Türk Hava Yolları tarixinin ən uzun uçuşunu etdi
Icma.az, Newscenter.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
Türk Hava Yolları (THY), Avstraliya turu çərçivəsində İtaliyanın A Seriyası komandası olan Juventus üçün xüsusi çarter əməliyyatı həyata keçirib.
Newscenter.az şirkətə istinadən bildirir ki, bu, THY-nin tarixində ən uzun fasiləsiz uçuşu olub.
Yuventus komandasını Avstraliyanın Pert şəhərindən İtaliyanın Turin şəhərinə daşıyan TC-LJE qeydiyyatlı Boeing 777-300ER təyyarəsi təxminən 13.800 kilometr məsafəni dayanmadan qət edib.
Pertdən havaya qalxan təyyarə təxminən 16 saat 27 dəqiqəlik uçuşdan sonra Turinə çatıb.
Bu əməliyyat, THY tərəfindən bu günə qədər həyata keçirilən fasiləsiz uçuşlar arasında uçuş müddəti və qət edilən məsafə baxımından yeni bir rekord kimi qeydə alınıb.
Uçuşda istifadə edilən TC-LJE qeydiyyatlı təyyarə əvvəllər İstanbuldan Pertə TK3700 reysi ilə təxminən 14 saat 30 dəqiqə davam edən mövqe uçuşu həyata keçirib və "Yuventus" komandasını götürmüşdü.
Süleyman
Bu mövzuda digər xəbərlər:Türk Hava Yolları 92 yaşında
20 May 2025 14:30
Türk Hava Yolları təyyarələrini yeniləyir
25 Oktyabr 2025 16:17
“Türk Hava Yolları” 13 ildən sonra Suriyaya ilk uçuşunu həyata keçirib
23 Yanvar 2025 15:23
Türk Hava Yolları Bişkekə uçuşları ləğv etdi
06 Dekabr 2024 21:56
Türk Hava Yolları Hələbə uçuşları bərpa etdi
01 Avqust 2025 19:53
Baxış sayı:113
Bu xəbər 12 Avqust 2026 20:33 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















