Icma.az
close
up
RU
Menu

“Radio milli və informasiya təhlükəsizliyimiz üçün mühüm vasitədir” Hikmət Babaoğlu

Dəbdəbəli həyat tərzi nümayişi qadağası So­sial şə­bə­kə­də ya­zı­lan­lar

Vüqar Oruc: “İnternet tarifləri artırılmamalı, xidmətin keyfiyyəti yüksəldilməlidir”

Növbəti köç karvanları Xocavənd və Ağdərəyə çatıb (Yenilənib)

Rayonların subsidiyası kəsildi: Qalan pul hansı sahələrə xərclənəcək?

Hakan Fidan: “İrana hərbi müdaxilə həll yolu deyil”

Diş sağlamlığına zərər verən qidalar Həkim AÇIQLADI

Bakı Ekspo Mərkəzdə Musa Yaqubun “İpəkyolu” nəşriyyatı tərəfindən çap olunmuş “Gül bağçası” kitabı təqdim olundu

Yeniyetmələrdə görmə zəifliyinin yaranma səbəbləri nələrdir? PAŞA QƏLBİNUR

Yanlış dərman istifadəsi nələrə səbəb ola bilər? PROFESSOR AÇIQLADI

Alimlər ağrını daha yüngül hiss etməyə kömək TAPDILAR

Körpələrdə yüksək hərarət fonunda qıcolmalar

Dövlət Bağçalı İlham Əliyevə təşəkkür ETDİ

Qeyri neft qaz mallarının mənşəyinin müəyyən edilməsi qaydası təsdiqlənib

“AccessBank”ın rəhbər şəxsi bankdan ayrıldı

Tramp saxta addan isitfadəyə görə konqresmeni istefaya çağırdı

Ronaldo tarixə düşdü

İkili idarəetmə bitir, səhiyyədə yeni dövr başlayır

Gələcəyə inamını itirən gənclik Niyə yatırım etmək əvəzinə kor koranə pul xərcləyirlər?

Qubadlının işğaldan azad olunmasından 6 il ötür

Turan Tovuz risk etmədi, qələbəyə həsrət qaldı

Turan Tovuz risk etmədi, qələbəyə həsrət qaldı

Footbal-plus saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Araz-Naxçıvan - Turan Tovuz 1:1 (0:1)
12. Kristian Avram - 5,5
5. Qara Qarayev - 5,5
34. Urfan Abbasov (k) - 5,5
7. Ülvi İsgəndərov - 5,5
(6. Vadim Abdullayev, 80) - qiymətsiz
26. Ömər Buludov - 5,5
16. Ramon Maçado - 5,5
29. Vanderson Melo - 4,5
17. İssuf Paro - 6,0
8. Karlos Jatoba - 5,0
(10. Bernardo Dias, 46) - 5,0
4. İqor Ribeyro - 5,5
97. Felipe Santos - 6,5
(23. Nuno Rodriges, 80) - qiymətsiz
Ehtiyat oyunçular
94. Tərlan Əhmədli
2. Slavik Alxasov
22. Elçin Mustafayev
20. Turan Vəlizadə
11. Bayraməli Qurbanov
71. Sənan Ağalarov
57. Elcan Məmmədov
Baş məşqçi: Elmar Baxşıyev
Komandanın ən yaxşısı: İssuf Paro
41. Sergey Samok - 5,5
17. Rəhim Sadıxov - 5,5
88. Faiq Hacıyev - 6,5
11. Ayxan Hüseynov - 6,0
7. İsmayıl Zülfüqarlı - 5,5
9. Kristian da Silva - 5,5
23. Alexandro Serrano - 5,5
15. Emmanuel Hakman (k) - 5,5
32. Hayderson Urtado - 5,0
40. Kauan Martins - 5,5
21. Aleks Souza - 5,5
(19. Orxan Əliyev, 73) - 5,0
Ehtiyat oyunçular
1. İvan Konovalov
71. Mehman Hacıyev
39. Sadiq Quliyev
33. Eltun Turabov
10. Xəyal Nəcəfov
8. Tural Bayramlı
13. Fərid Yusifli
77. Veysəl Rzayev
30. Mircamal Əlizadə
6. Araş Qaderi
29. Anton Kraçkovski
Məşqçi: Yunis Hüseynov
Komandanın ən yaxşısı: Faiq Hacıyev
Qollar: F.Hacıyev, 34 (0:1). İ.Paro, 53 (1:1).
Vərəqələr: F.Hacıyev, 43 (qeyri-idman hərəkəti). V.Melo, 67 (qeyri-idman hərəkəti). R.Sadıxov, 90+4 (qeyri-idman hərəkəti) - sarı. V.Melo, 78 – qırmızı (ikinci sarı).
Hakimlər: ƏLİYAR AĞAYEV, Zeynal Zeynalov, Akif Əmirəli, Kamran Əliyev (hamısı Bakı).
VAR hakimi: Tural Qurbanov (Bakı).
VAR hakiminin köməkçisi: Asiman Əzizli (Bakı).
Hakim-inspektor: Babək Quliyev (Bakı).
AFFA nümayəndəsi: Azər Əsgərov (Bakı).
18 aprel. Bakı. “Liv Bona Dea Arena”. 500 tamaşaçı (6500 yerlik).
Birinci hissəyə 2, ikinci hissəyə 5 dəqiqə əlavə olunub.
Oyunun qiyməti: 5,5.
Bəlkə də bu matç "Turan Tovuz"un avrokuboklara uzanan yolunu qısaltmaq üçün sonuncu şansı idi. Ona görə ki, tovuzlular çətin səfərdən qələbə ilə qayıtmaqla naxçıvanlılarla xal fərqini 2-yə endirmək, növbəti oyunlarda isə 3-cü pilləyə yüksəlmək uğrunda mübarizədə bəxtini sınamaq imkanını əldə edəcəkdi. Əlbəttə, buna "qırmızı-ağlar"ın qarşıdakı oyunlarda xal itirməsi də şərait yarada bilər. Onsuz da Muxtar Respublika təmsilçisini həm də ölkə kubokunun yarımfinalında "Qarabağ"a çətin cavab oyunu gözləyir.
Mənə elə gəlir ki, Tovuz təmsilçisi meydana məhz qələbə üçün çıxmışdı. Yoxsa ilk dəqiqələrdən meydan sahiblərinə təhlükəli anlar yaşatmaz, fasiləyə minimal üstünlüklə yollanmağa nail olmazdı. "Bozqurd" hələ 1-ci dəqiqə tamamlanmasan hesabı açmağa yaxın idi. Sadəcə, sürətlə cərimə meydançasına daxil olan İsmayıl qapını nişan almaqda çətinlik çəkdi. Bir qədər sonra Souza qol müəllifi olmağa hazırlaşırdı ki, Ribeyronun həlledici müdaxiləsi komandasını təhlükədən xilas etdi. Meydan sahiblərinin ilk tutarlı hücumunu 19-cu dəqiqədə izlədik. Urfan bəxtini sınasa da, Konovalov yerində idi. Ardından “Turan Tovuz" təhlükəli vəziyyət yaratdı. Qaranın Ayxana kobud müdaxiləsi üzündən təyin olunan cərimə zərbəsini yerinə yetirən Da Silva təxminən 30 metrdən birbaşa "çərçivə"ni nişan alsa da, Avramı məğlub edə bilmədi. Tovuzlular axtardığını 34-cü dəqiqədə tapdı. Belə ki, Rəhim Da Silvanın başla ötürdüyü topu qəbul edəndən sonra cərimə meydançasına daxil olub tora qovuşdurmaq istəsə də, Ribeyronun müdaxiləsinə tuş gəldi. Burda "kürə"nin önünə düşdüyünü gördüyündən bəxtini sınamaq qərarına gələn Faiq fürsətdən maksimum yararlandı.
Bundan sonra komandaların, xüsusilə qonaqların bir qədər ehtiyatlı oynamağa başladığını deyə bilərik. İş ondadı ki, "qırmızı-ağlar" özünü meydan sahibi kimi aparmır, hesabda gerinə olmasına baxmayaraq, kəsərli hücumlar qura bilmirdi. Muxtar Respublika təmsilçisi yalnız 44-cü dəqiqədə Faiqin Jatobaya kobud müdaxiləsi üzündən qapıya təxminən 40 metr məsafədə təyin edilən cərimə zərbəsini yerinə yetirərkən fərqlənə bilərdi ki, bu şansı da Ribeyronun yöndəmsiz zərbəsi puç etdi. Belədə "bozqurd" fasiləyə öndə yollandı. Tovuzlular 1-ci hissədəki performansını 2-ci yarıda da davam etdirsəydi, asanlıqla istəyinə çatacaqdı. Amma sanki paltardəyişmə otağından başqa komanda qayıtdı. Qonaqlar nəinki üstünlüyü əldən verdi, hətta 14 dəqiqə azlıqda qalan naxçıvanlıların qapısına yol tapa bilmədi.
48-ci dəqiqədə Ayxan qeyri-dəqiqlik üzündən komandasını məyus etdi. Ardınca Paro Ayxanın künc zərbəsindən göndərdiyi topu başla tora qovuşdurmaq istəyən Urtadoya mane oldu. Bir qədər sonra Ülvinin hesabı bərabərləşdirmək cəhdi topun tirin üstündən şütüməsi səbəbindən uğursuzluqla nəticələndisə, Paro komanda yoldaşının "günahı yudu". Daha doğrusu, 53-cü dəqiqədə Diasın küncdən cərimə meydançasına göndərdiyi top Melonun başla zərbəsindən sonra Burkina Fasodan olan futbolçunun arxasına düşdü. Burda futbolçu dabanıyla "çərçivə"ni dəqiq nişan aldı.
78-ci dəqiqəsə isə "Turan Tovuz"un çörəyinə "yağ sürtən" hadisə yaşandı. Belə ki, Melo İsmayıla qarşı kobud oyuna görə ikinci "sarı"dan sonra qırmızı vərəqəylə üzləşdi və komandasını azlıqda qoydu. Amma tovuzlular belə ideal fürsəti dəyərləndirə bilmədi. Onlar sona qədər tutarlı hücum qurmaqda, şanslardan yararlanmaqda çətinlik çəkdi. Əksinə, "Araz-Naxçıvan" qələbə qolunu da vura bilərdi. Lakin 90+5-ci dəqiqədə qeydə alınan epizodda Maçadonun tora qovuşdurmaq istədiyi top tirin üstündən keçdi. Hər halda, matç meydan sahibləri üçün sərfəli nəticəylə bitdi. "Turan Tovuz" isə azlıqda qalan rəqibi yenə bilməməyin əvəzini mövsümün sonunda ödəyə bilər.
Gözdən qaçmadı
* "Ultras Turan", "Turan Tovuz"un yeni yaranan fanklubu "The Hunans" və "Sektor 85" tribunalarda idi.
* Komandalar fasiləyə yollananda İqor Ribeyro ilə Kauan Martins arasında ciddi mübahisə yaşandı. Olaya dərhal müdaxilə edən "Turan Tovuz"un məşqçiləri Martinsi, Əliyar Ağayev isə Ribeyronu sakitləşdirdi.
* Cəzalı Kurban Berdıyev oyunu tribunadan izlədi.
* "Turan Tovuz"un məşqçisi Yevgeni Şetin 90+2-ci dəqiqədə hakimin qərarına etiraz etdiyinə görə "sarı" aldı. 
KƏNAN BAHADIR

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:228
embedMənbə:https://www.football-plus.az
archiveBu xəbər 21 Aprel 2025 12:14 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Radio milli və informasiya təhlükəsizliyimiz üçün mühüm vasitədir” Hikmət Babaoğlu

23 Oktyabr 2026 12:18see402

Dəbdəbəli həyat tərzi nümayişi qadağası So­sial şə­bə­kə­də ya­zı­lan­lar

23 Oktyabr 2026 07:03see386

Vüqar Oruc: “İnternet tarifləri artırılmamalı, xidmətin keyfiyyəti yüksəldilməlidir”

23 Oktyabr 2026 13:49see316

Növbəti köç karvanları Xocavənd və Ağdərəyə çatıb (Yenilənib)

23 Oktyabr 2026 12:58see311

Rayonların subsidiyası kəsildi: Qalan pul hansı sahələrə xərclənəcək?

23 Oktyabr 2026 16:03see221

Hakan Fidan: “İrana hərbi müdaxilə həll yolu deyil”

24 Oktyabr 2026 14:29see218

Diş sağlamlığına zərər verən qidalar Həkim AÇIQLADI

23 Oktyabr 2026 09:47see218

Bakı Ekspo Mərkəzdə Musa Yaqubun “İpəkyolu” nəşriyyatı tərəfindən çap olunmuş “Gül bağçası” kitabı təqdim olundu

23 Oktyabr 2026 22:09see216

Yeniyetmələrdə görmə zəifliyinin yaranma səbəbləri nələrdir? PAŞA QƏLBİNUR

23 Oktyabr 2026 12:12see211

Yanlış dərman istifadəsi nələrə səbəb ola bilər? PROFESSOR AÇIQLADI

23 Oktyabr 2026 17:14see198

Alimlər ağrını daha yüngül hiss etməyə kömək TAPDILAR

23 Oktyabr 2026 15:23see192

Körpələrdə yüksək hərarət fonunda qıcolmalar

24 Oktyabr 2026 01:51see190

Dövlət Bağçalı İlham Əliyevə təşəkkür ETDİ

23 Oktyabr 2026 22:34see185

Qeyri neft qaz mallarının mənşəyinin müəyyən edilməsi qaydası təsdiqlənib

23 Oktyabr 2026 17:40see184

“AccessBank”ın rəhbər şəxsi bankdan ayrıldı

23 Oktyabr 2026 16:42see183

Tramp saxta addan isitfadəyə görə konqresmeni istefaya çağırdı

23 Oktyabr 2026 23:46see182

Ronaldo tarixə düşdü

24 Oktyabr 2026 04:57see178

İkili idarəetmə bitir, səhiyyədə yeni dövr başlayır

23 Oktyabr 2026 19:04see173

Gələcəyə inamını itirən gənclik Niyə yatırım etmək əvəzinə kor koranə pul xərcləyirlər?

24 Oktyabr 2026 15:01see168

Qubadlının işğaldan azad olunmasından 6 il ötür

25 Oktyabr 2026 00:07see168
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri