Turan Tovuz klubunun ayağı sınan futbolçusunun yaşıl meydanlara qayıdacağı tarix bəlli olub ÖZƏL
Oxu.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.
"Turan Tovuz" klubunun ayağı sınan futbolçusu Denis Marandiç təxminən üç ay sonra məşqlərə başlayacaq.
Bunu Oxu.Az-a açıqlamasında "Turan Tovuz" klubunun mətbuat katibi Süleyman Tağızadə bildirib.
"Denis Marandiçin sağalma prosesi təxminən üç ay davam edəcək. Bu müddət ərzində futbolçu ayağını yerə qoya bilməz. Marandiç bu müddət ərzində çəliklə gəzəcək. O, həmin period başa çatdıqdan sonra bərpa prosesinə başlayacaq. Daha sonra müalicəsinə yüngül hərəkətlərlə davam ediləcək", - S.Tağızadə deyib.
Mətbuat katibinin sözlərinə görə, futbolçu təxminən mart ayında komandanın düşərgəsinə qayıdacaq.
Qeyd edək ki, "Turan Tovuz" klubunun futbolçusu Denis Marandiç Azərbaycan Kubokunun 1/8 finalının "Sabah"la oyununda Pavol Safranko ilə mübarizə zamanı ayağı sındığı üçün meydanı tərk edib.
Dekabrın 5-də Denis əməliyyat olunub. Beş gün sonra isə evə buraxılıb.
Anar Həsənov
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:88
Bu xəbər 13 Dekabr 2024 14:51 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















