Icma.az
close
up
RU
Türk Dövlətləri Təşkilatı sosial, iqtisadi, siyasi və hərbi güc mərkəzi olmaq potensialına malikdir

Türk Dövlətləri Təşkilatı sosial, iqtisadi, siyasi və hərbi güc mərkəzi olmaq potensialına malikdir

Bizimyol saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Bu gün Türk Dövlətləri Təşkilatının (TDT) dövlət başçılarının 11-ci zirvə görüşü keçirilib. Toplantıda “Türk Dövlətləri Təşkilatına üzv dövlətlərin Mərkəzi (Milli) Banklar Şurasının yaradılması haqqında” memorandum imzalanıb. “TDT-yə üzv dövlətlərin Mərkəzi (Milli) Banklar Şurasının yaradılması mərkəzi banklar arasında səmərəli əməkdaşlığın gücləndirilməsinə, pul-kredit siyasəti, maliyyə sabitliyi, ödəniş sistemlərinin inkişafı, maliyyə texnologiyaları və digər sahələrdə təcrübə mübadiləsi məqsədilə birgə məsləhətləşmələr və tədqiqatların aparılmasına yönəlib”, - məlumatda bildirilib.TDT-yə üzv dövlətlərin Mərkəzi (Milli) Banklar Şurasının yaradılması Türk dünyasına, xüsusilə Azərbaycana nə vəd edir?

Türkiyənin Atatürk Universiteti İqtisadiyyat və İdarəetmə fakültəsinin müəllimi, professor Kərəm Qarabulud Bizimyol.info xəbər portalına açıqlamasında bildirib ki, Türk Dövlətləri Təşkilatına üzv dövlətlərin “Mərkəzi (Milli) Banklar Şurası”nın yaradılması ilə bağlı memorandum imzalaması tarixi hadisədir.

Kərəm Qarabulud

“Bu addım Türk Dövlətləri Təşkilatına üzv ölkələrin gələcək ticarət əlaqələrinin inkişaf etdirilməsi və bunun üçün maliyyə infrastrukturunun yaradılması üçün ciddi önəm daşıyır. Bu, həm də uzun müddətdir dilə gətirdiyim “Türk Dünyası Ticarət Birliyi” və “Türk Dünya Bankı”nın yaradılması istiqamətində atılmış ilkin addım sayıla bilər. Çünki dünyanın indiki formalaşması dövlətlərin müəyyən bloklar yaradaraq digər güclərə qarşı zəif qalmamasını zəruri edir. Bu kontekstdə Türk Dövlətləri Təşkilatı mühüm sosial, iqtisadi, siyasi və hərbi güc mərkəzi olmaq potensialına malikdir. Bunun üçün şərait uyğundur. Dövlətlər bunu etməyə hazırdırlar və iqtisadi cəhətdən bunu həyata keçirməyə qadirdirlər. Bu şura işləsə, uzunmüddətli perspektivdə Türk Dünyası Bankı yaradıla bilər. Dövlət tərəfindən ediləcək töhfələr və iş şəraiti buna görə müəyyən edilə bilər. Yəni türk ölkələri arasında Avropa Mərkəzi Bankına bənzər bir quruluş və Avropa Birliyinə bənzər birlik yarana bilər. Bunun üçün ilk addım məhz bu Mərkəzi Banklar Şurası ilə atılıb”.

İradə Cəlil, Bizimyol.info

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:106
embedMənbə:https://www.bizimyol.info
archiveBu xəbər 06 Noyabr 2024 15:06 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Londonda Cənubi Qafqazda sülh və regional təhlükəsizlik məsələləri müzakirə olunub

28 Yanvar 2026 06:56see356

Vensin səfəri həm də bəzi qüvvələrə ABŞ ın siyasi mesajıdır

27 Yanvar 2026 11:50see289

Yeni yaradılan Komando briqadasının komandiri kimdir? VİDEO

27 Yanvar 2026 05:37see237

Dəhşətli müharibənin astanasındayıq: ölkə sərhədlərini aşacaq Türk ekspert

28 Yanvar 2026 01:54see237

Saat 10:00 da qaz kəsiləcək Bu ərazilərdə

28 Yanvar 2026 09:42see197

Çin şirkəti Anta Sports Puma nın ən böyük səhmdarı olacaq

27 Yanvar 2026 22:03see197

Qarabağ ın vingeri MLS liqasında?

27 Yanvar 2026 17:12see181

Nazirlərin və komitə sədrlərinin qəbuluna düşmək istəyənlərin NƏZƏRİNƏ

27 Yanvar 2026 13:00see179

PAŞA Bank səhmlərinin 5% ni hərraca çıxaracaq

28 Yanvar 2026 11:10see178

Liverpul Qarabağ la oyunun hazırlığını başa vurdu FOTOLAR

27 Yanvar 2026 19:28see176

Azərbaycan ABŞ münasibətlərində yeni mərhələnin siyasi anatomiyası ŞƏRH

27 Yanvar 2026 15:09see162

Ən çox şikayət olunan bankları hansı cəza gözləyir?

28 Yanvar 2026 15:56see158

Pinqvin hekayəsi Azərbaycanda gəlirə çevrildi FOTO

27 Yanvar 2026 12:23see158

Əhalinin faktiki yaşayış yerinə əsaslanan məlumat bazası hazırlanır Zaur Əliyev

27 Yanvar 2026 10:58see157

“Everton” “Lids”lə oyun məğlubiyyətdən qurtarıb VİDEO

27 Yanvar 2026 02:12see152

İsrail İrana cavab zərbəsinə hazırlaşır

27 Yanvar 2026 13:54see149

“Qarabağ” “Enfild Roud”da Fotolar+Video

27 Yanvar 2026 22:58see149

Əvvəl bir birlərinə qədəh atırdılar, indi isə... VİDEO

27 Yanvar 2026 22:38see143

Mirəli Seyidov dünyasını dəyişdi

27 Yanvar 2026 15:05see140

“Xutor” və “Papanin”də sökülür...

27 Yanvar 2026 17:14see140
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri