Icma.az
close
up
RU
Qərb derbisini Turan Tovuz qazandı, Berdıyev qovuldu

Qərb derbisini Turan Tovuz qazandı, Berdıyev qovuldu

Icma.az, Footbal-plus saytına istinadən bildirir.

1/4 final, ilk oyun
Turan Tovuz - Kəpəz 1:0 (0:0)

Turan Tovuz: 41. Sergey Samok, 32. Hayderson Urtado, 15. Emmanuel Hakman, 5. Roderik Miller, 7. Xorxe Silva, 23. Alexandro Serrano, 17. Rəhim Sadıxov (6. Fərid Yusifli, 79), 19. Roberto Olabe (10. Xəyal Nəcəfov, 61), 88. Faiq Hacıyev (k), 99. İbrahima Vaci (90. Joarlem Batista, 61), 11. Ayxan Hüseynov (9. Coş Cinnelli, 61).
Ehtiyat oyunçular: 1. Oleq Baklov, 4. Şəhriyar Əliyev, 14. Murad Dadaşev, 3. Enrike Silva, 8. David Tavareş.
Baş məşqçi: Kurban Berdıyev.
Kəpəz (Gəncə): 33. Yusif İmanov, 17. Ümid Səmədov, 29. Dioqo Verdaşka, 4. Mate Abuladze, 27. Məqsəd İsayev, 99. Əli Səmədov (k) (24. Olavale Onanuqa, 71), 11. Rəhman Hacıyev (5. Rauf Hüseynli, 79), 88. Şakir Seyidov, 77. Fərid Nəbiyev (14. Adama Fofana, 61), 21. Sadiq Şəfiyev (9. Luis Paçu, 46), 7. Ehtiram Şahverdiyev (10. Rinosuke Ohori, 46).
Ehtiyat oyunçular: 22. Məmməd Hüseynov, 81. Elgün Bayramov, 20. Elcan Əbilov, 23. Fərid Kələntərov, 66. Arzu Atakişiyev, 80. Şahnur İsmayılov, 83. Raul İsaqov.
Baş məşqçi: Azər Bağırov.
Qol: H.Urtado, 57.
Vərəqələr: X.Silva, 17 (qeyri-idman hərəkəti). İ.Vaci, 41 (qeyri-idman hərəkəti) - sarı.
Hakimlər: ƏLİ ƏLİYEV, Cəmil Quliyev, Gülnurə Əkbərzadə, Elvin Bayramov (hamısı Bakı).
VAR hakimi: Rəvan Həmzəzadə (Şəki).
VAR hakiminin köməkçisi: Teymur Teymurov (Bakı).
Hakim-inspektor: Rəhim Həsənov (Bakı).
AFFA nümayəndəsi: Zaur Hacıməhərrəmov (Bakı).
5 fevral. Bakı. “Azərsun Arena”. 300 tamaşaçı (4677 yerlik).
Birinci hissəyə 3, ikinci hissəyə 4 dəqiqə əlavə olunub.
"Turan Tovuz" premyer-liqada ötən mövsümü 4-cü yerdə başa vursa da, "Sabah"ın ölkə kubokunu qazanması planları pozdu. Çünki belədə mövsümü ilk "dördlük"dən kənarda bitirən "bayquşlar" Avropa Liqasına vəsiqə qazandı.

"Bozqurd" cari mövsümə daha iddialı başlayıb. Ehtiyatda "Qəbələ" ilə oyunu olmasına rəğmən, 3-cü pillədə qərarlaşan komanda avrokuboklara can atır. Ancaq bu o demək deyil ki, kuboka barmaqarası baxmaq, gücünü premyer-liqa üçün səfərbər etmək fikrinə düşəsən. Hər halda, elitadakı yerini qorumaq uğrunda mübarizə aparan "Kəpəz" də bu yarışda mümkün qədər çox irəliləmək fikrindədi. Odu ki, məcburiyyətdən ev oyunlarlnı Suraxanıda keçirən "Turan Tovuz"u çətin matçın gözlədiyi bəlli idi. Bu yöndə fikrimizi qətiləşdirmək üçün çox gözləməli olmadıq. 5-ci dəqiqədə Vacinin Abuladzenin kobud müdaxiləsi üzündən yerdə qalması cərimə zərbəsinin təyin edilməsinə səbəb oldu. Topun arxasına keçın Ayxan təxminən 25 metrdən birbaşa "çərçivə"ni nişan alsa da, Yusif özünü yaxşı tərəfdən göstərdi.
Düzdü, bundan sonra "Kəpəz"in hadisələrin axarına nəzarət etmək niyyətində olduğunu gördük. Ancaq "sarı-göylər"in həlledici məqamlarda qeyri-dəqiq ötürmələrə yol verməsi "bozqurd" üçün ciddi təhlükənin yaranmasına mane oldu. Bu yöndə tilsimin qırılması da gəncəliləri sevindirmədi. Çünki 17-ci dəqiqədə irəli atılan qonaqlar Rəhmanın ötürdüyü, Ehtiramın başla tora qovuşdurmaq istədiyi topun tirdən qayıtmasına şahidlik etdi. Ardından "Turan Tovuz" hesabı açmaq şansını boşa verdi. Silvanın sol cinaha daşıdığı hücumu Vaci qolla tamamlaya bilərdi ki, seneqallı qeyri-dəqiq oynadı. Düzdü, "bozqurd"un 36-cı dəqiqədə qeydə alınan əsk-hücumu qolla nəticələndi. Vacinin qapıya paralel ötürməsindən sonra Şakirin ayaqlarına dolaşan top Silvanın önünə düşdü. Belədə "kürə"ni boş qapıya göndərən portuqaliyalı komandasını sevindirdi. Ancaq bu xoşbəxtlik uzun çəkmədi. Çünki epizodu VAR-da incələyən Əli Əliyev Vacinin Silvaya ötürmə etməzdən əvvəl təkbətək mübarizə apardığı Əliyə qarşı kobud oynadığını təsbit etdi. Bir qədər sonra Vaci Verdaşkaya qarşı da kobud oyunla diqqəti çəkdi. Sadəcə, az öncə seneqallıya "sarı" göstərən Əli Əliyev bu dəfə onu bağışladı...
Ümumiyyətlə, hadisələrin axarı 1-ci hissənin qolsuz bitməsiylə nəticələndi. İkinci yarı "Turan Tovuz"un qol fürsətini boşa verməsiylə başladı: 48-ci dəqiqədə Hakmanın başla zərbəsini Verdaşka qapı xəttinin üzərində zərərsizləşdirdi. "Bozqurd"un növbəti cəhdi də faydasız oldu. Çünki təxminən 25 metrdən "çərçivə"ni nişan alan Ayxan qeyri-dəqiq idi. Hər halda, tovuzlular hesabı aça bildi. Bu, Silvanın aut atışıyla oyuna daxil etdiyi topun Hakmanın ötürməsi sayəsində Urtadoya çatması, sonuncunun baş zərbəsindən sonra "çərçivə"yə düşməsi sayəsində mümkün oldu.
Bundan sonra "Kəpəz"in daha fəal oynaması gözlənilirdi. Lakin "sarı-göylər" hesabı bərabərləşdirmək yönündə addım atmaqda çətinlik çəkdi. Həmçinin qalan vaxtda xeyli qayda pozuntusu qeydə alındı ki, qısa fasilələr yarandı. Bununla belə, "Turan Tovuz" 80-ci dəqiqədə fərqi artırmaq imkanını qaçırdı: cərimə meydançasında Serranın ötürməsini qəbul edən Faiq Yusifi "nişan aldı". Nəticədə qalan vaxtda qol görmədik. "Turan Tovuz" minimal qələbəylə cavab oyunu ərəfəsində üstün duruma düşdü. Ancaq "Kəpəz"in şansının hələ tükənmədiyini desək, yanılmarıq.
Gözdən qaçmadı
// Tovuzlu azarkeşlər "Turan Tovuz"un şərflərini taxaraq komandaya dəstək oldu. Urtado qolunu "Ultras Turan"la birgə qeyd etdi. Gəncəlilər də tribunada idi. "20-ci zona" azarkeş qrupu sevimlilərini sonadək dəstəklədi.
// Kurban Berdıyev 4-cü hakimi itələdiyinə görə 64-cü, köməkçisi Yunis Hüseynov isə hakimin qərarına etiraz etdiyindən 41-ci dəqiqədə qırmızı vərəqə aldı. Berdıyevin meydanı tərk edərkən 4-cü hakimə barmaq silkələdiyini, hədə-qorxu gəldiyini də deməliyik.
// 71-ci dəqiqədə top uğrunda mübarizə zamanı Urtadoyla Şakir arasında mübahisə yaşandı. Miller də araya girdi. Bundan sonra futbolçuların komanda yoldaşları və Əli Əliyev hadisəyə müdaxilə etdi.
KƏNAN BAHADIR

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:166
embedMənbə:https://www.football-plus.az
archiveBu xəbər 10 Fevral 2026 15:27 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Diz oynaqlarının ağır IV dərəcəli osteoartrozu olan pasiyentin hər iki dizi tək anesteziya ilə eyni anda əməliyyat olunub

13 Noyabr 2026 12:17see307

Ayxan Abbasov: İnanıram ki, sabah vacib qələbəni qazanacağıq

13 Noyabr 2026 05:39see279

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see272

Kişilərdə ginekomastiya: Səbəbləri, müalicəsi və əməliyyat üsulları

13 Noyabr 2026 12:52see260

Gəzinti və güc məşqləri sümükləri möhkəmləndirmək üçün kifayət etməyə BİLƏR

13 Noyabr 2026 13:29see260

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see253

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see251

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see249

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see234

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see228

İnsult zamanı beyni məhv edən zülal aşkarlandı

13 Noyabr 2026 13:08see226

Özünü xalq təbabəti ilə müalicə edir

13 Noyabr 2026 14:48see219

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see219

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see219

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see216

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see214

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see211

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see207

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see192

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see180
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri