Icma.az
close
up
RU
Menu

Abşeron və Tərtərə yeni prokurorlar təyin edildi

Çin mediası İlham Əliyevin Çinə dair fikirlərindən yazır FOTO

80 mlrd. dollarlıq fürsəti qaçırsaq, çox ağır durumla qarşılaşacağıq İqtisadçı

Məşğulluq Agentliyi Gülnarə İbadovadan yenə ofis icarəyə götürdü 3 milyon manat ödəyəcək

Prezident İlham Əliyev Ermənistanın köməyilə Rusiyanın sanksiyalardan yayınmasından danışdı

Prezident İlham Əliyev “ASAN xidmət” mərkəzinin açılışında (FOTO)

Əməkdar artist gözünün ağı qarası olan qızı ilə FOTOLAR

Afrika Millətlər Kuboku: Nigeriya və Misir növbəti mərhələdə

Manat əmanəti hansı banklarda daha sərfəlidir? Yanvar 2026

Qarabağın turizm brendi süni reklamla yox, reallıqlar, təcrübə üzərindən yaradılmalıdır MÜSAHİBƏ

Messi karyerasını başa vurduqdan sonra nə etmək istədiyini açıqladı

Qızılın bahalaşması davam edir

Məni yandıracaqsan, yandır da Yanacaqdoldurma məntəqəsində baş verən faciənin TƏFƏRRÜATI

Neftçi və Sumqayıt ın futbolçuları üçün Afrika Millətlər Kuboku başa çatdı

İlham Əliyev Azərbaycanın pravoslav xristian icmasını Milad bayramı münasibətilə təbrik edib

Vaşinqtonun Venesuela ilə bağlı planı ortaya çıxdı

Xətaidə yaşayış binalarının ümumi əmlakı mənimsənilib? RƏSMİ CAVAB

“Əsli Kərəm” dastanının variantları: Azərbaycan qaynaqları və Mərkəzi Asiya paralelləri

Bankların keşbek faizləri Yanvar 2026

Muğanlı İsmayıllı avtomobil yolunda ağır qəza olub FOTO

Türk Dünyasında müttəfiqlik münasibətləri yeni tarixi mərhələyə daxil olur

Türk Dünyasında müttəfiqlik münasibətləri yeni tarixi mərhələyə daxil olur

525.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Qəbələdə keçirilən Türk Dövlətləri Təşkilatının Dövlət Başçıları Şurasının XII Zirvə Görüşü türk dünyasının siyasi qüdrətini, iqtisadi gücünü və qlobal aktor kimi sarsılmaz potensialını bir daha nümayiş etdirdi. 

Zirvə Görüşündə Prezident İlham Əliyevin bəyan etdiyi kimi, ortaq tarixi və etnik köklərə, müştərək milli-mənəvi dəyərlərə malik türk dünyasının böyük əməkdaşlıq platforması olan Türk Dövlətləri Təşkilatı (TDT) regional və qlobal statuslu təsisat kimi mövqeyini artırır. Daxili siyasi və iqtisadi sabitlik, geostrateji mövqe, nəqliyyat-logistika sahəsində böyük imkanlar, təbii resurslar, habelə hərbi və hərbi-texniki sahədə artan imkanlar isə TDT-ni yeni güc mərkəzinə çevirir.

Azərbaycanın dövlət başçısı sülh və təhlükəsizliyin hər bir ölkənin inkişafı üçün əsas amil olduğunu vurğulayaraq, təşkilatın təməl sənədi olan Naxçıvan Sazişində adıçəkilən amillərin əsas məqsəd və vəzifələr sırasında yer aldığına diqqət çəkdi. Bu xatırlatma isə təsadüfi deyildi.Dünyanın üzləşdiyi hazırkı gərginlik və çağırışlar fonunda sülh və sabitlik daha ön plana çıxır. Ötən il Şuşada qeyri-rəsmi Zirvə Görüşü zamanı qəbul edilmiş Qarabağ Bəyannaməsinin əsas ana prinsiplərindən biri də sülh və təhlükəsizliklə bağlı idi. 

Cənab Prezident bu fundamental siyasi faza üzərində xüsusi dayanaraq türk dövlətlərinin vahid güc mərkəzi kimi çıxış etməsi üçün iqtisadi, nəqliyyat, logistika və hərbi güc arxitekturasının möhkəmlənməsinin vacibliyinə diqqət çəkdi.Sabitliyin və təhlükəsizliyin ən mühüm prioritetlərindən biri iqtisadi potensialların səfərbər edilməsi, hərəkətverici koordinasiyaların inteqrasiyası, vahid iqtisadi-sosial mühitin formalaşdırılmasıdır. Bu baxımdan TDT ölkələrinin nəqliyyat, kommunikasiya, tranzit və digər istiqamətlərdə potensialından istifadə məqsədilə görülən işlər bölgənin logistika və enerji xəritəsini dəyişdirib, türk birliyi modelini qurmaqla bərabər, böyük transmilli layihələrin icrasına gətirib çıxarıb.

TDT-də təşəbbüskar və flaqman dövlətlərdən biri kimi Azərbaycan davamlı olaraq bu təşkilatın siyasi və maliyyə dayanıqlılığına töhfələr verir, önəmli sərmayə layihələrini icra edib, qardaş dövlətlərin iqtisadiyyatına 20 milyard dollardan çox investisiya yatırıb, Özbəkistan, Qazaxıstan və Qırğızıstanla birgə sərmayə fondları yaradıb. Habelə, Azərbaycan türk dövlətlərinin ortaq maliyyə strukturu olan Türk İnvestisiya Fondunda da fəal rol oynayır, fondun maliyyə portfelinin formalaşmasında aktiv səhmdar kimi çıxış edir. Bu, Azərbaycanın sərmayədar ölkə kimi TDT-də aktiv investisiya imicini təsdiqləyir.

Azərbaycan Şərq-Qərb və Şimal-Cənub nəqliyyat dəhlizlərinin fəal iştirakçısı kimi qitələr arasında coğrafi, iqtisadi, nəqliyyat və digər sahələrdə körpü rolunu oynayır. Eyni zamanda, Xəzərin ən böyük ticarət donanmasına və nəhəng logistikahabına malik olan Azərbaycan beynəlxalq nəqliyyat mərkəzlərindən birinə çevrilib.Bu xüsusda avqustun 8-də Vaşinqtonda imzalanmış tarixi sazişin və qəbul edilən Birgə Bəyanatın ən əhəmiyyətli hədəf məqsədlərindənolan Orta Dəhlizin ən axıcı nəqliyyat sxemlərindən biri kimi nəzərdə tutulan Zəngəzur dəhlizinin açılması reallığı da türk dövlətlərinin vahid nəqliyyat sinerjisinin konseptual baxışlarını əks etdirir.

Sülh, regional bağlantılar və iqtisadi inkişafla əlaqəli olan digər mühüm istiqamət enerji təhlükəsizliyidir. Azərbaycan bu məqsədlərin beynəlxalq səviyyədə təmin edilməsində də fəal rol oynayır, bir çox ölkələrin enerji təhlükəsizliyində özünü etibarlı və əvəzolunmaz tərəfdaş kimi təsdiqləyib. 14 ölkəyə təbii qaz ixracını şaxələndirməklə boru kəmərləri ilə təbii qaz ixrac edən ölkələr sırasında Azərbaycan birinci yerdədir.

TDT çərçivəsində müdafiə sənayesi sahəsində çoxtərəfli əməkdaşlığı genişləndirmək məramının bəyan olunması isə Türk dövlətlərinin hərbi potensialının artırılması və qarşılıqlı mübadilənin möhkəmlənməsi baxımından xüsusi əhəmiyyət kəsb edir. 

Prezident İlham Əliyevin bəyan etdiyi kimi, təhlükəsizlik təmin edilmədən inkişaf mümkün deyil. Beynəlxalq hüququn norma və prinsiplərinin kobud şəkildə pozulduğu dövrdə türk dövlətləri arasında hərbi və hərbi-texniki sahədə əməkdaşlıq çox önəmli amillərdən biridir. 
Dünyada hərbi güc hər bir ölkənin müstəqilliyinin və ərazi bütövlüyünün əsas amilidir. 44 günlük Vətən müharibəsində tarixi Zəfər qazanmaqla və 2023-cü ildə qətiyyətli antiterror tədbirləri nəticəsində öz ərazi bütövlüyü və suverenliyini tam bərpa etməklə tarixi nailiyyətə imza atan Azərbaycanın milli iradəsinin və əzmkar mübarizəsinin təntənəsi olan bu siyasi-hərbi amil bölgədə ədalətin, sülhün və sabitliyin bərqərar olunmasına mühüm töhfə verməkdədir.

Məhz bu çağırışlara və strateji çərçivəyə əsaslanmaqlaAzərbaycanın ən yaxın müttəfiqi olan Türkiyə iləhərbi əməkdaşlığın mövcudluğu türk dünyası üçün nümunəvi model hesab oluna bilər. Ələlxüsus da, iki qardaş dövlətin imzaladığı Şuşa Bəyannaməsi Azərbaycan-Türkiyə hərbi əməkdaşlığınızirvəyə çatdırıb.

Təkcə son bir ildə AzərbaycanlaTürkiyə birgə 25-dən artıq ikitərəfli və çoxmillətli hərbi təlimlərdə iştirak edibki, bu da iki qardaş dövlətin hərbi-müdafiə qabiliyyətinə böyük töhfə vermiş olur. 

Məhz bu sarsılmaz hərbi təməllərə söykənərək Müzəffər Ali Baş Komandanımız türk dövlətlərinin güclü təhlükəsizliklandşaftını formalaşdırmaqməqsədilə2026-cı ildə  Azərbaycanda TDT-yə üzv ölkələrinbirgə hərbi təlimlərinin keçirilməsini təklif etdi.Bu təlimlər hərbi əməkdaşlıq sahəsində inteqrasiyanı dərinləşdirməklə TDT-yə üzvölkələrinsilahlı qüvvələrinin döyüş potensialını və müdafiə əzmkarlığını gücləndirəcək, regionda təhlükəsizliyinmöhkəmlənməsində vacib rol oynayacaqdır. 
Beləliklə, türk dünyasının tarixi sivilizasiya mərkəzi olan Qəbələdə keçirilən TDT-ninZirvə Görüşündə Liderlərin səsləndirdikləri fikirlər,qəbul edilən qərarlar Türk Dövlətləri Təşkilatının mövqeyini daha da gücləndirəcək, böyük rifaha və təhlükəsizliyə əlavə töhfələr verəcəkdir.

Ramid Namazov
Milli Məclisin deputatı

 

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:53
embedMənbə:https://525.az
archiveBu xəbər 08 Oktyabr 2025 12:15 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Abşeron və Tərtərə yeni prokurorlar təyin edildi

06 Yanvar 2026 06:05see405

Çin mediası İlham Əliyevin Çinə dair fikirlərindən yazır FOTO

07 Yanvar 2026 00:04see184

80 mlrd. dollarlıq fürsəti qaçırsaq, çox ağır durumla qarşılaşacağıq İqtisadçı

05 Yanvar 2026 14:13see178

Məşğulluq Agentliyi Gülnarə İbadovadan yenə ofis icarəyə götürdü 3 milyon manat ödəyəcək

06 Yanvar 2026 10:16see159

Prezident İlham Əliyev Ermənistanın köməyilə Rusiyanın sanksiyalardan yayınmasından danışdı

05 Yanvar 2026 22:54see156

Prezident İlham Əliyev “ASAN xidmət” mərkəzinin açılışında (FOTO)

06 Yanvar 2026 05:23see156

Əməkdar artist gözünün ağı qarası olan qızı ilə FOTOLAR

06 Yanvar 2026 06:08see148

Afrika Millətlər Kuboku: Nigeriya və Misir növbəti mərhələdə

06 Yanvar 2026 00:59see148

Manat əmanəti hansı banklarda daha sərfəlidir? Yanvar 2026

06 Yanvar 2026 14:55see146

Qarabağın turizm brendi süni reklamla yox, reallıqlar, təcrübə üzərindən yaradılmalıdır MÜSAHİBƏ

05 Yanvar 2026 18:50see145

Messi karyerasını başa vurduqdan sonra nə etmək istədiyini açıqladı

07 Yanvar 2026 09:09see142

Qızılın bahalaşması davam edir

06 Yanvar 2026 10:14see142

Məni yandıracaqsan, yandır da Yanacaqdoldurma məntəqəsində baş verən faciənin TƏFƏRRÜATI

05 Yanvar 2026 20:26see141

Neftçi və Sumqayıt ın futbolçuları üçün Afrika Millətlər Kuboku başa çatdı

05 Yanvar 2026 23:13see137

İlham Əliyev Azərbaycanın pravoslav xristian icmasını Milad bayramı münasibətilə təbrik edib

05 Yanvar 2026 16:10see136

Vaşinqtonun Venesuela ilə bağlı planı ortaya çıxdı

06 Yanvar 2026 10:13see136

Xətaidə yaşayış binalarının ümumi əmlakı mənimsənilib? RƏSMİ CAVAB

05 Yanvar 2026 18:50see136

“Əsli Kərəm” dastanının variantları: Azərbaycan qaynaqları və Mərkəzi Asiya paralelləri

05 Yanvar 2026 13:46see135

Bankların keşbek faizləri Yanvar 2026

05 Yanvar 2026 14:11see135

Muğanlı İsmayıllı avtomobil yolunda ağır qəza olub FOTO

07 Yanvar 2026 00:43see134
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri