Icma.az
close
up
RU
Türk dövlətləri arasında muzeylər PULSUZ olacaq

Türk dövlətləri arasında muzeylər PULSUZ olacaq

Icma.az, Modern.az portalına istinadən məlumatı açıqlayır.

Son illərdə türk dövlətləri arasında mədəni əlaqələrin inkişafı nəzərəçarpacaq dərəcədə inkişaf edir. Bu sahədə TÜRKSOY təşkilatının gördüyü işləri xüsusi ilə vurğulamaq lazımdır, bundan əlavə Türk Dövlətləri Təşkilatı tərəfidən bu birliyə daxil olan ölkələrin ortaq əlifba, bayraq və xəritəsinin yaradılması ölkələr arasında mədəni, siyasi, iqtisadi və sosial əlaqələrin daha da genişləndiyinin bariz göstəricisidir.

Eyni tarixi köklərə, adət-ənənələrə sahib türk dövlətlərinin əlaqələrinin genişləndirilməsi və mədəni bağların daha da möhkəmləndiriliməsi üçün türk dövlətlərinə rahat səyahət və həmin ölkələrin tarix, mədəniyyət və sənət aləmini daha yaxından öyrənməyə imkan verən muzeylərə girişin eyni kökdən gələn vətəndaşlar üçün əlçatan olması məsələsi aktuallaşır.

Modern.az mövzu ilə bağlı Azərbaycanın TÜRKSOY-dakı təmsilçisi Elçin Qafarlı ilə həmsöhbət olub. O bildirib ki, artıq bu sahədə konkret işlərin həyata keçməsi üçün danışıqlar başlanıb.

“TÜRKSOY təşkilatı türk dövlətləri arasında mədəniyyət sahəsində fəaliyyət göstərən yeganə təşkilatdır. Biz də mədəniyyətin hər bir sahəsi üzrə fəaliyyət göstəririk. Bu sahəyə həmçinin muzeylərlə bağlı tədbirlər də daxildir. Bu sahədə fəaliyyət göstərən qurum – Türk Dünyası Muzeylər Birliyi də var. Bu birliyə daxil olan üzv ölkələrin müxtəlif muzeylərinin rəhbərləri iştirak edir, müəyyən fəaliyyət planları, iş birliyi, əməkdaşlıq sahəsində işlər görülür, eyni zamanda müxtəlif problemlərin həlli üçün görüşlər təşkil edilir və qarşılıqlı olaraq ölkələr bir-birləri ilə təcrübəsini bölüşür. Həmin tədbirlərdə də biz bir neçə dəfə türk dövlətlərinə daxil olan ölkələr arasında muzeylərə girişin pulsuz həyata keçirilməsi ilə bağlı təkliflər vermişik”.

Əksər ölkələrdə muzeylər yerli vətəndaşlar və turistlər üçün fərqli qiymətlər tələb olunur və təbii ki, xarici turistlərdən bəzən 3-4 qat daha çox pul tələb olunur. Azərbaycanın TÜRKSOY-dakı daimi nümayəndəsi vurğulayıb ki, Türkiyədə hər gün bu cür hallarla qarşılaşır:

“Türkiyədə muzeylərə giriş “yabancı”lar üçün fərqli qiymətlər nəzərdə tutulur və düşünürük ki, Türk Dövlətlər Təşkilatına daxil olan ölkələrin vətəndaşları nə Türkiyə, nə də digər türk dövlətləri üçün “yabancı” sayılmamalıdır. Türk Dünyası Muzeylər Birliyinin iclaslarında bu məsələ daim diqqətdə saxlanılır, eyni zamanda sözügedən sahə ilə bağlı protokollar hazırlanır”.

“TÜRKSOY –un Nazirlər Şurası ildə bir dəfə toplanır və burada mədəniyyət nazirlərinin toplantısı keçirilir və mövzu nazirlik səviyyəsinə çatdırılır. Sözsüz ki, orada alınan qərarlar da ölkələrin mədəniyyət nazirlərinə göndərilir və onlar da hökumətləri qarşısında bu məsələni qaldırırlar. Sözsüz ki, biz də bunun tərəfdarıyıq - Avropa Birliyində bu birliyə daxil olan vətəndaşlar həmin birliyə daxil olan ölkələrin muzeylərinə xüsusi güzəştlə gedir, biz də eyni ilə belə tendensiyanın olması müsbət hal olardı. Düzdür, biz Avropa Birliyi kimi bir təşkilat yaratmasaq da, gələcək bu prosesə doğru gedir və gələcəkdə Turan Birliyinin yaranması ilə sözsüz ki, bir çox iqtisadi, sosial, mədəni əlaqələrin inkişafı, güzəştlər tətbiq olunacaq. Mədəni sahədə birlik isə bugünlərdə müzakirə olunan mövzudur. TÜRKSOY bu kimi məsələləri qaldırır və onun qəbul edilməsi artıq ölkələrin öz üzərinə düşən məsələdir”,- deyə sonda Elçin Qafarlı qeyd edib.   

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:134
embedMənbə:https://modern.az
archiveBu xəbər 15 Fevral 2025 13:59 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Gənclərimiz bundan sonra daha ayıq sayıq olmalıdırlar

23 Dekabr 2025 10:26see197

“Konstitusiya və Suverenlik İli” münasibətilə muzeylərə mediatur təşkil olunub FOTOLAR

23 Dekabr 2025 18:44see175

Çin Monqolustanla sərhəddə 100 dən çox nüvə raketi yerləşdirib

22 Dekabr 2025 20:02see168

Bu ölkə yaşayış icazəsi və vətəndaşlıq tələblərini sərtləşdirir

24 Dekabr 2025 04:46see164

Xarici İşlər Naziri Hakan Fidan Dəməşqdə...

22 Dekabr 2025 18:05see160

Elektron siqaretlər qadağan olunur Sahibkarlar xəbərdarlıq edir: Bizneslər bağlanacaq, insanlar işsiz qalacaq

23 Dekabr 2025 09:14see159

60 yaşdan sonra hansı analizlər vacibdir? Geniş siyahı

22 Dekabr 2025 18:27see154

iPhone 18 in təqdimat tarixi açıqlanıb

22 Dekabr 2025 22:29see147

İnsult riski olanlar bu şirəni içsin...

23 Dekabr 2025 02:11see144

Nüşabə Ələsgərli: Bizim dövrümüzdə qızın müğənni olmağına yaxşı baxmırdılar

23 Dekabr 2025 11:03see142

Darçının xərçəng əleyhinə İMKANLARI

23 Dekabr 2025 02:40see140

“Barışı ən çox Hande ilə yaraşdırıram” Gupse Özay

23 Dekabr 2025 20:41see140

Tərəqqi və rifah siyasəti Fotolar

23 Dekabr 2025 18:16see140

Cəlilabadda sakinləri təngə gətirən PROBLEM

23 Dekabr 2025 08:38see138

Mövsümi qripdən qorunmağın 5 yolu Mütəxəssisdən tövsiyə

23 Dekabr 2025 06:07see138

Gümüşün qiyməti tarixi maksimumunu yeniləyib

23 Dekabr 2025 22:41see135

Qarabağ Koxalski ilə bağlı qərarını qətiləşdirdi

23 Dekabr 2025 01:26see133

Eşref Rüya ya vida edəcək FOTO

23 Dekabr 2025 00:04see132

Gürcüstanın Baş naziri İrakli Kobaxidze İlham Əliyevi təbrik edib

22 Dekabr 2025 21:55see128

Şəhid qızı olan məhkəmə hakimi yol qəzasında öldü

22 Dekabr 2025 20:56see126
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri