Amerikan ədəbiyyatının təkrarsız dühası
Icma.az, Gununsesi portalına istinadən məlumatı açıqlayır.
Dünyada heç bir xalqın həyatı və mədəniyyəti beynəlxalq əlaqələrsiz inkişaf etməmiş və edə bilməz. Xalqlar insan yaşayışının bütün sahələrində daima biri-birinə nəzər salmış, biri-birinin təcrübəsindən istifadə etmişlər.
Milyon illər ərzində xalqların gündəlik həyatında özünü göstərən bu zəruri əlaqə mənəvi sərvətlər sahəsində də dərin izlər buraxmış çox gözəl səmərə vermişdir. Öz təbiəti etibarilə haumanist hadisə olan, ümumbəşəri mahiyyət daşıyan bədii yaradıcılığın bütün növləri və formaları həmişə xalqlararası qarşılıqlı əlaqədə inkişaf etmişdir. Biz Hoşersiz, Ərəstunsuz, Əflatunsuz nə cür Roma, Vizantiya mədəniyyətlərini təsəvvür edə bilərik? Firdovsini, Xəyyamı, Sədini Azərbaycanın Xəqani, Nizami, Füzuli kimi ölməz şəxsiyyətlərini necə bu köklərdən ayıra bilərik? Bu mümkün deyil. Necə ki, bütün bunlarsız və bir sıra başqa xalqların yaratdığı böyük şəxsiyyətlərsiz, onların parlaq mədəniyyət inciləri nəzərə alınmadan Avropa renessans və Kilimancaro qarlarılərini təsəvvür etmək olmaz.
“Ədəbiyyat-insanın, cəmiyyətin hisslərini, düşüncələrini, arzu və istəklərini obrazlı şəkildə əks etdirən söz sənətidir”. Bu söz sənətinə qiymətli inciləri ilə töhfə verən söz ustadlarından biri də Amerikan yazıçısı Ernest Miller Heminqueydir. Böyük Amerika maarifçisi, görkəmli əsərlər ustası, mütəfəkkir yazıçı Ernest Miller Heminqueyin əsərləri dünya ədəbiyyatının nadir incilərindən biridir. E. Heminquey əsərləri əsasən qeyri-adi bir əsərdir. Yüz iyirmi il bundan əvvəl yazılmasına baxmayaraq, bu əsərlər dünya ədəbiyyatının çox saylı nadir nümunələri kimi hələ bu gün də öz ilkin təravətini, bədii dəyərini itirməyib və dünyanın bütün guşələrində müxtəlif yaşlı oxucular tərəfindən sevilə-sevilə oxunur.
Heminquey dünya oxucularına yazdığı çoxsaylı roman və hekayələrlə yanaşı, həm də macəralarla dolu qeyri-adi həyatı ilə də tanınır. Qısa və dolğun yazı üslubu ilə XX əsr Amerika və Britaniya ədəbiyyatına ciddi təsir göstərmişdir.
Həyat və yaradıcılığı
Amerikan yazıçısı Ernest Miller Heminquey Çikaqo yaхınlığındakı Ouk-Park şəhərciyində doğulmuşdu. Ailədə altı uşaqdan ən böyüyü idi. Anası opera müğənnisi, 1928-ci ildə həyatına intiharla son qoyan atası isə həkim olmuşdu.
Orta təhsilini başa vurduqdan sonra cəbhəyə getmək istəsə də, gözlərində problem yarandığından arzusuna çatmamışdı. Bir müddət Kanzasda çıхan “Star” qəzetində çalışdıqdan sonra könüllü dəstənin tərkibində Avropaya, Birinci Dünya müharibəsi cəbhələrinə yollana bilmişdi. Amerika Qırmızı Хaçının sürücüsü kimi hərbi əməliyyatlarda iştirak etmiş, ayağından yaralanmışdı. İgidliyinə görə İtaliyanın iki hərbi medalı ilə təltif olunmuşdu.
12 yaşı olanda balaca Ernestin həyatında önəmli bir hadisə baş verdi. Babası ona 20 kalibrli təklülə ov tüfəngi bağışladı. Bu hədiyyə nəvə ilə baba arasında möhkəm dostluğa səbəb oldu. Babasının ov haqqında danışdığı maraqlı əhvalatların çoxu sonralar Ernestin əsərlərində öz təsvirini tapdı. Bir sözlə, babasının ov əhvalatları Ernestin ədəbiyyata olan həvəsini daha da artırdı və o, ömrü boyu babasını xoş xatirələrlə xatırladı. Atası da Ernestin ov həvəsinə mane olmadı, əksinə, oğlunu daha da bu işə həvəsləndirdi.
Gənc Ernest bu təsir altında yazdığı ilk hekayəsini də ova həsr etdi. Hekayənin qəhrəmanı simasında isə əsasən atasını və bir az da babasını canlandırmışdı. Hekayənin qəhrəmanı isə sonda ovda faciəli şəkildə həlak olurdu. Nə qədər qəribə olsa da, Ernestin atası Klarens də hekayədə təsvir edildiyinə oxşar şəkildə intihar etmişdi. Heminqueyin ilk hekayəsi “Skrijal” adlı məktəb jurnalında dərc edilmişdi. Hindu folkloru əsasında yazılan bu hekayə “Manitanın mühakiməsi” adlanırdı. Bunun ardınca məktəb jurnalında onun “Bütün iş dərinin rəngində idi” adlı hekayəsi dərc olundu. Hekayədə boksun pərdə arxasında aparılan çirkli kommersiya tərəflərindən danışılırdı.
Çikaqoya qayıtdıqdan sonra Heminquey yazıçı Şervud Andersenlə tanış olmuşdu. Yaşlı həmkarının məsləhəti ilə “mənəviyyatsız həyatdan” canını qurtarmaq üçün Parisə yollanmışdı. Amerikanı tərk etməmişdən əvvəl, 1921-ci ildə Elizabet Riçardsonla evlənmişdi. Bu yazıçının dörd rəsmi evliliyindən birincisi idi.
Parisdə E.Heminquey həmvətəni olan yazıçılarla – Gertruda Stayn, Ezra Paund, Skott Fitsceraldla görüşmüş, “Toronto star” qəzeti üçün yazmağa başlamışdı. Müəllifin “Hekayələr və üç şeir” (1923), “Bizim zəmanəmizdə” (1924) adlı ilk kitabları da Parisdə çıхmışdı. 1926-cı ildə isə Heminquey ədəbi tənqidin хeyirхahlıqla qarşıladığı “Günəş çıхır” romanını çap etdirdi. Romanda Fransa və İspaniyada yaşayan amerikalıların həyatından bəhs olunurdu. Bu insanların arasında müəllifin özü də vardı. Onlar Birinci Dünya müharibəsindən sonra meydana çıхan “itirilmiş nəslin” nümayəndələri idilər.
“Qadınsız kişilər” (1927) kitabının nəşrindən sonra Heminquey Parisdən ABŞ-a qayıtmışdı. O, Florida ştatında, Karib dənizi sahilindəki Ki-Vest kurort şəhərciyində məskunlaşmış və ikinci romanı “Əlvida, silah!” ı yazıb başa çatdırmışdı. Nisbətən sonrakı dövrün məhsulu olan “Zəng kimin üçün çalınır” (1940) romanı ilə birlikdə “Əlvida, silah!” üslub gözəlliyi və ifadəliliyi baхımından Heminqueyin ən yaхşı əsəri sayılır.
İspaniyadakı vətəndaş müharibəsi vətəndaş və yazıçı Heminqueyin bir sıra diqqətəlayiq cəhətlərini üzə çıхarmışdı. O, hərbi jurnalist kimi iç savaşın ən qaynar nöqtələrində olmuşdu. İnsan qəhrəmanlığının və хəyanətinin dəhşətli səhnələrini müşahidə etmişdi. “Beşinci dəstə” (1937) pyesi və “Zəng kimin üçün çalınır?” (1940) romanı bu dövrün acı ibrət dərslərinin nəticəsi kimi meydana çıхmışdı.
1950-ci ildə Heminquey “Çayın o tayında, ağacların kölgəsində” romanını oхucuların mühakiməsinə vermişdi. İki il sonra “Layf” jurnalında “Qoca və dəniz” povesti dərc edildi. “İnsanı məhv etmək olar, amma məğlub etmək mümkün deyildir” – əsərin əsas leytmotivi müəllifin bu qanadlı ifadəsində öz əksini tapmışdı. İnsanın gücünə, iradəsinə, dözümünə və əbədiyyət sevgisinə ehtiraslı himn olan bu əsər heç kimi laqeyd buraхmadı. Növbəti il “Qoca və dəniz” Pulitser mükafatına layiq görüldü, E.Heminquey milyonların sevimli müəllifinə çevrildi.
1956-cı ildə Heminquey Parisdə olarkən Riç hotelinin zirzəmisindən uzun illər qoyub getmiş olduğu çemodanını tapır. Onun içindən əldə etdiyi Paris həyatından bəhs edən gündəliyi üzərində işləyir. Lakin kitab onun ölümündən sonra dördüncü arvadı Meri Velş Heminqueyin səyi nəticəsində 1964-cü ildə işıq üzü görür.
Müharibədən qayıtdıqdan sonra təxminən 1 il ərzində Heminquey yaralarını müalicə etdirməklə məşğul oldu. 1920-ci ildə o, yenidən jurnalistika fəaliyyəti ilə məşğul olmaq üçün Toronto şəhərinə getdi. O, bu şəhərdə çıxan “Toronto star” qəzetində işə düzəldi.
1921-ci il sentyabr ayının 21-də Ernest gənc pianoçu Hedli Riçardsonla evləndi və onunla birgə çoxdan arzuladığı Parisə getdi. Parisdən Ernest “Toronto star” qəzeti üçün hekayələr və müxtəlif səviyyəli reportajlar hazırlayaraq göndərirdi. Amerikada Avropa həyatını təsvir edən belə yazılar böyük maraq və həvəslə oxunurdu.
Ernest Heminquey ədəbiyyat sahəsində ilk böyük uğuru 1926-cı ildə əldə etdi. Həmin il onun 1920-ci illərdə İspaniyada və Fransada yaşayan və cəmiyyət üçün itirilmiş gənclərin həyatından bəhs edən “Və Günəş doğur” adlı romanı çap edildi. 1927-ci ildə Heminqueyin “Qadınsız kişilər”, 1933-cü ildə isə “Qalib heç nə almır” adlı seçilmiş hekayələri çapdan çıxdı. Bütün bunlar da onu oxucular arasında qısa hekayələr müəllifi kimi məşhurlaşdırdı. Bu hekayələr arasında “Qatillər”, “Frensis Makomberanın uzun sürməyən xoşbəxtliyi” və “Kilimancaro qarları” daha çox oxucu sevgisini qazanmışdı. Amma Qərbdə Heminqueyə 1929-cu ildə yazdığı “Əlvida silah” romanı daha böyük şöhrət gətirdi. Romanda amerikalı könüllü ilə ingilis tibb bacısının arzuolunmaz sonluqla bitən sevgisindən danışılır. Bu kitab həmin dövrdə dünyanı bürüyən iqtisadi böhrana baxmayaraq, qısa müddətdə satılıb qurtardı.
1930-cu ilin payızında yazıçı avtomobil qəzasına düşdü və başından, həmçinin bədəninin müxtəlif yerlərindən ağır zədələr aldı. O, yarım il müalicə olundu. Amma ağır qəza və uzun müalicə onun ədəbi yaradıcılığına mane ola bilmədi. 1932-ci ildə Heminquey “Günortadan sonra ölüm” adlı romanını yazdı. Bu roman çapdan çıxan kimi bestsellərə çevrildi, yazıçıya Amerika və ondan kənarda yeni şöhrət gətirdi.
E.Heminqueyin ruhunda, qanında ovçuluğa böyük həvəs vardı. Ona görə də yazıçı daim ova can atırdı. 1933-cü ilin sonlarında o, Afrikadakı Tanqanika gölü ətrafına ova getdi. Amma ovda xəstələndi və 1934-cü ilin yanvarında vəziyyəti ağırlaşdı. Həkimlər ona ovçuluqla məşğul olmağı qadağan etsə də, yazıçının ovu uğurlu olmuşdu. O, Afrikada 3 şir, 27 antilop, bir neçə vəhşi öküz və digər heyvanlar ovlamışdı. Afrikaya ov səfəri təəssüratları barədə 1935-ci ildə yazıçının “Afrikanın yaşıl təpələri” adlı kitabı çıxdı.
1937-ci ildə isə yazıçının “Olsun, olmasın” romanı çap olundu. 1940-cı ildə isə Heminqueyin İspaniyadakı vətəndaş müharibəsinə həsr etdiyi “Kim üçün çalınır zəng” adlı romanı çapdan çıxdı.1949-cu ildə yazıçı yenidən Kubaya gedərək, burada yaşamağa başladı. 1952-ci ildə ona dünya şöhrəti gətirəcək “Qoca və dəniz” povestini yazdı. Povestdə dənizdə təkbaşına taleyin hökmünə buraxılan və köpək balıqları ilə yaşamaq uğrunda mübarizə aparan qoca balıqçıdan danışılır. Bu mübarizə o qədər təsirli təsvir edilib ki, oxucunu özü də bilmədən ruhən baş verən hadisələrin iştirakçısına çevirilir. “Qoca və dəniz” povesti beynəlxalq aləmdə dərhal böyük əks-sədaya səbəb oldu. 1953-cü ildə bu povestə görə Heminqueyə beynəlxalq “Pulitser” mükafatı verildi. Həmin il Afrikaya gedən Heminquey təyyarə qəzasına düşdü, ancaq bəxti gətirdi və sağ qaldı. 1954-cü ildə isə Heminquey hər bir yazıçının arzuladığı, ancaq çox azının ala bildiyi ədəbiyyat sahəsində “Nobel” mükafatına layiq görüldü. Bu, yazıçının fəth etdiyi ən yüksək zirvə, yaradıcılığına verilən əvəzsiz töhfə idi. Bundan sonra, 1956-cı ildə Heminquey “Həmişə səninlə olan bayram” adlı avtobioqrafik əsərini yazdı. Əsərdə onun 1920-ci illərdə Parisdə keçirdiyi həyatından bəhs olunur. Bu əsər Heminqueyin ölümündən sonra çapdan çıxdı.
Heminquey həyatında dəfələrlə ölümlə üzləşmiş və qəzalara uğramışdı. Lakin hər dəfə ölümdən qaça bilmişdi. Bu qəzalar zamanı, həmçinin I Dünya Müharibəsində aldığı yaralar onun sağlamlığına mənfi təsir etmişdi. Ötən əsrin 50-ci illərinin ortalarından başlayaraq, yazıçı depressiyadan və paranoyyadan əziyyət çəkməyə başladı. Ona elə gəlirdi ki, hər yerdə ABŞ-ın Federal Təhqiqat Bürosunun (FTB) əməkdaşları tərəfindən izlənir. Onu xəstəxanaya aparıb, cərəyan verməklə müalicə etməyə başladılar. Bu isə ağır nəticə verdi. 20 seansdan sonra Heminquey yaddaşını itirdi. O, öz fikrini sərbəst şəkildə ifadə etmək üçün bir kəlmə belə yaza bilmirdi. Vəziyyətinin ağırlaşdığını görüb, Heminquey özünü öldürmək qərarına gəldi. O, özünü necə öldürəcəyini bir neçə dəfə dostlarına da nümayiş etdirmişdi: Tüfəngi ayaqlarının arasına qoyaraq lüləni çənəsinin altına dirəyir və böyük barmağı ilə tətiyi çəkir. O vaxt dostları bunu zarafat hesab edərək, qəhqəhələrlə qarşılamışdılar. Heminqueyin həyatını tədqiq edən şəxsi bioqrafı F.Yanq yazır ki, məşhur yazıçının bütün həyatı ölüm və intihardan qaçmaqdan ibarət olub. Bu amil də onun yaradıcılığında güclü iz buraxıb. Yanqın sözlərinə görə, Heminqueyin psixikasında sonralar özünü göstərən qorxu hissləri və nevroz onun həyatında dəfələrlə qəzaya düşməsi, Afrikaya səfəri zamanı ağır xəstələnməsi və bir də I Dünya Müharibəsi zamanı ağır yaralanması ilə əlaqədar olub.
Heminquey ilk dəfə özünü 1961-ci il aprel ayının 16-da öldürmək istəmişdi. Yazıçının həyat yoldaşı Meri təsadüfən qonaq otağına girəndə onun tüfəngə patron qoyduğunu görmüşdü. Stolun üstündə isə Heminquey tərəfindən yazılmış vəsiyyətnamə vardı. Meri tələsik yazıçını müalicə edən həkimi çağırmış və o, çətinliklə də olsa Heminqueyi öz fikrindən daşındıra bilmişdi. Buna baxmayaraq, ertəsi gün yazıçı qonaq otağının qapısını arxadan bağlayaraq, yenidən özünü öldürmək istəmişdi. Ancaq yaxınları bundan vaxtında xəbər tutaraq onun əlindən silahı güclə ala bilmişdilər. Bundan sonra Heminqueyi yenidən psixiatrik klinikaya müalicəyə göndərdilər. Ancaq hər yerdə onun gözünə FTB-nin izləyiciləri görünürdü. O, klinikadan dostuna zəng vuraraq, xəstəxanada da FTB əməkdaşlarının onu izləməsindən şikayət etmişdi. Təxminən 2 aydan artıq davam edən müalicədən sonra yazıçını evə buraxdılar. Bundan bir neçə gün sonra, 1961-ci il iyul ayının 21-də yazıçı əhatəsində olan yaxınlarının və onun hər addımını nəzarət altında saxlayan həyat yoldaşı Merinin diqqətindən yayınaraq özünü öldürdü. Bu dəfə isə o özündən sonra heç bir vəsiyyətnamə qoymamışdı.
Dünya ədəbiyyatında hətta ölümü ilə ədəbiyyat yaradan, seçdiyi ölümü belə şöhrəti üçün “işlətməyə” müvəffəq olan nadir yazıçılardan biri, “Nobel” mükafatçısı Heminquey bu gün də dünyanın ən çox sevilən müəlliflərindəndir. Onu sevməmək, təsirinə düşməmək mümkünsüzdür. Hələ sağlığında şöhrətin zirvəsini fəth edən bu nəhəng yazıçı, ölümündən illər keçsə də insanlar tərəfindən sevilir.
Ədəbiyyat sahəsində “Nobel” mükafatı ayrı-ayrı əsərlərə görə verilməsə də, heç şübhəsiz, “Qoca və dəniz” povesti İsveç Akademiyası üçün 1954-cü il nominantlarının siyahısından məhz Ernest Heminqueyin seçilməsində ciddi stimul oldu. Bu mükafatın preambulasında da öz əksini tapmışdı. Heminquey ədəbiyyat Nobelinə ““Qoca və dəniz” povestində bir daha nümayiş etdirdiyi təhkiyə ustalığına, habelə müasir nəsrə göstərdiyi təsirə görə” layiq görülmüşdü.
AYNUR TURAN


