Turan Tovuz da Kurban Berdıyev müəmması EKSKLÜZİV
Icma.az, sport24.az saytına istinadən bildirir.
"Turan Tovuz"da baş məşqçi ilə bağlı qeyri-müəyyənlik yaşanır. Sport24.az-ın əldə etdiyi məlumata görə, "boz qurdlar"ın baş məşqçisi Kurban Berdıyev rəhbərliyin zənglərinə cavab vermir.
İyunun 1-i və ya 2-si baş məşqçinin iştirakı ilə klub rəhbərliyinin iclası keçirilməli idi. Toplantıda yeni mövsümlə bağlı planlar cızılmalı və yeni heyətin formalaşdılması ilə bağlı qərarlar qəbul olunmalı idi. Ancaq mövsümün sonunda Rusiyaya yollanan Berdıyevdən səs-soraq yoxdur. Rəsmilər bu günlərdə bir neçə dəfə 72 yaşlı mütəxəssislə əlaqə saxlamaq istəsələr də bu mümkünsüz olub. Berdıyev Azərbaycandan gələn zənglərə cavab vermir.
Qeyd edək ki, Berdıyevin çalışdırdığı "Turan Tovuz" 2024/25 mövsümünü 4-cü pillədə başa vurub və avrokuboklardan kənarda qalıb.
Baxış sayı:85
Bu xəbər 03 İyun 2025 10:03 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















