Icma.az
close
up
RU
Türk Dünyası Həftəsi başa çatdı

Türk Dünyası Həftəsi başa çatdı

Qafqazinfo saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Azərbaycan Prezidentinin təşəbbüsü ilə keçirilən, Birinci Türkoloji Qurultayın 100 illiyinə həsr olunmuş Türk Dünyası Həftəsi uğurla başa çatıb.

“Qafqazinfo” xəbər verir ki, Türk Dövlətləri Təşkilatına sədrliyi dövründə Azərbaycanın ev sahibliyi etdiyi bu mötəbər tədbirlər silsiləsi 1926-cı ildə Bakıda keçirilmiş Birinci Türkoloji Qurultayın elmi və mənəvi irsinin yenidən dəyərləndirilməsi, ortaq türk mədəni irsinin təbliği və türk dövlətləri arasında humanitar əməkdaşlığın daha da möhkəmləndirilməsi baxımından mühüm əhəmiyyət kəsb edib.

Azərbaycan Prezidenti İlham Əliyevin tədbir iştirakçılarına ünvanladığı müraciətdə də vurğulandığı kimi, Birinci Türkoloji Qurultayın ideyaları bu gün də türk dünyasının ortaq humanitar məkanının formalaşmasının əsas mənəvi və intellektual dayaqlarından biri olaraq qalır. Dövlət başçısı qeyd edib ki, Türk Dünyası Həftəsi zəngin tarixi-mənəvi irsin yaşadılmasına, öyrənilməsinə və gələcək nəsillərə ötürülməsinə mühüm töhfə verəcək.

Türk Dünyası Həftəsi yüksək beynəlxalq təmsilçilik səviyyəsi ilə yadda qalmışdır. Tədbir iştirakçılarına Prezident İlham Əliyevin müraciəti ilə yanaşı, türk dövlətlərinin beş dövlət başçısının rəsmi müraciətləri təqdim olunub, yubiley tədbirlərinə göstərilən yüksək siyasi dəstək və Birinci Türkoloji Qurultayın irsinə verilən önəm bir daha nümayiş etdirilib.

Eyni zamanda, Türk Dövlətləri Təşkilatı, TÜRKSOY, Beynəlxalq Türk Akademiyası və Türk Mədəniyyəti və İrsi Fondu da daxil olmaqla, türk dünyasının aparıcı beynəlxalq əməkdaşlıq qurumları tədbirlərdə fəal iştirak edib, Türk Dünyası Həftəsinin yüksək səviyyədə təşkilinə və məzmununun zənginləşdirilməsinə mühüm töhfə veriblər.

Həftə çərçivəsində beynəlxalq elmi konfranslar, panel müzakirələri, beş sərgi, təqdimatlar, konsert proqramları və digər mədəni tədbirlər təşkil edilib, türk dövlətlərindən və dünyanın müxtəlif ölkələrindən alimlər, türkologiya üzrə tədqiqatçılar, dövlət rəsmiləri, mədəniyyət xadimləri və ictimaiyyət nümayəndələri iştirak ediblər. Proqrama uyğun olaraq təşkil edilmiş tematik sərgilərdə Birinci Türkoloji Qurultayın tarixi irsi, türk xalqlarının ortaq mədəni dəyərləri və zəngin mədəni irsi nümayiş etdirilib.

Bununla yanaşı, yubiley münasibətilə hazırlanmış xüsusi sənədli filmin, eləcə də süni intellekt texnologiyalarından istifadə olunmaqla ərsəyə gətirilmiş innovativ filmin təqdimatı keçirilib və iştirakçılar tərəfindən böyük maraqla qarşılanıb.

Türk Dünyası Həftəsi çərçivəsində nəşr fəaliyyəti də xüsusi yer tutub. Təxminən on adda elmi nəşr və kitab ictimaiyyətə təqdim edilib, onların əksəriyyətində Birinci Türkoloji Qurultay və türkologiya sahəsində aparılmış yeni elmi araşdırmaların nəticələri öz əksini tapıb. Xüsusilə Azərbaycan Milli Kitabxanası tərəfindən nəşr edilmiş Birinci Türkoloji Qurultayın yeni stenoqrafik materialları gələcək tədqiqatlar üçün mühüm mənbə kimi əhəmiyyət daşıyır. Nəşrə sovet dövründə müxtəlif səbəblərdən dərc edilməmiş çıxışların da daxil edilməsi Qurultayın elmi irsinin daha dolğun şəkildə bərpasına və gələcək nəsillərə çatdırılmasına mühüm töhfə olub.

Tədbirlər zamanı Birinci Türkoloji Qurultayın tarixi əhəmiyyəti, ortaq dil və mədəni irsin qorunması, elmi əməkdaşlığın genişləndirilməsi, türk xalqlarının ortaq yaddaşının möhkəmləndirilməsi, müasir dövrdə humanitar inteqrasiyanın inkişaf perspektivləri ətrafında geniş fikir mübadiləsi aparılıb.

Türk Dünyası Həftəsinin ən mühüm nəticələrindən biri tədbir iştirakçıları tərəfindən Xankəndi Bəyannaməsinin qəbul edilməsi olub. Bəyannamədə elm, təhsil, dil, mədəniyyət və ortaq tarixi irsin qorunması sahələrində türk dövlətləri arasında əməkdaşlığın gələcək inkişaf istiqamətləri müəyyən edilib, Birinci Türkoloji Qurultayın ideyalarına sadiqlik bir daha təsdiqlənib.

Bəyannamədə Azərbaycan Prezidenti İlham Əliyevin Birinci Türkoloji Qurultayın 100 illiyinin dövlət səviyyəsində qeyd olunması təşəbbüsü, yubiley tədbirlərinin keçirilməsi ilə bağlı Sərəncamı və türk dünyasının inteqrasiyasına verdiyi töhfələr yüksək qiymətləndirilib. Eyni zamanda, yubiley münasibətilə təbriklərini çatdıran dövlət başçılarına, beynəlxalq təşkilatlara və tərəfdaş qurumlara təşəkkür ifadə edilib.

Həftə çərçivəsində iştirakçılar Bakıda Birinci Türkoloji Qurultayın keçirildiyi tarixi məkanlarla tanış olub, daha sonra Qarabağa səfər edərək Xankəndidə təşkil olunan yekun tədbirlərdə iştirak edib, bununla da türk dünyasının ortaq tarixi yaddaşı ilə Azərbaycanın müasir inkişaf reallıqları arasında mənəvi və tarixi bağlılıq bir daha nümayiş etdirilib.

Türk Dünyası Həftəsi bir daha nümayiş etdirib ki, yüz il əvvəl Bakıda əsası qoyulan ideyalar bu gün Türk Dövlətləri Təşkilatı çərçivəsində həyata keçirilən humanitar əməkdaşlığın ideoloji təməlini təşkil edir. Azərbaycan isə bu prosesin təşəbbüskarı və fəal iştirakçısı kimi ortaq dəyərlərin qorunmasına, mədəni inteqrasiyanın dərinləşdirilməsinə və türk dünyasının gələcək inkişafına bundan sonra da ardıcıl töhfə vermək əzmindədir.

Keçirilmiş tədbirlər, qəbul edilmiş qərarlar və formalaşmış yeni əməkdaşlıq istiqamətləri Türk Dünyası Həftəsinin təkcə Birinci Türkoloji Qurultayın 100 illik yubileyinə həsr olunmuş silsilə tədbirlər toplusu deyil, həm də türk dünyasının ortaq elmi, mədəni və humanitar əməkdaşlığının gələcək inkişafı üçün mühüm beynəlxalq platforma olduğunu bir daha təsdiqləyib.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:132
embedMənbə:https://qafqazinfo.az
archiveBu xəbər 05 İyul 2026 21:57 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

ADY də səhər xaosu: Sərnişinlər daha hara şikayət etsin? Məmurların özbaşınalığı davam edir KONKRET

05 Oktyabr 2026 09:06see429

Prezident mükafatçısı olan gənc mühəndis evləndi FOTO/VİDEO

04 Oktyabr 2026 13:11see299

Bahar qəsəbəsində ev uçqunu: bir nəfər həyatını itirib

04 Oktyabr 2026 12:56see299

Rusiyanın təxminən 700 ballistik raketi var Zelenski

04 Oktyabr 2026 16:54see294

“Google” “Android Auto”dakı aylardır davam edən problemi həll edir

05 Oktyabr 2026 04:15see228

Almaniyada yüngülmotorlu təyyarə qəzaya uğrayıb 2 nəfər ölüb

04 Oktyabr 2026 17:33see214

İti pəncərədən atan şəxs polis tərəfindən saxlanıldı VİDEO

04 Oktyabr 2026 19:03see212

Onlar sevgilərini elan etdilər! İlk FOTO gəldi

04 Oktyabr 2026 13:32see205

Riçard Girin həyat yoldaşı nadir ailə fotosunu paylaşdı

04 Oktyabr 2026 22:13see205

Təkcə silahla yox, imanımız və canımızla... Cəbrayılı azad edən XTQ mayoru DANIŞDI

04 Oktyabr 2026 17:06see201

Bakı bu gün öz keçmişi ilə “danışır”

04 Oktyabr 2026 15:01see190

Maks Ferstappen Malayziya Qran prisinin qalibi olub

04 Oktyabr 2026 14:54see188

İkardidən Qalatasaray la bağlı sürpriz qərar

05 Oktyabr 2026 00:42see188

Pünhan Piriyevin 15 min manat iddiasına Alim Qasımovdan CAVAB VİDEO

05 Oktyabr 2026 16:18see185

Zidan: Ronaldo möhtəşəm karyera qurub

05 Oktyabr 2026 04:36see169

NBC: “Flydubai” pilotu təkbaşına hərəkət etmiş ola bilər

06 Oktyabr 2026 00:45see166

Corciya ştatında atışma baş verib İki nəfər ölüb, 35 nəfər yaralanıb

04 Oktyabr 2026 22:34see166

Yeni mövsümü müzakirə yaratdı

05 Oktyabr 2026 01:05see164

5 oktyabr Beynəlxalq Müəllimlər Günüdür

05 Oktyabr 2026 00:22see164

Toyda döyülən 32 yaşlı kişi öldü FOTO

06 Oktyabr 2026 02:48see162
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri