Icma.az
close
up
RU
Menu

Bir biri ilə tələbə yoldaşı olan AZƏRBAYCANLI MƏŞHURLAR SİYAHI

Naxçıvanda yeni təyin olunmuş səhiyyə nazirinin müavini kollektivə təqdim edildi (FOTO)

Hindistan Putin səfəri zamanı Rusiya ilə böyük silah müqaviləsi bağlamağa hazırlaşır

Avro və rubl bahalaşdı, dollar isə... YENİ MƏZƏNNƏ

“Arxeoloqlar 2400 illik qızıl xəzinə tapıb: gizlədilmiş sərvət hansı faciəli sirri daşıyır?“ Alimlərdən açıqlama

Uşaqlarla bağlı statistika açıqlandı: 138 azyaşlı…

Qazancımızın neçə faizi ərzağa gedir?

“Netanyahu üçün “siyasi əfv“ oyunu: İsraili sarsıdan qərar yaxınlaşır“ “Walla“ nəşri

İİV in qarşısının alınması, müalicəsi barədə həkimlə maraqlı MÜSAHİBƏ

Aida Balayeva baş nazirin müavini təyin edildi Qazaxıstanda

Azərbaycandakı QİÇS li xəstələrin sayı: 30% i isə qadınlardır

2025 ci il kifayət qədər uğurlu oldu

“Bələdiyyə seçkisi zamanı dedilər ki, bizi seçsəniz, yolu düzəldəcəyik, lakin o vaxtdan gediblər“ Elçin Əzizov ünvanında yaşayan sakinlər

Səlahiyyətli şəxs sakinlərdən yığılan pulları mənimsədi İsmayıllıda qalmaqal VİDEO

Ailəsini qətl edən Əhmədin yeni görüntüləri və ifadəsi VİDEO

Tramp İsraillə Suriya arasında dialoqun vacibliyini bəyan edib

ChatGPT də problem yarandı

Bu gün Türkiyə Superliqasında İstanbul derbisi keçiriləcək

Hikmət Hacıyevin Brüsseldən verdiyi ƏSAS MESAJLAR

Zirə 1/4 finalda, Neftçi üçün kubok şansı bitdi YENİLƏNİB

Türk dövlətləri arasında səmərəli platforma

Türk dövlətləri arasında səmərəli platforma

Ses qazeti saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Azərbaycan Respublikası TDT-nin nüfuzunun artırılması və bu çərçivədə ciddi nailiyyətlərin əldə olunması istiqamətində mütəmadi olaraq yeni-yeni təklif və təşəbbüslərlə çıxış edir və bununla da təşkilatın funksionallığının gücləndirilməsi işinə öz müstəsna töhfəsini verir. Azərbaycan Respublikası əsası 3 oktyabr 2009-cu ildə Naxçıvan Muxtar Respublikasında qoyulmuş Türk Dövlətlər Təşkilatı (TDT) ilə əlaqələrinə hər zaman xüsusi diqqətlə yanaşıb və bu istiqaməti öz xarici siyasətinin əsas prioritetlərindən biri kimi müəyyənləşdirib. Azərbaycan TDT-yə sözügedən təşkilata üzv və müşahidəçi ölkələrlə əməkdaşlığını genişləndirmək və dərinləşdirmək üçün vacib bir platforma kimi yanaşır. Azərbaycan Respublikasının TDT-yə üzv və müşahidəçi dövlətlərin əksəriyyəti ilə strateji müttəfiqlik və ya strateji tərəfdaşlıq münasibətlərinə malik olması təşkilat çərçivəsində həmin ölkələrlə siyasi, milli təhlükəsizlik, mülki müdafiə, iqtisadi-ticarət, enerji, nəqliyyat-logistika, kənd təsərrüfatı, mədəniyyət, urbanizasiya, din, humanitar, səhiyyə, təhsil, gənclər və idman, turizm, informasiya texnologiyaları, kosmik tədqiqatlar, media, hüquq, ədliyyə və məhkəmə daxil olmaqla, bir çox sahələrdə çoxtərəfli əməkdaşlığa zəmin yaradır.

"Təşkilata üzv və müşahidəçi ölkələrin ortaq maraqları göz önündədir. Biz nəinki dost, strateji tərəfdaş, müttəfiqik və başlıca amil odur ki, qardaş ölkələrik və təşkilatın təməlində məhz bu prinsip dayanır. Hesab edirəm ki, gələcək illərdə təşkilatımız daha böyük zirvələrə qalxa bilər. Bunun üçün bütün imkanlar var. Ölkələrimizdə müsbət inkişaf dinamikası müşahidə olunur. Təşkilata üzv ölkələrdə daxili sabitlik təmin edilir". Bu sözləri Azərbaycan Prezidenti İlham Əliyev Türk Dövlətləri Təşkilatının (TDT) daxili işlər nazirlərinin ikinci görüşünün iştirakçılarından ibarət nümayəndə heyətini qəbul edərkən çıxışında bildirmişdi.

"BİZİM RƏSMİ ZİRVƏ GÖRÜŞLƏRİMİZ HƏR İL KEÇİRİLİR"

Məlumdur ki, Türk Dövlətləri Təşkilatının daxili işlər nazirlərinin ikinci görüşü Azərbaycanda keçirildi. "Bu, çox sevindirici haldır. Əminəm ki, belə görüşlərin davamı olacaq.

Bildiyiniz kimi, Türk Dövlətləri Təşkilatının qeyri-rəsmi Zirvə görüşü iki gün bundan əvvəl Macarıstanda keçirilmişdir. Bildirməliyəm ki, belə tədbirlərin, belə görüşlərin keçirilməsi Azərbaycan tərəfinin təşəbbüsü idi", - deyə Prezident İlham Əliyev diqqətə çatdırıb. Tarixdə ilk dəfə olaraq, Türk Dövlətləri Təşkilatının Zirvə toplantısı Macarıstanda keçirildi və dünyada təhlükələrin və çağırışların artması fonunda dost ölkələr bir araya gələrək beynəlxalq münasibətləri müzakirə etmiş oldular. "Birinci qeyri-rəsmi Zirvə görüşü ötən il Azərbaycanda, Qarabağda, Şuşa şəhərində keçirilmişdir. Dövlət və hökumət başçıları qərara gəldilər ki, belə qeyri-rəsmi görüşlər müntəzəm olaraq keçirilsin", - deyən Prezident diqqətə çatdırıb ki, bizim rəsmi Zirvə görüşlərimiz hər il keçirilir: "Amma hesab etdik ki, ildə bir dəfə bu tərkibdə görüşlər kifayət deyil. Bildirməliyəm ki, bu il Azərbaycanda rəsmi Zirvə görüşü keçiriləcək. Bu görüşə ciddi hazırlıq gedir və əminəm ki, Zirvə görüşü zamanı önəmli qərarlar qəbul ediləcək".

"TƏŞKİLATIN FORMALAŞMASINDA, İNKİŞAFINDA TARİXİ NAXÇIVAN ZİRVƏSİ XÜSUSİ YER TUTUR"

Türk Dövlətləri Təşkilatının fəaliyyətinin əsas məqsədi Türk dövlətləri arasında hərtərəfli əməkdaşlığa yardım etmək olan regional təşkilatdır. TDT-nin əsas fəaliyyət məqsədləri və vəzifələri Naxçıvan Sazişi ilə müəyyən edilmişdir. Naxçıvan sazişinin imzalanmasından keçən müddət ərzində reallaşan layihələr, imzalanan sazişlər və s. türk dövlətləri arasında münasibətləri daha da yaxınlaşdırmış oldu. "

Tarixdə müxtəlif məqamlar olub. Biz müəyyən dövr ərzində bizdən asılı olmayan səbəblərə görə bir-birimizdən ayrı düşmüşdük. Ancaq təşkilata üzv olan ölkələrin iradəsi, xalqların iradəsi bizi yenə də bir araya gətirdi. Əlbəttə ki, təşkilatın formalaşmasında, inkişafında tarixi Naxçıvan Zirvəsi xüsusi yer tutur. Biz çox şadıq ki, bu tarixi qərar məhz Azərbaycanın qədim şəhəri olan Naxçıvanda qəbul edilmişdir.

O ki qaldı, daxili işlər orqanlarının birgə fəaliyyətinə, təbii ki, buna böyük ehtiyac var. Çünki qeyd etdiyim kimi, ölkələrimizdə daxili sabitlik olsa da təhdidlər var, çağırışlar var, xaricdən müdaxilə cəhdləri var və olacaq. Yəni, heç kim bundan sığortalı deyil. Ona görə daxili işlər orqanlarının əsas vəzifəsi olan ictimai asayişin qorunması, əlbəttə ki, hər bir ölkəmiz üçün önəmli daxili sabitlik amilidir. Təşkilata üzv ölkələrin daxili işlər orqanlarının bir araya gəlməsi, müntəzəm olaraq görüşlərin keçirilməsi, fikir mübadiləsi, təcrübə mübadiləsi, informasiya mübadiləsi aparılması böyük önəm daşıyır", - deyə Prezident bildirib. Keçən dövr ərizində görülən işlər, qarşılıqlı səfərlər türk dövlətləri arasında inteqrasiyanı dərinləşdirmək üçün səmərəli platformaya çevrilib. Türkdilli dövlətlər arasında qurulan əməkdaşlıq daha da güclənir və yeni mərhələsinə start verilib. Türkdilli ölkələrin vahid platformada birləşməsi bu ölkələr arasında siyasi, iqtisadi, mədəni və digər sahələrdə əməkdaşlığın yüksələn xətlə inkişafında önəmli rol oynayır.

"ÖLKƏLƏRİMİZİN ƏRAZİSİNDƏN KEÇƏN NƏQLİYYAT DƏHLİZLƏRİ AVROPANI ASİYA İLƏ BİRLƏŞDİRİR"

Türk dünyası geniş bir coğrafiyanı əhatə edir və böyük iqtisadi potensiala, enerji resurslarına, nəqliyyat yollarına və müasir hərbi imkanlara malikdir. Türk dünyası təkcə müstəqil türk dövlətlərindən ibarət deyil, onun coğrafi sərhədləri daha genişdir. Dövlət başçımızın bildirdiyi kimi, "Bizim böyük coğrafiyamız var. Təşkilata üzv bəzi ölkələrdə zəngin təbii sərvətlər vardır. Bizim nəqliyyat layihələrimiz ölkələrimizi birləşdirir və hətta daha böyük coğrafiyanı əhatə edir. Ölkələrimizin ərazisindən keçən nəqliyyat dəhlizləri Avropanı Asiya ilə birləşdirir. Bir sözlə, iqtisadi sahədə çox böyük potensialımız var. Əgər buna bizim müsbət demoqrafik dinamikanı əlavə etsək, mənzərə daha ürəkaçan olacaq".

Azərbaycanın coğrafi mövqeyi onun nəqliyyat qovşağı kimi rolunu gücləndirir. Ölkəmiz Şərqlə Qərb, Şimalla Cənub arasında körpü rolunu oynayaraq mühüm tranzit ölkəsinə çevrilib. Bu baxımdan Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutu (Orta Dəhliz) Türk dövlətlərini birləşdirən əsas nəqliyyat layihələrindən biridir. Bu dəhliz Çinlə Avropa arasında ən qısa və təhlükəsiz yoldur və Azərbaycan bu layihədə fəal iştirak edir. Türk Dövlətləri Təşkilatı (TDT) çərçivəsində nəqliyyat sahəsində əməkdaşlıq yeni vüsət alıb. Təşkilatın sammitlərində bu mövzu xüsusi olaraq müzakirə olunur və üzv ölkələr arasında yol, dəmir yolu, hava və dəniz nəqliyyatı ilə bağlı konkret layihələr irəli sürülür. 2022-ci ildə keçirilən TDT sammitində "Nəqliyyat Bağlantılarının Genişləndirilməsi üzrə Yol Xəritəsi"nin qəbul edilməsi bu sahədə əməkdaşlığın dərinləşməsinə zəmin yaratdı.

TÜRK DÜNYASININ AVROPAYA AÇILAN QAPISI

Həmçinin, Türkmənistan və Qazaxıstanla limanlararası əlaqələrin inkişafı, Xəzər dənizi üzərindən konteyner daşımalarının artırılması regional ticarətə müsbət təsir göstərir. Bu istiqamətdə Ələt Beynəlxalq Dəniz Ticarət Limanı önəmli rol oynayır və Türk dünyasının Avropaya açılan qapısı kimi fəaliyyət göstərir. Türk dövlətlərinin regionda və dünyada qlobal ticarətin və iqtisadiyyatın inkişafında əvəzsiz rolu nəzərə alınmaqla, müvafiq nəqliyyat infrastrukturunun və səmərəli transregional dəhlizlərin yaradılması yolu ilə türk dövlətləri arasında bağlılıq daha da inkişaf etdirilib. "Qonşu ölkələrlə yeni əməkdaşlıq formatları yaratmış, müştərək müəssisələr qurmuşuq. Orta Dəhlizin bir hissəsi olan Bakı-Tbilisi-Qars dəmir yolunun daşıma qabiliyyəti keçən il Azərbaycanın vəsaiti hesabına 5 milyon tona çatdırılmışdır", - çıxışlarının birində deyən Prezident bildirib ki, Orta Dəhlizin rəqəmsallaşdırılmasına böyük önəm veririk: "Hazırda Xəzər dənizi limanları arasında nəqliyyat əməliyyatlarının və ticarətin sadələşdirilməsini nəzərdə tutan vahid rəqəmsal platformanın yaradılması layihəsi üzərində işlər davam etdirilir. Xəzər dənizində 50-dən çox ticarət gəmisi olan Azərbaycan türk dövlətləri üçün önəmli tranzit xidmətləri göstərir. Hazırda Bakı gəmiqayırma zavodunda 10 yeni gəmi inşa edilir. Ələt Beynəlxalq Dəniz Ticarət Limanının yükaşırma qabiliyyəti 15 milyon tondan 25 milyon tona çatacaq".""

Türk dövlətləri arasında nəqliyyat sahəsində əməkdaşlıq həm iqtisadi inkişafı, həm də siyasi birliyi möhkəmləndirir. Azərbaycan bu prosesdə aktiv iştirak edərək həm milli maraqlarını qoruyur, həm də Türk dünyasının inteqrasiyasına töhfə verir.

Böyük iqtisadi potensiala, enerji resurslarına, nəqliyyat yollarına və müasir hərbi imkanlara malik türk dünyası təkcə müstəqil türk dövlətlərindən ibarət deyil, onun coğrafi sərhədləri daha genişdir. Tərəflər Türk dövlətləri arasındakı böyük potensialdan və imkanlardan istifadə edərək, bütün sahələrdə həmrəyliyi, əməkdaşlığı və koordinasiyanı daha da gücləndirmək əzmindədirlər. Üzv dövlətlərin birliyini və həmrəyliyini pozmağa yönəlmiş hər hansı hərəkət və təhdidlərin qarşısının alınmasının vacibliyi diqqətə çatdırılır və təşkilatın üzvləri regionda və onun hüdudlarından kənarda sülh və təhlükəsizliyə təhdid və çağırışlar yaradan terrorizm və transmilli mütəşəkkil cinayətkarlığın bütün formaları, terrorizmin maliyyələşdirilməsi və kibercinayətkarlıqla mübarizədə birgə səyləri davam etdirməyə sadiqliklərini bir daha təsdiqləmiş olublar. "Bizim ölkələrimizdə əhali artır. Azərbaycana gəldikdə, Azərbaycan 1991-ci ildə dövlət müstəqilliyini bərpa edəndə bizim əhalimiz təqribən 7 milyon idi, indi 10 milyonu ötüb. Bütün üzv ölkələrdə buna oxşar dinamika müşahidə olunur. Əhalimiz gəncdir, dinamikdir, öz tarixi köklərinə bağlıdır. Ona görə biz təşkilat çərçivəsində iqtisadiyyat, nəqliyyat, enerji məsələləri ilə yanaşı, mütləq ortaq köklərimiz, ortaq tariximiz haqqında geniş danışmalıyıq".

Azərbaycan Türk dünyasının birliyi, həmrəyliyi, təhlükəsizliyi və rifahına böyük və davamlı töhfə verərək, TDT-nin vahid ruhunun gücləndirilməsində qətiyyətli liderlik nümayiş etdirib.

Nəzakət ƏLƏDDİNQIZI

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:91
embedMənbə:https://sesqazeti.az
archiveBu xəbər 02 İyun 2025 13:43 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bir biri ilə tələbə yoldaşı olan AZƏRBAYCANLI MƏŞHURLAR SİYAHI

02 Dekabr 2025 16:57see214

Naxçıvanda yeni təyin olunmuş səhiyyə nazirinin müavini kollektivə təqdim edildi (FOTO)

01 Dekabr 2025 21:20see197

Hindistan Putin səfəri zamanı Rusiya ilə böyük silah müqaviləsi bağlamağa hazırlaşır

01 Dekabr 2025 14:03see195

Avro və rubl bahalaşdı, dollar isə... YENİ MƏZƏNNƏ

01 Dekabr 2025 09:31see180

“Arxeoloqlar 2400 illik qızıl xəzinə tapıb: gizlədilmiş sərvət hansı faciəli sirri daşıyır?“ Alimlərdən açıqlama

02 Dekabr 2025 23:53see173

Uşaqlarla bağlı statistika açıqlandı: 138 azyaşlı…

01 Dekabr 2025 19:31see166

Qazancımızın neçə faizi ərzağa gedir?

01 Dekabr 2025 08:31see164

“Netanyahu üçün “siyasi əfv“ oyunu: İsraili sarsıdan qərar yaxınlaşır“ “Walla“ nəşri

01 Dekabr 2025 21:53see163

İİV in qarşısının alınması, müalicəsi barədə həkimlə maraqlı MÜSAHİBƏ

01 Dekabr 2025 09:59see150

Aida Balayeva baş nazirin müavini təyin edildi Qazaxıstanda

01 Dekabr 2025 09:49see147

Azərbaycandakı QİÇS li xəstələrin sayı: 30% i isə qadınlardır

01 Dekabr 2025 09:54see144

2025 ci il kifayət qədər uğurlu oldu

01 Dekabr 2025 08:36see142

“Bələdiyyə seçkisi zamanı dedilər ki, bizi seçsəniz, yolu düzəldəcəyik, lakin o vaxtdan gediblər“ Elçin Əzizov ünvanında yaşayan sakinlər

02 Dekabr 2025 08:15see139

Səlahiyyətli şəxs sakinlərdən yığılan pulları mənimsədi İsmayıllıda qalmaqal VİDEO

01 Dekabr 2025 09:09see138

Ailəsini qətl edən Əhmədin yeni görüntüləri və ifadəsi VİDEO

03 Dekabr 2025 00:53see135

Tramp İsraillə Suriya arasında dialoqun vacibliyini bəyan edib

01 Dekabr 2025 21:40see132

ChatGPT də problem yarandı

03 Dekabr 2025 00:36see132

Bu gün Türkiyə Superliqasında İstanbul derbisi keçiriləcək

01 Dekabr 2025 09:52see128

Hikmət Hacıyevin Brüsseldən verdiyi ƏSAS MESAJLAR

01 Dekabr 2025 23:50see128

Zirə 1/4 finalda, Neftçi üçün kubok şansı bitdi YENİLƏNİB

02 Dekabr 2025 21:45see125
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri