Icma.az
close
up
RU
Menu

Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin nümayəndə heyəti UNESCO nun “Mədəni özünüifadə müxtəlifliyinin qorunması və təşviqi haqqında 2005 ci il Konvensiyası”na Tərəf Dövlətlərin Konfransının 10 cu sessiyasında iştirak edir

“Əvvəlcə Zəngəzur dəhlizini verəcəklər, sonra Ermənistana azı 300 min azərbaycanlını gətirəcəklər” Erməni ekspertlər

ASC və MMC yə məxsus əmlaklar hərraca çıxarılacaq

Survivor dan qazancı məlum oldu

Kazino mövzusu diqqətlə və mərhələli şəkildə araşdırıla bilər MÜNASİBƏT BİLDİRİLDİ

Azər Qasımlının məhkəməsi başlayıb

Osmanlı dövründə baş verən ürpədici Vampir hadisəsi FOTOLAR

24 il sonra ilk: ABŞ ın “Qiyamət günü təyyarəsi”... Video

Putin Ərdoğana təşəkkür edib

Rusiya XİN ABŞ yə xəbərdarlıq edir

Yaponiyada güclü zəlzələ baş verib

UNFCCC in Katibliyinin üzvü: COP29 un sədrliyi COP30 un Gündəliyinin qəbul olunmasında körpü rolu oynadı

Xameneyi: Döyüş başlayır

Tramp: İran təslim olmalı və müqaviməti dayandırmalıdır KONKRET

Yamal Messinin bu yaşda olduğundan daha güclüdür

Yenidən B seriyasında işləyəcək

Həkim: “Coca Cola Zero” infarkt və insult riskini artıra bilər

Avropa Komissiyası bir sıra Aİ ölkələrinə qarşı məhkəmə iddiası qaldıracaq

Müharibəyə görə 12 mindən çox iranlı zəvvar geri dönə bilmir

Tofiq Musayev: Kiminləsə döyüşdən imtinanı özümə yaraşdırmıram

Turist gəlir, pul gedir: Azərbaycan niyə kazino fürsətini itirir?

Turist gəlir, pul gedir: Azərbaycan niyə kazino fürsətini itirir?

Bakupost portalından verilən məlumata əsasən, Icma.az bildirir.


Son illər Azərbaycanda turizmin inkişafı, bu sahəyə yatırılan sərmayələrin özünü doğrultması göz qabağındadır. İldən-ilə ölkəyə gələn turistlərin sayındakı nəzərəçarpacaq artım da bunu təsdiq edir.

Turist sayı artır, bəs gəlirlər?

Belə ki, rəsmi məlumatlara görə, 2024-cü ildə Azərbaycana 2 milyon 412 min 160 nəfər əcnəbi səfər edib. Dövlət Turizm Agentliyinin hesabatına görə, bu, 2023-cü illə müqayisədə 26% çoxdur.

2025-ci ilin ilk iki ayında isə Azərbaycana 338 min 621 xarici vətəndaş və vətəndaşlığı olmayan şəxs səfər edib. Orta hesabla bir ay ərzində Azərbaycana səfər edən turistlərin sayı 165-200 min nəfər arasında dəyişir.

2025-ci ilin ilk rübündə hotel və mehmanxana tipli obyektlərdə turistlərin keçirdiyi gecələmələrin sayı isə 484.9 min olub. Bu isə əvvəlki ilin eyni dövrü ilə müqayisədə 11.9 faiz çoxdur.

Onu da qeyd edək ki, son statistikalara görə, xaricilər əsasən, Bakıda istirahət etməyə üstünlük verirlər. Belə ki, ölkəyə gələn hər 100 turistin 77-si paytaxtdan kənara səfər etmir.

Dövlət Turizm Agentliyinin proqnozlarına görə, 2025-ci ilin sonuna qədər isə Azərbaycana gələn turistlərin sayı 3 milyona çatacaq. Həmçinin, bu il Azərbaycanda turizm sektorunun (ictimai iaşə daxil deyil) gəlirlərinin 1,03 milyard ABŞ dollarına çatacağı gözlənilir.


Gürcüstan turizmdə niyə öndədir?

