Türk dünyasının ortaq himni HAZIRLANIR
Icma.az, Turkstan.az saytına istinadən bildirir.
Türk Dövlətləri Təşkilatına (TDT) üzv ölkələrin ortaq himni hazırlanır.
Turkustan.az xəbər verir ki, bu barədə Türk Dövlətləri Mədəniyyət Universitetləri Birliyinin sədri Erhan Özden məlumat verib.
O qeyd edib ki, üzv ölkələrin ortaq himni layihəsi üzərində işlər artıq başlayıb. Özden ortaq himndə türk millətinin keçmişin söz və melodiya ilə izah ediləcəyini bildirib.
"Türk Dövlətlərinə mənsub soydaşlarımızın anlayacağı dildə yazılmış, ruhlandıracaq bir himndir. Yəni milli-mənəvi hisslərimizi gücləndirəcək himndir", - sədr "Anadolu" agentliyinə açıqlamasında deyib.
Erhan Özden himninin tezliklə hazır olacağını bəyan edib.
Xatırladaq ki, bundan əvvəl TDT ölkələrinin ortaq əlifbası hazırlanıb. Həmçinin, təşkilatın yeni bayrağı təsdiqlənib./modern.az
Baxış sayı:84
Bu xəbər 18 Noyabr 2024 13:04 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















