Icma.az
close
up
RU
Menu

Məşhurlar ALS xəstəsi olan model dostlarını ziyarət etdilər

Mədəniyyət Nazirliyi Elmira Şabanovanın vəfatı ilə bağlı nekroloq yayıb

Vəzifəlilərin biznesinə son qoyula bilər Yeni qanun nələri dəyişəcək?

Valideynlərə xəbərdarlıq: Uşaqlara bunu özbaşına verməyin!

Polis bölməsinə şaman çağırıldı Pis ruhları qovmaq üçün

Qabriel Jezus: “Sabah”a hörmətlə yanaşaraq meydana çıxdıq”

Elgiz Əkbərin yeni layihəsi ilə bağlı ARB dən rəsmi açıqlama

Polşada prezident sarayının yaxınlığında kişi özünü yandırdı

“Sabah” 5 turdan sonra ÇL də neçəncidir?

Dövlət İdarəçilik Akademiyasının tələbəsi binadan necə yıxılıb? təfərrüat (Video)

Evdəki adi əşyalar uşağın həyatını təhlükəyə ata bilər Həkimdən xəbərdarlıq

Filarmoniyada Dövlət Mahnı və Rəqs Ansamblının konserti təqdim olunub (Foto)

Koçinyan: Azərbaycan və Ermənistan vətəndaş cəmiyyətlərinin dialoqu yeni reallıqların yaradılmasına yönəlib

ADU Çinin Sincan Maliyyə və İqtisad Universiteti ilə Anlaşma Memorandumu imzaladı FOTO

Azərbaycan və Aİ Orta Dəhlizin inkişafı ilə bağlı razılığa gəldi

57 yaşlı Cennifer Lopez belə formada qalır

Azərbaycan Ermənistan dialoqunda yeni mərhələ: 6 komitə yaradılır

Haşimoto və hamiləlik: Bu xəstəlik ana olmağa mane olurmu? ARAŞDIRMA

Azərbaycan vasitəsilə Şimal Cənub dəhlizi ilə yükdaşımalar 25 % artıb

AZAL ın ötənilki qazancı açıqlandı 1,2 milyard manat!

Turistlər getdikcə gecə həyatını seçirlər: Səbəb nədir?

Turistlər getdikcə gecə həyatını seçirlər: Səbəb nədir?

Icma.az, Moderator.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Son illərdə müşahidə olunan ekstremal istilər turistlərin istirahət vərdişlərini dəyişməyə başlayıb. Bir qisim səyahətçilər yay mövsümündə səyahətdən imtina edir, digərləri isə daha sərin istiqamətlərə üz tutur. Lakin Aralıq dənizi ölkələrində yay tətilindən vaz keçmək istəməyənlər də var və onlar problemi fərqli şəkildə həll edirlər.

Moderator.az "BBC Travel"ə istinadən xəbər verir ki, Avropada temperatur artdıqca turistlər günün ən isti saatlarını qapalı keçirir və səyahətin ən maraqlı anlarının gün batımından sonra başladığını kəşf edirlər.

Səyahətçi Deyn Maksvell İspaniyanın Sevilya şəhərinə səfərinin güclü istilər səbəbilə çətinliklə başladığını, lakin sonradan rejimi dəyişməyin hər şeyi xilas etdiyini deyir: "Biz yerli ritmə uyğunlaşdıq".

Bu, gec yatmaq, günorta saatlarına qədər yuxuda qalmaq, isti pik saatlarda qapalı məkanda olmaq və yalnız axşam 20:00-dan sonra şəhərə çıxmaq demək idi. Maksvellin sözlərinə görə, gecə saatlarında şəhər tamamilə fərqli görünürdü: küçələr canlı idi, lakin sakit idi, kafelər və tapas barlar isə ən aktiv dövrünü yaşayırdı.

O, artıq dostları ilə birlikdə "gecə turizmi”ni üstün tutduqlarını bildirir. Onun fikrincə, gündüz saatlarında səyahət həm narahat, həm də sağlamlıq üçün risklidir.

"InteleTravel” (Böyük Britaniya və İrlandiya) turizm şirkətinin icraçı direktoru Trişa Hendli-Hyuz da bu tendensiyanı təsdiqləyir: "Biz gecə turizminə doğru real dəyişiklik görürük. Səyahətçilər günorta istisindən qaçır və izdihamı azaltmaq üçün gec saatlarda şəhərləri kəşf edirlər. Ənənəvi 10:00–16:00 tur saatları yerini ulduzları izləməyə, gecə bazarlarına və ay işığında ekskursiyalara verir".

Avropanın bir çox şəhərlərində artıq turistlərin yeni davranışlarına uyğunlaşma müşahidə olunur. Məsələn, Sevilyada yay temperaturu 36°C-yə çatır və şəhər həm yerli əhali, həm də turistlər üçün şəraiti yaxşılaşdırmağa çalışır.

Şəhərin tarixi mərkəzində kölgəlik örtüklər quraşdırılıb, 2039-cu ilə qədər isə təxminən 100 min ağac əkilməsi planlaşdırılır. Bundan başqa, 2022-ci ildə "CartujaQanat” layihəsi çərçivəsində yeraltı kanallar, kölgəli ictimai sahələr və su buxarlanması sistemi ilə açıq məkanların temperaturunun 10°C-yə qədər azaldılması hədəflənib.

Lakin yerli sakinlər üçün ənənəvi həll hələ də "siesta”dır.

"Siesta yalnız istirahət üçün deyil, həm də istidən qorunmaq üçündür. Saat 16:00-da temperatur 40°C-yə çata bilər və bu vaxt çöldə olmaq çox çətindir”, deyə Sevilya meriyasının əməkdaşı Saida Sequra bildirib.

Onun sözlərinə görə, şəhər yayda dayanmasa da, ritm dəyişir: "Hər şey davam edir, sadəcə bir qədər gec başlayır”.

Şəhərə köçmüş Böyük Britaniya vətəndaşı Bekki Rendell isə axşamlar çay kənarında təşkil olunan gecə pikniklərini xüsusi qeyd edir.

Avstraliyalı səyahətçi Tamara Riçardson bildirir ki, gec saatlar bütün yaş qrupları üçün daha rahatdır: uşaqlar parkda oynayır, böyüklər isə gecəyə qədər sosial həyatı davam etdirirlər.

Roma və Afina kimi digər Avropa şəhərləri də bu dəyişikliklərə uyğunlaşır. Romada yay aylarında tədbirlər daha çox axşam saatlarında keçirilir, restoranlar və muzeylər gec saatlara qədər açıq qalır.

Afina isə günün ən isti saatlarında Akropolu bağlayır, lakin axşam saatlarında turistlər üçün daha rahat və sakit ziyarət imkanı yaradır.

Yerli sakinlər qeyd edirlər ki, şəhər artıq "iki hissəli gün rejimi” ilə yaşayır: səhər aktivlik, günorta istirahət və axşam yenidən canlanma.

Nəticə olaraq, ekspertlər hesab edir ki, iqlim dəyişikliyi turist davranışlarını köklü şəkildə dəyişir və səyahətçilər getdikcə yerli ritmə uyğunlaşaraq şəhərləri fərqli formada kəşf edirlər.(Qaynarinfo)

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:187
embedMənbə:https://moderator.az
archiveBu xəbər 09 İyun 2026 21:30 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Məşhurlar ALS xəstəsi olan model dostlarını ziyarət etdilər

25 Noyabr 2026 23:59see329

Mədəniyyət Nazirliyi Elmira Şabanovanın vəfatı ilə bağlı nekroloq yayıb

25 Noyabr 2026 21:47see314

Vəzifəlilərin biznesinə son qoyula bilər Yeni qanun nələri dəyişəcək?

25 Noyabr 2026 20:04see290

Valideynlərə xəbərdarlıq: Uşaqlara bunu özbaşına verməyin!

26 Noyabr 2026 02:11see278

Polis bölməsinə şaman çağırıldı Pis ruhları qovmaq üçün

25 Noyabr 2026 22:36see273

Qabriel Jezus: “Sabah”a hörmətlə yanaşaraq meydana çıxdıq”

26 Noyabr 2026 01:33see270

Elgiz Əkbərin yeni layihəsi ilə bağlı ARB dən rəsmi açıqlama

25 Noyabr 2026 21:11see269

Polşada prezident sarayının yaxınlığında kişi özünü yandırdı

26 Noyabr 2026 00:01see263

“Sabah” 5 turdan sonra ÇL də neçəncidir?

26 Noyabr 2026 04:01see255

Dövlət İdarəçilik Akademiyasının tələbəsi binadan necə yıxılıb? təfərrüat (Video)

26 Noyabr 2026 22:31see249

Evdəki adi əşyalar uşağın həyatını təhlükəyə ata bilər Həkimdən xəbərdarlıq

25 Noyabr 2026 22:56see243

Filarmoniyada Dövlət Mahnı və Rəqs Ansamblının konserti təqdim olunub (Foto)

26 Noyabr 2026 18:52see237

Koçinyan: Azərbaycan və Ermənistan vətəndaş cəmiyyətlərinin dialoqu yeni reallıqların yaradılmasına yönəlib

26 Noyabr 2026 22:05see235

ADU Çinin Sincan Maliyyə və İqtisad Universiteti ilə Anlaşma Memorandumu imzaladı FOTO

26 Noyabr 2026 17:46see232

Azərbaycan və Aİ Orta Dəhlizin inkişafı ilə bağlı razılığa gəldi

26 Noyabr 2026 19:36see221

57 yaşlı Cennifer Lopez belə formada qalır

26 Noyabr 2026 17:27see216

Azərbaycan Ermənistan dialoqunda yeni mərhələ: 6 komitə yaradılır

26 Noyabr 2026 19:50see214

Haşimoto və hamiləlik: Bu xəstəlik ana olmağa mane olurmu? ARAŞDIRMA

26 Noyabr 2026 15:04see195

Azərbaycan vasitəsilə Şimal Cənub dəhlizi ilə yükdaşımalar 25 % artıb

26 Noyabr 2026 16:04see194

AZAL ın ötənilki qazancı açıqlandı 1,2 milyard manat!

26 Noyabr 2026 22:21see192
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri