Turan Tovuz Berdıyev üçün apellyasiya şikayəti edəcək
Qol.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
"Turan Tovuz" baş məşqçisi Kurban Berdıyevin 4 oyunluq cəzalandırılması ilə bağlı AFFA-nın Apellyasiya Arbitraj Tribunalına şikayət edəcək.
Bu barədə QOL.az saytına açıqlamasında klubun mətbuat xidmətinin rəhbəri Süleyman Tağıyev danışıb.
Ötən gün AFFA İntizam Komitəsinin iclası keçirilmiş və mütəxəssisə 4 matçlıq cəza təyin edilmişdi. Buna səbəb Azərbaycan kubokunun 1/4 final mərhələsinin ilk oyunları çərçivəsində "Kəpəz"ə qarşı görüşdə etdiyi hərəkətlər olub. K.Berdıyevə hakimi itələdiyinə görə birbaşa qırmızı vərəqə aldıqdan sonra hakimləri təhqir etdiyi üçün belə bir cəza verilib.
"Turan Tovuz" rəsmisi isə qərarla razılaşmadıqlarını və apellyasiya şikayəti edəcəklərini söyəyib: "Bu qərardan apellyasiya şikayəti verəcəyik. Etirazımız sırf baş məşqçinin cəzalanlandırılması ilə bağlıdır. Dörd oyunluq cəza ilə razı deyilik".
Qeyd edək ki, K.Berdıyev 2024-cü ildən bölgə təmsilçisini çalışdırır.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:118
Bu xəbər 12 Fevral 2026 13:58 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















