Icma.az
close
up
RU
Türk Dünyasında parçalanma təhlükəsi:

Türk Dünyasında parçalanma təhlükəsi:

Missiya.az saytına istinadən Icma.az xəbər verir.

Son günlərdə Qırğızıstan, Qazaxıstan, Türkmənistan və Özbəkistanın Avropa İttifaqı ilə əməkdaşlıq çərçivəsində Cənubi Kiprin müstəqilliyini tanıması və bu ölkədə səfirlik açmaq niyyətləri türk dünyasında ciddi narahatlıq yaradıb. Bu qərar, faktiki olaraq Türkiyənin 1974-cü ildə Kiprə müdaxiləsinə dair BMT qətnamələrinin dəstəklənməsi anlamına gəlir və Türk Dövlətləri Təşkilatında fikir ayrılıqlarının yarandığını ortaya qoyur.

Mövzu ilə bağlı deputat, əməkdar jurnalist və diaspor üzrə araşdırmaçının fikirlərini öyrəndik. Onlar bu addımların Türk Birliyi ideyasına təsirlərini şərh etdilər.

Deputat Tənzilə Rüstəmxanlı:

“Türk dünyası sevdalılarını məyus edən addımlar atılıb”

“Son zamanlar Qazaxıstan, Özbəkistan və Türkmənistanın Avropa İttifaqı (Aİ) ilə əməkdaşlıq çərçivəsində Cənubi Kiprin müstəqilliyini tanıması və bu istiqamətdə addımlar atması türk dünyasında geniş müzakirələrə səbəb olub. Bu ölkələr Cənubi Kipri dövlət olaraq tanımaqla yanaşı, Yunan Kiprində səfirlik açmağa da qərar veriblər. Bu cür addımlar türk dünyası sevdalılarını məyus etməklə yanaşı, bu ideyaya qarşı olanları sevindirmişdir. Bu məsələnin necə qiymətləndirildiyini və bu addımların Türk dövlətlərinin birliyinə təsirini başa düşmək üçün, Mərkəzi Asiya və Türküstan coğrafiyasındakı Türk dövlətlərinin bu yeni siyasətə necə yanaşdığı barədə fikir bildirilməsi əhəmiyyətlidir".

Əməkdar jurnalist Mətanət Ağamirli:

“Yolumuz Turandır – heç bir çətinlik bizi bu yoldan döndərə bilməz”

“Türkiyənin, Azərbaycanın liderliyi ilə dünya türklərinin öz birliklərini qurması prosesini izləmək, bu Birliyin şahidi olmaq qürurvericidir. Eyni zamanda nəzərə almaq lazımdır ki, Türk Dövlətləri Təşkilatının yaradılması, dünya türklərinin birləşməsi, Birlik, təbii ki, sevinclə qarşılanmayacaqdı. Sabotajlar, müdaxilələr, kadrarxası oyunlar, ikili standartlar hər zaman olub və olacaqdır. Böyük Turançılıq məfkurəsinə, düşüncəsinə kölgə salmaq, belə böyük bir təbliğata əlbəttə ki, hər fürsətdə mane olmağa çalışanlar olacaq. Göründüyü kimi, bu gün də var. Təəssüf ki, böyük geosiyasi maraqların, qütblərarası savaşların şahidiyik. Yəni yaradılan maneələr gözləniləndir. Ancaq hesab edirəm ki, türk xalqları və liderlərinin yeni düzənin, yeni əsrin tələbinə, çağırışına uyğun olan Birlikdən vaz keçməsi müzakirə mövzusu deyil. Bəli, Türk Dövlətləri Birliyi, Turan böyük məsuliyyətdir, amma bu məsuliyyət dünya türk toplumlarını qorxuda bilməz. Gec də olsa, çətin də olsa, gerçəkləşəcək! Əminəm ki, baş verən arzuolunmaz hal hər dövlətin içində çözüləcək, türkdilli xalqların özləri öz gələcək yollarını özləri seçəcəklər. Deyildiyi kimi: Yolumuz Turandır!

Elnur Eltürk, diaspor üzrə araşdırmaçı-ekspert, TAİB sədr müavini:

“Bu qərar Türk Birliyinə zərbədir – amma Azərbaycanın mövqeyi prinsipialdır”

“Avropa Birliyinin 12 milyard avro qarşılığında üç türk dövlətinin Cənubi Kiprdə konsulluqlarının açılması ilə bağlı qərar vermələri Türk dünyasında birmənalı qarşılanmayıb və milyonlarla insanı məyus edib. Düzdür, beynəlxalq hüquq baxımından dünya Cənubi Kipr Respublikasının müstəqilliyini tanıyıb. Azərbaycan da Cənubi Kiprin müstəqilliyini tanıyanlar sırasındadır. Ancaq münasibətlər o səviyyədə deyil. Burada əsas yanaşma mənəvi-psixoloji faktordur. Çünki Azərbaycan qardaş Türkiyənin yanındadır. Prezident İlham Əliyev birmənalı şəkildə "Yalnız qardaşlarımızın yanındayıq" deyərək bu birliyə qoşulmayacaqlarını bəyan etməsi, Türk Birliyinə nə qədər sadiq olduğunu göstərdi. Bu, həm də Türk Birliyinin dominantlığının qorunub saxlanılmasına xidmət edir. Azərbaycanın mövqeyi başqa cür ola bilməzdi. Eyni mövqeyi digər qardaş türk dövlətlərindən də gözləyirik. Baş verənlər Türk Birliyinə zərər verir. Müasir dövrdə əlaqələr olmadan addım atmaq çətindir. Yenə də ümummilli məsələlərdə birliyin göstərilməsi vacibdir. Bu məsələdə həmin türk dövlətləri qardaş Türkiyənin və Şimali Kipr Türk Respublikasının yanında olmalıdırlar.”

Azərbaycan ekspertləri Türk Birliyinin pozulmasına imkan verilməyəcəyinə inanır və ortaq ideallar uğrunda mübarizənin davam etdiriləcəyini vurğulayırlar.


Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:202
embedMənbə:https://missiya.az
archiveBu xəbər 16 Aprel 2025 16:44 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Dünya Bankı Qrupu Azərbaycana 100 mln. dollara yaxın özəl kapital cəlb edib

16 Oktyabr 2026 10:06see305

Azərbaycan son 16 ildə ilk dəfə “Aİ 92“ benzinini İraqdan alıb

16 Oktyabr 2026 18:42see289

“Real Madrid” Konate ilə kifayətlənmir: daha iki ulduz müdafiəçi hədəfdədir

17 Oktyabr 2026 06:05see274

"Atəşgah"dan şikayət: "Turistləri aldadırlar 108 manatlıq sifarişə 180 manat hesab çıxarıldı, biabırçılıqdır!"

17 Oktyabr 2026 10:55see272

Fransa Ukraynaya raket tədarükünü sürətləndirəcək

16 Oktyabr 2026 23:29see245

Azərbaycanda 1992 ci ildən həbsdə olan ömürlük məhkum öldü

16 Oktyabr 2026 16:03see234

Soydaşımızın təşəbbüsü ilə Qara Qarayevin əsəri İsveçdə tədris olunacaq

16 Oktyabr 2026 18:26see231

Fəaliyyətində nöqsanlar aşkarlanan tibbi xidmət sahələri hansılardır? Siyahı açıqlandı

16 Oktyabr 2026 19:27see216

Hakan Fidan Gəncliyə Yardım Fonduna hansı təlimatları verib? Bakıda şübhəli görüş

17 Oktyabr 2026 13:38see216

Bəzi məhsullar bahalaşıb, bəziləri ucuzlaşıb SƏBƏBLƏR

16 Oktyabr 2026 21:14see213

HƏLƏ İNDİYƏ QƏDƏR BELƏ SEVİNMƏMİŞDİLƏR

16 Oktyabr 2026 09:09see211

Türkiyədə aralarında şagirdlər də olmaqla onlarla insan qidadan zəhərlənib

17 Oktyabr 2026 06:42see209

Ölkəmizdə işsizlərin sayı AÇIQLANDI...

16 Oktyabr 2026 23:19see207

Xalqımızın qəhrəmanlıq tarixi

16 Oktyabr 2026 14:59see203

“Liverpul” liderinə 68 milyon avroluq əvəzləyici tapdı

17 Oktyabr 2026 03:37see198

Mədəniyyət naziri Adil Kərimli Füzulidə vətəndaşların müraciətlərini dinlədi FOTOLAR

16 Oktyabr 2026 19:05see195

Minimum maaş 700 manat olmalıdır İqtisadçıdan maraqlı İZAH

17 Oktyabr 2026 08:02see187

Türkiyəli jurnalist beynəlxalq axtarışa verildi Azərbaycanla bağlı çağırış edirdi

16 Oktyabr 2026 15:11see184

Azərbaycan benzini hansı ölkələrə satır?

16 Oktyabr 2026 17:40see183

Bu rayonların sakinlərinin nəzərinə

16 Oktyabr 2026 16:26see182
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri