Icma.az
close
up
RU
Türk dövlətlərinin iş dünyasının ən böyük görüş yeri

Türk dövlətlərinin iş dünyasının ən böyük görüş yeri

Icma.az, Yeniazerbaycan saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Son illərdə Türk Dövlətləri Təşkilatında (TDT) birləşən ölkələr arasında inteqrasiya müxtəlif platformalar üzərindən əhəmiyyətli dərəcədə dərinləşib, qarşılıqlı maraqlara əsaslanan əməkdaşlıq üçün yeni imkanlar yaranıb. Bu günlərdə Türkdilli ölkələrin təmsilçiləri Baku Expo Mərkəzində II Türk Ticarət Sərgisi - Türk Dövlətləri Ticarət və İnvestisiya Əməkdaşlıq Forumu və Sərgisində bir araya gəliblər.

11 iştirakçı, 20-dən çox ziyarətçi ölkə

II Türk Ticarət Sərgisi - Türk Dövlətləri Ticarət və İnvestisiya Əməkdaşlıq Forumu  Kiçik və Orta biznesin İnkişafı Agentliyi (KOBİA) və İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin (İİTKM) tərəfdaşlığı, Kiçik və Orta Biznesin Subyektləri və Klublarının Assosiasiyası (KOBSKA) və “ROK Expo” şirkətinin təşkilatçılığı ilə baş tutub. Xatırladaq ki, ilk Türk Ticarət Sərgisi Türkiyə Ticarət Nazirliyinin himayəsində, Türk Dövlətləri Təşkilatı - Türk Ticarət və Sənaye Palataları Birliyinin əməkdaşlığı, “Rok EXPO” şirkətinin təşkilatçılığı ilə ötən il noyabrın 7-9-da İstanbul Sərgi Mərkəzində təşkil olunmuşdu.

Türk Ticarət Sərgisi Azərbaycan, Qazaxıstan, Qırğızıstan, Türkiyə, Özbəkistan, Macarıstan, Türkmənistan, Şimali Kipr Türk Respublikası arasında ticarət, sənaye, investisiya, texnologiya və xidmətləri inkişaf etdirmək və bu xidmətlərin dünyanın digər yerlərində marketinqini asanlaşdırmaq məqsədi daşıyan 8 ölkənin dövlət qurumları tərəfindən dəstəklənən, türk dövlətlərinin iş dünyasının ən böyük görüşü olan sərgi və forumdur.

Sərgidə 20-dən çox sahə üzrə məhsullar və yeni texnologiyalar sərgilənib, ölkələrin investisiya imkanları, mühüm sektorlar, iş insanlarının problemləri, həlli təklifləri və digər aktual məsələlər ekspert məruzəçilərlə müzakirə olunub, ikitərəfli (B2B) və “franchise” görüşləri ilə şirkətlərin strateji tərəfdaşlıqları inkişaf etdirilib. Tədbirdə Türk dövlətlərinin ortaq brendlərinin yaradılması da gündəmdə olub. Sərgidə 11 ölkə iştirakçı, 20-dən çox ölkə isə ziyarətçi kimi iştirak edib.

Böyük coğrafiyada güclü iqtisadi potensial

Qarşılıqlı əlaqələrin möhkəmlənməsində tarixi amillərlə yanaşı, güclü iqtisadi potensial da mühüm rol oynayır. Mütəxəssislərin qənaətinə görə, təşkilat daxilində iqtisadi və ticari əməkdaşlığı daha sistemli şəkildə əlaqələndirmək mümkündür. Hazırda Türkdilli ölkələr yeni regional əməkdaşlıq modeli yaradırlar. Deyə bilərik ki, regionun yeni iqtisadi xəritəsi formalaşmaqdadır. Forumda TDT-da birləşən ölkələrin iqtisadi potensialına diqqət çəkilib. Bildirlib ki, hazırda Türk dövlətləri dünya ticarətinin 3,5 faizini təmin edir.  İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin İcraçı direktoru Vüsal Qasımlının sözlərinə görə, planetin ərazisinin təxminən 1 faizini, əhalisinin isə 2,8 faizini təşkil edən Türk dünyasının ümumi daxili məhsulunun illik dəyəri 2,1 trilyon ABŞ dollarını keçib: “Əgər Türk dünyasını vahid dövlət kimi qəbul etsək, bu coğrafiya dünyanın ən böyük 10 iqtisadiyyatından biri sayılardı. Türk dünyasının sənaye potensialı 540 milyard ABŞ dolları, kənd təsərrüfatı potensialı isə 140 milyard ABŞ dollarıdır. Bank sektoru və ümumilikdə maliyyə sektoru da sürətlə inkişaf edir. 2024-cü ildə Türk dünyasında bank aktivlərinin ümumi məbləği 1,4 trilyon dollara yaxınlaşıb. Bu da kifayət qədər ciddi göstəricidir və kapital bazarlarının da inkişafı gələcək üçün böyük imkanlar yaradır”, - deyə İİTKM-nin rəsmisi vurğulayıb .

Bundan başqa, V. Qasımlı deyib ki, Türk dünyasında inteqrasiya və inkişaf prosesi sürətlə davam edir: “Avropa İttifaqının təqdim etdiyi “Global Gateway”, Çinin “Bir Kəmər, Bir Yol” təşəbbüsü və Trans-Xəzər Orta Dəhliz layihələri Türk dünyasının coğrafiyası üzərində qurulub. 2024-cü ildə Türk dövlətlərinə investisiya qoyuluşu 440 milyard ABŞ dollarına yaxın olub, bunun 290 milyard dollardan çoxu Türkiyənin payına düşüb”.

Forumda. “Azərbaycan Banklar Assosiasiyası” İctimai Birliyinin prezidenti Zakir Nuriyev vurğulayıb ki, Türk dövlətləri arasında bank əməkdaşlığı daha da güclənməkdədir. “Trans-Xəzər qaz boru kəməri üzrə xərclərin optimallaşdırılması bu layihənin maya dəyərini potensial olaraq 40 faiz azalda bilər. Bu isə banklarımız üçün layihə maliyyələşdirilməsində uzunmüddətli alətlərə olan tələbi artırır”, - deyə Z.Nuriyev əlavə edib.

KOB subyektlərinə dəstək

Forum  “Türk dövlətləri iqtisadiyyatı”, “Türk dövlətlərində kənd təsərrüfatı ticarəti və imkanları”, “Kommersiya mübahisələrinin həllində arbitraj və mediasiya”, “Türk dövlətlərində rəqəmsal ticarət”, “Türk dünyası biznes qadınları zirvəsi”, “Akademik istiqamətlər”, “Startaplar və investisiyalar”, “Türk dünyasında medianın gücü” mövzularında panel müzakirələr təşkil olunub. Sərgi hissəsində isə 35-ə yaxın sahəni əhatə edən, o cümlədən ticarət, enerji, “yaşıl iqtisadiyyat”, turizm, rəqəmsallaşma və digər sahələr üzrə məhsullar və qabaqcıl texnologiyalar nümayiş etdirilib.

Kiçik və Orta Biznesin İnkişafı Agentliyi mikro və kiçik sahibkarlıq subyektlərinə dəstək məqsədilə tədbirdə xüsusi stendlə təmsil olunub. Agentliyin stendində 10-a yaxın KOB subyektinin əl işləri, Qarabağ abidələrini əks etdirən keramik sənət nümunələri, məntiq oyunları, alkoqolsuz içkilər, parfüm, tekstil məhsulları, bağ və ev dekorları, gigiyenik vasitələr, kərə yağı və s. məhsul və xidmətlər nümayiş etdirilib.

Bundan başqa, stenddə sosial baxımdan həssas kateqoriyaya aid şəxslərin məhsulları da sərgilənib. Məqsəd yerli KOB-ların məhsullarının xarici bazarlara, o cümlədən Türk dövlətlərinə ixracına, onların müvafiq ölkələrlə biznes əlaqələrinin qurulması və genişləndirilməsinə dəstək olmaqdır.

Mübariz FEYİZLİ

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:99
embedMənbə:https://yeniazerbaycan.com
archiveBu xəbər 13 İyun 2025 09:39 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Baş katib Azər Allahverənov Azərbaycan və Türkiyə QHT nümayəndələri ilə görüşüb

26 Yanvar 2026 12:05see306

ABŞ Cənubi Qafqazda kimə nə verir: məhsul, yoxsa rol bölgüsü? TƏHLİL

26 Yanvar 2026 14:18see276

ABŞ in vitse prezidenti Cənubi Qafqaza nəyə gəlir?

26 Yanvar 2026 13:27see243

Bu il evlənəcəklər

26 Yanvar 2026 18:08see231

Vensin səfəri həm də bəzi qüvvələrə ABŞ ın siyasi mesajıdır

27 Yanvar 2026 11:50see216

Rusiya istənilən dövrdə təhlükədir Navrotski

26 Yanvar 2026 09:20see208

“Liverpul”un paylaşımında hörmətsizlik, yoxsa diqqətsizlik? FOTO

26 Yanvar 2026 21:43see197

Əhali kreditlərini sığortalamağa niyə maraq göstərmir?

26 Yanvar 2026 12:56see191

“Nikosayağı” 3 il sonra ilk dəfə öz görüntüsünü PAYLAŞDI VİDEO

27 Yanvar 2026 00:39see165

Nazirlərin və komitə sədrlərinin qəbuluna düşmək istəyənlərin NƏZƏRİNƏ

27 Yanvar 2026 13:00see162

Çin şirkəti Anta Sports Puma nın ən böyük səhmdarı olacaq

27 Yanvar 2026 22:03see160

Mənzil və Avatr 07 Pro qaliblərə təqdim olundu Birmarket lotereyası yekunlaşdı

26 Yanvar 2026 18:47see160

Qarabağ ın vingeri MLS liqasında?

27 Yanvar 2026 17:12see158

Yeni yaradılan Komando briqadasının komandiri kimdir? VİDEO

27 Yanvar 2026 05:37see156

Mançester Siti vingerini bu kluba satır Razılıq əldə edildi

26 Yanvar 2026 17:48see153

Bakıda erməni dili kursu BÖYÜK MARAQ VAR

26 Yanvar 2026 09:40see150

Azərbaycan ABŞ münasibətlərində yeni mərhələnin siyasi anatomiyası ŞƏRH

27 Yanvar 2026 15:09see148

Liverpul Qarabağ la oyunun hazırlığını başa vurdu FOTOLAR

27 Yanvar 2026 19:28see146

Əhalinin faktiki yaşayış yerinə əsaslanan məlumat bazası hazırlanır Zaur Əliyev

27 Yanvar 2026 10:58see143

“Everton” “Lids”lə oyun məğlubiyyətdən qurtarıb VİDEO

27 Yanvar 2026 02:12see140
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri