Icma.az
close
up
RU
TuranBank Üçüncü Bahar İB ilə əməkdaşlığa başladı

TuranBank Üçüncü Bahar İB ilə əməkdaşlığa başladı

Unikal.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Sosial məsuliyyətli bankçılıq prinsiplərinə sadiq qalan "TuranBank" yaşlı əhalinin asudə vaxtının səmərəli təşkili, həyat keyfiyyətini yaxşılaşdırmaq və onların sosial rifahını təmin etmək məqsədilə "Üçüncü Bahar" İctimai Birliyi ilə əməkdaşlığa başlayıb.

"Unikal" xəbər verir ki, əməkdaşlıq çərçivəsində Bank İctimai Birliyin nəzdində fəaliyyət göstərən İçərişəhər "YAŞA" Mərkəzinin fəaliyyətinə və infrastrukturunun gücləndirilməsinə dəstək göstərəcək. 

Qeyd edək ki, "Üçüncü Bahar" İctimai Birliyinin əsas məqsədi yaşlı insanları bir araya toplayaraq onların asudə vaxtını səmərəli keçirməsini təmin etmək, ölkənin sosial-iqtisadi, siyasi və mədəni həyatında aktiv iştirakını təşviq etməkdir. Bu məqsədlə “YAŞA” Mərkəzlərində yaşlıların təhsil və məşğulluq imkanlarını genişləndirən müvafiq silsilə təlim-tədris proqramları həyata keçirilir. Mərkəzlərdə iştirakçılara maliyyə savadlığı, xarici dil, kompüter, qurama, rəsm və vitraj üzrə təlimlər, həmçinin idman, rəqs, yaradıcılıq dərnəkləri və fərdi kitabxana daxil olmaqla geniş spektrli fəaliyyətlər təqdim edilir.

Məlumat üçün bildirək ki, TuranBank Korporativ Sosial Məsuliyyət proqramı çərçivəsində daim həssas əhali qruplarını diqqət mərkəzində saxlayır,  şəhid ailələrinin və qazilərin sosial müdafiəsi, eləcə də ətraf mühitin mühafizəsi istiqamətində aktiv layihələr həyata keçirir. Bu əməkdaşlıq Bankın cəmiyyətin bütün təbəqələrinə qayğı göstərmək missiyasının davamıdır. 

2017-ci ildə təsis edilmiş "Üçüncü Bahar" İctimai Birliyi ölkədə yaşlı nəslin nümayəndələrinin sosial rifahının yüksəldilməsi, onların asudə vaxtlarının səmərəli təşkili və cəmiyyətə inteqrasiyasını təmin etməklə fəal yaşlanma mühitinin yaradılması istiqamətində fəaliyyət göstərir. Təşkilatın əsas strateji prioritetləri maarifləndirmə, yaradıcılıq, sağlamlıq, o cümlədən sosial sahibkarlıq istiqamətlərini əhatə edir.

Fəaliyyət göstərdiyi 9 il ərzində birliyin fərqli regionlarda yerləşən 4 mərkəzi vasitəsilə 45 000-dən çox benefisiar xidmətlərə cəlb edilib. Hazırda Bakıda fəaliyyət göstərən "YAŞA" Mərkəzləri həftəlik orta hesabla 350-400 nəfərə, regional mərkəzlər isə 70-80 nəfərə xidmət göstərməkdədir. Qeyd edək ki, "YAŞA" Mərkəzlərində təqdim olunan bütün xidmətlər yaşlılar üçün təmənnasız əsaslarla həyata keçirilir.

1992-ci ildən etibarən fəaliyyət göstərən TuranBank ASC 22 satış nöqtəsi ilə fərdi və korporativ müştərilərin xidmətindədir. Bankın təqdim etdiyi məhsul və xidmətlərlə bağlı ətraflı məlumatı (012) 935 Məlumat Mərkəzinə zəng edərək,  TuranBank-ın rəsmi veb səhifəsini və ya sosial şəbəkələrdəki (FaceBook, İnstagram, və.s) səhifələrini izləyərək əldə edə bilərsiniz.


Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:120
embedMənbə:https://unikal.az
archiveBu xəbər 10 Fevral 2026 14:26 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bank tətbiqlərində texniki problemlər: Müştəriləri nə narazı salır?

04 Noyabr 2026 14:45see464

Neftçala rayonunda “Uşaqların zərərli vərdişlərdən qorunması” layihəsi çərçivəsində maarifləndirici tədbirlər keçirilib

03 Noyabr 2026 18:54see392

“28 May” metrosunda texniki problem QR kodlar işləmir

03 Noyabr 2026 18:37see351

Baş Katib: Azərbaycanın əsas üstünlüyü müxtəlif mədəniyyətləri bir masa ətrafında birləşdirmək bacarığıdır

03 Noyabr 2026 17:45see304

“Arka Sokaklar” yayımlanacaq? Mesut komiser açıqladı (Video)

03 Noyabr 2026 17:04see301

Biznes kreditlərində rekord artım

03 Noyabr 2026 17:29see293

Ruslar benzin üçün növbəyə qayıdacaqlar...

03 Noyabr 2026 19:25see270

Bakıda avtomobillərin qiyməti ucuzlaşacaq? VACİB AÇIQLAMA

03 Noyabr 2026 20:20see263

Berdan Mardini 24 yaş kiçik həyat yoldaşından boşandı

03 Noyabr 2026 16:57see256

Bundan sonra subay adam qalmayacaq Elçiliyi ChatGPT edir

03 Noyabr 2026 20:02see250

İsrailin kruiz gəmisində bomba təhlükəsi YOXLAMA APARILDI

03 Noyabr 2026 23:49see246

Bu gün Naxçıvanda 18 kənd işıqsız qalacaq

04 Noyabr 2026 00:25see238

Binance dən yeddi milyard dolların necə oğurlandığı açıqlandı

04 Noyabr 2026 00:15see229

Səhiyyə Nazirliyində böyük kadr dəyişikliyi:Üç müavin gedir, biri qalır…

04 Noyabr 2026 08:28see222

Yeni nazir onları yola salacaq Səhiyyədə BÖYÜK DƏYİŞİKLİK

04 Noyabr 2026 10:27see217

“Qərbi Azərbaycanın tarixi abidələri məktəblilərin gözü ilə” layihə müsabiqəsi keçirilir

04 Noyabr 2026 23:35see209

“Dahilik və dəlilik geni”: rəssamlar və elm adamları arasında fərq tapılıb...

04 Noyabr 2026 19:27see205

Bunları hər kəs bilməlidir!

04 Noyabr 2026 13:30see205

Estoniya Azərbaycanla energetika və təhsil sahələrində əməkdaşlığı genişləndirmək niyyətindədir

04 Noyabr 2026 20:27see198

Oynaq ağrılarında yeni yanaşma: Kollagen VİDEO

04 Noyabr 2026 17:05see187
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri