Türk dövlətləri arasında təhsil körpüsü qurulur Protokol imzalandı
Milli.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
Türk Dövlətləri Təşkilatına üzv ölkələrin imtahan mərkəzləri arasında təhsildə qiymətləndirmə və imtahanların keçirilməsi sahəsində əməkdaşlığın gücləndirilməsi haqqında Niyyət Protokolu imzalanıb.
Milli.Az xəbər verir ki, Niyyət Protokolu Dövlət İmtahan Mərkəzi, Qazaxıstan Respublikasının Elm və Ali Təhsil Nazirliyi yanında Milli Test Mərkəzi, Qırğız Respublikasının Təhsil Nazirliyi yanında Təhsilin Keyfiyyətinin İnkişafı Departamenti, Türkiyə Respublikasının Ölçmə, Seçmə və Yerləşdirmə Mərkəzi və Özbəkistan Respublikasının Ali Təhsil, Elm və İnnovasiyalar Nazirliyi yanında Bilik və Bacarıqların Qiymətləndirilməsi Agentliyi arasında imzalanıb.
Protokol türk dövlətləri arasında təhsildə qiymətləndirilmə və imtahan sahəsində uzunmüddətli institusional əməkdaşlığın gücləndirilməsi və strateji tərəfdaşlığın formalaşdırılması üzrə ortaq niyyəti əks etdirir.
Protokol çərçivəsində tərəflər birgə tədbirlər, potensialın gücləndirilməsi təşəbbüsləri və bilik mübadiləsi platformaları vasitəsilə qiymətləndirmə və dəyərləndirmə sahəsində peşəkar dialoqun və təcrübə mübadiləsinin təşviq edilməsi, imtahan sistemlərinin rəqəmsal transformasiyası və müasir qiymətləndirmə platformalarının inkişafı sahəsində əməkdaşlıq imkanlarının araşdırılması, test tapşırıqlarının hazırlanması, imtahanların təşkili və nəticələrin qiymətləndirilməsi proseslərində süni intellekt və digər müasir texnologiyaların tətbiqi də daxil olmaqla innovativ metodologiyalar üzrə təcrübə və tədqiqat nəticələrinin mübadiləsi, elmi əsaslara və beynəlxalq təcrübəyə əsaslanan etibarlı dil qiymətləndirmə alətlərinin hazırlanması və geniş tətbiqi istiqamətində əməkdaşlıq edərək türk dillərinin təşviqi və tanınmasının dəstəklənməsi və s. istiqamətlərdə əməkdaşlıq edəcəklər.
Niyyət Protokolu imzalandığı tarixdən qüvvəyə minir və beş (5) il müddətində qüvvədə qalacaq.
Mina Mikayılova
Milli.Az
Baxış sayı:122
Bu xəbər 10 Aprel 2026 12:40 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















