Türk aktrisa Londonda mühüm tədbirdən qovuldu FOTO
Icma.az, Milli.az saytına istinadən bildirir.
Türkiyə əsilli televiziya ulduzu Ekin-Su Cülcüloğlu Londonda keçirilən BAFTA televiziya mükafatlandırma mərasimindən sonra rəsmi şam yeməyinə gizlicə daxil olmağa çalışarkən təhlükəsizlik işçiləri tərəfindən məkanın xaricinə çıxarılıb.
Milli.Az xəbər verir ki, "Love Island" proqramının qalibi olan 30 yaşlı Ekin-Su tədbirə sponsorlardan biri olan "P&O Cruises" tərəfindən dəvət olunmuşdu. Lakin o, rəsmi şam yeməyinə və tədbirdən sonrakı qonaqlığa dəvət edilməmişdi. Buna baxmayaraq, məşhur ulduz bəxtini sınayaraq özünü dəvətlilər arasında göstərmək istəyib.
Hadisə şahidlərinin dediyinə görə, Ekin-Su yemək masaları arasında məqsədsiz şəkildə dolaşır, tanınmış simaların - Damian Lewis, David Tennant və James Corden-in olduğu tədbirdə oturmaq üçün yer axtarırmış.
Ulduza yaxın mənbələr Ekin-Su'nun sadəcə çıxış yolu axtardığını iddia edirlər. Onun nümayəndələri də rəsmi şam yeməyinə dəvət almadığını təsdiqləyib.
Milli.Az
Baxış sayı:86
Bu xəbər 13 May 2025 16:44 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















