Icma.az
close
up
RU
Türk dünyasında dini həmrəylik

Türk dünyasında dini həmrəylik

Icma.az bildirir, Azpost portalına istinadən.

Sentyabr ayın ötən 10 günü Qafqaz Müsəlmanları İdarəsinin sədri, Şeyxülislam Allahşükür Paşazadənin Qırğızstan və Qazaxıstana səfərləri yaddqalan oldu.

QMİ sədri Bişkek şəhərində Türk Dövlətləri Təşkilatının Müsəlman Dini İdarə rəhbərləri Şurasının növbəti toplantısında iştirak edib.  Daha sonra Qazaxıstanda Dünya və ənənəvi Dinlərin VIII Astana Qurultayına qatılıb.

Şeyxülislam A. Paşazadə 23 illik tarixə malik Astana Qurultaylarının daimi iştirakçısı və Qurultayın Katibliyinin daimi üzvüdür.

Ortaq dini platforma

Qeyd edək ki, Azərbaycan Türk Dövlətləri Təşkilatının Müsəlman liderləri Şurasının yaradılmasının təşəbbüskarıdır. Prezident İlham Əliyevin irəli sürdüyü bu ideya tarixi əhəmiyyət kəsb edir. Bu ideyanın təşəkkülündə isə Qafqaz Müsəlmanları İdarəsi və onun rəhbəri Şeyxülislam Allahşükür Paşazadənin rolu danılmazdır.

Bu gün türk dünyası yalnız siyasi və iqtisadi əməkdaşlıqla kifayətlənmir. Uzaq keçmişdən gələn ortaq mədəniyyət, dil və din amili ölkələrimizi birləşdirən möhkəm sütunlardandır. İslam isə bu sütunların ən güclüsüdür. TDT Müsəlman Liderləri Şurası ilk növbədə türk dövlətlərinin dini həmrəyliyini gücləndirir. Bu birlik radikalizm və təriqətçilik təhlükəsinə qarşı ortaq mövqeyi nümayiş etdirir. Gənclərin dini maarifləndirilməsi, ailə və mənəvi dəyərlərin təbliği, dini-mədəni irsin qorunmasını öz gündəmində saxlayır.

Bununla yanaşı, yeni qurum türk dövlətlərinin beynəlxalq müstəvidə dini diplomatiya imkanlarını artırır. İslam dünyasında Azərbaycan, Türkiyə, Qazaxıstan, Özbəkistan, Qırğızıstan və digər ölkələrin həmrəylik mesajı xüsusi çəkidə səslənir. Bu, həm də Türk Dövlətləri Təşkilatının siyasi və iqtisadi inteqrasiyasına mənəvi dayaqdır.

Şuranın yaradılması təşəbbüsünün məhz Bakıdan gəlməsi təsadüfi olmayıb. Azərbaycan tarixən Şərqlə Qərbin qovuşduğu məkan olub. Bu gün də ölkəmiz həm regionda, həm də İslam aləmində körpü rolunu oynayır.

Şeyxülislam Allahşükür Paşazadə isə uzun illərdir dini diplomatiyanın ön cəbhəsindədir. Onun Vatikan, Rusiya pravoslav kilsəsi, İslam Əməkdaşlıq Təşkilatı və digər beynəlxalq platformalarda çıxışları nüfuzlu dini lider kimi qəbulunu təmin edib. Bu təcrübə Şuranın fəaliyyətinə güclü impuls verir. A.Paşazadənin çağırışları türk dövlətlərinin dini liderlərini bir araya gətirməklə yanaşı, dünya qarşısında da vahid mövqenin ifadəsinə xidmət edir.

Qeyd etmək lazımdır ki, Türk Dövlətləri Təşkilatının Müsəlman Liderləri Şurası dini həmrəyliyin yeni mərhələsini açıb. Bu təşəbbüs türk dünyasını daha da yaxınlaşdırır, beynəlxalq aləmdə isə güclü bir mesaj verir: Türk dövlətləri yalnız siyasi və iqtisadi deyil, həm də dini-mənəvi dəyərlərdə birləşir.

Bişkek şəhərində Türk Dövlətləri Təşkilatının Müsəlman Dini İdarə rəhbərləri Şurasının toplantısı bunu bir daha göstərdi.

Bu toplantı təsdiqləyir ki, Şura türk dünyasında dini həmrəyliyin sabit və müntəzəm platformasına çevrilməkdədir.

Bişkek görüşü bir daha göstərdi ki, türk dövlətlərini birləşdirən amillər təkcə tarix, dil və mədəniyyət deyil, həm də İslam dinidir. Dini rəhbərlərin vahid masa arxasında toplaşması, ortaq problemlərə eyni mövqedən yanaşması, dövlətlərimizin bir-birinə mənəvi dayaq olduğunu təsdiqlədi.

Toplantının mühüm istiqamətlərindən biri dini radikalizm, terror və təriqətçiliyə qarşı mübarizə idi. Dini liderlər ortaq bəyanatlarla islamın sülh və tolerantlıq dini olduğunu vurğuladılar. Bu, yalnız türk dövlətlərinin deyil, bütün regionun təhlükəsizliyi üçün strateji mesajdır. Bişkekdə səslənən çağırışlar göstərdi ki, dini liderlər cəmiyyətin mənəvi dayaqlarını öhkəmləndirmək istiqamətində ortaq fəaliyyətə hazırdırlar.

Müsəlman Dini İdarə rəhbərləri Şurasının fəaliyyəti Türk Dövlətləri Təşkilatının siyasi və iqtisadi inteqrasiyasına mənəvi ölçü əlavə edir. Toplantıda çıxış edən Şeyxülislam Allahşükür Paşazadə türk dünyasının dini həmrəyliyinin vacibliyini vurğulayıb. Onun illərlə topladığı təcrübə, müxtəlif dinlər və məzhəblər arasında qurduğu dialoq bu Şuranın işinə güclü təsir göstərir. Paşazadə həm təşəbbüskar, həm də bu birlik prosesinin mənəvi siması kimi çıxış edir.

Bişkek toplantısı türk dövlətlərinin dini həmrəyliyini daha da möhkəmləndirdi. Bu görüşdən dünyaya açıq mesaj verildi: Türk dünyası yalnız iqtisadi və siyasi sahələrdə deyil, dini-mənəvi dəyərlər müstəvisində də birlikdədir.

 

Nifrət çağırışlarına qarşı mənəvi sipər

Qazaxıstanın təşkil etdiyi Dünya və Ənənəvi Dinlərin Liderlərinin VIII Astana Qurultayı da bu mənada dünyaya sülh çağırışı və dinlərin birləşdirici missiyası kimi yadda qaldı.

Artıq iyirmi ilə yaxındır ki, Qazaxıstan bu mötəbər tədbiri təşkil etməklə özünü qlobal miqyasda dinlərarası dialoqun əsas mərkəzlərindən biri kimi təqdim edir. VIII Qurultay isə həm iştirakçıların dairəsi, həm də gündəliyindəki mövzularla əvvəlkilərdən fərqləndi.

Qurultayda diqqət mərkəzində yalnız ənənəvi “dinlərarası anlaşma” mövzusu yox, həm də çağdaş dünyanın kəskin problemləri dayandı: müharibələr və münaqişələr, radikalizm və terror təhlükəsi, miqrasiya böhranı, iqlim dəyişikliyi və ekoloji məsuliyyət, süni intellektin etik tərəfləri.

Dini liderlərin bu məsələlərə münasibəti göstərdi ki, müasir dövrdə dinlər yalnız mənəvi yolgöstərici deyil, həm də qlobal təhlükəsizlik və davamlı inkişaf üçün zəruri tərəfdaşdır.

VIII Qurultayda islam, xristianlıq, yəhudilik, buddizm və digər dini ənənələrin liderləri bir araya gəldi. Lakin bu dəfə vurğu təkcə dialoqa yox, “ortaq məsuliyyət” anlayışına edildi. Dinlərarası münasibətlər birgə bəyanatlar və tövsiyələrlə qlobal problemlərin həllinə yönəldi.

Astanadan bütün dünyaya ünvanlanan çağırış bir cümlədə ifadə oluna bilər: Dinlər insanları ayırmaq üçün yox, birləşdirmək üçün mövcuddur. Bu mesaj fonunda dini liderlər beynəlxalq siyasətin mərkəzində dayanan münaqişələrin sülh yolu ilə həllinə çağırış etdilər, insan hüquqları, mənəvi dəyərlər və təbiətə qarşı məsuliyyətin dini baxışlarla da dəstəklənməsinin vacibliyini vurğuladılar.

Qafqaz Müsəlmanları İdarəsinin sədri, Şeyxülislam Allahşükür Paşazadənin Qurultaydakı çıxışı xüsusi diqqət çəkdi. O, Cənubi Qafqazda əsrlərlə formalaşmış multikulturalizm və tolerantlıq ənənəsini dünyaya təqdim etdi, Azərbaycanın dinlərarası harmoniyanın praktik nümunəsi olduğunu vurğuladı.

Şeyxülislamın sözləri təkcə Azərbaycanı deyil, bütün türk-islam dünyasını təmsil edən mövqeyin ifadəsi idi. Onun çıxışı Qurultayın ümumi ruhuna – sülh və həmrəyliyin dini dəyərlərlə möhkəmlənməsi ideyasına tam uyğun gəldi.

VIII Astana Qurultayı göstərdi ki, dinlərarası dialoq sadəcə humanitar mövzu deyil, qlobal sabitliyin strateji alətidir. Dünyaya verilən əsas mesaj isə açıqdır: qarşıdurmaların, müharibələrin və böhranların həlli yalnız dövlətlərin deyil, həm də dini liderlərin ortaq məsuliyyəti ilə mümkündür.

Şeyxülislam Allahşükür Paşazadənin iştirakı isə Azərbaycanı bu qlobal proseslərin fəal iştirakçısı kimi təqdim etdi. Onun çıxışları bir daha təsdiqlədi ki, dinlərarası dialoqun möhkəmlənməsində ölkəmiz və türk dünyası əhəmiyyətli söz sahibidir.

Dinlərarası dialoq platformalarının qlobal əhəmiyyəti

Müasir dünyada din amili yalnız mənəvi həyatın deyil, həm də siyasət, təhlükəsizlik və beynəlxalq münasibətlərin ayrılmaz hissəsinə çevrilib. Təəssüf ki, dinlərin adından sui-istifadə halları, təfriqəçilik, radikalizm və nifrət çağırışları bəşəriyyətin sülh və inkişaf yolunda qarşısına ciddi maneələr çıxarır. Bu reallıq fonunda Dünya və Ənənəvi Dinlərin Liderlərinin Astana Qurultayı və Türk Dövlətləri Təşkilatının Müsəlman Liderləri Şurası kimi platformaların əhəmiyyəti daha da artır.

XXI əsrdə islamofobiya Qərbdə siyasi manipulyasiya alətinə çevrilib. İslam çox vaxt zorakılıqla eyniləşdirilir. İslam liderləri öz çıxışlarında islamın sülh, mərhəmət və ədalət din olduğunu bəyan edirlər. Digər dinlərin rəhbərlərinin də bu həqiqəti qəbul edib ictimaiyyət qarşısında səsləndirməsi islamofobiya təbliğatını zəiflədir. Bu, həm dini maarifləndirmə, həm də informasiya mübarizəsi baxımından böyük əhəmiyyət daşıyır.

Türk xalqları tarixən islam dünyasının mühüm dayaqlarından biri olub. Lakin zaman-zaman türkofob ideyalar da meydana çıxıb – xüsusən də Avropada və bəzi qonşu regionlarda. Türk dövlətlərinin dini liderlərinin beynəlxalq tədbirlərdə birgə çıxış etməsi, türk-islam mədəniyyətinin tolerantlıq ənənələrini nümayiş etdirməsi bu stereotiplərin yanlışlığını ortaya qoyur, türkofobiyanın ideoloji bazası zəifləyir.

Separatçılıq bir çox hallarda dini-siyasi təbliğatla qidalanır. Bu cür platformalarda qəbul edilən vahid mövqelər isə göstərir ki, din parçalanmaya yox, bütövlüyə xidmət etməlidir. Şeyxülislam Allahşükür Paşazadənin çıxışlarında da dəfələrlə vurğulandığı kimi, dini liderlərin birliyi millətləri və dövlətləri də birliyə çağırır. Bu yanaşma separatçı ideologiyaların legitimlik iddialarını zəiflədir.

İslam aləminin ən ciddi problemlərindən biri məzhəbçilikdir. Astana Qurultayı və TDT Müsəlman Liderləri Şurasında müxtəlif məzhəblərə mənsub dini rəhbərlərin eyni masa arxasında oturaraq həmrəy bəyanatlar verməsi, məzhəbçiliyin əslində islamın ruhuna zidd olduğunu nümayiş etdirir.

Müxtəlif dinlərin liderləri bu platformalarda birmənalı şəkildə vurğulayırlar ki, xalqları və dinləri qarşı-qarşıya qoymaq insanlığı xaosa sürükləyir. “Dinlər insanları ayırmır, birləşdirir” tezisi təkcə şüar deyil, həm də əməli proqramdır.  Bugünkü informasiya müharibəsində nifrət dilinin təsir dairəsi genişlənir. Sosial şəbəkələrdə, mediada yayılan radikal çağırışlar dövlətlərin təhlükəsizliyi üçün ciddi təhlükədir. Belə şəraitdə beynəlxalq miqyasda nüfuzlu dini liderlərin açıq şəkildə nifrətə yox, dialoqa səsləməsi, bu mesajların geniş auditoriyalara çatdırılması mənəvi sipər rolunu oynayır.

Qafqaz Müsəlmanları İdarəsinin sədri Şeyxülislam Allahşükür Paşazadənin bu tədbirlərdə iştirakı xüsusi qeyd olunmalıdır. Azərbaycan tarixən multikulturalizm və dini tolerantlıq məkanı kimi tanınıb. A.Paşazadənin çıxışları bu ənənənin beynəlxalq miqyasda təbliğinə xidmət edir. Onun Vatikanla, Rusiya pravoslav kilsəsi ilə, İslam Əməkdaşlıq Təşkilatı ilə qurduğu əlaqələr artıq onu dünya miqyasında nüfuzlu dini liderlərdən birinə çevirib. Bu nüfuz isə Astana Qurultayı və Türk Dövlətləri Şurası kimi platformalarda Azərbaycanın mövqeyini daha güclü göstərir.

Dünya islamofobiya kimi təhlükəli çağırışlarla üz-üzədir. Astana Qurultayı və Türk Dövlətləri Təşkilatının Müsəlman Liderləri Şurası isə bu təhlükələrə qarşı ortaq dini cavabdır. Bu platformalar sübut edir ki, dinlər nifrət deyil, sülh üçün mövcuddur; təfriqə yox, həmrəylik gətirir.

Bəşəriyyət üçün əsas mesaj aydındır: yalnız dini liderlərin birliyi və ortaq mövqeyi ilə nifrət ideologiyalarının qarşısını almaq, sülh və sabitliyi möhkəmləndirmək mümkündür.

Aydın ABBASOV

AzPost.az

Paylaş

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:46
embedMənbə:https://azpost.info
archiveBu xəbər 22 Sentyabr 2025 23:41 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

AzTV sədrinin əcəl, yoxsa dirçəliş zəngi? Helikopter arzusu və 6 7 minlik qonorar...

06 Noyabr 2025 08:35see295

Bu il Şahdəniz yatağından qaz və kondensat hasilatı sabit qalıb

06 Noyabr 2025 14:50see219

Şəbnəmin fanatına etdiyi hərəkət qınandı VİDEO

05 Noyabr 2025 22:09see216

Bu bölgədə məktəblər üçün yeni avadanlıqlar alınacaq 715 minlik LAYİHƏ

06 Noyabr 2025 19:30see209

Serialların uşaq psixologiyasına MƏNFİ TƏSİRLƏRİ

06 Noyabr 2025 23:04see198

Necə rahat oynadığımızı gördünüz? “Qarabağ”ın prezidenti

06 Noyabr 2025 01:16see147

İbrahim Kalın HAMAS la Qəzzada atəşkəsi müzakirə edib

06 Noyabr 2025 06:01see146

“Qalatasaray”dan qələbə, “Barselona” xal itirdi Çempionlar Liqası

06 Noyabr 2025 02:45see140

“Brügge” “Barselona” ilə oyunda hesabda 3 dəfə irəli çıxsa da, qələbə qazana bilməyib VİDEO

06 Noyabr 2025 02:26see140

“İsrail dayanmayacaq” Katzdan SƏRT XƏBƏRDARLIQ KONKRET

05 Noyabr 2025 17:59see136

Kadi Borgesin “Çelsi” ilə oyunda aldığı zədəsi ciddi ola bilər

06 Noyabr 2025 01:11see136

Araz Naxçıvan ın kapitanı: Püşk səbətində yer alan komandalar arasında zəif rəqib yox idi

06 Noyabr 2025 23:55see133

Paramount antisemit aktyorların qara siyahısını tərtib etdi

06 Noyabr 2025 07:01see132

TƏBİB də tabeli tibb müəssisələrinin fəaliyyəti ilə bağlı müzakirələr aparılıb

05 Noyabr 2025 18:44see131

Rusiya müharibəyə danışa bilməyən əlil əsgərlər göndərir...

07 Noyabr 2025 00:06see129

Noyabr ayında bu bürcləri xoş sürprizlər gözləyir

06 Noyabr 2025 11:45see128

Saatda 140 la gedən maşında intim əlaqədə oldular

06 Noyabr 2025 02:32see128

“Belə bir fikir olsa, dəstəkləyərəm” Video

06 Noyabr 2025 01:58see128

Süni intellekt 140 yaşa çatmağın yollarını ortaya qoydu..?

07 Noyabr 2025 00:46see126

“Qarabağ”da məcburi əvəzlənmə: Kadi Borges zədələndi

05 Noyabr 2025 22:23see124
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri