Icma.az
close
up
RU
Menu

Rusiya real vəziyyəti hüquqi şəkildə rəsmiləşdirməyə çalışır

Skalyozun ilkin əlamətləri nələrdir? Ortoped AÇIQLADI

Səfir: İsrail Orta Dəhlizlə bağlı Azərbaycanın təcrübəsini öyrənməkdə maraqlıdır

Uşağın qamətini pozan səhvlər: Valideynlər bunlara diqqət etsin

Üçuşaqlı ailələrə real yardım üçün ilk növbədə valideynlər işlə təmin olunmalıdır Sosioloq

Rəhman Mustafayev: Azərbaycan dövlətlərin suverenliyi və ərazi bütövlüyü prinsiplərini daim dəstəkləyir

Məktəblilərdə xroniki ağrıların səbəbi nədir? Mütəxəssisdən XƏBƏRDARLIQ

2002 ci ildən bəri ilk dəfə: Avro əskinasları tamamilə dəyişdiriləcək

Rəhman Mustafayev Bakı və Moskva münasibətlərinin inkişafı üçün yeni imkanları açıqladı

Xəstəxanada mühafizəçini bıçaqlayan şəxslə bağlı qərar verildi

SOCAR Azərbaycanda geotermal enerji layihələri üçün kapital tərəfdaşı axtarır

Bu meyvələrin qabığını yemək olarmı?

İsrailin Müdafiə Nazirindən SƏRT BƏYANAT: Təhlükəsizlik zonasını tərk etməyəcəyik

Rafinya: “Mövsümə belə başlamaq inam verir”

Bakıda avtobuslarla bağlı ŞOK RƏQƏM: Sentyabrın sonundan etibarən...

Çində ölümlə nəticələnə biləcək təhlükəli virusun yeni mutasiyası aşkarlanıb

SOCAR ın prezidenti CC7 nin İdarə Heyətinin sədri ilə görüşüb FOTO

Dilan Polatın nişanda Vanlı Kara Haydar a dediyi sözlər yenidən gündəm oldu VİDEO

Mingəçevirdə çarəsiz qalan ata: 1 yaşlı övladımın müalicəsinə kömək edin VİDEO

Miqrantlar əvvəlcə rus dilini və mədəniyyətini öyrənəcəklər Yeni model açıqlanıb

Türk dövlətlərinin yeni hədəfləri

Türk dövlətlərinin yeni hədəfləri

Icma.az, Yeniazerbaycan saytına istinadən bildirir.

TDT ölkələri iqtisadi-ticari imkanları bir neçə dəfə artırmaq niyyətindədir

2024-cü ildə Türk Dövlətləri Təşkilatına (TDT) üzv ölkələrin qarşılıqlı ticarət dövriyyəsi əhəmiyyətli həcmlərdə artaraq 58,17 milyard dollara çatıb. Qlobal xarici ticarət portfelində ümumi ticarət dövriyyəsi 850 milyard dollar təşkil edən türk dövlətlərinin qarşılıqlı mal mübadiləsinin payı 3 faizdən 7 faizə yüksəlib. Hədəf isə beynəlxalq ticarətdə türk ölkələrinin öz aralarındakı dövriyyəsinin 10 faizə çatdırılmasıdır.

TDT-nin baş katibi Kubanıçbek Ömuralıyev “Euroreporter”a müsahibəsində bildirib ki, təşkilat daha inteqrasiya olunmuş və nüfuzlu birliyə çevrilmək üçün bütün imkanlara malikdir. Öz maraq və dəyərlərinə uyğun olaraq beynəlxalq arenada öz mövqelərini gücləndirən türk dövlətlərinin əsas ana konseptlərindən biri iqtisadi gücü vahid blokda inkişaf etdirməkdir. K.Ömuralıyev qeyd edib ki, TDT ölkələri arasında böyük iqtisadi potensial var, hazırda həmin potensialın az bir hissəsi ticari mübadilələrə cəlb olunub. Bu imkanları ən azı 3-4 dəfə inkişaf etdirmək mümkündür.

Qarşılıqlı ticarətin 60 milyard dollara çatdırılması

Türk dövlətləri 2025-ci ildə birgə ticarəti ən azı 60 milyard dollara, əlavə dəyərləri isə 2 trilyon dollara çatdırmağı hədəfləyir. Ona görə də türk dövlətləri öz iqtisadi güc və potensiallarını vahid zəncirdə birləşdirməklə regionda və dünyada qlobal ticarətin və iqtisadiyyatın inkişafında rolunu artımaq niyyətindədir.

TDT ölkələri ticarət dövriyyəsinin artırılması üçün bir sıra hədəf nöqtələri müəyyənləşdirib ki, onlardan biri Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutunda (Orta Dəhliz) nəqliyyat və logistikada bağlantılarını inteqrasiya etmək, dəhlizin daşıyıcılıq gücünü və rentabelliyini möhkəmləndirməkdir.Bu məqsədlə Orta Dəhliz boyunca infrastrukturun təkmilləşdirilməsi, azad gömrük və ticarət rejimlərinin təmin edilməsi istiqamətində ardıcıl tədbirlər görülməkdədir. TDT-nin baş katibi qeyd edib ki, hazırda nəqliyyat və gömrük əməkdaşlığı dərinləşdirilib və sadələşdirilmiş gömrük dəhlizinin formalaşdırılması işləri yekunlaşmaqdadır. Bu sahədə ən mühüm sazişlərdən biri sadələşdirilmiş gömrük dəhlizinin yaradılması ilə bağlı sazişdir. Sənəd qarşılıqlı ticarət əməliyyatları zamanı gömrük prosedurlarının asanlaşdırılması və  daşınma-logistika rejiminin yumşaldılmasını, eləcə də ticarətin elektronlaşdırılmasını, rəqəmsal məlumat mübadiləsini nəzərdə tutur. Həmçinin beynəlxalq kombinə edilmiş yük daşımalarını təşviq edən sazişlərin imzalanması, rəqəmsallaşma sahəsində təşəbbüslərin (E-Permit, E-CMR və E-TIR) gerçəkləşdirilməsi, habelə logistikanı optimallaşdırmağa və ticarətin səmərəliliyini artırmağa kömək edən səylər regional iqtisadi inteqrasiyanı dərinləşdirməyə xidmət edir.

2030-cu ilin hədəfi: Orta Dəhlizdə 11 milyon ton daşınma

Türk dövlətləri iqtisadi-ticari dövriyyənin yüksəldilməsi məqsədilə asan vergi rejiminin də yaradılması istiqamətində iradəli addımlar atmaqdadır. TDT ölkələrinin demək olar ki, hamısı arasında gəlirlərə görə vergilərə münasibətdə ikiqat vergitutmanın aradan qaldırılması haqqında sazişlər imzalanıb ki, bu da dövlətlərarası mal və xidmət ticarətini, kapitalın, texnologiyanın və şəxslərin sərbəst hərəkətini, eləcə də özəl sərmayələrin axınını stimullaşdırmaq məqsədi güdür.

Beləliklə, ölkələr arasında ticarətin liberallaşdırılması, sərhəd-keçid sistemlərinin rəqəmsallaşması sayəsində daşınan mallar barədə əvvəlcədən məlumat mübadiləsinin qurulması, gömrük prosedurlarının asanlaşdırılması və preferensial ticarətin təmin olunması nəzərdə tutulur ki, bütün bunlar son nəticədə əsas niyyət olan Azad Ticarət Rejiminin formalaşmasına səbəb olacaq. Bu isə türk dövlətlərinin regional iqtisadi inteqrasiyası istiqamətində bağlantılarını daha da artıracaq. Nəticədə yeni ticari-gömrük qaydaları sərhədkeçmə prosedurlarını asanlaşdırmaqla, vaxt və müddətləri qısaldacaq, türk dünyası arasında ticarətin optimallaşmasına imkan verəcək.

Proqnozlara görə, nəqliyyat-logistika sistemlərində asan gömrük rejiminin tətbiqi nəticəsində 2030-cu ilə qədər Orta Dəhlzidə daşınan yüklərin həcminin üç dəfə artaraq 11 milyon tona çatacaq.

Banklar Şurası vahid ödəniş sistemi yaratmaq istəyir

TDT-nin digər hədəfi maliyyə sahəsində əməkdalığın gücləndirilməsidir. Ötən il “Türk Dövlətləri Təşkilatına üzv dövlətlərin Mərkəzi (Milli) Banklar Şurasının yaradılması haqqında” memorandum imzalanıb və təsisat fəaliyyətə başlayıb. Şuranın başlıca hədəfi TDT ölkələrinin mərkəzi bankları arasında səmərəli əməkdaşlığın gücləndirilməsi, pul-kredit siyasətinin tənzimlənməsi, maliyyə sabitliyinin təmin olunması, ödəniş sistemlərinin inkişafı, maliyyə və rəqəmsal texnologiyaların tətbiqi və digər sahələrdə həyata keçirilən siyasətlərin vahid platformada əlaqəndirilməsidir.

TDT-nin maliyyə-bank strategiyasının əsas şaxələrindən biri də üzv ölkələr arasında qarşılıqlı maliyyə və investisiyaların hərəkətini stimullaşdırmaq, birgə sərmayə yatırımlarını təşviq etməkdir. Bu baxımdan həmin iqtisadi baxışı özündə əks etdirən və vahid maliyyə platformasına çevrilən Türk İnvestisiya Fondu ötən il noyabrın 1-dən fəaliyyətə başlayıb. 500 milyon dollar portfeli olan Fond ilk layihələrin icrasına start verib və  yeni sahələrdə sərmayə qoyuluşları planlarını nəzərdən keçirir. İnvestisiya Fondu türkdilli ölkələrin iqtisadi-maliyyə-sərmayə baxışlarını və gələcək investisiya planlarını müəyyən etmək və həyata keçirmək üçün vahid donorluq funksiyasını üzərinə götürüb. Fondun məqsədi regiondaxili ticarəti genişləndirmək və iqtisadi fəaliyyətləri dəstəkləmək vasitəsilə TDT dövlətlərinin iqtisadi inkişafına töhfə verməkdir. Bu məqsədlərə çatmaq üçün Fondun maliyyə portfelinin növbəti mərhələdə daha da artırılaraq 1 milyard dollar təsdiq edilməsi nəzərdə tutulur.

“Made in Turan” - birgə ticarətin nişanı

Türk dövlətləri faktiki olaraq “Made in Turan” brendini yaratmağa da nail olub. “Made in Turan” layihəsi türk dünyasının iqtisadi, mədəni və texnoloji potensialını dünyaya daha geniş rakursdan tanıtdırmaq məqsədi ilə yaradılıb. Milli brend konsepsiyasının başlıca hədəf və məqsədi türk dünyasının iqtisadi birliyini daha da möhkəmləndirmək və milli şirkətlərin “Made in Turan” adı altında dünyaya çıxışına motivasiyalar verməkdir. Konsepsiyaya uyğun olaraq, türk dövlətlərinin sahibkarlar üçün biznes təlimlərinin təşkili, investorlarla startaplar arasında əlaqələrin koordinasiyası, beynəlxalq tədbirlərdə birgə ixrac brendi altında iştirak etmək və tərəfdaş ölkələrlə əməkdaşlığın yeni yollarını müəyyən etmək, ixrac üzrə biznes modellərinin yaradılmasını dəstək göstərmək və digər prioritetlər müəyyənləşib. Türk dövlətləri birgə ticarət nişanı təsis etməklə iqtisadi layihələrin həyata keçirilməsi, qarşılıqlı investisiyaların cəlbi, müasir birgə istehsal və emal alyansının qurulması və ixrac coğrafiyalarının genişlənməsi sahəsində böyük imkanlar əldə etməyi düşünür.

Qarşıya qoyulmuş hədəflərin reallaşması sayəsində TDT-nin qlobal ticari coğrafiyalarda üstün mövqeyi möhkəmlənə, ticarət həcmləri və qlobal ÜDM-də payı arta bilər.

E.CƏFƏRLİ

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:148
embedMənbə:https://yeniazerbaycan.com
archiveBu xəbər 11 Mart 2025 09:44 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Rusiya real vəziyyəti hüquqi şəkildə rəsmiləşdirməyə çalışır

09 Sentyabr 2026 15:51see696

Skalyozun ilkin əlamətləri nələrdir? Ortoped AÇIQLADI

09 Sentyabr 2026 15:22see292

Səfir: İsrail Orta Dəhlizlə bağlı Azərbaycanın təcrübəsini öyrənməkdə maraqlıdır

09 Sentyabr 2026 19:08see291

Uşağın qamətini pozan səhvlər: Valideynlər bunlara diqqət etsin

09 Sentyabr 2026 15:28see274

Üçuşaqlı ailələrə real yardım üçün ilk növbədə valideynlər işlə təmin olunmalıdır Sosioloq

09 Sentyabr 2026 16:52see271

Rəhman Mustafayev: Azərbaycan dövlətlərin suverenliyi və ərazi bütövlüyü prinsiplərini daim dəstəkləyir

09 Sentyabr 2026 21:37see265

Məktəblilərdə xroniki ağrıların səbəbi nədir? Mütəxəssisdən XƏBƏRDARLIQ

09 Sentyabr 2026 15:12see259

2002 ci ildən bəri ilk dəfə: Avro əskinasları tamamilə dəyişdiriləcək

09 Sentyabr 2026 17:42see258

Rəhman Mustafayev Bakı və Moskva münasibətlərinin inkişafı üçün yeni imkanları açıqladı

09 Sentyabr 2026 21:17see258

Xəstəxanada mühafizəçini bıçaqlayan şəxslə bağlı qərar verildi

10 Sentyabr 2026 14:40see256

SOCAR Azərbaycanda geotermal enerji layihələri üçün kapital tərəfdaşı axtarır

09 Sentyabr 2026 15:28see250

Bu meyvələrin qabığını yemək olarmı?

10 Sentyabr 2026 02:06see240

İsrailin Müdafiə Nazirindən SƏRT BƏYANAT: Təhlükəsizlik zonasını tərk etməyəcəyik

10 Sentyabr 2026 01:23see236

Rafinya: “Mövsümə belə başlamaq inam verir”

10 Sentyabr 2026 01:56see235

Bakıda avtobuslarla bağlı ŞOK RƏQƏM: Sentyabrın sonundan etibarən...

09 Sentyabr 2026 19:21see235

Çində ölümlə nəticələnə biləcək təhlükəli virusun yeni mutasiyası aşkarlanıb

10 Sentyabr 2026 06:30see231

SOCAR ın prezidenti CC7 nin İdarə Heyətinin sədri ilə görüşüb FOTO

10 Sentyabr 2026 14:38see231

Dilan Polatın nişanda Vanlı Kara Haydar a dediyi sözlər yenidən gündəm oldu VİDEO

09 Sentyabr 2026 16:33see223

Mingəçevirdə çarəsiz qalan ata: 1 yaşlı övladımın müalicəsinə kömək edin VİDEO

09 Sentyabr 2026 21:16see222

Miqrantlar əvvəlcə rus dilini və mədəniyyətini öyrənəcəklər Yeni model açıqlanıb

10 Sentyabr 2026 16:09see206
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri