Icma.az
close
up
RU
Türk dövlətləri: Təhlükəsizlik və qarşılıqlı hörmətə əsaslanan tərəfdaşlıq modeli

Türk dövlətləri: Təhlükəsizlik və qarşılıqlı hörmətə əsaslanan tərəfdaşlıq modeli

Yeniazerbaycan portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Elşən Alıyev

​​YAP Daşkəsən rayon təşkilatının sədr müavini

Oktyabrın 7-də Qəbələdə keçirilən Türk Dövlətləri Təşkilatının (TDT) Dövlət Başçıları Şurasının 12-ci Zirvə Görüşü Türk dünyasının birliyini, qarşılıqlı etimadını və strateji həmrəyliyini bir daha nümayiş etdirib. Zirvə çərçivəsində Prezident İlham Əliyev çıxışında Türk dövlətlərinin geosiyasi, iqtisadi və mədəni inteqrasiyasının dərinləşdirilməsi istiqamətində mühüm mesajlar verib. Qəbələ görüşü Türk dünyasının beynəlxalq sistemdə güc mərkəzi kimi formalaşmasının bariz təzahürü kimi yadda qalıb.

TDT bu gün sadəcə əməkdaşlıq platforması deyil, ciddi geosiyasi mərkəzlərdən biri kimi formalaşır. Təşkilatın nüfuzunun artması onun həm regional, həm də beynəlxalq sabitlik üçün önəmli təsir gücünə malik olduğunu göstərir. Bu artan nüfuz ortaq tarixi və etnik köklərə, müştərək milli-mənəvi dəyərlərə, siyasi qarşılıqlı anlaşmaya əsaslanır. Məhz bu dəyərlər Türk dövlətlərini bir ailə kimi birləşdirir, onların beynəlxalq sistemdə vahid mövqedən çıxış etməsinə şərait yaradır.

Azərbaycanın TDT Katibliyinin fəaliyyətinə 2 milyon ABŞ dolları məbləğində ianə köçürməsi də bu birliyə verilən real dəstəyin göstəricisidir. Təşkilatın üzvləri daxili sabitliyə, güclü iqtisadiyyata, müsbət demoqrafik potensiala, zəngin resurslara və artan hərbi-texniki imkanlara malikdir. Bu amillər Türk Dövlətləri Təşkilatını qlobal arenada vacib aktora çevirir və beynəlxalq nizamda yeni güc balansının formalaşmasında mühüm rol oynayır.

Prezident İlham Əliyev çıxışında sülh və təhlükəsizliyin hər bir ölkənin dayanıqlı inkişafı üçün əsas amil olduğunu xüsusi vurğulayıb. Təşkilatın təməl sənədi olan Naxçıvan Sazişində də bu prinsiplər əsas məqsəd və vəzifələr sırasında yer alır. Müasir dünyada artan geosiyasi risklər fonunda türk dövlətlərinin vahid güc mərkəzi kimi çıxış etməsi vacib əhəmiyyət kəsb edir.

Azərbaycan Lideri qeyd etdi ki, təhlükəsizlik təmin olunmadan inkişaf mümkün deyil. Beynəlxalq hüququn norma və prinsiplərinin pozulduğu bir dövrdə üzv ölkələr arasında hərbi və hərbi-texniki əməkdaşlığın gücləndirilməsi xüsusi önəm daşıyır. Türkiyə ilə mövcud dərin hərbi tərəfdaşlıq çərçivəsində son bir ildə 25-dən artıq ikitərəfli və çoxmillətli təlimlərin keçirilməsi bu istiqamətdə birliyin bariz nümunəsidir. Prezident İlham Əliyev 2026-cı ildə Azərbaycanda Türk Dövlətləri Təşkilatına üzv ölkələrin birgə hərbi təlimlərinin keçirilməsini təklif edərək, təhlükəsizlik sahəsində əməkdaşlığın yeni mərhələyə yüksəldilməsinə yönəlmiş iradəsini ifadə edib.

Dövlətimizin başçısı çıxışında 2020-ci il 44 günlük Vətən müharibəsində qazanılan tarixi Zəfər və 2023-cü ildə həyata keçirilmiş antiterror tədbirləri nəticəsində ölkəmizin ərazi bütövlüyünün tam bərpasını qeyd edib. Bu nailiyyətlər yalnız hərbi Qələbə deyil, həm də regionda ədalətin, sülhün və sabitliyin təmin olunmasına mühüm töhfədir.

İki ay əvvəl Vaşinqtonda, Ağ Evdə Azərbaycanla Ermənistan arasında sülh sazişinin paraflanması Cənubi Qafqazda yeni dövrün başlanğıcı olub. Bu proses, eyni zamanda, ATƏT-in Minsk qrupunun fəaliyyətinin formal şəkildə başa çatdırılması ilə regionda uzun illər davam edən münaqişənin tarixinə son nöqtə qoyub. Azərbaycan heç vaxt işğalı unutmayacaq, lakin Zəfər və ədalətli sülhə nail olmaqla gələcəyə inamla baxır.

Zirvə çıxışında nəqliyyat və kommunikasiya məsələlərinə də xüsusi diqqət yetirilib. Türk dünyasının potensialı nəqliyyat-logistika sahəsində qlobal əhəmiyyət daşıyır. Azərbaycan bu istiqamətdə əsas körpü rolunu oynayır, Şərq-Qərb və Şimal-Cənub dəhlizlərinin qovşağında yerləşərək regionun mühüm tranzit mərkəzinə çevrilib.

Son illərdə Orta Dəhlizlə yükdaşımaların 90 faiz artması, tranzit müddətlərinin əhəmiyyətli dərəcədə azalması və Ələt Beynəlxalq Dəniz Limanının gücünün artırılması ölkəmizin bu sahədəki strateji rolunu daha da möhkəmləndirib. Dövlətimizin başçısı, həmçinin Zəngəzur dəhlizinin açılmasını Vaşinqton Zirvəsinin mühüm nəticələrindən biri kimi dəyərləndirərək, bu layihənin Orta və Şimal-Cənub dəhlizləri üçün yeni arteriya kimi əhəmiyyətini vurğulayıb.

Enerji təhlükəsizliyi məsələsində Azərbaycan etibarlı tərəfdaş statusunu qoruyur. Hazırda 14 ölkəyə təbii qaz ixrac edən ölkə boru kəmərlərinin coğrafi əhatəsinə görə birinci yerdədir. Bununla yanaşı, bərpaolunan enerji sahəsində böyük layihələr həyata keçirilir, 2030-cu ilə qədər enerji istehsalının 40 faizinin günəş, külək və su mənbələri hesabına təmin edilməsi planlaşdırılır.

Prezident İlham Əliyev qeyd edib ki, Azərbaycan qardaş ölkələrin iqtisadiyyatına 20 milyard dollardan çox sərmayə yatırıb, Türkiyə, Qazaxıstan, Özbəkistan və Qırğızıstanla birgə sərmayə fondları yaradılıb. Bu addımlar Türk dünyası daxilində iqtisadi inteqrasiyanı və dayanıqlı əməkdaşlığı gücləndirir.

Dövlət başçısı çıxışında həm də ortaq mədəni irsin əhəmiyyətinə toxunaraq 1926-cı ildə Bakıda keçirilmiş birinci Türkoloji Qurultayın 100 illiyinin 2026-cı ildə TDT çərçivəsində təntənəli şəkildə qeyd olunmasını təklif edib. Bu təşəbbüs ortaq dil, mədəniyyət və elm sahəsində əməkdaşlığın dərinləşdirilməsinə xidmət edir.

Prezident İlham Əliyevin çıxışının sonunda Qarabağ və Şərqi Zəngəzurun bərpasına dəstək göstərən qardaş ölkələrə minnətdarlığını bildirib. Füzuli, Ağdam və Cəbrayılda qardaş dövlətlər tərəfindən inşa edilən məktəblər, yaradıcılıq mərkəzləri və dini məkanlar Türk həmrəyliyinin parlaq nümunələridir.

Qəbələ Zirvəsi bir daha göstərdi ki, Türk Dövlətləri Təşkilatı ortaq dəyərlərə, qarşılıqlı hörmətə və strateji məqsədlərə əsaslanan güc mərkəzidir. Prezident İlham Əliyevin çıxışı TDT-nin regional sabitliyin, iqtisadi inteqrasiyanın və mədəni birliyin əsas dayaqlarından birinə çevrildiyini təsdiqləyib. Bu Zirvə həm Türk dünyasının gələcəyə inamla baxdığını, həm də qlobal miqyasda öz sözünü deməyə qadir olduğunu nümayiş etdirir.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:67
embedMənbə:https://yeniazerbaycan.com
archiveBu xəbər 10 Oktyabr 2025 17:37 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

İranda baş verənlərin Azərbaycana siyasi iqtisadi təsiri çox azdır

09 Yanvar 2026 14:06see212

Bazel III standartlarına uyğunlaşdırmaq

09 Yanvar 2026 11:34see206

“Biz oraya çatanda onlar qaçdılar” Tramp Rusiya tankerinin ələ keçirilməsindən danışdı

09 Yanvar 2026 11:53see203

Pezeşkian, Rza Pəhləvi, SEPAH üçlüyü İranda Yuqoslaviya variantı

09 Yanvar 2026 14:00see194

iPhone smartfonlarına yeni emojilər əlavə ediləcək

10 Yanvar 2026 05:45see191

İranda aparıcı xəbər agentliklərinin saytları işləmir KONKRET

09 Yanvar 2026 10:44see188

Kolumbiya prezidenti dünya müharibəsini dayandırmaq üçün ABŞ a

10 Yanvar 2026 07:53see185

Buz bağlamış ön alın şüşəsini belə təmizləmək olmaz SÜRÜCÜLƏRƏ TÖVSİYƏ

09 Yanvar 2026 21:12see177

Gəncədə AĞIR QƏZA Yaralanan var FOTO

09 Yanvar 2026 08:52see166

Təyyarəmizi vuran generala qarşı bütün ittihamlar ləğv edildi

09 Yanvar 2026 17:51see155

Azərbaycalı müğənni bədən quruluşu ilə DİQQƏT ÇƏKDİ VİDEO

10 Yanvar 2026 01:10see151

“Trampı devrilmiş tiranlarının aqibəti gözləyə bilər” Xamenei

09 Yanvar 2026 17:48see150

BMT: 21 milyona yaxın sudanlı aclıqla üzləşib

10 Yanvar 2026 23:11see150

İsrail Hizbullah mövqelərinə yeni hücumlar həyata keçirir​​​​​​​

09 Yanvar 2026 15:09see144

Məğlub olan Qalatasaray bundan imtina etdi

10 Yanvar 2026 23:44see142

“Kinon” abunəliyini bank kartı ilə ödəmək mümkündür

09 Yanvar 2026 16:15see139

“Mən neftin qiymətini aşağı saldım, bu, hər kəs üçün əladır” Trampdan Venesuela etirafı

09 Yanvar 2026 09:21see139

Qəza, əzab, xəstəlik qaraçılar nasistlərə lənət yağdırıblar və bəziləri ona düçar olub

09 Yanvar 2026 09:20see139

Bir sıra TV və radioların yayımı dayandırılacaq RƏSMİ

09 Yanvar 2026 13:59see138

İstanbul məhkəməsi Ekrem İmamoğlu barəsində yeni qərar verdi

09 Yanvar 2026 23:23see136
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri