“Turan Tovuz” “Neftçi”ni Tovuzda qəbul edə bilməyəcək? AÇIQLANDI
Icma.az, Footbal-plus saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
“Turan Tovuz” Misli premyer-liqasının 13-cü turunda “Neftçi”ni qəbul edəcək.
Peşəkar Futbol Liqasının saytında verilən məlumata görə, matç Tovuz şəhər stadionunda baş tutacaq. İş ondadı ki, “bozqurd”un bu idman qurğusunda keçirdiyi son görüş xoşagəlməz hadisəylə yadda qalmışdı. Belə ki, 10-cu turda “Şamaxı” ilə oyunda (2:1) yeni salınan təbii ot örtüyünün pis vəziyyətə düşdüyünə şahidlik etmişdik. Hətta üzə çıxmışdı ki, qazon hələ istifadə üçün tam yararlı deyil.
Maraqlıdı, indi ot örtüyünün durumu necədi? Ev oyununun Tovuz şəhər stadionunda keçirilməsi mümkün olacaqmı?
Bu sualla “bozqurd”un mətbuat xidmətinin rəhbəri Süleyman Tağıyevə müraciət etdik. Onun “Football-plus.az”a cavabı:
“Stadinonun qazonuna cavabdeh olan mütəxəssis Fil Şarplesin mənə verdiyi məlumata görə, hər şey qaydasındadı. Ot örtüyü hazır vəziyyətdədi. Bu o deməkdi ki, “Neftçi”ni bu stadionda qəbul edə biləcəyik”.
KƏNAN BAHADIR
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:65
Bu xəbər 26 Noyabr 2025 14:31 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