Göründüyü kimi, ildən-ilə Azərbaycana gələn turistlərin sayında artım müşahidə olunur və bu rəqəm on minlərlə deyil, yüz min nəfərlərlə ölçülür. Bu vəziyyət isə turizm infrastrukturunun (xüsusən də bölgələrdə) daha da inkişaf etdirilməsini, əlavə istirahət və əyləncə obyektlərinin açılmasını tələb edir.

Azərbaycanın əlverişli mövqeyi, təbiəti, dünya ölkələri ilə müqayisədə qiymətlərin əlçatan olması onu xarici turistlər üçün cəlbedici etsə də, ölkəyə daha çox turist cəlb etmək, bu sahədən büdcəyə daxilomaları daha da artırmaq üçün əlavə tədbirlərə, xüsusən də, turistlərin diqqətini çəkəcək addımlara ehtiyac var.

Mütəxəssislər hesab edirlər ki, bir çox turizm ölkələri kimi Azərbaycanda da kazinoların fəaliyyətinə icazə verilməsi bu addımlardan biri ola bilər. Bu baxımdan xüsusən də Gürcüstanın təcrübəsi misal gətirilir. Qeyd olunur ki, ərazi və əhalisinin sayına görə Gürcüstan Azərbaycandan kiçik ölkə olsa da, turizm gəlirlərinə görə daha öndədir. Bunun əsas səbəblərindən biri kimi xeyli vaxtdır Gürcüstanda kazino biznesinin leqallaşdırılması göstərilir.

Qazaxıstanda Kunayev nümunəsi


Azərbaycan kimi postsovet ölkələrindən olan Qazaxıstanda da kazino biznesi ölkəyə xeyli gəlir gətirir. Dost ölkədə Kunayev şəhəri ölkənin Las-Veqası olmaq məqsədilə böyük vəsaitlərlə yenidən qurulur və burada 15-dən çox kazino fəaliyyət göstərir. Bu layihə 2007-ci ildən etibarən Qazaxıstanda kazino fəaliyyətinin leqallaşdırıldığı iki şəhərdən biridir. Kazino sahəsi, həm daxili, həm də xarici turistləri cəlb etməklə yanaşı, ölkəyə iqtisadi qazanc gətirmək məqsədini güdür. Kunayev şəhərindəki kazinolar arasında “Bombey Kazino”, “Tornado Kazino”, “Royal Plaza Kazino” və “Bellagio Kazino” kimi məşhur adlar yer alır. Şəhərdə yeni infrastruktur qurulub və kanalizasiya sistemləri gücləndirilib ki, bu da yerli əhalinin məşğulluğunu artırmağa və turizm xidmətlərinin keyfiyyətini yüksəltməyə xidmət edir.

Qazaxıstanda həyata keçirilən bu kazino layihəsi, ölkənin turizm və iqtisadiyyat sahəsindəki inkişafına ciddi töhfə verir. Bu təcrübə, Azərbaycanda da tətbiq oluna bilər.

Kazino biznesindən milyardlar qazanan ölkələr

Qeyd edək ki, dünya üzrə son statistikalar da oyun biznesinin müxtəlif ölkələrə hər il milyard dollarla gəlir gətirdiyini təsdiq edir. Belə ki, 2024-cü ildə təkcə onlayn oyunlarla Amerika Birləşmiş Ştatları 20,3% gözlənilən artımla 23,03 milyard dollar gəlir əldə edib. Böyük Britaniya 13,78 milyard dollar gəlirlə ikinci sırada gəlir. Burada əhalinin təxminən 27,9%-i onlayn oyunlara üstülük verir. Avstraliya 10,14 milyard dollar gəlirlə üçüncü yerə çıxıb.

İlk 10-luqda qalan yerlər aşağıdakı kimidir: Yaponiya (6,19 milyard dollar), Almaniya (5,65 milyard dollar), Kanada (4,19 milyard dollar), Fransa (4,12 milyard dollar), İtaliya (3,21 milyard dollar), Hindistan (2,9 milyard dollar), İspaniya (1,97 milyard dollar).

Amerika Oyun Assosiasiyasının məlumatına görə, 2024-cü ildə ABŞ-da azart oyunlardan əldə olunan vəsaitin həcmi 67 milyard dolları keçib. Çinin Makao kazinosunun 2024-cü ildəki qazancı isə 28,35 milyard dollar olub ki, bu da əvvəlki illə müqayisədə 23,9% faiz çoxdur.


Əyləncə turizminin üstünlükləri

Yuxarıda qeyd etdiyimiz kimi, bir sıra mütəxəssislər Azərbaycanda kazino biznesinin bərpası və inkişafının ölkəyə əlavə maliyyə vəsaitləri və turist axını gətirə biləcəyini düşünürlər.

Turizm eksperti Rəhman Quliyev hesab edir ki, Azərbaycanda kazinoların açılmasına zərurət var:


"Beynəlxalq təcrübədə də bunu görürük. Məsələn, Kiprdə, İtaliyada, Fransada, demək olar Avropa ölkələrinin hamısında, Asiya ölkələrində kazinolar xeyli sayda turist cəlb edir. Kazinoların fəaliyyətə başlamasının Azərbaycana gələn turist sayına böyük təsiri olacaq. Ona görə də mən bu ideyanı tam dəstəkləyirəm".

Ekspertin sözlərinə görə, Azərbaycanda kazinoların fəaliyyətinin qadağan olunması səbəbindən illərdir ki, böyük bir turizm portfeli itiririk:

"Azərbaycanda kazinoların işləməməsi turizm sektoruna ciddi zərbə vurur. Onlar leqallaşdırılarsa, yeni turist portfeli qazanacağıq, xüsusilə də üst kateqoriya turistləri qazanacağıq.

Bu gün paytaxtdan kənarda turizm kompleksləri açılır. Belə mötəbər komplekslərdə kazinoların olması pis olmazdı. Mən bunu zəruri hesab edirəm. Biz əsasən, üst seqment turistləri Azərbaycana cəlb etməklə ölkədə turizmi daha çox inkişaf etdirə bilərik. Bu həm yeni iş yerlərinin açılmasına, həm də ölkə iqtisadiyyata böyük töhfə verəcək".

Xaricə axan və itirilən milyonlar

Ekspertlərin fikrincə, Azərbaycanda kazinoların fəaliyyətə başlaması turist axını, ölkəmizin dünyada daha da tanınması, yeni iş yerlərinin açılması ilə yanaşı dövlət büdcəsinə daxilolmaların artmasına da müsbət təsir göstərəcək. Digər tərəfdən, Azərbacyanda xeyli insan var ki, bu əyləncə növünə böyük maraq göstərirlər. Onlar ölkədə kazinoların fəaliyyəti yasaqlandığı üçün uzun illərdir ki, xarici ölkələrə üz tuturlar. Bu isə milyonlarla manat vəsaitin xaricə axması deməkdir. Ölkədə kazinoların fəaliyyəti leqallaşdırılsa, həmin vəsaitlərin xaricə axını da dayanar.

İqtisadçı Eldəniz Əmirov da hesab edir ki, kazinoların leqallaşdırılması iqtisadi baxımdan ölkə üçün bir sıra üstünlüklər vəd edir:


"İlk növbədə qeyd edim ki, bu addım xarici, ələlxüsus da yüksək gəlirli elit təbəqəyə aid olan turistlərin ölkəmizə cəlb olunması baxımından yaxşı bir fürsət yaradır. Ən azı qonşu ölkələrin təcrübəsi belə deməyə əsas verir. Çünki əyləncə turizmi bu gün turizmin aparıcı hissəsidir. Kazino isə əyləncəyönümlü ən rentabelli iqtisadi fəaliyyət növüdür desək, yanılmarıq. Buna görə də hesab edirəm ki, qonşu ölkələrin bu təcrübəsini nəzərə alıb, oyun sənayesini düzgün qurub tənzimləyə bilsək, bu, turizm sektorunun inkişafına bpyük töhfə verər. Eyni zamanda, bu addım təbii ki, ölkəmizdə hotel, restoran biznesinin inkişafına da müsbət təsirini göstərər. Bütün bunlar da ölkədə vergi daxilolmaları, müxtəlif iqtisadi aktivlik, infrastrukturun inkişafı və digər istiqamətlərdə müsbət təsirlər yarada bilər".

Hüquqi tənzimləmə vacibdir

İqtisadçı Pərviz Heydərov da kazinolar və oyun biznesinin gəlir gətirən sahə olduğunu deyir:


"Bu, həqiqətən də xarici turistlərin cəlbi baxımından effektli vasitədir. Qonşu ölkələrin təcrübəsindən bunun şahidi ola bilərik".

Bununla belə, ekspertlər hesab edir ki, bu sahəyə dair konkret hüquqi-normativ baza olmalı və dəqiq mexanizm fəaliyyət göstərməlidir. Çünki, qeyd olunan sahə həm də çirkli pulların yuyulduğu bir yerdir. Başqa sözlə desək, kazinolar "kölgə iqtisadiyyatı" şəraitində qazanılan vəsaitlərin leqallaşdırılamsı üçün əlverişli məkandır.

P.Heydərovun fikrincə, sözügedən sahənin inkişaf etdirilməsi yalnız xarici turistlərin ölkəyə gəlişini stimullaşdırmaq baxımından nəzərdən keçirilə bilməz:

"Demək istəyirəm ki, ölkəmizdə oyun biznesinin təşkili və inkişaf etdirilməsi məqbuldur. Ancaq hər şey konkret qanunvericilik mexanizmi və bazası əsasında təşəkkül tapmalıdır".

Zaur,
BakuPost


Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:85
embedMənbə:https://www.bakupost.az
archiveBu xəbər 05 May 2025 16:38 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin nümayəndə heyəti UNESCO nun “Mədəni özünüifadə müxtəlifliyinin qorunması və təşviqi haqqında 2005 ci il Konvensiyası”na Tərəf Dövlətlərin Konfransının 10 cu sessiyasında iştirak edir

18 İyun 2025 13:47see272

“Əvvəlcə Zəngəzur dəhlizini verəcəklər, sonra Ermənistana azı 300 min azərbaycanlını gətirəcəklər” Erməni ekspertlər

18 İyun 2025 17:44see139

ASC və MMC yə məxsus əmlaklar hərraca çıxarılacaq

18 İyun 2025 15:24see128

Survivor dan qazancı məlum oldu

18 İyun 2025 17:25see122

Kazino mövzusu diqqətlə və mərhələli şəkildə araşdırıla bilər MÜNASİBƏT BİLDİRİLDİ

18 İyun 2025 17:16see121

Azər Qasımlının məhkəməsi başlayıb

18 İyun 2025 17:46see118

Osmanlı dövründə baş verən ürpədici Vampir hadisəsi FOTOLAR

19 İyun 2025 01:37see117

24 il sonra ilk: ABŞ ın “Qiyamət günü təyyarəsi”... Video

18 İyun 2025 17:37see117

Putin Ərdoğana təşəkkür edib

19 İyun 2025 02:51see116

Rusiya XİN ABŞ yə xəbərdarlıq edir

19 İyun 2025 15:23see115

Yaponiyada güclü zəlzələ baş verib

19 İyun 2025 06:21see115

UNFCCC in Katibliyinin üzvü: COP29 un sədrliyi COP30 un Gündəliyinin qəbul olunmasında körpü rolu oynadı

18 İyun 2025 07:01see115

Xameneyi: Döyüş başlayır

18 İyun 2025 08:53see115

Tramp: İran təslim olmalı və müqaviməti dayandırmalıdır KONKRET

18 İyun 2025 20:29see114

Yamal Messinin bu yaşda olduğundan daha güclüdür

18 İyun 2025 21:56see114

Yenidən B seriyasında işləyəcək

19 İyun 2025 05:48see113

Həkim: “Coca Cola Zero” infarkt və insult riskini artıra bilər

18 İyun 2025 08:06see113

Avropa Komissiyası bir sıra Aİ ölkələrinə qarşı məhkəmə iddiası qaldıracaq

18 İyun 2025 17:36see112

Müharibəyə görə 12 mindən çox iranlı zəvvar geri dönə bilmir

20 İyun 2025 01:59see111

Tofiq Musayev: Kiminləsə döyüşdən imtinanı özümə yaraşdırmıram

18 İyun 2025 11:17see111
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri