Icma.az
close
up
RU
Türk dünyası memarları Türküstanda FOTO

Türk dünyası memarları Türküstanda FOTO

Icma.az, Bakupost portalına istinadən məlumatı açıqlayır.


İyunun 10-11-də Türk Mədəniyyəti və İrsi Fondu və Türküstan Vilayəti Akiminin birgə dəstəyi ilə “Türk Dünyasının Memarları və Bərpaçıları” II Beynəlxalq Simpoziumu keçirilib.

Bakupost.az xəbər verir ki, Qazaxıstanın Türküstan şəhərində keçirilən simpoziumun təntənəli açılış mərasimində Türk Mədəniyyəti və İrsi Fondunun Prezidenti Aktotı Raimkulova, Türküstan vilayətinin Akimi Nuralxan Kuşerov, Qazaxıstan Respublikasının Mədəniyyət və İnformasiya Nazirliyinin nümayəndələri, eləcə də beynəlxalq ekspertlər iştirak ediblər.

Plenar iclas çərçivəsində Türk ölkələrinin elmi institutlarının nümayəndələrinin məruzələri dinlənilib. Məruzələrdə memarlıq irsinin araşdırılmasında müasir texnologiyaların tətbiqi, bərpa metodları, ənənəvi tikinti materialları və iqlim şəraitinin abidələrin qorunmasına təsiri kimi məsələlərə xüsusi diqqət yetirilib.

Simpoziumun gedişatı “Türk mədəni irsinin abidələrinin tarixi-mədəni əhəmiyyəti və tədqiqi” və “Memarlıq abidələrinin qorunması və bərpası” mövzularında panel sessiyaları ilə davam edib. Sessiyalarda türk mədəni irsinin abidələrinin tarixi və mədəni dəyəri, bərpa işlərində rəqəmsal həllər, profilaktik konservasiya və mədəni irsin qorunmasında fənlərarası yanaşmalar müzakirə olunub. Azərbaycan, Qazaxıstan, Qırğızıstan, Türkiyə,

Özbəkistan və Macarıstandan olan mütəxəssislər öz təcrübələrini bölüşüblər. Azərbaycanı bu simpoziumda tanınmış alim AMEA-nın Arxeologiya və Antropologiya İnstitutunun elmi işlər üzrə direktor müavini Zaur Həsənov təmsil edib.

Tədbirin diqqətçəkən məqamlarından biri böyük ensiklopedik əsər – Mahmud Kaşğarinin “Divani Lüğat-it-Türk” kitabının 950 illiyinə həsr olunmuş sərgi və Xoca Əhməd Yəsəvi adına Beynəlxalq Qazax-Türk Universitetinin mədəniyyət mərkəzində nümayiş etdirilən «Мың заман – бір Түркістан» adlı musiqili tamaşa olub.

Simpoziumun proqramı çərçivəsində Arıstan-bab və Xoca Əhməd Yəsəvi türbələrinin yerləşdiyi Otrar rayonu üzrə səfər də təşkil edilib ki, bu da iştirakçılara türk memarlıq ənənəsinin canlı nümunələri ilə yerində tanış olmaq imkanı yaradıb.

Tədbir türk dünyasının ortaq irsinin qorunması və tanıdılması sahəsində elmi və praktiki əməkdaşlığın inkişafına mühüm töhfə olub.









Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:154
embedMənbə:https://www.bakupost.az
archiveBu xəbər 10 İyun 2025 17:23 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see310

Gəzinti və güc məşqləri sümükləri möhkəmləndirmək üçün kifayət etməyə BİLƏR

13 Noyabr 2026 13:29see306

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see292

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see287

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see284

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see271

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see267

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see243

Özünü xalq təbabəti ilə müalicə edir

13 Noyabr 2026 14:48see241

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see240

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see238

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see238

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see235

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see231

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see222

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see212

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see205

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see202

Paxıllığın müsbət faydaları

13 Noyabr 2026 20:45see190

Həkimlər başında güllə ilə 30 il yaşamış kişini xilas etdilər

13 Noyabr 2026 19:47see190
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri