Icma.az
close
up
RU
Türk dövlətləri ailəsi dünyada yeni güc mərkəzidir

Türk dövlətləri ailəsi dünyada yeni güc mərkəzidir

Xalq qazeti portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Türk Dövlətləri Təşkilatına (TDT) üzv dövlətlər arasında iqtisadi inteqrasiyanın dərinləşdirilməsi, ticarət əlaqələrinin genişləndirilməsi və mövcud iqtisadi potensialdan daha səmərəli istifadə edilməsi daim diqqət mərkəzində saxlanılıb. Eyni zamanda, ticarət və gömrük prosedurlarının uyğunlaşdırılması, daxili iqtisadi maneələrin azaldılması, iqtisadiyyatların şaxələndirilməsi və innovasiyaya əsaslanan inkişafın təşviqinə mühüm önəm verilməsi prioritetlər sırasında xüsusi yer alıb.  

Bütün bunlarla yanaşı, Türk dövlətlərində rəqəmsal ticarət və vahid rəqəmsal iqtisadi ekosistemin formalaşdırılması, süni intellektin iqtisadi transformasiyaya təsir göstərməsi, rəqəmsal infrastrukturun və məlumatların idarə olunması mexanizmlərinin inkişafı istiqamətlərində genişmiqyaslı layihələr gerçəkləşdirilib. Türk dövlətləri arasında iqtisadi əməkdaşlığa dair müxtəlif səviyyələrdə keçirilən konfranslarda nəqliyyat-logistika, ticarət, investisiya, rəqəmsallaşma, innovasiya və insan kapitalı kimi istiqamətlərdə inkişaf perspektivləri də geniş müzakirə olunub.  

İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi (İİTKM) Türk Dünyası Araşdırmalar Mərkəzinin rəhbəri, siyasi elmlər üzrə fəlsəfə doktoru İlyas Hüseynovun sözlərinə görə,  Azərbaycan TDT-yə üzv dövlətlərlə birlikdə artıq vahid iqtisadi və siyasi məkan kimi fəaliyyət göstərir. Bu isə Avrasiyada yeni geoiqtisadi arxitekturanın formalaşmasını şərtləndirir. İqtisadi göstəricilər də həmin potensialı aydın şəkildə nəzərə çarpdırır. 

Bütün bunların nəticəsidir ki, TDT geniş demoqrafik və iqtisadi potensiala malik Avrasiya məkanında mühüm regional əməkdaşlıq platformalarından birinə çevrilib. Bu faktın ifadəsi olaraq “Türk İqtisadi İcmalı”nda Türk dövlətlərinin ümumi ÜDM-nin 2026-cı ilin birinci rübündə 673,6 milyard ABŞ dollarına (qlobal ÜDM-in 2,34 faizi) çatdığı bildirilib. İcmalda, eyni zamanda, Türk dünyasının iqtisadi potensialını və inteqrasiyasını əks etdirən iqtisadi artım, ticarət, investisiya, sənaye, kənd təsərrüfatı, bankçılıq və dövlət maliyyəsində davamlı irəliləyişlərin nəzərə çarpdığı  vurğulanıb. Nəqliyyat bağlantılarının gücləndirilməsi, gömrük prosedurlarının sadələşdirilməsi və logistika infrastrukturunun inkişafının yuxarıda xatırladılan göstəricinin yaxın illərdə əhəmiyyətli dərəcədə artmasına imkan verə biləcəyi də diqqətə çatdırılıb.

                                     Vahid təhlükəsizlik məkanı  

Azərbaycan bu prosesdə əsas geoiqtisadi körpü rolunu oynayır. Prezident İlham Əliyevin çıxışlarının birində qeyd edildiyi kimi, son onillikdə ölkəmiz nəqliyyat infrastrukturuna milyardlarla dollar investisiya yatıraraq Şərq – Qərb və Şimal – Cənub nəqliyyat dəhlizlərinin əsas qovşaqlarından birinə çevrilib. Bakı Beynəlxalq Dəniz Ticarət Limanının illik yükötürmə qabiliyyətinin 15 milyon tondan 25 milyon tona çatdırılması, yeni yük gəmilərinin inşa edilməsi və Orta Dəhliz üzrə həyata keçirilən layihələr hesabına Mərkəzi Asiya ölkələrinin Avropa bazarlarına çıxışının daha da sürətləndirilməsi nəzərdə tutulub. 

Son dövrlər qlobal geosiyasi şərait də bu əməkdaşlığı əhəmiyyətli   dərəcədə artırıb. Qırmızı dəniz və Hörmüz boğazında müşahidə olunan narahatlıqlar isə beynəlxalq ticarətin təhlükəsizliyinin təkcə dəniz marşrutlarından asılı ola bilmədiyini göstərib. Bu baxımdan Trans-Xəzər Beynəlxalq Nəqliyyat Marşrutu (Orta Dəhliz) Avrasiyanın ən perspektivli quru-logistika xətt kimi diqqət çəkib   və Azərbaycanı bu marşrutun əsas əlaqələndirici ölkəsi kimi tanıdıb.     

Azərbaycan – Mərkəzi Asiya formatı yalnız iqtisadi deyil, həm də geosiyasi baxımdan yeni əməkdaşlıq modelidir. Bu format regional sabitliyi möhkəmləndirir, qarşılıqlı investisiyaları artırır, ticarətin şaxələndirilməsinə böyük töhfə verir və Avrasiyada dayanıqlı iqtisadi inteqrasiyanın formalaşmasını şərtləndirir. Yaxın perspektivdə isə bu əməkdaşlığın TDT-nin iqtisadi inteqrasiyasını daha da sürətləndirəcəyinə və təşkilatı qlobal iqtisadi sistemdə daha təsirli regional platformalardan birinə çevirəcəyinə əminlik yaradır. 

İqtisadçı-ekspert Ayxan Qədəşovun sözlərinə görə, Azərbaycanın Mərkəzi Asiya ölkələri ilə ənənəvi tarixi əməkdaşlığı artıq rəqəmsal müstəviyə keçir. Məsələn, bu gün Orta Dəhliz təkcə fiziki dəmir yolu və liman infrastrukturu kimi deyil, həm də müasir biznes prosesləri məkanı, “ERP” və “CRM” sistemlərinin sinxronlaşdırıldığı innovativ rəqəmsal ticarət dəhlizi kimi mühüm önəm daşıyır. 

Bu rəqəmsal transformasiya prosesində TDT çərçivəsində reallaşdırılan layihələr müstəsna əhəmiyyətə malikdir. İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin “Azexport” portalının da icraçısı olduğu “Digital Agro Data” və “OTS Made” layihələri üzv ölkələri arasında qlobal elektron ticarətə çıxışı asanlaşdırmaqla yanaşı, vahid standartların formalaşdırılmasında əvəzsiz rol oynayır. Qlobal tədarük zəncirlərinin yenidən formalaşdığı bir dövrdə bu cür innovativ ixrac mexanizmlərinin tətbiqi, rəqəmsallaşma və düzgün tranzit siyasəti ölkə iqtisadiyyatının rəqabətədavamlılığının artırılmasını və uzunmüddətli perspektivdə dayanıqlı iqtisadi inkişafa böyük töhfə verməsini şərtləndirir. 

Büynəlxalq miqyasda sülh və sabitlik adası kimi tanınan Azərbaycan Respublikası qlobal məkanda baş verən proseslərdə fəallığını qoruyaraq, bütün mümkün istiqamətlərdə dünyaya sürətlə inteqrasiya edir. “Bizim başqa ailəmiz yoxdur, ailəmiz Türk dünyasıdır” deyən Prezident İlham Əliyevin həyata keçirdiyi xarici siyasətdə Türk dünyası, TDT üzvləri xüsusi yer tutur. Məhz bunun nəticəsidir ki, son illər Mərkəzi Asiya ölkələri, o cümlədən Türk dövlətləri ilə münasibətlərdə böyük canlanma nəzərə çarpır. 

Dövlətimizin başçısının Mərkəzi Asiyaya, o cümlədən regionun türkdilli ölkələrinə mütəmadi səfərləri və eləcə də həmin dövlətlərin başçılarının Azərbaycana səfərləri Türk dünyası üzvləri ilə əlaqələrin genişlənməsini və strateji xarakter almasını şərtləndirir. Dövlət başçılarının dostluq münasibətləri, qarşılıqlı səfərlər ölkələr arasında uzunmüddətli siyasi-iqtisadi əlaqələrin formalaşması və inkişafına xüsusi təkan verir. Bütün bunları müvafiq sənədlər də sübut edir. Azərbaycanın Türkiyə, Qırğızıstan, Özbəkistan və Qazaxıstanla imzaladığı strateji yönlü  bəyannamələr də qeyd edilənlərin bariz nümunəsidir.  

Türk dövlətləri arasında enerji, nəqliyyat, kənd təsərrüfatı və turizm kimi sektorlarda iqtisadi inteqrasiya üçün imkanlar daha genişdir. Azərbaycanın Avropa və Asiya arasında tranzit dəhlizi kimi strateji mövqeyi Asiya ölkələrinin də ticarət yollarını diversifikasiya etmək və regional əlaqəni artırmaq səyləri TDT arasında nəqliyyat əlaqələrini daha da önə çıxarır. Uzun illər öncədən başlayaraq ardıcıl şəkildə reallaşdırılan layihə və proqramların, həyata keçirilən düzgün daxili və xarici siyasətin real nəticəsi kimi Azərbaycanın Zəngəzur dəhlizinin açılması kontekstində həyata keçirdiyi siyasət, eləcə də strateji infrastruktur-quruculuq işləri Mərkəzi Asiya ölkələrinin Avropaya çıxışı üçün ən cəlbedici imkana çevrilir. 

İqtisadçı-ekspert Aqil Əsədovun fikrincə, son illər Orta dəhlizin əhəmiyyətli olması üçün zəruri məsələlərdən biri də dəhliz boyunca sərhəd-buraxılış proseslərinin asanlaşdırılmasıdır ki, TDT üzvləri arasında bu istiqamətdə də ardıcıl addımlar atılıb. Artıq TDT hökumətlərinin gömrük orqanları arasında malların və nəqliyyat vasitələrinin hərəkəti haqqında məlumat mübadiləsini asanlaşdırmaq məqsədilə “Türk Dövlətləri Təşkilatı hökumətləri arasında sadələşdirilmiş gömrük dəhlizinin yaradılması haqqında” və “Türk Dövlətləri Təşkilatına üzv dövlətlərin hökumətləri arasında beynəlxalq kombinə edilmiş yük daşımaları haqqında” sazişlər təsdiq olunub.  

Nəqliyyat əlaqələrinin Azərbaycan – Mərkəzi Asiya arasında çoxşaxəli münasibətlərin uzunmüddətli inkişafının əsas prioritetlərindən birinə çevrilməsi, Zəngəzur dəhlizinin açılması isə inkişaf perpektivlərini, qarşılıqlı münasibətləri daha da gücləndirəcək. Zəngəzur dəhlizi həm daşımaların həcm və intensivliyini artırmaqla iqtisadi münasibətləri inkişaf etdirəcək, həm də TDT üzvləri arasında birbaşa bağlantını gerçəkləşdirməklə mədəni-siyasi-strateji bağlantıları daha da möhkəmləndirəcək. 

Yeri gəlmişkən, bu məqamda bir məsələyə də toxunmaq yerinə düşər. Xatırladaq ki, Prezident İlham Əliyev işğaldan azad olunan ərazilərimizi “yaşıl enerji zonası” elan edib və bu ərazilərin böyük aqrar potensiala malik olduğunu diqqətə çatdırıb. Hazırda qarşıya düşməndən təmizlənən torpaqlarda kənd təsərrüfatına yararlı sahələri minalardan təmizləyərək xəstəliklərdən azad, rəqəmsal və ən müasir təcrübə və texnologiyalara əsaslanan dayanıqlı kənd təsərrüfatı sistemi qurmaq kimi önəmli bir vəzifə qoyulub. TDT ölkələrinin iş adamlarında Qarabağ və Şərqi Zəngəzur iqtisadi zonalarında investisiya imkanları ilə tanış olmaq və burada ən yaxşı təcrübə və texnologiyaları tətbiq etmək marağı da buradan irəli gəlib.

Xatırladaq ki, TDT qlobal kənd təsərrüfatı torpaq ehtiyatlarında 6,1 faiz, o cümlədən əkin sahələrində 3,9 faiz, kənd təsərrüfatı məhsullarının qlobal istehsalında 2,2 faiz, kənd təsərrüfatı və emal məhsullarının ixracında 2 faiz paya malikdir. Qurum iştirakçı dövlətlər arasında kənd təsərrüfatı sahəsində əməkdaşlığın genişləndirilməsi, ticarət dövriyyəsinin artırılması və qarşılıqlı maraq doğuran layihələri reallaşdırmaq imkanlarını daim diqqətdə saxlayır. 

Şübhəsiz ki, Azərbaycan da bu məsələyə hər zaman həssaslıqla yanaşır, türk dövlətlərinin vahid rəqəmsal aqro-data platformasının yaradılması, TDT brendi altında birgə kənd təsərrüfatı və qida məhsullarının istehsalı ilə bağlı təklifləri təşkilata üzv ölkələrə təqdim edir və bu istiqamətdə layihələrin reallaşdırılmasına ciddi töhfələr verir. 

                                    TİF – dostluq və qardaşlıq ünvanı 

Türk İnvestisiya Fondu (TİF) bu gün dünyada Türk dövlətləri tərəfindən birgə təsis edilən, Türk dünyasında iqtisadi əməkdaşlığın gücləndirilməsinə, regiondaxili ticarətin artırılmasına və dayanıqlı inkişafın təşviqinə yönələn ilk ixtisaslaşmış beynəlxalq maliyyə institutu kimi tanınır. Bu maliyyə qurumu 2024-cü  il fevralın 24-dən fəaliyyət göstərir. Ümumi inkişaf və rifah naminə istifadə olunacaq 500 milyon ABŞ dolları həcmində nizamnamə kapitalına malik TİF “Türk Dünyasının İqtisadi İnteqrasiyası”na əsaslanaraq təsirli investisiyaların, innovativ həllərin və regional inteqrasiyanın təşviqi üçün platforma rolunu oynayır.

Fond qarşıya qoyulan məqsədi həyata keçirmək üçün regiondaxili ticarətin təşviqinə yardım göstərmək, xüsusilə mikro, kiçik və orta müəssisələrə aid olan layihələri maliyyələşdirmək, beynəlxalq, eləcə də milli maliyyə və inkişaf institutları, həmçinin ticarət palataları ilə əməkdaşlıq etmək kimi funksiya və səlahiyyətlərə malikdir. TİF fəaliyyəti çərçivəsində bu sadalanan məsələlərlə yanaşı, nəqliyyat və logistika zəncirlərinin, saxlama və istehsal imkanlarının genişləndirilməsini, dövlət-özəl tərəfdaşlığı daxil olmaqla rəqəmsal infrastrukturun yaradılmasını və modernləşdirilməsini dəstəkləməyi diqqətdə saxlayır. 

Bütün bunlarla bərabər, təşkilat sənaye istehsalı, infrastruktur, nəqliyyat, kənd təsərrüfatı, informasiya və kommunikasiya texnologiyaları və turizm daxil olmaqla qarşılıqlı maraq doğuran sahələrdə inkişaf layihələrinə mühüm önəm verir. Qurum, eyni zamanda, enerji səmərəliliyi, bərpa olunan enerji və ətraf mühitin mühafizəsinə investisiya yatırmaqla “yaşıl” iqtisadiyyatı sürətləndirən layihələri maliyyələşdirməyi prioritet istiqamət kimi yanaşır.   

TİF fəaliyyəti zamanı bundan sonra türkdilli dövlətlər arasında iqtisadi-ticari əlaqələrin inkişafının gerçəkləşməsinə böyük əhəmiyyət verəcək.  Türkiyənin xəzinə və maliyyə naziri Mehmet Şimşekin sözləri ilə desək, bu  maliyyə qurumu həm dövlət, həm də özəl sektora investisiya qoyuluşunu sürətləndirəcək, eləcə də kiçik və orta biznesin inkişafı, bərpa olunan enerji, kənd təsərrüfatı, turizm kimi bir çox sahələrdə sərmayə yatırımında mühüm rol oynayacaq, davamlı iqtisadi inkişafa töhfə verəcək. 

Yeri gəlmişkən, adı çəkilən fondun yüksək standarta cavab verən beynəlxalq maliyyə təşkilatı olmasının hədəfləndiyini bildirən Mehmet Şimşek qurumun strukturu, qərar qəbuletmə mexanizmləri, insan resursları, risklərin idarə edilməsi, monitorinq və audit funksiyaları ilə beynəlxalq təcrübəyə uyğun fəaliyyət göstərəcəyini, qurumun nizamnamə kapitalının 500 milyon dollar nəzərdə tutulduğunu deyib.

TDT çərçivəsində yaradılan TİF Türk dövlətlərinin əməkdaşlığının, birliyinin, qardaşlığının daha da güclənib inkişaf etməsi, xüsusən də iqtisadi-ticari əlaqələrin, böyük və ortaq infrastruktur layihələrinin həyata keçirilməsi istiqamətində çox böyük uğur hesab edilir. Fondun fəaliyyətində regiondaxili ticarətin gücləndirilməsi, iqtisadi layihələrin dəstəklənməsi və TDT-yə üzv ölkələrin iqtisadi inkişafına töhfə verilməsi nəzərdə tutulur.

Vaqif BAYRAMOV

XQ

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:277
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 18 Sentyabr 2026 17:19 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Antiinhisar “Aztelekom”un qiymət artımı müraciətini rədd edib

22 Oktyabr 2026 17:21see339

Dəbdəbəli həyat tərzi nümayişi qadağası So­sial şə­bə­kə­də ya­zı­lan­lar

23 Oktyabr 2026 07:03see337

“Radio milli və informasiya təhlükəsizliyimiz üçün mühüm vasitədir” Hikmət Babaoğlu

23 Oktyabr 2026 12:18see333

İran rəsmisi: Uzunmüddətli müharibə ABŞ nin ziyanına olacaq

23 Oktyabr 2026 04:23see273

Vüqar Oruc: “İnternet tarifləri artırılmamalı, xidmətin keyfiyyəti yüksəldilməlidir”

23 Oktyabr 2026 13:49see268

Növbəti köç karvanları Xocavənd və Ağdərəyə çatıb (Yenilənib)

23 Oktyabr 2026 12:58see265

Tramp Vensin namizədliyini dəstəkləmək barədə hələ qərar qəbul etməyib

23 Oktyabr 2026 04:52see263

Zelenski: bu tarixdə ruslarla döyüşsəydik, bu gün müharibə olmazdı

23 Oktyabr 2026 04:19see259

İrem Dericidən Hadisəyə sevgi dolu təbrik: “Səni bütün qəlbimlə sevirəm”

22 Oktyabr 2026 19:46see258

Hamısı məhv edildi Kadırov

23 Oktyabr 2026 01:48see244

Avropa Liqası: Beşiktaş və Yuventus dan heç heçə GÜNÜN NƏTİCƏLƏRİ

23 Oktyabr 2026 00:58see219

Gəncədə keçmiş məhkumlardan biri digərini bıçaqlayıb

23 Oktyabr 2026 04:15see213

Kuba XİN i Ukrayna münaqişəsində iştirakla bağlı ittihamları rədd edib

23 Oktyabr 2026 02:21see213

Araz çayında balıqların sayı artıb

23 Oktyabr 2026 01:21see212

UEFA Avropa Liqası: “Beşiktaş” öz meydanında heç heçə edib

23 Oktyabr 2026 02:49see212

7 ölkə bir araya gəldi İstanbulda mühüm görüş

23 Oktyabr 2026 03:22see209

Əlilliyə görə əmək pensiyası dayandırılıbsa, necə bərpa etmək olar?

22 Oktyabr 2026 20:27see208

ABŞ Venesuelaya qarşı bir sıra sanksiyaları ləğv etməyə hazırlaşır

23 Oktyabr 2026 05:50see206

Tovuzda kişinin güllələnmiş meyiti TAPILDI

23 Oktyabr 2026 04:53see205

“Evdə üç günlük ərzaq ehtiyatı toplayın, nağd pul saxlayın”

23 Oktyabr 2026 03:48see204
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri