Turan Tovuz cərimələndi, Berdıyev dörd oyunluq cəzalandı
Icma.az, Footbal-plus portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
"Turan Tovuz" 12500 manat cərimələnib, komandanın baş məşqçisi Kurban Berdıyevə 4 oyunluq cəza verilib
"Football-plus.az" xəbər verir ki, bu barədə AFFA İntizam Komitəsi qərar çıxarıb.
Bölgə təmsilçisi Bizon ölkə kubokunun 1/4 final mərhələsində "Kəpəz"lə oyunda yaşananlara görə ziyana düşüb. Komandanın məşqçisi Yunis Hüseynov 41-ci dəqiqədə hakimin qərarına etiraz etdiyinə görə ikinci sarı vərəqəni alaraq meydandan qovulub, ona bir oyunluq cəza verilib. Tovuz klubu Hüseynova görə 2500 manat ödəməli olacaq.
Baş məşqçi Kurban Berdiyev isə 64-cü dəqiqədə hakimi itələyib və təhqir edib. O, bu səbəbdən 4 matçlıq cəza ilə üzləşib və "Turan Tovuz" 10 000 manat cərimələnib.
"Qəbələ"yə xəbərdarlıq edilib. Buna "qırmızı-qaralar"ın "Sabah"la qarşılaşmaya təyin olunan vaxtdan gec gəlməsi səbəb olub.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:157
Bu xəbər 11 Fevral 2026 15:12 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















