Icma.az
close
up
RU
Türk ekspert: Azərbaycan klassik təchizatçı istehlakçı münasibətlərini aşan yeni model təqdim edir

Türk ekspert: Azərbaycan klassik təchizatçı istehlakçı münasibətlərini aşan yeni model təqdim edir

Icma.az bildirir, Azertag saytına əsaslanaraq.

Bakı, 5 may, AZƏRTAC

Azərbaycan qazına Avropada artan tələbat fonunda enerji əməkdaşlığının yeni mərhələyə keçməsi məsələsi daha da aktuallaşıb. Prezident İlham Əliyev tərəfindən səsləndirilən mövqe isə bu prosesə yeni reallıq gətirir. Prezident açıq şəkildə vurğulayır ki, Azərbaycan artıq TANAP və TAP kimi iri enerji infrastrukturuna milyardlarla dollar sərmayə qoyub və mövcud imkanlarını sübut edib. Lakin qaz nəqlinin artırılması üçün bu infrastrukturun genişləndirilməsi əlavə ciddi maliyyə və texniki resurslar tələb edir. Bu baxımdan, Azərbaycanın mövqeyi ondan ibarətdir ki, Avropa yalnız istehlakçı kimi deyil, həm də investor və tərəfdaş kimi bu prosesdə aktiv iştirak etməlidir. Eyni zamanda, uzunmüddətli qaz alış zəmanətləri olmadan yeni investisiyaların riskli olması da diqqətə çatdırılır. Bu yanaşma enerji əməkdaşlığında məsuliyyətin bölüşdürülməsi və qarşılıqlı öhdəliklərin formalaşdırılması məsələsini ön plana çıxarır.

Bu barədə AZƏRTAC-a açıqlamasında türk ekspert Mehmet Emir Aksoy bildirib ki, son dövrlərdə Avropada artan enerji tələbatı və təchizat təhlükəsizliyi ilə bağlı müzakirələr Cənub Qaz Dəhlizinin strateji əhəmiyyətini yenidən gündəmə gətirib.

Onun sözlərinə görə, bu kontekstdə Azərbaycanın ortaya qoyduğu yanaşma yalnız iqtisadi deyil, eyni zamanda, geosiyasi baxımdan da mühüm məna daşıyır: “Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən səsləndirilən “ortaq investisiya və uzunmüddətli zəmanət” vurğusu enerji əməkdaşlığının mahiyyətini dəyişməyə qadirdir. Azərbaycanın yanaşması klassik təchizatçı–istehlakçı münasibətlərini aşan yeni model təqdim edir. Bu günə qədər Avropa enerji siyasətini əsasən bazar şərtləri və qısamüddətli razılaşmalar üzərində qurub. Lakin qlobal proseslər göstərir ki, enerji təhlükəsizliyi yalnız kommersiya məsələsi deyil. Rəsmi Bakı tərəfindən irəli sürülən strateji çərçivə risklərin bölüşdürülməsi və qarşılıqlı məsuliyyətlərin dəqiqləşdirilməsini nəzərdə tutur”.

M.Aksoy vurğulayıb ki, xüsusilə qaz nəqlində həcmin artırılması böyük infrastruktur yatırımları tələb edir. Trans-Anadolu Qaz Boru Kəməri və Trans-Adriatik Boru Kəməri kimi layihələr milyardlarla dollar sərmayə hesabına həyata keçirilib. Bu infrastrukturun genişləndirilməsi isə yalnız istehsalçı ölkənin üzərinə düşə bilməz. Azərbaycanın bu məsələdə çağırışı aydındır: Avropa enerji təhlükəsizliyi istəyirsə, bu prosesin həm maliyyə, həm də strateji məsuliyyətini paylaşmalıdır. Bu yanaşmanın qəbul edilməsi Azərbaycan ilə Avropa arasında münasibətlərin daha balanslı modelə keçməsinə şərait yarada bilər. Uzunmüddətli alış zəmanətləri yeni investisiyaları stimullaşdıracaq və tərəflər arasında etibarlılığı artıracaq. Bu isə enerji layihələrini təkcə iqtisadi alət deyil, həm də siyasi sabitlik və strateji əməkdaşlıq platformasına çevirəcək.

Ekspert əlavə edib ki, TAP layihəsinin genişləndirilməsi və Azərbaycan qazının Avropa bazarına daha böyük həcmdə çatdırılması Türkiyənin rolunu daha da artırır: “Türkiyə bu prosesdə yalnız tranzit ölkə deyil, enerji axınlarını yönləndirən və regional səviyyədə tarazlıq yaradan əsas aktorlardan biridir. Enerji xətlərinin Anadolu üzərindən keçməsi Ankaraya həm iqtisadi, həm də geosiyasi üstünlüklər qazandırır. Türkiyənin enerji mərkəzinə çevrilmək məqsədi bu proseslərlə daha real məzmun qazanır. Artan ötürmə qabiliyyəti, mənbələrin şaxələndirilməsi və genişlənən infrastruktur Türkiyəni regionun enerji xəritəsində əvəzolunmaz mövqeyə çıxarır. Bu, həm Türkiyə, həm də Avropa üçün enerji təhlükəsizliyi baxımından mühüm əhəmiyyət kəsb edir”.

Ekspert sonda vurğulayıb ki, Azərbaycanın irəli sürdüyü “ortaq investisiya və uzunmüddətli zəmanət” modeli enerji diplomatiyasında yeni mərhələnin başlanğıcını qoyur. Bu model daha ədalətli, balanslı və davamlı əməkdaşlıq üçün zəmin yaradır. Bu yeni reallıqda Azərbaycan strateji vizyonu ilə önə çıxır, Türkiyə isə bu vizyonun praktik həyata keçirilməsində əsas tərəfdaş kimi çıxış edir.

Müxbir - Səbinə Əlizadə

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:180
embedMənbə:https://azertag.az
archiveBu xəbər 05 May 2026 17:53 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Hərbi vətənpərvərlik tərbiyəsi: ənənəvi dəyərlər və çağdaş yanaşmalar” mövzusunda tədbir keçirilib

25 Noyabr 2026 16:41see453

Putin süni intellektlə bağlı qərar imzaladı

24 Noyabr 2026 23:02see364

Tramp Mirziyoyevə hədiyyəyə görə təşəkkür etdi

24 Noyabr 2026 23:01see361

Bank tətbiqləri SuperApp modelinə yaxınlaşır

25 Noyabr 2026 16:36see356

Dünya rekordçusu 33 yaşında vəfat etdi

24 Noyabr 2026 22:59see333

Brilyant niyə dəyərdən düşür? (Video)

24 Noyabr 2026 23:26see330

Azərbaycanəsilli siyasətçi İsveçdə rəhbər vəzifəyə seçildi

25 Noyabr 2026 00:21see320

Moskva ilə körpüləri yandırmaq istəmirik Ermənistan XİN

24 Noyabr 2026 23:56see317

İran atom bombası əldə edə bilərmi? İsrailin qorxduğu ssenari

24 Noyabr 2026 23:32see316

Demet Akalın jurnalistlərin qarşısında pərt oldu VİDEO

24 Noyabr 2026 19:21see312

Mərkəzi Gömrük Hospitalı SOS Uşaq Kəndləri Azərbaycan Assosiasiyası Gəncə şəhər filialında tibbi sosial aksiya keçirib

25 Noyabr 2026 06:36see300

“PayPal” Azərbaycanda tam işləyəcək

24 Noyabr 2026 16:33see290

Zəngəzur dəhlizi İpək Yolunun yeni iqtisadi arteriyasına çevrilə bilər

24 Noyabr 2026 17:41see285

800 kişi ilə münasibətdən sonra süni intelektə aşiq oldu

24 Noyabr 2026 23:20see275

Şahmat tacı uğrunda mübarizə başladı: Sindarov heç heçəyə tələsdi, Qukeş iki dəqiqə qazandı

24 Noyabr 2026 23:57see272

Yatmazdan əvvəl su içmək istəyi hansı xəstəliklərdən xəbər verir? Həkim AÇIQLADI

24 Noyabr 2026 16:27see263

Kəlbəcər bir güllə atılmadan azad edildi ŞƏRH

24 Noyabr 2026 19:11see262

Səhiyyə nazirinə yeni müşavir TƏYİN EDİLDİ

24 Noyabr 2026 20:11see257

İş görməyə həvəsin, gücün yoxdur? Bu iki hormonu yoxladın

24 Noyabr 2026 19:02see255

Rusiyanın avtobus nəhəngi iflas həddindədir...

24 Noyabr 2026 20:51see245
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri