Icma.az
close
up
RU
“Turan Tovuz” üçün “Zirə”yə çatmaq imkanı!

“Turan Tovuz” üçün “Zirə”yə çatmaq imkanı!

Footbal-plus saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Bu gün və sabah keçiriləcək oyunlarla Misli premyer-liqasında 25-ci tura yekun vurulacaq.

Düzdü, dünən turun nəticəsi maraqla gözlənilən matçlarından birinə, "Səbail" - "Şamaxı" görüşünə şahidlik etdik. Lakin qarşıda hələ daha bir neçə prinsipial oyun var. Ona görə ki, bu gün avrokuboklara iddialı komandalar, sabah isə premyer-liqadakı yerini qorumağa çalışan "Kəpəz" vacib sınaqdan üzüağ çıxmağa çalışacaq.
Turun qalan matçları da "CBC Sport"un efirində canlı yayınlanacaq.
Misli premyer-liqası
3-cü dövrə, 25-ci tur
4 mart
Turan Tovuz – Zirə

"Turan Tovuz"un bu rəqiblə ev oyunlarının balansı: 5:+2=0-3, 4:7.
2022/23 - 1:3, 0:2; 2023/24 - 1:0, 1:2; 2024/25 - 1:0.
Cəzalı: Rafael Utziq (Zirə).
"Futbol+"in proqnozu: 30-30-40.
Hakimlər: ELÇİN MƏSİYEV, Elşad Abdullayev, Pərvin Talıbov, Fərid Hacıyev.
VAR hakimi: Nicat İsmayıllı.
VAR hakiminin köməkçisi: Vüsal Məmmədov.
Hakim-inspektor: Orxan Məmmədov.
AFFA nümayəndəsi: Anar Şixəliyev.
Tovuz, şəhər stadionu. Saat 17.30.
Tovuzda keçiriləcək qarşılaşmada gərginlik ən yüksək həddə çatsa, təəccüblənməyə dəyməz. Ona ki, ilk "dördlük"də qərarlaşan, ölkəmizi avrokuboklarda təmsil etməyə ən real namizədlərdən sayılan komandalardan ikisi üz-üzə gələcək. Məlumdu ki, "Zirə" ölkə kubokundan kənarda qalsa da, cari mövsümdə sabit oyinu ilə seçilir. “Turan Tovuz” isə həm “Sabah”ın yaxınlaşmasına imkan verməməli, həm də turnir cədvəlində irəliləmək vəzifəsinin öhdəsindən gəlməlidi. Axı hadisələrin müəyyən axarı halında tovuzluların indi qərarlaşdığı 4-cü yer avrokuboklara vəsiqə qazandırmayacaq.
Kurban Berdıyevin komandası güclü və iddialı "Zirə"ni devirməklə bu komandaya xal hesabında çata bilər. O başqa məsələ ki, bu, yetərincə çətin vəzifədi. Axı Rəşad Sadıqovun komandası, yuxarıda da vurğuladığımız kimi, ölkə kubokunda mübarizəni dayandırıb, bütün diqqətini premyer-liqaya yönəldib. Belədə "qartallar"ın 2-ci və ya 3-cü yeri əldən verməmək üçün hər cür fədakarlıq edəcəyi şübhə doğurmur.
Komandalar indiyə qədər 10 dəfə qarşılaşıb. Bunların 3-də "Turan Tovuz", 5-də "Zirə" qalib gəlib, 2-də "sülh" qeydə alınıb. Topların nisbətində qəsəbə təmsilçisi öndədi - 13:10.
Sabah – Araz-Naxçıvan
"Sabah"ın bu rəqiblə ev oyunlarının balansı: 3:+1=2-0, 4:2.
2023/24 - 1:1, 2:0; 2024/25 - 1:1.
Cəzalı: yoxdu.
"Futbol+"in proqnozu: 40-30-30.
Hakimlər: RƏVAN HƏMZƏZADƏ, Cəmil Quliyev, Zöhrab Abbasov, Kamranbəy Rəhimov.
VAR hakimi: Tural Qurbanov.
VAR hakiminin köməkçisi: Kamran Bayramov.
Hakim-inspektor: Babək Quliyev.
AFFA nümayəndəsi: Nəriman Axundov.
Bakı, "Bank Respublika Arena". Saat 19.30.
Ötən tur "Qarabağ"dan xal qoparan "bayquşlar" ölkə kuboku çərçivəsində meydana çıxdığı son matçda "Sumqayıt"ı darmadağın edərək yarımfinala yüksəldi. Bu üzdən Masazır təmsilçisinin düşərgəsində yaxşı ab-havanın hökm sürdüyünü deməyə əsaslar var. Bəlkə də hadisələrin axarı komandanın premyer-liqa yoluyla avrokuboklara yollanmasıyla nəticələnəcək. Düzdü, bu haqda danışmaq üçün tezdi. Lakin "Sabah"ın sürət yığdığını, "Araz-Naxçıvan"ı məğlub etsə, bu yöndə şanslarını artıra biləcəyi bəllidi. Deməli, "bayquşlar” bəxtini sınamaqdan çəkinməyəcək. Onsuz da komanda həm kəmiyyət, həm də keyfiyyət baxımından yüksək səviyyəli futbolçulardan qurulub. Belədə fürsətləri dəyərləndirmək ən azı mənəvi borcdu.
"Araz-Naxçıvan"a gəlincə, Muxtar Respublika təmsilçisi ötən həftə ikinci pilləni əldən verdi. Bəli, mövsümün birinci yarısında rəqib tanımayan komanda premyer-liqada meydana çıxdığı son 8 oyunda cəmi bir qələbə qazanıb. Lakin "qırmızı-ağlar"ın "Zirə"ni kubokdan kənarlaşdırmaqla psixoloji baxımdan özünə gəldiyini demək olar. Öz aramızdı, Elmar Baxşıyevin komandası həmin oyunda fiziki cəhətdən də pis təsir bağışlamadı. Yenə də naxçıvanlıların "bayquşlar"ın meydanında heç vaxt 3 xal qazana bilmədiyini deməkdə fayda var. Hər halda, Masazırda baxımlı futbol izləmək imkanımız olacaq.
Bu komandalar indiyə qədər 6 dəfə qarşılaşıb. Bunların 3-də "Sabah", 1-də "Araz-Naxçıvan" qələbə qazanıb, 2-də qalib müəyyənləşməyib. Topların nisbətində "bayquşlar" öndədi - 6:4.
5 mart
Kəpəz – Neftçi

“Kəpəz”in bu rəqiblə ev oyunlarının balansı: 28:+13=5-10, 32:37.
1992 - 1:0; 1992/93 - 2:0; 1993/94 – 1:0; 1994/95 – 2:1; 1995/96 – 0:0, 2:1; 1996/97 – 1:1; 1997/98 – 2:0; 1998/99 – 2:0, 1:0; 1999/00 – 1:0; 2000/01 – 1:3; 2001/02 – 2:1; 2003/04 – 1:2; 2004/05 – 0:1; 2005/06 – 0:5; 2010/11 – 0:4; 2011/12 – 1:1; 2012/13 – 0:3; 2015/16 – 1:1, 1:2; 2016/17 – 2:0, 2:0; 2017/18 – 0:1, 1:2; 2022/23 – 0:2, 1:3; 2023/24 – 1:0, 3:3; 2024/25 - 4:3.
Cəzalı: yoxdu.
"Futbol+"in proqnozu: 30-30-40.
Hakimlər: CAVİD CƏLİLOV, Müslüm Əliyev, Eyyub İbrahimov, Elvin Bayramov.
VAR hakimi: Rauf Allahverdiyev.
VAR hakiminin köməkçisi: Asiman Əzizli.
Hakim-inspektor: Munis Abdullayev.
AFFA nümayəndəsi: Asif Əliyev.
Tovuz, şəhər stadionu. Saat 17.00.
Bəli, bu tur həm də əzəli rəqiblərin derbisinə şahidlik edəcəyik. Bir tərəfdə premyer-liqada qalmaq uğrunda çarpışan Gəncə, qarşı tərəfdə turnir cədvəlindəki mövqeyini yaxşılaşdırmağa can atan paytaxt təmsilçisi var. "Sarı-göylər" bu rəqiblə ölkə kubokunun 1/4 final mərhələsi çərçivəsində qarşılaşdı. Həmin matçda Azər Bağırovun məhz bu oyun üçün bəzi eksperimentlər apardığı sezilirdi. Bu üzdən meydan sahibi qismində çıxış edəcək kollektivin azı bir xal üçün döyüşəcəyini düşünmək olar. "Ağ-qaralar" isə son görüşlərdə əldə etdiyi uğurlu nəticələrdən daha birinə imza atmağa çalışacaq.
Komandalar indiyə qədər 61 dəfə qarşılaşıb. Bunların 20-də gəncəlilər, 30-da bakılılar 3 xala yiyələnib, 11-də heç-heçə qeydə alınıb. Topların nisbətində "Neftçi" öndədi - 100:61.
1. Qarabağ 25 19 3 3 62-15 60
2. Araz-Naxçıvan 24 13 6 5 23-16 45
3. Zirə 24 14 3 7 40-21 45
4. Turan Tovuz 24 11 9 4 32-24 42
5. Sabah 24 7 12 5 33-30 33
6. Neftçi 24 6 9 9 22-32 27
7. Şamaxı 25 6 6 13 23-31 24
8. Sumqayıt 25 6 4 15 15-35 22
9. Kəpəz 24 5 4 15 21-49 19
10. Səbail 25 4 6 15 20-38 18
Bombardirlər: Leandro Andrade (Qarabağ) - 10, Cesse Sekidika (Sabah) - 9, Coy-Lens Mikels (Sabah), Felipe Santos (Araz-Naxçıvan), Davit Volkov, Salifu Suma (hər ikisi “Zirə”) - 8.
KƏNAN BAHADIR
Bu komandaların duelləriylə bağlı maraqlı məqamlar
// “Turan Tovuz” son 3 ev oyununu qolsuz tərk etməyib. “Zirə” son iki matçda qol vurmayıb.
// “Sabah” son 4 görüşdə qol vurub və uduzmayıb. “Sabah”ın ev qarşılaşmalarının hamısında eyni sayda – 2 qol vurulub.
// Son 4 oyunda hər iki komanda qol vurub. “Kəpəz” son 3 ev matçında uduzmayıb. 

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:286
embedMənbə:https://www.football-plus.az
archiveBu xəbər 04 Mart 2025 17:26 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

A Seriyası: 19 illik rekord təkrarlandı

30 Oktyabr 2026 01:51see356

II Elizabetin cəngavər elan etdiyi aktyor VƏFAT ETDİ

30 Oktyabr 2026 02:40see348

® Mərkəzi Gömrük Hospitalının Mama ginekologiya şöbəsində qadın sağlamlığının qorunmasına kompleks yanaşma tətbiq olunur

30 Oktyabr 2026 16:23see268

Şəbnəm Tovuzlu: Keçmiş baldızımla bacı kimiyəm

30 Oktyabr 2026 16:45see261

Sevdiyiniz musiqi ağrını azalda bilər

30 Oktyabr 2026 18:15see253

Məryəm Uzerli ilk dəfə Bakıya gəlir

30 Oktyabr 2026 18:21see245

Cəmi 1 saat gec yatmaq bu ölümcül xəstəlik riskini artırır

30 Oktyabr 2026 20:10see243

Alla Puqaçovanın malikanəsinə hücum edildi Video

30 Oktyabr 2026 22:01see242

Səhiyyə Nazirliyi və TƏBİB in vahid mətbuat xidməti yaradılır Özəl

30 Oktyabr 2026 11:02see236

Bugatti şirkətinin rəhbəri Mate Rimatsın “Chiron” hiperkarı oğurlanıb

30 Oktyabr 2026 14:45see236

Ürəyinizi qorumaq üçün bu məhsul YEYİN

30 Oktyabr 2026 16:38see226

“Avropa Beynəlxalq Hospitalı”nın Ağdaşda filialı açıldı FOTOLAR

30 Oktyabr 2026 16:52see219

Arvadından boşanan kişi pişiyi ilə görüş saatı tələb etdi

30 Oktyabr 2026 18:02see215

Hansı göstəricidən etibarən təzyiq xəstəsi hesab olunursuz?

30 Oktyabr 2026 20:20see212

Maaş və pensiyalar NƏ QƏDƏR ARTACAQ? Deputatdan yeni açıqlama

30 Oktyabr 2026 19:00see206

Qripdən qorunmaq istəyənlər üçün vacib qidalar

30 Oktyabr 2026 02:04see202

Hücumlar nəticəsində yoxa çıxan kəndimiz Video

30 Oktyabr 2026 23:21see198

Kənd təsərrüfatının inkişafında xidmətləri olan bir qrup şəxs təltif olunub Sərəncam

30 Oktyabr 2026 16:18see196

Jirunun son dəqiqələrdə vurduğu qol “Lill”ə qələbə qazandırdı

31 Oktyabr 2026 02:06see193

“Binance”a Haker hücumu: Mask günahlandırıldı

30 Oktyabr 2026 23:38see193
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri