Icma.az
close
up
RU
Türk ekspert: Türk Dövlətləri Təşkilatının təhlükəsizlik və müdafiə ölçüsünün gücləndirilməsi dövrün strateji zərurətidir

Türk ekspert: Türk Dövlətləri Təşkilatının təhlükəsizlik və müdafiə ölçüsünün gücləndirilməsi dövrün strateji zərurətidir

Icma.az, Azertag portalına istinadən məlumat yayır.

Bakı, 8 oktyabr, AZƏRTAC

Hazırkı geosiyasi reallıqlar fonunda Türk Dövlətləri Təşkilatının (TDT) fəaliyyətinin təhlükəsizlik və müdafiə ölçüsünün gücləndirilməsi strateji zərurətə çevrilib.

Bu sözləri AZƏRTAC-a açıqlamasında türk ekspert Hüsaməddin İnaç deyib.

Ekspert bildirib ki, Ukrayna müharibəsi nəticəsində Aİ ilə ABŞ arasında dərin fikir ayrılıqları müşahidə olunur və bu, Transatlantik ittifaqının zəifləməsi ilə nəticələnib. Onun sözlərinə görə, NATO-nun təsir imkanlarının azalması, Avropa İttifaqının təhlükəsizlik sahəsində yetərli dəstək ala bilməməsi və İkinci Dünya müharibəsindən sonra formalaşmış qlobal təhlükəsizlik sisteminin, xüsusilə də BMT və NATO kimi qurumların funksionallıqlarını itirməsi yeni təhlükəsizlik boşluğu yaradıb.

Hüsaməddin İnaç qeyd edib ki, belə bir şəraitdə dövlətlərin yalnız fərdi səviyyədə təhlükəsizliklərini təmin etməsi getdikcə çətinləşir və bu, onları yeni regional və qlobal ittifaqlar yaratmağa sövq edir.

“Məhz bu kontekstdə 2009-cu ildə yaradılmış Türk Dövlətləri Təşkilatının bu günün reallıqlarına uyğun şəkildə təhlükəsizlik və müdafiə istiqamətlərini də özündə birləşdirməsi labüddür”, – deyə o vurğulayıb.

Professorun sözlərinə görə, Mərkəzi Asiya və “Türküstan” adlandırılan coğrafiya bu gün həm ABŞ, həm Rusiya, həm də Çin arasında nüfuz və rəqabət meydanına çevrilib. Bu baxımdan Türkiyənin, Azərbaycanın və digər türk dövlətlərinin ayrı-ayrılıqda deyil, birgə hərəkət etməsi bölgənin suverenliyi, müstəqilliyi və sabitliyi üçün həyati əhəmiyyət daşıyır.

Ekspert qeyd edib ki, Prezident İlham Əliyev və Prezident Rəcəb Tayyib Ərdoğanın türk dünyasının təhlükəsizlik və müdafiə sahələrində əməkdaşlığına dair çağırışları zaman baxımından olduqca məqsədəuyğundur. “2020-ci ildə 44 günlük Vətən müharibəsi zamanı Azərbaycan ilə Türkiyə arasında təhlükəsizlik və hərbi sahədəki əməkdaşlıq özünün yüksək səmərəliliyini nümayiş etdirdi. Bu, türk dünyasının birgə hərəkət potensialının real nəticələr verə biləcəyini sübut etdi”, – deyə Hüsaməddin İnaç əlavə edib.

O deyib ki, Türk Dövlətləri Təşkilatı yaxın gələcəkdə ortaq müdafiə və təhlükəsizlik arxitekturası formalaşdırmalıdır. Bunun baş verməyəcəyi təqdirdə, bölgədə Rusiya, ABŞ və Çin kimi güclərin nüfuz dairəsini genişləndirməyə yönəlmiş fəaliyyətlərinin genişlənməsi müşahidə olunacaq. “Bu səbəbdən qəbul ediləcək strateji qərarların zamanlaması və istiqaməti son dərəcə düzgün seçilmişdir”, – deyə ekspert qeyd edib.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:87
embedMənbə:https://azertag.az
archiveBu xəbər 08 Oktyabr 2025 10:34 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Türkiyə MN: Dəməşqə dəstək verməyə hazırıq

08 Yanvar 2026 13:29see216

İranda baş verənlərin Azərbaycana siyasi iqtisadi təsiri çox azdır

09 Yanvar 2026 14:06see195

Pezeşkian, Rza Pəhləvi, SEPAH üçlüyü İranda Yuqoslaviya variantı

09 Yanvar 2026 14:00see187

İranda aparıcı xəbər agentliklərinin saytları işləmir KONKRET

09 Yanvar 2026 10:44see180

iPhone smartfonlarına yeni emojilər əlavə ediləcək

10 Yanvar 2026 05:45see165

Buz bağlamış ön alın şüşəsini belə təmizləmək olmaz SÜRÜCÜLƏRƏ TÖVSİYƏ

09 Yanvar 2026 21:12see163

Kolumbiya prezidenti dünya müharibəsini dayandırmaq üçün ABŞ a

10 Yanvar 2026 07:53see163

Gəncədə AĞIR QƏZA Yaralanan var FOTO

09 Yanvar 2026 08:52see152

“Kardeş Takımı 3” yalnız CineMastercard da!

08 Yanvar 2026 18:46see150

Ordu vaxt verdi: Bir neçə dəqiqəyə başlayacaq KONKRET

08 Yanvar 2026 14:17see143

İsfahanda televiziya və radio stansiyasının binası yandırıldı VİDEO

08 Yanvar 2026 23:39see140

“Trampı devrilmiş tiranlarının aqibəti gözləyə bilər” Xamenei

09 Yanvar 2026 17:48see140

Yenə görüşə bilərlər

08 Yanvar 2026 23:38see137

İsrail Hizbullah mövqelərinə yeni hücumlar həyata keçirir​​​​​​​

09 Yanvar 2026 15:09see137

“Gələcəyə iti baxış: eynək istifadəçiləri üçün sevindirici xəbər“ CNN

08 Yanvar 2026 23:03see134

“Kinon” abunəliyini bank kartı ilə ödəmək mümkündür

09 Yanvar 2026 16:15see133

Azərbaycalı müğənni bədən quruluşu ilə DİQQƏT ÇƏKDİ VİDEO

10 Yanvar 2026 01:10see132

Xətaidə parkdakı ağaclar gecəylə kəsilib Dövlət Xidməti Baş Prokurorluğa müraciət edib

08 Yanvar 2026 23:31see129

Təyyarəmizi vuran generala qarşı bütün ittihamlar ləğv edildi

09 Yanvar 2026 17:51see126

Tramp Rza Pəhləvi ilə mümkün görüşdən danışdı

08 Yanvar 2026 23:39see125
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri