Icma.az
close
up
RU
Rafa Silva məşqə çıxdı!

Rafa Silva məşqə çıxdı!

Footbal-plus portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Son həftələrdə ''Beşiktaş''da əsas gündəm mövzusu olan Rafa Silva nəhayət, belə desək, daşı ətəyindən tökməli oldu və bu məsələ ölü nöqtədən tərpəndi.

"Football-plus.az" xəbər verir ki, başqan Sərdal Adalı ilə baş məşqçi Sərgən Yalçın hələ noyabrın 15-də birlikdə mətbuat konfransı keçirərək portuqaliyalı futbolçu ilə bağlı qalmaqallı həqiqətləri açıqlamışdılar. Məhz həmin vaxt ulduz futbolçunun məşqlərə və oyunlara çıxmaq istəmədiyi, eləcə də qış transfer dönəmində Türkiyədən ayrılmaq niyyətində olduğu məlum olmuşdu. Silva əvvəl əzələ, sonra da bel ağrılarını bəhanə gətirsə də, tibbi müayinə zamanı onun heç bir ciddi probleminin olmadığı aşkarlanmışdı.
Noyabrın 2-dən bu yana, yəni 1 aydan çoxdu, məşqlərə çıxmayan 32 yaşlı futbolçu nəhayət, dünən məşqçilər korpusunun bir üzvünün başçılığı altında fərdi məşqə çıxdı. Bu gün isə onun komanda ilə məşqə çıxacağı gözlənilir. Bir müddət öncə vitse-prezidenti Murat Kılıç ''Rafanı mütləq yenidən qazanacağıq, indi bir qədər məşq praktikası azdı, amma üzərində çalışır'' açıqlamasını vermişdi.
Hətta fiziki durumunu yaxşılaşdıracağı təqdirdə Rafa Silvanın bazar ertəsi ''Qaziantep''ə qarşı oyunda adının iştirak ərizəsinə salınacağı istisna edilmir. Amma klubla 2027-yə qədər müqaviləsi olan bu futbolçunun gələcək taleyi hələ də qeyri-müəyyəndi.
Ola bilər ki, Rafa Silva sadəcə qış transfer dönəminə qədər öhdəliklərini yerinə yetirərək oyunlara çıxmağa razılıq verib.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:137
embedMənbə:https://www.football-plus.az
archiveBu xəbər 04 Dekabr 2025 12:18 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

ABB də pulu qalan müştərinin üsyanı

06 Oktyabr 2026 09:15see1175

Türkiyədən İsrailə 456 gəmi səfəri: “Sıfır ticarət”in görünməyən tərəfi ARAŞDIRMA

06 Oktyabr 2026 10:33see358

Pünhan Piriyevin 15 min manat iddiasına Alim Qasımovdan CAVAB VİDEO

05 Oktyabr 2026 16:18see346

Bu toplanış bizi daha da birləşdirdi Rəşad Eyyubov

05 Oktyabr 2026 20:52see345

Hədəf 2028 ci ilədək Naxçıvanı heyvan xəstəliklərindən azad zonaya çevirməkdir

05 Oktyabr 2026 21:26see344

“Əlimizdən gələni edəcəyik” Rəşad Eyyubov

05 Oktyabr 2026 21:20see337

Prezidentin səlahiyyətli nümayəndəsi Naxçıvandakı iki əsas problemi AÇIQLADI

05 Oktyabr 2026 23:07see299

Səlahiyyətli nümayəndə: Naxçıvanın enerji şəbəkəsi ölkənin vahid sisteminə və ixrac magistrallarına qoşulacaq

05 Oktyabr 2026 21:42see275

NBC: “Flydubai” pilotu təkbaşına hərəkət etmiş ola bilər

06 Oktyabr 2026 00:45see245

Azərbaycanda taunla bağlı məhdudlaşdırıcı tədbirlər olacaq?

05 Oktyabr 2026 15:58see217

70 yaşlı qadın infarktın ilkin əlamətlərini AÇIQLADI

05 Oktyabr 2026 16:52see204

3 aylıq olanda nə baş veribsə xatırlayır

05 Oktyabr 2026 18:11see204

Toyda döyülən 32 yaşlı kişi öldü FOTO

06 Oktyabr 2026 02:48see201

Ceyranbatanda toyda dava Biri komadadır

05 Oktyabr 2026 15:49see197

Fridrix Merts: Baltikyanı ölkələrin təhlükəsizliyi Almaniyanın təhlükəsizliyidir

06 Oktyabr 2026 02:22see196

Toy yasa döndü: Dava zamanı komaya düşən Cavid vəfat etdi Foto

06 Oktyabr 2026 06:25see188

Ceyhun Bayramov və Marko Rubio Azərbaycan ABŞ strateji tərəfdaşlığını müzakirə ediblər

05 Oktyabr 2026 20:39see184

UEFA Millətlər Liqası 2026/2027 mövsümünün 5 oktyabr oyunlarının cədvəli

05 Oktyabr 2026 12:27see177

Antonio Konte Mançester Yunayted və Yuventus un maraq dairəsindədir

06 Oktyabr 2026 00:59see174

Adəm İsmayıl Bakuvi Prezidentə məktub yazıb

06 Oktyabr 2026 19:04see161
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri