Icma.az
close
up
RU
“Türk dövlətlərinin tarixi” necə yazılacaq?

“Türk dövlətlərinin tarixi” necə yazılacaq?

Icma.az, Xalq qazeti portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Almatıdakı Əl-Fərabi adına Qazax Milli Universitetində Türk Akademiyasının təşkilatçılığı ilə türk ölkələrinin tarixinə dair müştərək akademik əsərin hazırlanmasına həsr olunmuş ikinci işçi iclası keçirilib.

Tədbirdə Türk Akademiyasının prezidenti, akademik Şahin Mustafayev, Əl-Fərabi adına Qazax Milli Universitetinin rektoru, professor Janseyit Tüymebayev Türk Tarix Qurumunun prezidenti, professor Yüksel Özgen, Türk Dövlətləri Təşkilatı Ağsaqqallar Şurasının üzvü, səfir İkram Adırbəyov, o cümlədən Türk Dövlətləri Təşkilatının üzvü və müşahidəçi ölkələrin tarix və arxeologiya institutlarının direktorları, aparıcı alim və ekspertlər iştirak ediblər.

Türk Akademiyasının prezidenti Şahin Mustafayev çıxışında türk xalqlarının zəngin tarixi irsini sistemli və obyektiv şəkildə təqdim edəcək bu fundamental əsərin hazırlanmasında alimlərin səylərini birləşdirməyin vacibliyini vurğulayıb. İşçi görüş zamanı iştirakçılar monoqrafiyanın strukturunu ətraflı müzakirə edib, təkliflərini bölüşüb, konkret bölmələr üzrə işçi qrupların formalaşdırılması qərara alınıb. Monoqrafiyanın iki cild olacağı deyilib, beynəlxalq işçi qruplarının yaradılması təsdiq edilib.

Məlum olduğu kimi, Türk Dövlətləri Təşkilatının 2024-cü il noyabrın 6-da Bişkekdə keçirilən 11-ci Zirvə Toplantısında türk ölkələrinin ortaq tarixinin yazılması ideyası irəli sürülüb. Dövlət başçılarının tapşırığına uyğun olaraq layihənin əlaqələndirilməsini Türk Akademiyası həyata keçirir. Layihənin ilk işçi görüşü bu ilin fevralında Ankarada keçirilib və tərəflər arasında Əməkdaşlıq Protokolu imzalanıb. Həmin vaxt işin ümumi planı və konsepsiyası da dəyərləndirilib, iki cildlik nəşrin hazırlanması barədə qərar qəbul edilib, hər bir iştirakçı ölkədə birgə komitələr yaradılıb.

Qulu KƏNGƏRLİ,
XQ-nin Türküstan müxbiri
Almatı

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:158
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 14 Sentyabr 2025 00:40 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Lənkəran Dövlət Dram Teatrında “Çinarənin elçiləri” tamaşasının premyerası keçirilib

27 Oktyabr 2026 14:22see502

“Miqrasiya soydaşlarımız üçün qorxulu görünməməlidir” Deputat

27 Oktyabr 2026 12:01see454

Instagram da yeni funksiya

28 Oktyabr 2026 05:57see356

“Qızıl top” mükafatının saytı eyni vaxtda üç qalib elan etdi

26 Oktyabr 2026 23:52see293

Prezidentin Şeyxa Əl Nuveysi ilə görüşündən VİDEOÇARX

26 Oktyabr 2026 19:31see288

Vatican News un erməni dezinformasiyasına yer verməsi müzakirə edilib

26 Oktyabr 2026 21:17see277

Dövlət Su Ehtiyatları Agentliyinin 955 çağrı mərkəzinin adı var, özü yox!.. Yasamalda saatlardır su gəlmir!..

26 Oktyabr 2026 21:33see260

Turistlər aldadılarsa, hara müraciət etməlidirlər? Ekspert açıqladı

26 Oktyabr 2026 17:53see252

Makron etiraf etdi

27 Oktyabr 2026 00:54see237

Gecə saatlarında əməliyyat “zərərçəkmişlər” xilas olundu VİDEO

27 Oktyabr 2026 12:16see232

Bu ərazilər qazsız qalacaq

26 Oktyabr 2026 19:31see225

Hizbullah İsraillə mümkün yeni qarşıdurmaya hazırlaşır KİV

26 Oktyabr 2026 19:40see221

Putin yeni hökumət üzvləri ilə ayrıca görüş keçirməyəcək

27 Oktyabr 2026 02:51see218

İlin ən yaxşı gənc futbolçusu seçildi ardıcıl üçüncü dəfə

27 Oktyabr 2026 01:10see216

Naxçıvanda dişi ağrıyan əsgərimiz niyə ölüb?

27 Oktyabr 2026 11:53see212

Bəzi insanlarda şokolad, pomidor, limon və digər turş qidalar reflüks əlamətlərinin artmasına səbəb olur HƏKİM

27 Oktyabr 2026 12:12see208

PSJ “Lion”u məğlub edərək Liqa 1 də liderliyə yüksəldi VİDEO

27 Oktyabr 2026 01:32see207

ABB istiqraz emissiyasının növbəti mərhələsinə start verdi

27 Oktyabr 2026 18:27see195

Ölümdən 2 gün əvvəl bədəndə nə baş verir? 3 mərhələdə gediş

27 Oktyabr 2026 23:48see184

Gizli təzyiqinizin olduğunu necə bilmək olar?

28 Oktyabr 2026 02:06see179
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri