Icma.az
close
up
RU
“Turan Tovuz” əsas rəqiblərindən birinə uduzdu

“Turan Tovuz” əsas rəqiblərindən birinə uduzdu

Footbal-plus portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Turan Tovuz – Sabah (Bakı) 1:3 (0:1)
1. Oleq Baklov - 5,0
3. Enrike Silva - 5,5
5. Roderik Miller - 4,0
(29. Filip Ozobiç, 76) - qiymətsiz
32. Hayderson Urtado - 5,0
15. Emmanuel Hakman (k) - 5,0
7. Xorxe Silva - 4,5
23. Alexandro Serrano - 6,0
19. Roberto Olabe - 5,0
21. Aleks Souza - 4,5
(11. Ayxan Hüseynov, 46) - 4,0
10. Xəyal Nəcəfov - 4,0
(17. Rəhim Sadıxov, 46) - 4,5
90. Joarlem Batista - 5,5
Ehtiyat oyunçular
41. Sergey Samok
13. Mehman Hacıyev
88. Faiq Hacıyev
6. Fərid Yusifli
73. Ülvü Mədətov
14. Murad Dadaşev
30. Mircamal Əlizadə
60. Vüqar Bağırov
Baş məşqçi: Kurban Berdıyev
Komandanın ən yaxşısı: Alexandro Serrano
92. Stas Pokatilov (k) - 6,5
27. Timoteuş Puxaç - 6,5
40. İqor Noqeyra - 6,0
3. Stiv Solvet - 6,0
80. Akim Zedadka - 6,0
(2. Amin Seydiyev, 78) - qiymətsiz
33. Umarali Raxmonaliyev - 6,5
(6. Abdulla Xaybulayev, 90) - qiymətsiz
13. İvan Lepinitsa - 6,0
19. Aaron Maluda - 6,5
21. Velko Simiç - 7,5
88. Xəyal Əliyev - 5,5
(11. Kahim Parris, 66) - 5,0
20. Coy-Lens Mikels - 7,0
Ehtiyat oyunçular
55. Nicat Mehbalıyev
72. Rüstəm Samiqullin
17. Tellur Mütəllimov
46. Aleksey İsayev
5. Rəhman Daşdəmirov
89. Cəfər Muxtarov
53. Andrey Santos
Baş məşqçi: Valdas Dambrauskas
Komandanın ən yaxşısı: Velko Simiç
Qollar: C-L.Mikels, 30 (0:1, V.Simiç). V.Simiç, 69 (0:2). U.Raxmonaliyev, 79 (0:3, C-L.Mikels).
Vərəqələr: İ.Noqeyra, 42 (qeyri-idman hərəkəti). X.Əliyev, 54 (qeyri-idman hərəkəti). A.Seydiyev, 80 (qeyri-idman hərəkəti). A.Maluda, 83 (oyunun bərpasının ləngidilməsi). E.Silva, 89 (qeyri-idman hərəkəti). S.Pokatilov, 90+4 (qeyri-idman hərəkəti) - sarı.
Hakimlər: ƏLİYAR AĞAYEV, Zeynal Zeynalov, Akif Əmrəli, Emin Əliyev (hamısı Bakı).
VAR hakimi: Nicat İsmayıllı (Bakı).
VAR hakimin köməkçisi: Kamran Bayramov (Bakı).
Hakim-inspektor: Rəhim Həsənov (Bakı).
AFFA nümayəndəsi: Seymur Səlimli (Bakı).
13 dekabr. Tovuz. Şəhər stadionu. 3000 tamaşaçı (6500 yerlik).
Birinci hissəyə 1, ikinci hissəyə 4 dəqiqə əlavə olunub.
Oyunun qiyməti: 6,0.
Tovuza qayıdandan sonra qələbə qazana bilməyən, 4 oyundu qələbəyə həsrət qalan “Turan Tovuz” sabit oyunu və müntəzəm qələbələri ilə “Qarabağ”a əsas rəqib kimi görünən “Sabah”ı qəbul etdi. Bəlkə də Əliyar Ağayevin son matçda yol verdiyi ciddi səhvə görə Rəhim Həsənov Tovuza hakim-inspektor kimi gəlmişdi. Həmçinin tribunaların yarısının da dolmaması artıq yerli camaatın klubdan küsdüyü göstərən amillərdəndi. Qazonun vəziyyətinin yaxşı olmaması da oyunun keyfiyyətinə ciddi ziyan vurdu.

İlk təhlükəli vəziyyət 18-ci dəqiqədə yarandı. Cərimə zərbəsi zamanı topa yaxınlaşan Puxaçın vurduğu top “canlı sədd”ə dəyərək qapı çatına tuş gəldi. Daha sonra Berdıyevin komandası hesabı açmağa yaxın oldu. Qapıçı ilə üz-üzə qalan Batista Pokatilovu keçə bilmədi. 24-cü dəqiqədə isə müdafiədə ciddi boşluq verən tovuzlular cəzalandı. Simiçin ötürməsindən sonra Mikels topu qapıya göndərdi. Lakin hücumun gedişində ofsayd olduğuna qol görə qeydə alınmadı. Buna baxmayaraq, sanki Simiç söz vermişdi ki, Mikelsə məhsuldar ötürmə verəcək. 6 dəqiqə sonra qaydalar çərçivəsində bunu reallaşdıra bildi. Simiç bu dəfə də Mikelsə yaxşı ötürmə verdi, nəzarətsiz qalan Coy-Lens hesabı açdı. Hissənin sonuna qədər qalan 15 dəqiqə ərzində Berdıyevin komandası heç nə edə bilmədi.
“Turan Tovuz” 2-ci hissəyə iki dəyişikliklə başlasa da, yenilən oyunun axarına müdaxilə etməkdə çətinlik çəkdi. Əksinə, 68-ci dəqiqədə hesab arasındakı fərq artdı. Maludanın yaxşı reydindən sonra top Mikelsin önünə düşürdü ki, Xorxe “qaş düzəltmək əvəzinə gözü çıxardı” – topu ələ keçirən Simiç məhsuldar ötürməyə qol da əlavə etdi. 79-cu dəqiqədə isə “Sabah” meydan sahiblərini əks hücumda yaxaladı. Maluda – Mikels - Umarali və 3-cü qol hazırdı. “Turan Tovuz” nokauta düşdü. Bundan sonra tovuzluların gücü yalnız təsəlli qoluna çatdı. Ozobiç cərimə zərbəsini mükəmməl yerinə yetirdi. Əslində fərqi miniuma endirmək üçün şanslar oldu. 85-ci dəqiqədə Rəhimin ötürməsindən sonra Serranonu təhlükəli zərbəsi dirəyin yanından keçdi. 90+3-cü dəqiqədə isə Batistanın başla zərbəsinin qarşısını elə komanda yoldaşı Urtado aldı.
Qələbəsiz oyunlar seriyası 5-ə çatan “Turan Tovuz” hədəfindən bir qədər də aralı düşdü.
Gözdən qaçmadı
// “Sabah” futbolçuları səhvə yol verəndə Dambrauskas da qeydlər aparırıdı.
// “Sabah” 2-3-cü qolları vuranda tovuzlular əvvəlcə rəqib futbolçuları alqışladı, sonra isə “istefa” şüarları səsləndirdi.
// Oyundan sonra heç bir “Turan Tovuz” futbolçusu azarkeşlərə yaxınlaşıb üzr istəmədi. Bu da yerli publikanı acıqlandırdı, azarkeşlər “azarkeşi saymayan rədd olub getsin” dedi.
// Oyundan sonra media nümayəndələri “miks-zonada” danışmaq istədikləri futbolçuları gözləyirdi. Xəyal Əliyev isə kepkasını gözünə qədər dartıb, elə görünməz halda keçdi ki, sanki ağır cinayət işlədib, yanından keçdiyi də jurnalistlər yox, polislərdi.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:375
embedMənbə:https://www.football-plus.az
archiveBu xəbər 18 Dekabr 2025 11:42 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Barselona Real : hansı kanallarda?

25 Oktyabr 2026 23:55see346

Mask "Starlink"i Ukrayna üçün niyə bağladığını açıqladı

25 Oktyabr 2026 00:38see330

Qubadlı 2040 cı ilədək belə olacaq Əhali 14 minə çatacaq… VİDEO KONKRET

25 Oktyabr 2026 15:44see325

Qavi El Klasiko öncəsi “Real Madrid”dən ehtiyat etdiyini gizlətməyib

25 Oktyabr 2026 00:32see324

Qubadlının işğaldan azad olunmasından 6 il ötür

25 Oktyabr 2026 00:07see323

Zeytun Festivalında estrada ulduzlarının konserti olub

24 Oktyabr 2026 23:08see294

Bağırsaqlar üçün faydalı QİDALAR

25 Oktyabr 2026 00:37see289

Zeytun Festivalı əyləncəli proqramla yadda qalıb FOTOLAR

25 Oktyabr 2026 00:33see281

Bundesliqa: Bremenlilər dramatik matçda sevindi

25 Oktyabr 2026 00:13see264

Prezident millinin qollarından danışdı: Hamısı gözəl idi...

25 Oktyabr 2026 00:12see256

Dövlət Bağçalının Azərbaycana qarşı mövqeyi alqışa layiqdir Politoloq

24 Oktyabr 2026 21:51see243

Heyva doğrandıqdan sonra niyə qaralır? Rəngini qorumağın praktik yolları

25 Oktyabr 2026 00:38see238

Röya Ayxanın xalası qızının videosu yayıldı VİDEO

26 Oktyabr 2026 00:42see236

Bakıda maşın saxlamaq evə çatmaqdan çətindir Çıxış yolu nədir?

25 Oktyabr 2026 17:21see214

Xırdalanda tıxac səbəbindən evlər satışa çıxarılır VİDEO

24 Oktyabr 2026 22:40see205

Yunan Roma güləşçisi Sənan Süleymanov dünya çempionu olub

25 Oktyabr 2026 19:32see194

“Türkiyə daxilində Azərbaycana qarşı olan qrupların iç üzü açıldı” AÇIQLAMA

25 Oktyabr 2026 12:29see189

Xalidə Gözəl vəfat etdi

25 Oktyabr 2026 16:52see188

“Real” və “Barsa” oyunçularına “El Klasiko” üçün xüsusi butslar hazırlanıb FOTO

26 Oktyabr 2026 00:50see187

Serbiyada seçkilər qanunvericiliyə uyğun keçirilir Musa Qasımlı

25 Oktyabr 2026 16:48see174
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri