Icma.az
close
up
RU
Menu

Ərdoğan bu jesti ilə müəyyən dairələrə lazım olan mesajı verdi

Instagram da yeni funksiya

Forumu mühüm diplomatik toplantı kimi qiymətləndirmək lazımdır

“8 Noyabr zəfəri dövlətçilik tariximizin ən böyük nailiyyəti, ən şanlı qələbəsidir”

Mbappenin açıqlaması Çində qəzəbə səbəb oldu

Lula da Silva Bolsonarunun ölkədən qaçmasını biabırçılıq adlandırıb

Şəmkirdə qonşular arasında dava qanla bitdi 67 yaşlı kişi həyatını itirdi

Kəpəz Baku Sportinq i belə məğlub etdi İCMAL

“Ən azı üç günlük ərzaq və su ehtiyatı toplayın” Onlar da əhaliyə xəbərdarlıq etdi

ABŞ kəşfiyyatından xəbərdarlıq: Bu ölkələrdə…

Gənc qız sevgilisinin köməyi ilə atasını öldürdü

Qeydiyyatda olmayan “klinika”, qeyri adi müalicə üsulları: “Bioşəfa Sağlamlıq Mərkəzi”nin qaranlıq fəaliyyəti FOTO

Neftin bahalaşması həmişə tələbin artması demək deyil

Noyabrda bu 4 bürcün həyatında yeni mərhələ başlaya bilər

İspaniyada dəhşətli qatar qəzası: onlarla insan həyatını itirdi

Azərbaycanın multikulturalizm irsi və sülh təşəbbüsləri dünya ölkələri üçün nümunədir

İngiltərə Liqa Kuboku: “Arsenal” IV Liqa klubuna məğlub oldu MÜBARİZƏNİ DAYANDIRDI

Qonsalu Ramuş PSJ dən ayrılmasının səbəbini açıqladı: “Bunun heç bir məntiqi yox idi”

İsrail Prezidenti: Təkrar seçkilərin qarşısını almaq üçün əlimizdən gələni etməliyik

Prezident İlham Əliyevin VII Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumundakı çıxışı Azərbaycanın beynəlxalq dialoq və əməkdaşlıq məkanına verdiyi töhfələri əks etdirir

Türk dövlətlərinin vahid maliyyə siyasəti

Türk dövlətlərinin vahid maliyyə siyasəti

Yeniazerbaycan saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

TDT-nin Mərkəzi Banklar Şurasının yaradılması maliyyə sabitliyinin təmin olunmasına töhfə verəcək

Türk Dövlətləri Təşkilatının (TDT) Dövlət Başçılarının 11-ci Zirvə görüşü çərçivəsində “Türk Dövlətləri Təşkilatına üzv dövlətlərin Mərkəzi (Milli) Banklar Şurasının yaradılması haqqında” memorandum imzalanıb. Banklar Şurasının yaradılmasında əsas başlıca hədəf TDT ölkələrinin mərkəzi bankları arasında səmərəli əməkdaşlığın gücləndirilməsi, pul-kredit siyasətinin tənzimlənməsi, maliyyə sabitliyinin təmin olunması, ödəniş sistemlərinin inkişafı, maliyyə və rəqəmsal texnologiyaların tətbiqi və digər sahələrdə həyata keçirilən siyasətlərin vahid platformada əlaqəndirilməsi, təcrübə mübadiləsi məqsədilə birgə məsləhətləşmələr və tədqiqatların aparılmasıdır.

“Qarabağ Bəyannaməsi”nin hədəflərindən biri...

Yeni təsisatın yaradılması türk dövlətlərinin 2024-cü ilin iyul ayında Şuşa şəhərində imzaladığı “Qarabağ Bəyannaməsi”ndə əks edilmiş iqtisadi hədəflərə söykənir. Bəyannamənin əsas prinsiplərindən biri TDT-nin kollektiv iqtisadi-maliyyə strategiyasının formalaşdırılmasıdır ki, bu baxımdan maliyyə və bank sahəsində vahid strategiyanın müəyyən edilməsi qarşıya qoyulan məqsədlərdən birinin reallaşması deməkdir.

Mərkəzi Banklar Şurasının strateji fəaliyyət istiqamətləri olduqca genişdir və sərmayələrin təşviqi üçün bütün maliyyə, investisiya, kapital fondları ilə birgə əlaqələndirici missiyanı yerinə yetirmək niyyətindədir. Belə ki, türk dövlətləri ərazisində investisiya qoyulan layihələrdə aparıcı sənaye tərəfdaşlığının qurulması, bank kapitallarında payların və səhm paketlərinin, həmçinin həmin subyektlərin istiqrazlarını və digər qiymətli kağızların əldə edilməsi, kreditlərin ayrılması və qiymətli kağızların buraxılışı kimi alətlərə çıxış imkanları yaradılmış olur ki, bu da vahid maliyyə institutu funksiyasının formalaşdırılması deməkdir.

Şuranın yaradılması türk maliyyə və bank ailəsinin xarici bazar iştirakçıları ilə rəqabətdə mövqelərini möhkəmləndirə bilər. Bu platforma Asiya və Avropa regionunda böyük bir yeni maliyyə ekosisteminin əsasını qoymaqla, türk ölkələrinin təşəbbüskarlığı sayəsində Çindən Avropaya qədər uzanan “yaşıl maliyyə” coğrafiyasının formalaşmasında da təşviqedici rol oynayacaq.

Rəqəmsal bank platforması - Fintex Alyansı...

TDT-nin bank sahəsində əməkdaşlığının yeni istiqamətlərindən biri kimi Fintex Alyansında bir araya gəlmələri də mühüm əhəmiyyət kəsb edir. Ötən ay oktyabrın 10-da İstanbulda Türkiyə, Azərbaycan, Qazaxıstan, Qırğızıstan və Özbəkistanın fintex assosiasiyaları arasında TDT-nin Fintex Alyansının yaradılması ilə bağlı anlaşma memorandumu imzalanıb ki, sənəd maliyyə-bank institutlarının gələcək niyyətlərini əks etdirir. Belə ki, sənəd maliyyə texnologiyalarının inkişafı, qanunvericilik və tənzimləmə, maliyyə inklüzivliyinin artırılması, startap ekosisteminin dəstəklənməsi, beynəlxalq ödənişlərin və köçürmələrin asanlaşdırılması, kibertəhlükəsizlik və bir sıra digər sahələrində daha sıx əməkdaşlıq, təcrübə mübadiləsi və birgə layihələrin həyata keçirilməsini nəzərdə tutur. Bu, TDT-nin Mərkəzi Banklar Şurasının təşəbbüsləri və planlarının bir hissəsi sayıla bilər.

Türk dövlətləri fintex ailəsində birləşməklə “yaşıl maliyyə” texnologiyaları sahəsində vahid rəqəmsal ödəniş infrastrukturu da yaratmaqda qərarlıdır. Həmin infrastrukturların qurulması sayəsində türkdilli ölkələrin müasir elektron bank məhsulları və arxitekturasının imkanları əlaqələndirilə, o cümlədən rəqəmsal valyutaların tətbiqi imkanları, ani ödəniş sistemlərindən istifadənin artırılması, açıq bankçılıq modelinin tətbiqi, habelə yaşıl bank xidmətərindən birgə istifadə, Mərkəzi banklar arasında kibertəhlükəsizlik sahəsində məlumat mübadiləsinin genişləndirilməsi mümkün olacaq.

Ortaq maliyyə-investisiya xəzinəsi

TDT-nin maliyyə-bank strategiyasının əsas şaxələrindən biri də üzv ölkələr arasında qarşılıqlı maliyyə və investisiyaların hərəkətini stimullaşdırmaq, birgə sərmayə yatırımlarını təşviq etməkdir. Bu baxımdan həmin iqtisadi baxışı özündə əks etdirən və vahid maliyyə platformasına çevrilən Türk İnvestisiya Fondu da noyabrın 1-dən fəaliyyətə başlayıb. TDT-nin baş katibi Kubanıçbek Omuralıyev bildirib ki, 500 milyon dollar portfeli olan Fond ilk layihələrin icrasına start verib və  yeni sahələrdə sərmayə qoyuluşları planlarını nəzərdən keçirir. İnvestisiya Fondu türkdilli ölkələrin iqtisadi-maliyyə-sərmayə baxışlarını və gələcək investisiya planlarını müəyyən etmək və həyata keçirmək üçün vahid donorluq funksiyasını üzərinə götürüb. Fondun məqsədi regiondaxili ticarəti genişləndirmək və iqtisadi fəaliyyətləri dəstəkləmək vasitəsilə TDT dövlətlərinin iqtisadi inkişafına töhfə verməkdir.

Yeni sərmayə xətləri həm dövlət, həm də özəl sektoru nəzərdə tutur. Xüsusilə də, Fondun maliyyə vizyonu daha çox yeni iqtisadiyyat quruculuğu prioritetlərinə əsaslanır ki, burada bərpa olunan enerji, rəqəmsal kənd təsərrüfatı və turizm kimi bir çox sahələrə investisiyaların artırılması mühüm yer tutur. Bundan başqa, Fondun investisiya fəaliyyəti beynəlxalq və milli maliyyə və inkişaf institutları, eləcə də ticarət palataları və özəl müəssisələr ilə əməkdaşlığı təmin etmək, nəqliyyat və logistika zəncirlərinin, saxlama və istehsal imkanlarının genişləndirilməsini dəstəkləmək, mikro, kiçik və orta müəssisələrin layihələrini maliyyələşdirmək, rəqəmsal iqtisadiyyatı təşviq etmək və digər prioritetlərə fokuslanıb.

Bu məqsədlərə çatmaq üçün Fondun maliyyə portfelinin növbəti mərhələdə daha da artırlaraq 1 milyard dolları ötəcəyi istisna olunmur. Türk İnvestisiya Fondunun maliyyələşdirmə strukturunun formalaşmasında üzv dövlətlərin birbaşa kapital resursları ilə yanaşı, fiziki və ya hüquqi şəxslərin də maliyyəsinin cəlb edilməsi nəzərdə tutulub ki, bu da türk dövlətlərinin iri şirkətlərinin, sahibkarlar icmasının bu prosesdə fəal rol olması deməkdir.

Fond kiçik ailə bizneslərinə də təşviqedici fəaliyyət çərçivəsində dəstək verməklə üzv ölkələrin iqtisadi və sosial inkişafına, dayanıqlı məşğulluq imkanlarının genişləndirilməsinə də töhfə vermək niyyətindədir. Bundan başqa, strateji yol xəritəsinə əsasən, TDT üzvləri ilə yanaşı, üçüncü dövlətlərin də TİF-nun layihələrində iştirakı nəzərdə tutulur ki, burada türk dövlətləri ailəsinin strateji proqramlarında yer alan ölkələrin, o cümlədən Macarıstan, Rumıniya, Gürcüstanın bu maliyyə zəncirinə qoşulması deməkdir.

Gələcəkdə TİF-nun nəhəng bir maliyyə institutu kimi türk dövlətlərinin Mərkəzi Banklarının aktiv maliyyələşməyə cəlb edilməsi, müxtəlif layihələrdə donorluq etməsi, ələlxüsus da səhm və müxtəlif investisiya alətlərinin emissiyasında rol almasında da rolunun artacağı istisna deyil. Eyni zamanda, investisiya fondlarının da bu prosesə qoşulması mümkündür.

Hədəf 2 trilyon dollar iqtisadi dəyər...

Türk dövlətləri 2024-2025-ci illərdə birgə ticarəti 60 milyard dollara, əlavə dəyərləri isə 2 trlilyon dollara çatdırmağı hədəfləyir.Hazırda Türk Dövlətləri Təşkilatına daxil olan dövlətlərin xarici ticarət dövriyyəsinin həcmi təxminən 45 milyard dollar təşkil edir. Bu, onların ümumi ticarət dövriyyəsinin 4 faizə yaxını deməkdir. Ancaq potensial bundan ən azı 10 dəfə böyükdür. Eyni zamanda, əlavə dəyərin ümumi həcmi 1,5 trilyon dollara yaxındır. Yaxın illərdə TDT 2  trilyon dollardan da çox iqtisadi dəyər yaratmaqla  dünya iqtisadiyyatında mühüm yer tuta bilər.

Ona görə də türk dövlətləri öz iqtisadi güc və potensiallarını vahid zəncirdə birləşdirməklə regionda və dünyada qlobal ticarətin və iqtisadiyyatın inkişafında rolunu artımaq niyyətindədir.. Mövcud axıcı nəqliyyat infrastrukturlarının daha da müasirləşdirilməsi və beynəlxalq trans-regional dəhlizlərə inteqrasiyaların genişləndirilməsi nəzərdə tutulur ki, bu hədəflərin reallaşması sayəsində TDT-nin qlobal ticari coğrafiyalarda üstün mövqeyi möhkəmlənə, ticarət həcmləri və qlobal ÜDM-də payı arta bilər. Bu baxımdam maliyyə, investisya, fintex və digər platformaların yaradılması da türk ailəsinin iqtisadi gücünü, maliyyə qüdrətini daha da yüksəltmək üçün unikal yol xəritələri rolunu oynayacaq.

ELBRUS CƏFƏRLİ

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:209
embedMənbə:https://yeniazerbaycan.com
archiveBu xəbər 07 Noyabr 2024 08:39 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Ərdoğan bu jesti ilə müəyyən dairələrə lazım olan mesajı verdi

28 Oktyabr 2026 16:23see609

Instagram da yeni funksiya

28 Oktyabr 2026 05:57see429

Forumu mühüm diplomatik toplantı kimi qiymətləndirmək lazımdır

29 Oktyabr 2026 11:24see312

“8 Noyabr zəfəri dövlətçilik tariximizin ən böyük nailiyyəti, ən şanlı qələbəsidir”

29 Oktyabr 2026 13:37see299

Mbappenin açıqlaması Çində qəzəbə səbəb oldu

28 Oktyabr 2026 02:46see272

Lula da Silva Bolsonarunun ölkədən qaçmasını biabırçılıq adlandırıb

28 Oktyabr 2026 04:12see246

Şəmkirdə qonşular arasında dava qanla bitdi 67 yaşlı kişi həyatını itirdi

28 Oktyabr 2026 20:48see227

Kəpəz Baku Sportinq i belə məğlub etdi İCMAL

29 Oktyabr 2026 01:56see217

“Ən azı üç günlük ərzaq və su ehtiyatı toplayın” Onlar da əhaliyə xəbərdarlıq etdi

29 Oktyabr 2026 03:20see215

ABŞ kəşfiyyatından xəbərdarlıq: Bu ölkələrdə…

28 Oktyabr 2026 03:37see205

Gənc qız sevgilisinin köməyi ilə atasını öldürdü

28 Oktyabr 2026 06:14see196

Qeydiyyatda olmayan “klinika”, qeyri adi müalicə üsulları: “Bioşəfa Sağlamlıq Mərkəzi”nin qaranlıq fəaliyyəti FOTO

28 Oktyabr 2026 11:09see196

Neftin bahalaşması həmişə tələbin artması demək deyil

28 Oktyabr 2026 11:32see196

Noyabrda bu 4 bürcün həyatında yeni mərhələ başlaya bilər

28 Oktyabr 2026 05:14see194

İspaniyada dəhşətli qatar qəzası: onlarla insan həyatını itirdi

28 Oktyabr 2026 13:58see187

Azərbaycanın multikulturalizm irsi və sülh təşəbbüsləri dünya ölkələri üçün nümunədir

28 Oktyabr 2026 18:11see182

İngiltərə Liqa Kuboku: “Arsenal” IV Liqa klubuna məğlub oldu MÜBARİZƏNİ DAYANDIRDI

28 Oktyabr 2026 02:20see176

Qonsalu Ramuş PSJ dən ayrılmasının səbəbini açıqladı: “Bunun heç bir məntiqi yox idi”

29 Oktyabr 2026 01:29see166

İsrail Prezidenti: Təkrar seçkilərin qarşısını almaq üçün əlimizdən gələni etməliyik

29 Oktyabr 2026 00:15see166

Prezident İlham Əliyevin VII Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumundakı çıxışı Azərbaycanın beynəlxalq dialoq və əməkdaşlıq məkanına verdiyi töhfələri əks etdirir

28 Oktyabr 2026 19:03see165
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri