Icma.az
close
up
RU
Türk dövlətləri birgə hərbi təlim keçirəcək? Arzu Nağıyevdən AÇIQLAMA

Türk dövlətləri birgə hərbi təlim keçirəcək? Arzu Nağıyevdən AÇIQLAMA

Redaktor.az saytından alınan məlumata görə, Icma.az bildirir.

Prezident İlham Əliyev bildirib ki, hazırkı dünyada hər bir ölkə öz hərbi potensialını gücləndirməlidir, beynəlxalq hüquq isə praktik olaraq mövcud deyil. Dövlətimizin başçısı Türk Dövlətləri Təşkilatı çərçivəsində üzv ölkələrlə birgə hərbi təlimlərin həm rəmzi, həm də praktiki əhəmiyyətini vurğulayıb.

Mövzu ilə bağlı Redaktor.az-a danışan Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin sədri Arzu Nağıyev bildirdi ki, Azərbaycan ordusunun son beş ildə formalaşması üçün çox mühüm addımlar atılıb:

"Əsas məqam ondan ibarətdir ki, müharibə zamanı əldə edilmiş qələbədə ordunun müsbət nəticə verən bütün proseslərdə hansı iştirakı var idisə, paralel olaraq indi də digər sahələrin formalaşmasında həmin yanaşma davam etdirilir. Yeni silahların əldə edilməsi, yenilikçi taktikanın tətbiqi, yeni texnologiya və texnikadan istifadə, milli kadr potensialının yetişdirilməsi. Bütün bunlar mütəmadi keçirilən birgə təlimlərin nəticəsində formalaşır. Yəni Azərbaycan ordusu bu gün dünyanın ilk əllilik sırasına daxil olmaqla yanaşı, NATO standartlarına uyğun bir mərhələyə keçib. Bu model türk ordu modelidir".

Millət vəkili vurğuladı ki, eyni zamanda Türk Dövlətləri Təşkilatının mütəmadi keçirilən görüşlərində istər xüsusi xidmət orqanlarının, istər hüquq-mühafizə orqanlarının, istərsə də ordu rəhbərliyinin toplantılarında gələcəkdə formalaşacaq bir blokun yaradılması istiqamətində ardıcıl addımlar atılır və danışıqlar aparılır:

"Türk Dövlətləri Təşkilatına daxil olan ölkələrin müdafiə və təhlükəsizliklə birbaşa bağlı qurumlarının birgə təlimlərinin keçirilməsi də təbii ki, labüddür. Bu məsələlər gələcək planlara daxildir və cənab prezident də çıxışında bunu xüsusi vurğulayıb. Yəni ordunun formalaşması ayrı bir məsələdir, lakin müasir ordu və bütün texnologiya və texnikadan səmərəli istifadə etmək üçün yaradılacaq strukturların, - istər komando tipli, istərsə də digər bölmələrin, - hamısı mütləq şəkildə xüsusi təlimlərdən keçməlidir. Bəli, Özbəkistan, Qazaxıstan, Qırğızıstan, Türkiyə və digər türk dövlətlərinin birgə təlimlərinin keçirilməsi nəzərdə tutulur və düşünürəm ki, bu, əsas prioritet istiqamətlərdən biri kimi nəzərə alınacaq".

Nuriyyə NATİQQIZI

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:148
embedMənbə:https://redaktor.az
archiveBu xəbər 06 Yanvar 2026 17:25 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see314

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see296

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see291

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see288

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see275

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see273

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see253

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see247

Özünü xalq təbabəti ilə müalicə edir

13 Noyabr 2026 14:48see246

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see244

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see241

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see240

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see233

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see224

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see215

Həkimlər başında güllə ilə 30 il yaşamış kişini xilas etdilər

13 Noyabr 2026 19:47see209

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see208

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see208

Paxıllığın müsbət faydaları

13 Noyabr 2026 20:45see197

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see189
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri