Icma.az
close
up
RU
Menu

Sinəsi ilə penaltini qaytarandan sonra öldü

ABŞ hakimiyyəti Marsa ilk astronavtları 2030 cu ildə göndərməyi planlaşdırır

Bakı qoçusu Qafar Nağıyevin 1902 ci ilə aid mülkü

Kanadada bıçaqlı hücum: Bir nəfər ölüb, səkkiz nəfər...

“Ölüm yuxusu” gürcü dilində nəşr olunub

Dövlət Departamenti Fələstinin üç hüquq müdafiə təşkilatına qarşı sanksiya tətbiq edib

Putin ona general leytenant rütbəsi verdi

“Santuş ev tapşırığını düzgün yerinə yetirmədi”

“Azərbaycan millisi İslandiya mətbuatının diqqətindədir” VİDEO

İşıqlar sönəndə sadəcə bunu sınayın

Fənərbaxça ya İtaliyanın keçmiş baş məşqçisi gətirilə bilər

Qonşular işgəncə verilən oğlan barədə DANIŞDILAR: Çarəsiz qalmışdı, vəhşicəsinə döyülmüşdü

Moskvadakı Tretyakov qalereyasında yanğın başlayıb

Rusiyada əsir olan Ukrayna hərbçilərinin sayı açıqlandı Moskvanın cinayətləri barədə hesabat hazırlanacaq

Futbolumuzun utanc gecəsi... Video

Emin Mahmudov: Belə biabırçılıq bir daha təkrarlanmamalıdır

“Hücumçu gəlib komandanı “Çelsi”, “Liverpul” kimi rəqiblərlə oyunlarda qalib etməyəcəkdi ki...” “İmarət”dən qəribə mövqe

Bu şəraitdə Bakı balanslaşdırılan siyasət yürütməyə məcbur olacaq, əks halda… SENSASİON MƏQAMLAR KONKRET

Bu ölkədə dərsə maşınla gələnlər universitetdən xaric edilir

Hər gün sıxlıq olan o küçədə dəyişikliklər ediləcək

“Türk dünyası “russkiy mir”lə “amerikan müstəsnalığı” arasında...” ZAHİD ORUC

“Türk dünyası “russkiy mir”lə “amerikan müstəsnalığı” arasında...” ZAHİD ORUC

Azpolitika.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Bu gün Bakıda Türk Akademiyası və Sosial Tədqiqatlar Mərkəzinin birgə təşkilatçılığı ilə “Türk barometri 2024 – türk dövlətlərində təhsil və elm sahəsində əməkdaşlıq: mövcud reallıqlar və gələcəyə baxış” mövzusunda beynəlxalq konfrans keçirilib.

STM sədri, millət vəkili Zahid Orucun konfransdakı çıxışını təqdim edirik:

Türk Akademiyası və Sosial Tədqiqatlar Mərkəzinin birgə təşkilatçılığı ilə Türk Dövlətləri Təşkilatına (TDT) üzv ölkələrdə keçirilən sosioloji tədqiqatın nəticələrinə-“Türk Barometri”nin təqdimatına həsr olunan beynəlxalq konfransda hər birinizi ürəkdən salamlayır, “doğma vətəninizə xoş gəlmisiniz”, deyirik.

Millətlərarası və regional ictimai fikrin öyrənilməsi, müqayisəli təhlillərinin aparılması siyasi elitalar, akademik çevrələr və beyin mərkəzləri üçün xüsusi önəm daşıyır. Türk Akademiyasının “Türk Barometri” layihəsi tarixi bir missiyanı -Azərbaycan, Türkiyə, Qazaxıstan, Qırğızıstan və Özbəkistanı, bir sözlə Türk coğrafiyasını elmi baxımdan hərtərəfli araşdıraraq və strateji məqsədlər naminə dərindən öyrənərək, gələcəyin yol xəritəsini hazırlayır.

Xatırladaq ki, “Türk Dünyasına Baxış-2040” sənədində Türk Sivilizasiyasının yüksəlişindən bəhs olunur. “Türk Barometri” 150 milyondan çox əhaliyə, 4.2 milyon kv.km əraziyə, 1.3 trilyon dollardan çox ÜDM-ə və geostrateji mövqeyə malik bir coğrafiyada yaşayan xalqların həyatını öyrənməklə ortaq irsin qorunmasına xidmət edir, xüsusilə elmi sahədə əməkdaşlığın inkişaf etdirilməsi üçün platforma yaradır.

Bildiyiniz kimi, Türk xalqları arasında tarixi bağlar dərin olduğu üçün bütün formasiyalarda ideoloji-siyasi çərçivələri aşaraq, özünə inkişaf yolu tapa bilib. Qürurla xatırlayırıq ki, ötən əsrin 70-ci illərində Ulu öndər Heydər Əliyev həm Azərbaycanın, həm də Sovetlər Birliyinin rəhbərlərindən biri olarkən, bütün türk respublikaları ilə qurulan güclü əlaqələri ilə türk dünyasının birliyinə xidmət edib.

Təkcə onu deyək ki, ötən əsrin 80-ci illərində Kreml sarayında Heydər Əliyev bir çoxlarının risq etmədiyi qətiyyəti göstərərək, Siyasi Büronun Qazaxıstanda və Özbəkistanda etnik-milli toqquşmalara səbəb olan qərarlarına açıq etiraz edən azsaylı liderlərdən biri olub. Ulu öndərin böyük "Kitabi-Dədə Qorqud", "Manas", "Koroğlu" kimi folklor abidələrinə verdiyi dəyər, qazax yazılı ədəbiyyatının banisi Abay Kunanbayevin yubileylərində iştirakı və parlaq nitqi, "dünya ədəbiyyatına xəzinə bəxş edən qırğız xalqının görkəmli yazıçısı Çingiz Aytmatovu “Türk dünyasının fəxri” adlandırması, qazax mütəffəkiri Oljas Süleymenovu “Az İ Ya” əsərinə görə təqiblərdən qoruması, Alma-Atada Qorbaçov “yenidənqur­ma”sının qanlı təyinatı olan Kolbinə qarşı çıxması, Özbəkistana qarşı hazırlanan provakasiya və repressiyalar haqda Şərəf Rəşidovu xəbərdar etməsi, onunla sonadək dostluğunu qoruması böyük dövlət adamının zamana sığmayan cəsarət və ləyaqət nümunələridir.

Heydər Əliyevin hələ sovet illərində Türkiyə Cümhuriyyəti ilə münasibətlərin ideoloji, soyuq müharibə şərtlərindən asılı olduğu bir dövrdə Süleyman Dəmirəllə yananan münasibətləri sonralar müstəqilliyin ağır illərində Naxçıvanın qorunmasında müstəsna rol oynadı. İki türk liderinin 1992-ci ildə açdıqları Ümid körpüsü türk dünyasının birlik simvoluna çevrildi. Qars müqaviləsi 70 ildən sonra həmin yolla açıldı.

Ulu öndərin 1995-ci ildə Türkiyə Böyük Millət Məclisində çıxışı zamanı böyük Mustafa Kamal Atatatürkün Cümhuriyyət quruculuğunu müstəqil Azərbaycan dövləti üçün “örnək” adlandırması fərqli şərtlər və təhlükələr qarşısında Qurtuluş hərəkatı aparan iki liderin bir amalda birləşdiyini göstərir.

İndi də tarix təkrar olunur - Atatürkün aldığı Aralıq Dilucundakı 11 kilometrlik quru sərhəddi Qarabağda parlaq Qələbəmizdən sonra Zəngəzur yolunun açılması üçün mayaka çevrilib.

Müstəqillik illərində Ulu öndərin TÜRK­SOY-un formalaşmasında fəal iştirakı, türkmən şairi Məhdimqulunun, böyük özbək hökmdarı Əmir Teymurun, Məhəmməd Füzulinin 500, “Kitabi Dədə Qorqud”un 1300 illiyinin keçirilməsi ümumtürk mədəniyyətinə töhfə idi.

Tarix boyu dünyada savaş aparan dövlətlər Avropa sərhədlərindən Çinədək uzanan coğrafiyada 300 milyonadək əhalini birləşdirən Türk dünyasının parçalanmasına çalışıblar. Lakin hansı qitədə və imperiyada yaşamalarından asılı olmayaraq, türklər milli kimliklərini qoruyublar. Müqayisə üçün, ermənilər başqa kültür, dəyər və demoqrafiya şərtlərinə uyğunlaşma davranışı göstəriblər. İspanların bəzi adət-ənənələri, memarlıq nümunələri İslam intibahının izlərinə malikdir. Müasir İtaliyanın gücü - Roma imperiyasının idealları bri çox xalqların qarışıq mədəniyyətindən doğulub.

Lakin Sovetlər birliyinin süqutundan sonra müstəqilliklərini elan edən və dünya siyasi xəritəsinə çıxan türk dövlətləri hazırki beynəlxalq təhlükələr və böhranlar şəraitində qlobal layları sabitləşdirən, regiona sülh və təhlükəsizlik vəd edən yeni ittifaqların qurucuları kimi çıxış edirlər.

İndi Avro-Atlantik məkan parçalanır, ABŞ və Avropa Birliyi eyni iqtisadi-siyasi ittifaqı özündə ehtiva etmir, Qərb qütbündəki qüvvələr öz aralarında yeni sədlər-müasir "Berlin divarları" çəkir, lakin Moskva müqaviləsindən tam 100 il sonra Türk dünyası siyasi, iqtisadi, mədəni və hərbi birliyini Şuşa, Astana, Bişkek və Qarabağ Bəyannaməsi ilə möhkəmləndirir, gələcəyə dair yol xəritəsini – "2040 Vizyonu"nu imzalayır.

Prezident İlham Əliyev türk dünyasını “bir ailə” elan edir. Beləliklə, xalqlarımız öz köklərinə qayıdaraq, bir vaxtlar Atatürkün söylədiyi kimi, "hadisələrin böldüyü tariximizin içində yenidən bütünləşirlər". Türk Dünyası digər "dünya"lardan fərqli olaraq, xalqları vahid çətir altında toplamaq üçün sonradan yaradılan süni ideoloji-siyasi birlik deyil, ortaq tarixi və mədəni ruhun yeni minilliyə daşınmasıdır, Türk geosiyasətinin – "Türk qütbü"nün ifadəsidir.

Avropa Birliyinin Səmərqənddə - Əmir Teymurun vətənində türk dünyasını parçalamaq üçün əl atdığı planların da iflasa uğrayacağına şübhəmiz yoxdur. Çünki qardaş Türkiyəni 60 il Brüsselin qapısında saxlayanlar orta Asiyanı türk dünyasından ayırıraq, Qərbin müttəfiqi deyil, platsdarmına çevirmək istəyirlər. Lakin müstəqil Kıprısı silmək cəhdləri məhvə məkhumdur. 12 milyard avro ilə keçmişin və gələcək idealların üzərindən xətt çəkəcəyinə əmin olan Qərb Avrasiyanı, Yaxın Şərq və Cənubi Qafqazı parçalamağa çalışır, “Qlobal Qapı” layihəsi ilə keçmiş imperiya varisi olan dövlətləri üz-üzə qoyur. Lakin Azərbaycan birləşdirici rolu uzaq paytaxtların planlarının qarşısını alır. İlham Əliyev ölkəsini türk dünyasının mərkəzi etmək iddiasını qətiyyən gizlətmir.

Türk dövlətləri arasında inteqrasiyanı sürətləndirən, min illərlə formalaşan tarixi-mədəni birliyi, türk ruhunu yenidən canlandıran ən mühüm hadisə heç şübhəsiz, 44 günlük Vətən müharibəsində qazanılan Zəfərimizdir. Qələbəmiz vaxtilə bir araya gəlmək üçün müxtəlif paytaxtlara boylanan ölkələrin beynəlxalq mövqelərinin güclənməsinə təkan verib, təkcə Qafqazlarda deyil, eləcə də Yaxın Şərqdə və Suriya rejiminin çökməsində mühüm rol oynayıb. Qarabağ Zəfəri regionda 90-cı illər məğlubiyyət dövrünün inhisarçı geosiyasi arxitekturasını dəyişməklə, Türk dünyasının beynəlxalq və regional gücünü artıran inqilabi dönüş olub, Avropa və Asiya arasındakı tarixi İpək Yolunun bərpası ilə Zəngəzur Dəhlizinin açılmasına zəmin yaradıb. Orta Dəhliz – biz onu "Türk Dəhlizi" də adlandıra bilərik – Avropa və Asiya arasında mühüm iqtisadi əməkdaşlıq perspektivləri yaradır.

Bəli, qətiyyətlə demək olar ki, Qarabağın azad edilməsi yalnız ərazi hadisəsi deyil, həm də siyasi, mənəvi, mədəni, iqtisadi və geosiyasi coğrafiyamızın da böyüməsi deməkdir.

Biz indi türk dünyasında faciələrə və köçkünlüyə qarşı deyil, Qələbə platforması ilə birləşirik. Zəfərimiz bu torpaqlarda min illərdir yaşadığımızın sübutudur. İndi Azərbaycan sözü daim torpaq itkisi yaşayan məkanı deyil, hər qarış Vətən uğrunda döyüşməyi bacaran, onu qaytarmağa qadir olan bir millətin vətənini özündə əks etdirir. Ermənilərin Qarabağda məğlubiyyəti ilə türk dünyasını parçalamaq və üz-üzə qoymağa xidmət edən çoxəsrlik təxribat ssenariləri heç vaxt indiki qədər təsirsiz olmayıb. Qələbəmiz bütün türk, islam dünyasının uğurudur. Qarabağın qurtuluşu türk dünyasının Zəfəridir. Onu gələcək nəsillərə ötürmək türk dünyası üçün “russkiy mir”lə “amerikan müstəsnalığı” arasında yenilməz qala olar. İndi azərbaycanlıların azad torpaqlara Böyük Qayıdışı təkcə yeni Vətən qurucluğu deyil, həm də min illərin ənənələrinə və köklərinə dönüş deməkdir. Ona görə də türk dövlətlərinin Şuşada keçirilən Zirvə görüşü təkcə mədəniyyət deyil, həm də də siyasi mərkəzə çevrilən müqəddəs məkana Türk və İslam dünyasının paytaxtı statusunu qazandırıb.

İctimai rəy sorğuları deyilənləri təsdiqləyir. Sosial Tədqiqatlar Mərkəzi tərəfindən 2024-cü ildə keçirilən ictimai rəy sorğusuna əsasən, 61.6% respondent Azərbaycanı ilk növbədə, “türk dünyası” ölkəsi olaraq görür. 84.2% respondent türk dövlətləri arasında əməkdaşlığın iqtisadi-mədəni sahələrlə yanaşı, hərbi-siyasi istiqamətlərdə qurulması istəyini ifadə edib, respondentlərin 77%-i ölkəsinin milli-mədəni dəyərlərini qorumalı olduğunu bildirib, 84% ailənin, cəmiyyətin milli adət-ənənələrə uyğun həyat tərzini vacib hesab edib. Türk dövlətlərində yaşayan hər iki nəfərdən birinin digər türk dövlətindən dostu var. Bu, cəmiyyətlər arasında yaxınlığın göstəricisidir.

Həmçinin, 76% türk dövlətləri arasında münasibətlərin 20 il əvvəlki ilə müqayisədə yaxşı olduğu mövqeyini bölüşüb. Bu göstərici Azərbaycan üzrə 86%-ə bərabər olub.

"2040 Vizyonu" sənədinin də əsas hədəflərindən biri– "Türk Dünyasında birlik, bərabərlik və həmrəylik şüuruna sahib bir nəslin yetişdirilməsi; təhsil və gənclik siyasətlərinin daha da uyğunlaşdırılması"dır. Tarixi mənbələrdə XIX əsrin ortalarına qədər, Buxarada fəaliyyət göstərən 200-dən çox mədrəsədə, "Səmərqənd məktəbi"ndə Türk dünyasının müxtəlif yerlərindən on minlərlə tələbənin təhsil aldığı faktını vurğulamaq yetərli olar. Türkün yüksəlişi XXI əsrin savaş meydanı olan elm, təhsil, tədqiqatlardan keçən süni zəka ilə mümkündür. Xatırladaq ki, 2013-cü ildə yaradılan Türk Universitetlər Birliyi və "Orxun Mübadilə Proqramı" türk dövlətləri arasında təhsil diplomatiyasını yeni bir mərhələyə daşıyıb. Lakin rəqəmsallaşma və süni intellekt çağında türk dünyasının texnoloji yenilikləri təhsil siyasətinə inteqrasiya etməyə ehtiyac duyulur.

Təsadüfi deyil ki, Prezident İlham Əliyev Səlcuq Bayraktarı “gənclərin idealı” adlandırmışdı. İndi savaş təkcə yeraltı sərvətlərin gücü, yaxud yerüstü insan resursları ilə deyil, göylərdəki orduların əliylə aparılır. Ona görə də türk dünyası texnoloji-hərbi suverenliyini birinci yerə qoymalıdır.

Milli suverenliklərə yönələn saxta informasiya hücumlarını, kibervətənimizi işğal etmək və beyinləri yumaq cəhdlərini, dezinformasiya təbliğatını Vətən müharibəsi nümunəsində vahid media səngərində aşdığımız kimi, qərbmərkəzli elm və təhsil məkanlarında tarixi şüura, milli mədəniyyətə, dəyərlərə və ənənəvi ailə quruluşuna yönələn hücumları da birgə təhsil, gənclik, ailə siyasəti ilə dəf edə bilərik.

Qərbin mütərəqqi ali təhsil ocaqları heç də Kaşqarlı Mahmudun, Nizami Gəncəvinin, Əlişir Nəvainin, Cəlaləddin Ruminin, İbn Sinanın tibb, astronomiya, məntiq, riyaziyyat və digər elmlərin tədris edildiyi mədrəsələrindən daha qədim tarixə malik deyil. Biz regionda elm və təhsil məqsədilə Şərqdən Qərbə olan axını, yenidən Qərbdən Şərqə doğru dəyişdirməliyik.

Birləşdirici qan və ruh məktəblərdə-universitetlərdədir. Fikir öndərimiz İsmayıl bəy Qaspıralının "Dildə, fikirdə və əməldə birlik" şüarı ortaq əlifba və dil maneələrini aşaraq, Türk dilinin beynəlxalq ünsiyyət vasitəsinə yüksəldilməsini şərtləndirir. Tarixi irsi qorumaq təkcə muzey fəaliyyəti deyil, yaradıcı ruhu və idealları sürətlə dəyişən dünyaya uyğunlaşdırmaq, yenilərini yaratmaq deməkdir.

Təklif edirik ki, Heydər Əliyev adına təqaüd proqramı ilə Qarabağ universitetində Türk Dünyası Elm Mərkəzi yaradılsın. Qafqazın Konservatoriyası hesab olunan bir məkanda Türk Dünyası Ali Musiqi Məktəbi inşa oluna bilər. Qarabağın azadlığının 5-ci ildönümü münasibətilə türk dünyasının ən yaxşı kitabxanası layihəsi həyata keçirilə, Xankəndində qədim və müasir türk dövlətlərinin bayraqları asıla bilər.

İnanırıq ki, türk dövlətlərinin Beyin mərkəzlərinin birgə tədqiqat planları və hədəflərin uzlaşdırılması hazırki qlobal təhlükələr və böhranlardan çıxışın, yeni dünya nizamının güclü qütbü rolunu üzərinə götürməyin başlıca təminatına çevrilə bilər.

Müzəffər Ali Baş Komandanın söylədiyi kimi, biz əminik ki, gün gələcək, dünyanın bütün məsələləri Türk Dövlətləri Təşkilatı ilə məsləhətləşmə yolu ilə həll ediləcəkdir.

Dünya tarixinə yön verən qədim millətlərdən biri olaraq, türklər, təhlükəsiz gələcəyin - Yeni Yüzilin qurucularıdır!

Çıxışımı ərazi, siyasət və nüfuz coğrafiyamızı böyüdən böyük türk hökmdarı Əmir Teymurun sözləri ilə bitirmək istərdim. O deyir: ”Türklər qəhrəman millətdilər, mərddilər, sözü bütövdülər. Keşkə başladıqları kimi bitirə bilsəydilər...”

İnanırıq ki, yaxşı başlayıb, uğurla bitirəcəyik!

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:64
embedMənbə:https://azpolitika.info
archiveBu xəbər 21 Aprel 2025 14:14 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Sinəsi ilə penaltini qaytarandan sonra öldü

05 Sentyabr 2025 01:25see194

ABŞ hakimiyyəti Marsa ilk astronavtları 2030 cu ildə göndərməyi planlaşdırır

05 Sentyabr 2025 01:47see139

Bakı qoçusu Qafar Nağıyevin 1902 ci ilə aid mülkü

04 Sentyabr 2025 22:13see136

Kanadada bıçaqlı hücum: Bir nəfər ölüb, səkkiz nəfər...

05 Sentyabr 2025 01:25see135

“Ölüm yuxusu” gürcü dilində nəşr olunub

05 Sentyabr 2025 10:29see134

Dövlət Departamenti Fələstinin üç hüquq müdafiə təşkilatına qarşı sanksiya tətbiq edib

05 Sentyabr 2025 03:46see133

Putin ona general leytenant rütbəsi verdi

04 Sentyabr 2025 18:51see133

“Santuş ev tapşırığını düzgün yerinə yetirmədi”

06 Sentyabr 2025 01:18see130

“Azərbaycan millisi İslandiya mətbuatının diqqətindədir” VİDEO

04 Sentyabr 2025 21:11see129

İşıqlar sönəndə sadəcə bunu sınayın

04 Sentyabr 2025 23:05see129

Fənərbaxça ya İtaliyanın keçmiş baş məşqçisi gətirilə bilər

05 Sentyabr 2025 01:16see126

Qonşular işgəncə verilən oğlan barədə DANIŞDILAR: Çarəsiz qalmışdı, vəhşicəsinə döyülmüşdü

04 Sentyabr 2025 21:49see126

Moskvadakı Tretyakov qalereyasında yanğın başlayıb

06 Sentyabr 2025 00:02see121

Rusiyada əsir olan Ukrayna hərbçilərinin sayı açıqlandı Moskvanın cinayətləri barədə hesabat hazırlanacaq

05 Sentyabr 2025 22:25see119

Futbolumuzun utanc gecəsi... Video

06 Sentyabr 2025 03:17see118

Emin Mahmudov: Belə biabırçılıq bir daha təkrarlanmamalıdır

06 Sentyabr 2025 01:50see117

“Hücumçu gəlib komandanı “Çelsi”, “Liverpul” kimi rəqiblərlə oyunlarda qalib etməyəcəkdi ki...” “İmarət”dən qəribə mövqe

05 Sentyabr 2025 16:17see116

Bu şəraitdə Bakı balanslaşdırılan siyasət yürütməyə məcbur olacaq, əks halda… SENSASİON MƏQAMLAR KONKRET

05 Sentyabr 2025 19:01see114

Bu ölkədə dərsə maşınla gələnlər universitetdən xaric edilir

06 Sentyabr 2025 00:05see114

Hər gün sıxlıq olan o küçədə dəyişikliklər ediləcək

05 Sentyabr 2025 20:41see113
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri