroparkda ağır vəziyyət: Öhdəlikləri aktivlərini 2,7 dəfə üstələyib, yığılmış zərəri 22 milyon manata yaxınlaşıb

06 Noyabr 2026 09:31see271

Bakı ilə bağlı vacib xəbərdarlıq: 30 dəqiqə bəs edəcək TARİXLƏR KONKRET

06 Noyabr 2026 09:07see250

Yod çatışmazlığına nə kömək edir? Həkimdən AÇIQLAMA

05 Noyabr 2026 09:05see249

Fəxriyyə Xələfova “Muzeydə kino” layihəsiçərçivəsində Xurşidbanu Natəvana həsrolunmuş filmini təqdim edəcək (Video)

05 Noyabr 2026 17:49see243

Trampın məğlubiyyəti və Tehranın İrəvan hədəsi: Bunları nə birləşdirir?

06 Noyabr 2026 10:42see238

Hər gün qəhvə içsəniz, öd kisəsinin funksiyasına təsir edə bilər

05 Noyabr 2026 12:14see230

Trampın qarşısında fərqli siyasi qüvvələrdən ibarət Konqres formalaşır

05 Noyabr 2026 11:12see227

2 milyardlıq səhm əməliyyatının sonu həbslə nəticələndi

06 Noyabr 2026 09:08see214

Rusiya şirkətləri iflas “sunami”si ilə əhatə olunub...

05 Noyabr 2026 20:52see203

Bir matçda 53 qırmızı vərəqə göstərildi Futbol tarixində rekord Video

05 Noyabr 2026 04:46see202

Daşkəsəndə yeni MMC yaradıldı Baş nazirdən QƏRAR

05 Noyabr 2026 22:04see202

Şah Abbasın, Sultan Əhmədin görüş yeri Nadir şahın tacqoyma mərasimi bu rayonumuzda keçirilib

05 Noyabr 2026 20:01see201

Xaricdən onlayn alış veriş edənlərin nəzərinə

05 Noyabr 2026 23:29see194

Polis Akademiyasının kursantları Zəfər Gününə həsr olunmuş fləşmob təşkil ediblər

06 Noyabr 2026 17:01see187

Kuryerlərin vergiyə cəlb olunması Qiymətlər artacaq?

05 Noyabr 2026 13:56see187

Ölkənin bir rayonunda sabah QAZ olmayacaq

05 Noyabr 2026 21:33see185
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri