Icma.az
close
up
RU
Türk liderlər Ermənistanla sərhədə gəlir BU MESAJ VERİLƏCƏK

Türk liderlər Ermənistanla sərhədə gəlir BU MESAJ VERİLƏCƏK

Icma.az, Turkstan.az portalına istinadən məlumat verir.

Laçında keçiriləcək zirvə İrəvana və havadarlarına siyasi-diplomatik cavabdır - mövqe

2025-ci ildə Türk Dövlətləri Təşkilatının (TDT) iki sammitinin keçirilməsi nəzərdə tutulub. Bunlardan biri rəsmi sammitdir və Azərbaycanda baş tutacaq. Qeyri-rəsmi sammit isə Macarıstanda keçiriləcək. Azərbaycanda sammitin Laçında keçiriləcəyi barədə xəbərlər yayılıb. “Gələn ay Laçında TDT Sammiti keçiriləcək və burada Türkiyə və Azərbaycanın türk dünyasının birliyi və əməkdaşlığı məsələlərində güclü həmrəylik nümayiş etdirdiyini bir daha görəcəyik”, - Türkiyə Prezidentinin baş müşaviri Çağrı Ərhan yerli mətbuata müsahibəsində deyib.

Onu da qeyd edək ki, Laçın Beynəlxalq Hava Limanının bu il istismara verilməsi gözlənilir. Laçını təmsil edən deputat Rövşən Muradov da bu ehtimalı istisna etməyib. (Modern.az).

Laçın Ermənistanla həmsərhəd rayondur. Türk dünyasının Şuşadan sonra Laçına toplanmasının siyasi mesajları nədən ibarətdir?

Siyasi şərhçilər qeyd edirlər ki, Laçında sammitin keçirilməsi, Azərbaycan torpaqlarının işğaldan azad edilməsinin və Qarabağda dövlət suverenliyinin tam bərpa olunmasının türk dünyası tərəfindən tanındığının rəmzi ifadəsidir. Bu həm də Ermənistan və ona havadarlıq edən qüvvələrə siyasi və diplomatik cavabdır.

Bundan başqa, Laçın Zəngəzura gedən yolun qapısıdır. Bu bölgədə keçiriləcək sammit vasitəsilə Zəngəzur dəhlizinin açılması məsələsi yenidən gündəmə gətirilə bilər. Sammitdə veriləcək bəyanatlar və qəbul olunacaq qərarlar, bu dəhlizin türk dünyasını birləşdirən strateji layihə kimi təqdim olunmasına xidmət edəcək. Sammitin Laçında keçirilməsi həm də bölgədəki infrastruktur layihələrinin - xüsusən Laçın Beynəlxalq Hava Limanının əhəmiyyətini göstərir. Hava limanının istifadəyə verilməsi, həm turizm, həm ticarət, həm də hərbi-strateji baxımdan bölgənin əhəmiyyətini artıracaq və TDT çərçivəsində regional inteqrasiyanı sürətləndirəcək.

Azər Həsrət

Mövzu ilə bağlı siyasi şərhçi Azər Həsrət “Yeni Müsavat”a deyib ki, ümumiyyətlə, Azərbaycanın uğurları, xüsusilə də Qarabağ məsələsini öz gücü ilə həll etməsi, Türk dünyasında yeni bir canlanma yaradıb: “Orta Asiyadakı - Türküstandakı dostlarım açıq şəkildə mənə bildiriblər ki, Azərbaycan öz qələbəsini təmin etdikdən sonra bizim də özümüzə güvənimiz artdı. Yəni Azərbaycan çox gözəl bir örnək sərgilədi və bütövlükdə Türk dünyası üçün nümunəvi bir hal təşkil etməkdədir. Bu baxımdan, Azərbaycanın bu cür yüksək səviyyəli tədbirləri məhz azad edilmiş torpaqlarda keçirməsi əlbəttə ki, təqdirəlayiqdir. Eyni zamanda, qardaş ölkələrin hətta prezidentləri belə gəlib oradakı dinc quruculuq işlərini görmək istəyirlər. Çünki onlar da öz gözləri ilə görüb əmin olmaq istəyirlər ki, Azərbaycan dövləti həqiqətən də dinc quruculuqla məşğuldur”.

A.Həsrət bildirib ki, ona görə də istər Şuşada, Xankəndidə, istərsə də Füzulidə, eləcə də azad edilmiş digər ərazilərdə bu cür tədbirlərin keçirilməsini dəyərləndirməliyik: “Laçında Zirvənin keçirilməsinə gəlincə - bəli, Laçında mən özüm də olmuşam. Həqiqətən də işğaldan azad edildikdən qısa bir müddət sonra orada elə gözəl şəkildə bərpa işləri aparılıb ki, Laçının sadəcə olaraq gözəlliklərinə tamaşa etmək yetərlidir. Hesab edirəm ki, Azərbaycanın Türk dövlətlərinin rəhbərlərinə bu gözəllikləri göstərməsi, bu tədbiri məhz orada keçirməsi də bununla bağlıdır. Yəni biz necə qurucu bir millət olduğumuzu, bunu öz gücümüzlə bacardığımızı nümayiş etdiririk. Eyni zamanda, Laçın hava limanının tikintisi də başa çatmaq üzrədir. Artıq yoxlama uçuşları da edilib, bununla bağlı görüntülər bir neçə gün öncə yayılmışdı. Mümkündür ki, əgər yetişdirsələr, həmin hava limanının açılışını da elə türk dövlətlərinin rəhbərləri ilə birlikdə etsinlər.

Ümumiyyətlə, Azərbaycan bütün uğurlarına türk dövlətlərini ortaq etməyə həvəslidir. Çünki biz özümüzü tək, təcrid olunmuş bir dövlət kimi deyil, türk dövlətlərindən biri kimi görürük və dünyaya da bu şəkildə təqdim edirik. Ona görə də türk dövlətlərinin rəhbərlərini daim yanımızda görmək istəyirik və əlbəttə, azad edilmiş torpaqlarda - həm Qarabağda, həm də Şərqi Zəngəzurda..."

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:207
embedMənbə:https://www.turkustan.az
archiveBu xəbər 12 Aprel 2025 09:40 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bitki yağının təbii olub olmadığnı necə müəyyən etmək olar? EKSPERT AÇIQLADI

11 Noyabr 2026 17:40see322

Qazaxıstan COP31 də Azərbaycan və Özbəkistanla birlikdə yaşıl enerji dəhlizi layihəsini təşviq edir.

11 Noyabr 2026 23:37see316

Zobu olanlar xurma yesin Təsiri

11 Noyabr 2026 16:16see313

Çinlilər toyuğun bu hissələrini yemir Səbəb

11 Noyabr 2026 22:18see299

“Şahdəniz” neft sənayemizin şahanə yatağı

12 Noyabr 2026 13:03see299

“Səhiyyə sistemində islahatların nəticələri yaxın mərhələdə daha aydın görünəcək” DEPUTAT

11 Noyabr 2026 15:23see290

Bred Pittin toy günü verdiyi qəribə vəd illər sonra üzə çıxdı

11 Noyabr 2026 19:07see280

Ucuz qiymətə onlarla maşının satışa çıxarılacağı tarix açıqlandı SİYAHI

11 Noyabr 2026 22:13see280

Gülağası Mirzəyev: Balet artistinin səhnədəki zərif hərəkətlərinin arxasında illərin zəhməti dayanır

12 Noyabr 2026 01:28see278

Valideynlərə xəbərdarlıq: Uşaqlara dərmanı qaşıqla verməyin

11 Noyabr 2026 23:17see264

Qərbi Azərbaycanın itirilmiş yurd yerləri: Qursalı kəndinin acı taleyi

11 Noyabr 2026 19:34see246

Məşqdə faciə: 22 yaşlı futbolçu vəfat etdi

11 Noyabr 2026 18:16see237

​Bomba təhdidinə görə 300 məktəb təxliyyə edilib İtaliyada şok olay

11 Noyabr 2026 19:35see236

Buğdanın qiyməti dörd aylıq artımdan sonra azalıb

11 Noyabr 2026 17:20see232

Adil Kazımlı: “Əldə etdiyim uğurda əməyi olan hər kəsə minnətdarlığımı bildirirəm”

12 Noyabr 2026 02:08see232

Çörəklərin içində narkotik gizlətdilər

11 Noyabr 2026 18:45see229

Atəşkəs təklifimizi rədd etdi

12 Noyabr 2026 02:34see223

Noyer Bavariya nın əsas qapıçısı olaraq qalacaq? zədədən sonra

12 Noyabr 2026 00:16see220

Təranə Musa cütlüyünün evi müzakirə yaratdı (Video)

12 Noyabr 2026 15:26see198

Vəba və taun xəstəlikləri ilə bağlı vəziyyət olduqca çətindir Putin

12 Noyabr 2026 21:05see198
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri