Icma.az
close
up
RU
Türk dünyasının böyük təbibi

Türk dünyasının böyük təbibi

Xalq qazeti portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

İhsan Doğramacı – 110

Türk dünyasının görkəmli alimi, səhiyyə və təhsil qurucusu, Azərbaycan Milli Elmlər Akademiyasının fəxri üzvü, professor İhsan Doğramacının anadan olmasının 110 illiyi ölkəmizdə də sevgi-sayğı ilə qeyd edilir. AMEA-nın Rəyasət Heyətinin binasında dünya şöhrətli təbibin yubileyi münasibətilə keçirilən elmi konfransda onun nəsillərə örnək həyat və yaradıcılığı, xalqımızla və ölkəmizlə sıx bağləlığı diqqət mərkəzində olub.

Türkiyənin Azərbaycandakı səfiri Birol Akgün, Milli Məclisinin Səhiyyə Komitəsinin sədri, akademik Əhliman Əmiraslanovun, AMEA Rəyasət Heyəti üzvlərinin, ölkənin elm ocaqlarının, Azərbaycan Tibb Universitetinin təmsilçilərini iştirak etdiyi məclisi giriş sözü ilə açan AMEA-nın prezidenti, akademik İsa Həbibbəyli İhsan Doğramacının Türk dünyasının son 100 ildə yetişdirdiyi ən önəmli və əfsanəvi şəxsiyyətlərindən biri olduğunu söyləyib. O qeyd edib ki, ünlü təbib və görkəmli alim İhsan Doğramacının Türkiyədə və eləcə də bütün Türk dünyasında səhiyyənin, təhsilin inkişafına verdiyi töhfələr bu gün qürurla, iftixarla xatırlanır.

AMEA rəhbəri İsa Həbibbəyli Türk dünyasının önəmli siması, AMEA-nın fəxri üzvü, professor İhsan Doğramacının 110 illiyinin Azərbaycan Milli Elmlər Akademiyasının 80 illik yubileyi ərəfəsində keçirilməsinin Azərbaycan alimlərinin dünyaşöhrətli şəxsiyyətə və Türk dünyasına olan ehtiramının ifadəsi olduğunu deyib.

Akademik bildirib ki, Türk dünyasın vahid ailə kimi görən İhsan Doğramacı Türkiyədə təhsilin inkişafı sahəsində xidmətləri misilsizdır.

Alimin təşəbbüsü ilə bu gün qardaş Türkiyənin və dünyanın aparıcı ali təhsil müəssisələrindən olan Bilkənd və Hacettepe universitetləri qurulub, Ali Təhsil Qurumu yaradılıb. O, uzun illər Dünya Səhiyyə Təşkilatında Türkiyəni təmsil edib və bu qurumun nizamnaməsinə imza atan şəxslərdən biri olub. İraq türkmanlarının görkəmli nümayəndəsi olan İhsan Doğramacı doğma yurdunda da təhsilin inkişafına, peşəkar tibb ocaqlarının yaradılmasına çalışıb.

Professor İhsan Doğramacının Azərbaycanı ikinci Vətəni kimi qəbul etdiyini və Azərbaycan sevdalısı bir şəxsiyyət olduğunu deyən akademik İsa Həbibbəyli alimlə ümummilli lider Heydər Əliyevin hələ sovet illərindən başlayan sıx dostluq, qardaşlıq bağlarının ömürlərinin sonlarına kimi yüksək səviyyədə davam etdiyini bildirib. Akademik vurğulayıb ki, bu dostluq Azərbaycanla Türkiyə arasında bugünkü birliyin, həmrəyliyin yaranmasında da önəmli olub. İhsan Doğramacı ölkəmizdə də elmin, səhiyyənin inkişafına və tibb üzrə yüksəkixtisaslı kadrların hazırlanması istiqamətində unudulmaz fəaliyyətlərinə görə xalqımızın sonsuz sevgisini qazanıb.

Bütün bunlara görə 1995, 2000 və 2005-ci illərdə görkəmli alimin yubileyləri ölkəmizdə yüksək səviyyədə qeyd edilib. Ulu öndər Heyər Əliyev professor İhsan Doğramacını “İstiqlal”, Prezident İlham Əliyev isə Azərbaycanın ən ali mükafatı olan “Heydər Əliyev” ordeni ilə təltif edib. Alimin sağlığında Ömər Eldarovun hazırlandığı heykəl Ulu öndərin iştirakı ilə Bilkənd Universitetində ucaldılıb.

Türkiyənin Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Birol Akgün professor İhsan Doğramacının həyatı və fəaliyyəti barədə iştirakçılara məlumat verib. Qeyd edib ki, o, 1915-ci ildə İraqın Ərbil şəhərində türkman ailəsində anadan olub, İstanbul Universitetinin Tibb fakültəsini pediatriya üzrə bitirib. Ankara Universitetində çalışdığı illərdə Uşaq Sağlamlığı İnstitutunu qurub. Professor İhsan Doğramacının həyatının Azərbaycanla sıx bağlı olduğunu deyən səfir, konfransın yüksək səviyyədə təşkilinə görə AMEA rəhbərliyinə minnətdarlığını bildirib.

Milli Məclisin Səhiyyə Komitəsinin sədri, akademik Əhliman Əmiraslanov böyük müəllimi İhsan Doğramacı ilə ilk tanışlığının Moskvada, 1980-ci illərin əvvəlində Dünya pediatrlarının tədbirində olduğunu, Bakıya bütün səfərlərində onu müşayiət etdiyini söyləyib. O qeyd edib ki, 1992-ci ildə Bakıya səfəri zamanı professor İhsan Doğramacının təşəbbüsü ilə Azərbaycan Tibb Universitetinin 10 tələbəsi Bilkənd Universitetinə göndərilib və həmin şəxslər sonralar ölkəmizdə səhiyyənin inkişafına mühüm töhfələr vermişlər.

AMEA-nın vitse-prezidenti, akademik İradə Hüseynova isə çıxışında professor İhsan Doğramacının Türk dünyasının qürur mənbəyinə çevrildiyini, pediatriya elminin görkəmli nümayəndəsi, Türkiyədə və dünyanın bir sıra ölkələrində təhsil sahəsində inqilabi yeniliklərə imza atmış bir ziyalı olduğunu söyləyib.

ETN-in Riyaziyyat və Mexanika İnstitutunun baş direktoru, AMEA-nın müxbir üzvü Misir Mərdanov, Azərbaycan Tibb Universitetinin kafedra müdiri tibb elmləri doktoru, professor Rauf Bəylərov, AMEA-nın Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun baş elmi işçisi, professor Qəzənfər Paşayev və Azərbaycanın Türkiyədə səfiri olmuş Məmməd Əliyev professor İhsan Doğramacı ilə bağlı xatirələrindən, onun Türk dünyasında səhiyyənin, təhsilin, elmin inkişafına verdiyi töhfələrdən danışıblar.

Konfransda Biologiya və Tibb Elmləri Bölməsinin professor İhsan Doğramacının həyatı və fəaliyyəti barədə hazırladığı videoçarx nümayiş olunub.

Sonda xatirə şəkilləri çəkdirilib.

Tahir AYDINOĞLU
XQ

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:116
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 29 Aprel 2025 11:20 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Yayın istisində yeməli və uzaq durulmalı qidalar

09 İyul 2026 04:04see336

Sovetski də yeni söküntü başlanacaq İcra başçısı kompensasiyanın məbləğindən danışdı

09 İyul 2026 05:46see304

Zeytun aptekləri cərimələndi DƏRMANI QİYMƏTİNDƏN BAHA SATIRMIŞ

09 İyul 2026 03:49see304

Arıqlamaq üçün ən faydalı süd məhsulu: Kimlər içə bilər?

09 İyul 2026 02:30see297

Dünya liderlərini heyran qoyan süfrə: Beştəpənin rəsmi şam yeməyində nələr var idi?

07 İyul 2026 23:57see282

Ərdoğan Miçotakisi elə bir marşla qarşıladı ki... Video

08 İyul 2026 00:28see271

Üçüncü Dünya müharibəsinin olacağı ehtimalı yüksəkdir

09 İyul 2026 08:18see240

Gəncədə faciə: 23 yaşlı qız yaşadığı evdə ölü tapıldı

08 İyul 2026 02:23see229

İsveçrə 72 ildən sonra 1/4 finalda Tarixi uğur

08 İyul 2026 03:58see219

ABŞ li həkimdən eşitmənin yaxşılaşması ilə bağlı vacib məsləhət (Video)

09 İyul 2026 06:07see215

Qatlanan “iPhone”u gözləyənlərə pis xəbər: Satışa məhdud sayda çıxacaq

09 İyul 2026 05:23see194

Cokoviç Böyük Dəbilqə turnirlərində yeni rekorda imza atıb

08 İyul 2026 05:04see190

Geosiyasi gərginlik fonunda neft qiymətləri yüksəldi

08 İyul 2026 06:27see190

Hazırda İran şəhərləri... Video

09 İyul 2026 01:47see188

UFC döyüşçüsü Azərbaycanda keçirilən turnirdə qələbədən sonra aldığı hədiyyəsini nümayiş etdirib FOTO

09 İyul 2026 01:56see176

Qonşu ölkələr turistlərdən milyon qazanır

08 İyul 2026 16:59see162

Bruno Gimarayeş “Arsenal”a keçmək istədiyini bildirib

09 İyul 2026 03:12see160

Çin Rusiyanı “sökür”..?

08 İyul 2026 18:08see152

1/4 finalın son cütü bəlli oldu Argentina İsveçrə

08 İyul 2026 03:04see152

Sibiqa: Ukrayna artıq Rusiyaya zərbələr üçün heç kimdən icazə almayacaq

08 İyul 2026 05:00see150
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri