Icma.az
close
up
RU
Türk dünyasının ortaq himnini kim yazacaq? Azərbaycan bəstəkarları danışdı AzPolitika onlayn siyasiictimai qəzet

Türk dünyasının ortaq himnini kim yazacaq? Azərbaycan bəstəkarları danışdı AzPolitika onlayn siyasiictimai qəzet

Azpolitika.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Türk Dövlətləri Təşkilatına (TDT) üzv ölkələrin ortaq himni hazırlanır. Bu barədə Türk Dövlətləri Mədəniyyət Universitetləri Birliyinin sədri Erhan Özden məlumat verib.

O qeyd edib ki, üzv ölkələrin ortaq himni layihəsi üzərində işlər artıq başlayıb. Özden ortaq himndə türk millətinin keçmişin söz və melodiya ilə izah ediləcəyini bildirib.

"Türk Dövlətlərinə mənsub soydaşlarımızın anlayacağı dildə yazılmış, ruhlandıracaq bir himndir. Yəni milli-mənəvi hisslərimizi gücləndirəcək himndir", - sədr "Anadolu" agentliyinə açıqlamasında deyib. Erhan Özden himninin tezliklə hazır olacağını bəyan edib.

Xatırladaq ki, bundan əvvəl TDT ölkələrinin ortaq əlifbası hazırlanıb. Həmçinin, təşkilatın yeni bayrağı təsdiqlənib.

Mövzu ilə bağlı Türkiyənin ölkəmizdəki keçmiş hərbi attaşesi, general Yücel Karauz Musavat.com-a danışıb. O, qeyd edib ki, TDT ölkələrinin ortaq himninin hazırlanması əhəmiyyətli təşəbbüsdür: “2020-ci il Türk Dövlətləri Təşkilatı üçün dönüş nöqtəsi olan bir il kimi yadda qaldı. Azərbaycanın Vətən müharibəsindəki zəfəri, Şuşa Bəyannaməsi, ardınca 2021-ci ildə keçirilən İstanbul Zirvəsi və Türk Dünyası üçün böyük əhəmiyyət kəsb edən Türk Dövlətləri Təşkilatının yaradılması mühüm hadisələr sırasındadır. Bu hadisələr yalnız 15 il əvvəl imzalanmış Naxçıvan Sazişindəki perspektivləri deyil, eyni zamanda 1926-cı ildə Bakıda keçirilən Birinci Türkoloji Qurultaydan başlayan və davam edən prosesləri də zirvəyə çatdırdı. Bu kontekstdə qeyd etmək lazımdır ki, ortaq türk əlifbası ilə bağlı mühüm qərarlar qəbul olunub və bu istiqamətdə işlər davam etdirilir. Bu, olduqca əhəmiyyətli bir məsələdir, çünki dil bir cəmiyyəti, insanları bir-birinə bağlayan əsas vasitədir. Beləliklə, 1926-cı ildə keçirilmiş Birinci Türkoloji Qurultayda əsası qoyulan bu təşəbbüslərin 2024-cü ilin sentyabrında Bakıda keçirilən Üçüncü Qurultayla davam etdirilməsi xüsusi əhəmiyyət daşıyır.

Növbəti mərhələ olaraq, Türk Dövlətləri Təşkilatının üzv ölkələr üçün ortaq bir lüğətin hazırlanması məsələsi gündəmdədir. Digər mühüm təşəbbüs isə ortaq bir himnin yazılması və onun musiqi ilə zənginləşdirilməsi məsələsidir. Şübhəsiz ki, ortaq tariximiz mövcuddur və soydaşlarımızın anlayacağı dildə, bizə ilham verən qəhrəmanlığımızı, tariximizi, birliyimizi, həmrəyliyimizi, ənənə və adət-ənənələrimizi əks etdirən ortaq bir himnin üzərində işlər davam etdirilir.

Hesab edirəm ki, bu himnin hazırlanması Qırğızıstanda Türk Dövlətləri Təşkilatının rəmzi olaraq qəbul edilən bayrağın ardından ən mühüm simvollardan biri olacaq.

Fikrimcə, bu himndə bütün üzv ölkələr özlərinin ortaq tarixi və mədəni irsinə dair bir iz tapmalıdır. Orada tarixi, mədəniyyətimizi və qəhrəmanlıqlarla dolu keçmişimizi elə ifadə etməliyik ki, gələcəyimizə işıq tutsun. Növbəti mərhələdə bu rəmzlərin – yəni bayraq və himnin – bir dövlətin və güclü bir təşkilatın ortaq dəyərləri əks etdirən ayrılmaz hissəsi olması çox vacibdir.

Hesab edirəm ki, bu himn dövlət idarələrində nümayiş etdiriləcək və beynəlxalq toplantılarda səsləndiriləcək. Bu himnin uğurlu bir rəmz olacağına inanıram”.

Xalq artisti, bəstəkar Faiq Sücəddinov mövzu ilə bağlı bunları deyib : “Əlbəttə ki, himn necə tələb olunursa, o cür olmalıdır. Burada himnin sözləri çox önəmlidir. Dünya himnləri arasında Azərbaycanın Dövlət Himni çox zəngindir. Çünki onun musiqisini Üzeyir bəy Hacıbəyov, sözlərini Əhməd Cavad yazıb. Hər dəfə mən xarici ölkələrdə səfərdə olan zaman bizim himnimiz səslənəndə mənə deyirlər ki, Azərbaycanın çox gözəl himni var. O ki qaldı Türk Dövlətləri Təşkilatının ortaq himninə, hesab edirəm ki, onu yazan şəxs hər bir detala çox ciddi yanaşmalı, bu himn çox gözəl və çox zəngin olmalıdır”.

Əməkdar incəsənət xadimi, bəstəkar Cavanşir Quliyev isə bildirib ki, SSRİ-də də çox dövlətlər vardı, amma himnini bir bəstəkar yazmışdı: “Hesab edirəm ki, bu himni bir şairə və bir bəstəkara təklif etmək lazımdır. O ki qaldı bu himni necə təsəvvür etməyimə, təsəvvürü izah etmək mümkün deyil, xüsusilə musiqini. Hər kəsin xəyalında fərqlidir”.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:113
embedMənbə:https://azpolitika.info
archiveBu xəbər 19 Noyabr 2024 18:59 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bakı Sumqayıt yolu ilə bağlı PROBLEM Dayanacaq olsun

09 Dekabr 2025 16:57see255

Leyla Əliyeva beynəlxalq konfransda çıxış etdi FOTOLAR

08 Dekabr 2025 22:16see209

Azərbaycan xarici ölkələrə yumurtanı neçəyə satır?

09 Dekabr 2025 22:08see197

Zəngəzur dəhlizinin inşasına başlanacağı tarix AÇIQLANDI

10 Dekabr 2025 16:30see189

Odessa planı fiaskoya uğradı KONKRET

10 Dekabr 2025 17:19see185

Güclü siklon Kamçatkanı vurdu

09 Dekabr 2025 03:48see182

bp nin insan hüquqlarına maarifləndirici dəstəyi

09 Dekabr 2025 11:05see165

Rəqsanə efirdə AĞLADI VİDEO

08 Dekabr 2025 22:01see155

DTX də başlanılan cinayət işi Aslan Həsənova HÖKM OXUNDU

09 Dekabr 2025 09:17see150

Tramp: ABŞ Ukraynada nizamlanma üzərində işləməyə davam edir

09 Dekabr 2025 02:25see144

Araz Naxçıvan ın Kəpəz üzərindəki qələbəsi VİDEO

09 Dekabr 2025 20:20see138

KİV: Toni Bleyer Trampın Qəzza planından kənarlaşdırılıb

09 Dekabr 2025 03:17see135

ABŞ Zelenskinin sülh müqaviləsi üçün daha sərt şərtlər irəli sürüb

09 Dekabr 2025 16:12see134

Bakıda qəza münaqişəyə çevrildi

10 Dekabr 2025 09:38see133

Albaniyada faciəvi şəkildə həlak olan dənizçi Biləsuvar sakini imiş FOTO

09 Dekabr 2025 23:54see129

ÇL: Qarabağ ın rəqibi yenə məğlub oldu, Qalatasaray Fransadan əliboş dönür

10 Dekabr 2025 02:09see127

Vanda Nara keçmiş əri ilə görüşdü FOTO

10 Dekabr 2025 00:37see127

Sahil Kərimli: “Orta Dəhliz bölgənin əhəmiyyətini daha da artırır” FOTO

09 Dekabr 2025 22:43see123

İlham Əliyev və Rixard Raşinin görüşü əməkdaşlığı dərinləşdirmək planlarını təsdiqlədi

09 Dekabr 2025 18:24see122

Oqtay Əliyevlə Dilarə Əliyevanın toy kadrları YAYILDI VİDEO

09 Dekabr 2025 00:38see119
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri