Icma.az
close
up
RU
Türk dünyasının ortaq xəritəsi YARADILIR

Türk dünyasının ortaq xəritəsi YARADILIR

Modern.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Türk Dövlətləri Təşkilatına (TDT) üzv ölkələrin birgə xəritəsi yaradılır.

Modern.az-ın məlumatına görə, bununla bağlı bəyannamə imzalanıb.

Türkiyə Müdafiə Nazirliyinin Xəritəçəkmə idarəsinin rəisi, general-mayor Osman Alp bildirib ki, TDT-yə üzv ölkələrdəki xəritəçəkmə qurumlarının ekspertlərindən ibarət işçi qrupu yaradılacaq

“Bəyannamə ilə kartoqrafiya sahəsində texniki bilik və təcrübənin bölüşdürülməsi, təlim və məsləhətlərin verilməsi, birgə xəritə istehsalı üçün standartların yaradılması, rəqəmsal kartoqrafiya tətbiqləri üçün əməkdaşlıq və bu məsələlərlə bağlı texniki araşdırmaların aparılması razılaşdırılıb", - o qeyd edib.

General-mayor  bildirib ki, əsas məqsəd həm coğrafi, həm də mədəni xəritə yaratmaqdır:

"Hesab edirik ki, tarixi proses boyunca Türk dövlətlərinin yaşadıqları və müxtəlif coğrafiyalara ayaq basdıqları bölgələri özündə birləşdirən və Türk dövlətlərini bütün mövzuları ilə göstərən ortaq Türk Dünyası xəritəsi yenidən hazırlanmalıdır. Bildirim ki, belə bir xəritə bizi çox həyəcanlandırır”.

General-mayor Osman Alp xəritənin təfərrüatları barədə bunları deyib:

“Məsələn, xəritədə yaşayış məntəqələrinin adları, inzibati quruluşu, əhalinin bölgüsü, miqrasiyaları, mədəni sərvətləri, adət və ənənələri, danışılan ləhcələr, hansı bölgədə hansı xörəklərin hazırlandığı kimi tematik məlumatlar yerləşdirildikdə görünür ki, müxtəlif coğrafiyalarda çoxlu eyni və ya oxşar mövzuların olduğu, bir ölkədə olan adət-ənənin və ya kənd adının  başqa ölkədə də istifadə olduğu, bir yeməyin bir neçə ölkədə bişirildiyi aydın görüləcək. Məsələn Kayseri xalçasında istifadə edilən motivlərin Azərbaycan və Qazaxıstanda da istifadə edildiyini görə biləcəyik".

Birinci mərhələdə topoqrafiya, hidroqrafiya, bitki örtüyü və yaşayış məntəqələri kimi əsas məlumatları özündə əks etdirən ana xəritə sürətlə hazırlanacaq. 

Xəriyə yaşayış məntəqələrinin adları,tarixi əsərlər və mədəni sərvətlərlə zənginləşəcək. bir çox mövzu ilə zənginləşəcək, məsələn, yaşayış məntəqələrinin adları, tarixi əsərlər və mədəni sərvətlər.Beləliklə də, əsas xəritə üzərində tərəflərin razılığı ilə təyin olunacaq müxtəlif mövzular işlənərək, bütün mövzuları birlikdə göstərən tək bir xəritə hazırlana bilər. Eləcə də  hər mövzunu ayrı bir xəritədə göstərmək mümkün olacaq.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:273
embedMənbə:https://modern.az
archiveBu xəbər 23 Dekabr 2024 11:58 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Radio milli və informasiya təhlükəsizliyimiz üçün mühüm vasitədir” Hikmət Babaoğlu

23 Oktyabr 2026 12:18see418

Vüqar Oruc: “İnternet tarifləri artırılmamalı, xidmətin keyfiyyəti yüksəldilməlidir”

23 Oktyabr 2026 13:49see332

Növbəti köç karvanları Xocavənd və Ağdərəyə çatıb (Yenilənib)

23 Oktyabr 2026 12:58see326

Hakan Fidan: “İrana hərbi müdaxilə həll yolu deyil”

24 Oktyabr 2026 14:29see273

Bakı Ekspo Mərkəzdə Musa Yaqubun “İpəkyolu” nəşriyyatı tərəfindən çap olunmuş “Gül bağçası” kitabı təqdim olundu

23 Oktyabr 2026 22:09see239

Rayonların subsidiyası kəsildi: Qalan pul hansı sahələrə xərclənəcək?

23 Oktyabr 2026 16:03see236

Yeniyetmələrdə görmə zəifliyinin yaranma səbəbləri nələrdir? PAŞA QƏLBİNUR

23 Oktyabr 2026 12:12see229

Yanlış dərman istifadəsi nələrə səbəb ola bilər? PROFESSOR AÇIQLADI

23 Oktyabr 2026 17:14see212

Alimlər ağrını daha yüngül hiss etməyə kömək TAPDILAR

23 Oktyabr 2026 15:23see209

Körpələrdə yüksək hərarət fonunda qıcolmalar

24 Oktyabr 2026 01:51see199

Qeyri neft qaz mallarının mənşəyinin müəyyən edilməsi qaydası təsdiqlənib

23 Oktyabr 2026 17:40see198

“AccessBank”ın rəhbər şəxsi bankdan ayrıldı

23 Oktyabr 2026 16:42see196

Tramp saxta addan isitfadəyə görə konqresmeni istefaya çağırdı

23 Oktyabr 2026 23:46see196

Dövlət Bağçalı İlham Əliyevə təşəkkür ETDİ

23 Oktyabr 2026 22:34see195

İkili idarəetmə bitir, səhiyyədə yeni dövr başlayır

23 Oktyabr 2026 19:04see190

Ronaldo tarixə düşdü

24 Oktyabr 2026 04:57see187

Gələcəyə inamını itirən gənclik Niyə yatırım etmək əvəzinə kor koranə pul xərcləyirlər?

24 Oktyabr 2026 15:01see186

Mask "Starlink"i Ukrayna üçün niyə bağladığını açıqladı

25 Oktyabr 2026 00:38see180

Qubadlının işğaldan azad olunmasından 6 il ötür

25 Oktyabr 2026 00:07see179

Bundesliqa: Bremenlilər dramatik matçda sevindi

25 Oktyabr 2026 00:13see178
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri