Icma.az
close
up
RU
Turan Tovuz un açıqlamasında AFFA və PFL əməkdaşlarının şərəf və ləyaqətinin alçaldılması ilə bağlı ifadə yoxdu Elcan Həsənli

Turan Tovuz un açıqlamasında AFFA və PFL əməkdaşlarının şərəf və ləyaqətinin alçaldılması ilə bağlı ifadə yoxdu Elcan Həsənli

Footbal-plus portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Azərbaycan Vəkillər Kollegiyasının üzvü, idman sahəsində vəkil kimi fəaliyyət göstərən Elcan Həsənli "Turan Tovuz"un məlum bəyanat üzündən AFFA İntizam Komitəsi tərəfindən 20 min manat cərimələnməsinə münasibət bildirib.

"Football-plus.az" xəbər verir ki, tanınmış hüquqşünas sosial şəbəkə hesabındakı paylaşımda İntizam Komitəsinin səlahiyyətlərinin tənzimlənməli olduğunu yazıb. O, qurumun hüquqlarından sui-istifadə etdiyini deyib. Sizi həmin fikirlərlə tanış edirik:

"Burda AFFA-nın İntizam Məcəlləsinin 47-ci maddəsinə baxmaq lazımdı. Həmin maddə AFFA və PFL əməkdaşlarının şərəf və ləyaqətinin alçaldılması adlanır.
47.1. Futbolçu geniş kütlə qarşısında və ya KİV-də AFFA və PFL əməkdaşlarının şərəf və ləyaqətini alçaldarsa və ya onları təhqir edərsə, həmin oyunçu 5 oyun matçlardan kənarlaşdırılır və klub 10000 (on min) manat məbləğində cərimə edilir.
47.2. Bu hərəkətləri rəsmi şəxs edərsə o, matçlardan 10 oyun kənarlaşdırılır və klub 20000 (iyirmi min) manat məbləğində cərimə edilir.

"Turan Tovuz"un açıqlamasında isə AFFA və PFL əməkdaşlarının şərəf və ləyaqətinin alçaldılması ilə bağlı ifadə yoxdu. İntizam Komitəsi eyni zamanda qərarında İntizam Məcəlləsinin 2.4-cü maddəsinə istinad edib. Həmin maddədə qeyd edilir ki, İntizam Komitəsi cəzanın növünü təyin edərkən yüngülləşdirici və ağırlaşdırıcı halları nəzərə ala bilər. Müvafiq əsasnamə və reqlamentlərdə hər hansı bir məsələ üzrə qaydalar mövcud deyilsə, onda İntizam Komitəsi hüquq və ədalət prinsiplərinə əsaslanaraq qərar qəbul etmək hüququna malikdi.
Bu maddə ümumilikdə İntizam Komitəsinə çox geniş səlahiyyətlər verib. Yəni İntizam Komitəsi İntizam Məcəlləsində olmayan istənilən məsələ ilə bağlı qərar verə bilər. Təbii ki, bu yolvərilməz və hüquqa uyğun olmayan bir əməldi. Hesab edirəm ki, bütün qayda pozuntuları İntizam Məcəlləsində öz əksini tapmalıdı və klublar əvvəlcədən bilməlidilər ki, hansı əməli törətsələr, onları hansı cəza gözləyir. Bu hal AFFA İntizam Komitəsinin hüquqdan sui-istifadə etməsinə gətirib çıxarır. Təsəvvür edin, siz hansısa əməl törədirsiz və o əməl İnzibati Xətalar Məcəlləsində nəzərdə tutulmayıb, lakin inzibati orqan sizi həmin əmələ görə istədiyi məbləğdə cərimə edir..."


KƏNAN BAHADIR
Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:81
embedMənbə:https://www.football-plus.az
archiveBu xəbər 25 Fevral 2025 13:43 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Rusiya Ukrayna danışıqları dalana dirənib

04 Dekabr 2025 14:36see276

Şakira uşaqlarının hansı xüsusiyyəti Pikedən aldığını açıqlayıb

03 Dekabr 2025 16:27see267

Ramiz Mehdiyev haqqında görün nələr danışdı… KONKRET

03 Dekabr 2025 16:51see240

Bakıda avtomobil sürücüsü ilə birgə yandı YENİLƏNİB

03 Dekabr 2025 09:08see239

MİDA nın tikdiyi mənzillərdə təmir keyfiyyətsiz aparılıb? Foto

03 Dekabr 2025 15:21see158

Rusiyada 21 yaşına çatmamış şəxslər tütün və spirtli içkilərin satışı ilə məşğul ola bilməyəcək

05 Dekabr 2025 01:45see155

Mavi Balina necə yüklənilir?

03 Dekabr 2025 17:32see150

Tələblər bəzən o qədər sərt olur ki, çox istedadlı, elmə həvəsli gənclərin qarşısını alır Firdovsiyyə Əhmədovadan ETİRAZ

03 Dekabr 2025 12:22see142

Xainliyin GİZLİ ARXİTEKTURASI: Dövlətə xəyanətin fəlsəfi kökləri və beşinci kolonun Azərbaycan modeli

03 Dekabr 2025 14:30see134

Əxlaqsızlıq yuvasında tutulan kişini cəza gözləyirmi?

04 Dekabr 2025 00:27see133

Abşeron Xəstəxanasında xəstə 3 cü mərtəbədən yıxılıb

03 Dekabr 2025 23:01see133

Paytaxtın bu küçələrində sıxlıq var SİYAHI

03 Dekabr 2025 08:48see129

Puç olan ümidlər

03 Dekabr 2025 08:40see127

Qurudulmuş meyvələr hansı şəraitdə saxlanmalıdır? Mütəxəssis xəbərdarlığı

04 Dekabr 2025 07:15see127

XİN Bərzaninin Baxçalıya qarşı dediklərini qınayır

03 Dekabr 2025 08:35see124

Kiyevdə gərgin gecə: GUR sanatoriyaya hücum etdi, hərbçilər saxlanıldı

04 Dekabr 2025 00:14see123

Aralıq dənizində 4 bal gücündə zəlzələ olub

04 Dekabr 2025 00:29see122

Neymar və het trik

04 Dekabr 2025 09:17see122

GÜNÜN QOROSKOPU: Sevgi münasibətlərində xoş sürprizlər mümkündür

04 Dekabr 2025 00:31see122

“Futbolçularımın haqqını verməliyəm” Dambrauskas İdmanXəbər

03 Dekabr 2025 17:55see121
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri