Icma.az
close
up
RU
Türk Müsəlman dünyasının aydınları: Əhməd Molla Nasir oğlu IX YAZI

Türk Müsəlman dünyasının aydınları: Əhməd Molla Nasir oğlu IX YAZI

Modern.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Qədim Kiyev şəhəri  mənzillərindən birində divardan asılan, zərif naxışlarla ilmələnən, Şərq miniatür və Türk-Müsəlman ipək nəqqaşlığının incisi olan “Buxara xalçası”nın üzərində 1920-ci ildən qalma bir topa qan ləkəsinin izi indi də durur. 1917-1920-ci illərdə Türküstan diyarı işğalının yeni mərhələsində rus ordusunun komandanı M.V.Frunze (1885-1925) Buxara xanlığının sonuncu hakimi Seyid Mir Məhəmməd xan Əbdüləhəq xan oğlunu (188-1944) öldürdükdə, onun həyat yoldaşı Həlimə xatun (Buxara hakimi olmuş Seyid Ömər Şərifin qızı) özünü öldürərək, Namusunu qoruyaraq qanını həmin xalının üzərinə tökmüşdür. Xanın qarət edilmiş malı-mülkü zirehli qatarla Moskva şəhərinə göndərilir, həmin xalçanı götürməkdən imtina edən İ.Stalin onu qatarın maşinistinə verir...və beləliklə, qiymətli, lakin, qarət edilmiş 200 illik yaşa malik, qədim incəsənət-tətbiqi rəssamlıq nümunəsinin, ipək/yun nəqqaşlıq zinyətinin son yeri kimi Dnepr çayının sahillərində bir ünvan qazanır...

Türküstan diyarının əski təkamül mərhələləri e.ə. II minillikdən başlayaraq Erkən və Son Orta əsrlər dövrünədək (çar Rusiyasının işğalcılıq siyasətinin yürüdüldüyü XVI-XVIII əsrlərədək) davam etdiyindən bölgənin qədim dövlətçilik ənənləri, milli-etnomənəvi və tarixi-maddi mədəniyyət irsi, dini-sakral dəyər fəlsəfəsinin ocaqları, elm və sənət məbədləri....barədə tarixi bilgilər həm şifah-yazılı salnamələrdə, həm təbii-coğrafi ərazilərdə, həm də elmi-dünyəvi, müqəddəs ocaq məbədlərində qorunub saxlanılmışdır. Bu sırada Sır-Dərya və Amu-Dərya çaylarının yuxarı hövzələrini, Uyğur vilayətinin qərb hissələrini tutan Oğuz-Türkmən-Cığatay...uluslarını, qədim Türk-Müsəlman qollarını özündə birləşdirən və XV əsrdən Buxara dövləti/xanlığı adı altında, 1747-ci ildən həmçinin Xəzər dənizi sahillərinə kimi əraziləri özündə birləşdirən Buxara əmirliyi tarix səhnəsində/səhifəsində şərəfli yer tutmaqla, hakimiyyət-mədəniyyət (Mərkəzi Asiyada Mədəniyyət və İslam ocağı kimi tanınan), həm də, Türk-İslam sivilizasiya mərkəzi biri olmuşdur.

Haşiyə. ProtoTürk dilli əski Moğolların Uruday və Manqutay sülalələri X əsrdən başlayaraq Türküstan, Xəzər dənizi hövzəsi və Anadolu yaylasında məskunlaşmış, iri qəbilə-tayfa İttifaqları yaratmış, dayanıqlı hakimiyyət idarəetmə sisteminə (o cümlədən, Buxara mahalı ərazisində, Buxara şəhərinin əsası I əsrdə qoyulmuşdur) nail olmuşlar. Bu barədə məşhur həkim-alim Rəşid əd-Din Fəzlullahın (1247-1317) “Salnamələr toplusu” (Moğol imperiyası tarixi barədə) əsərlərində, moğol  tarixçisi və bu xalqın 1-ci arxeoloqu X.D.Perleenin (1911-1982) tədqiqatlarında (“Qədim Moğolların tarixi Böyük köçü...” kitabı, 1966) geniş məlumatlar verilmişdir.

Bütün Türküstan diyarının, bu sırada Buxara bölgəsinin tarixi və mədəniyyət zənginliyi Orta əsrlər dövrü zaman kəsiyində elmi və dini-fəlsəfi təkamül mərhələləri ilə səciyyələnmiş, görkəmli xadimlərin adlarını qiymətli məxəzlərdə, tarixi-ədəbi risalələrdə, elmi və bədii əsərlərdə, Şərq memarlığının maddi abidələrinin naxışlarında...pozulmaz izlər buraxmışlar.

Əlverişli təbii-coğrafi bölgə olmaqla Türküstan diyarının XIX əsr boyunca rus işğalçılarının hədəfində olması, yuxarıda qeyd edilən Təbəddülat zənginliyinin məhv edilməsi də düşmən siyasətinin tərkib hissəsi olmuşdur. Belə ki, Buxara əmirliyində siyasi-hərbi mövcudluğunu gücləndirən rus imperiyası iqtisadi hakimiyyətini daha da genişləndirmək məqsədi ilə 1884-cü ildə Cərco-Buxara şəhərləri arasında (Xəzər dənizi sahilindən Daçkənd şəhərindək uzanan) dəmiryolu xətti çəkməklə həm də, Türk-Müsəlman maddi-mədəniyyət abidələrinin məhv edilməsi niyyətini güdmüşdür. Bu layihə ilə tanış olan Buxara hakimi Əmir Müzəffər Nəsirullah xan oğlu (1834-1885) vəziri, alim-filosof Əhməd Molla Nasir oğlu (el arasında “Kəllə Əhməd” deyilib) ilə məsləhətləşir. Uzaqgörən Söz və Fikir Adamı düşmənin niyyətini bildiyindən bu iş üçün ayrıca layihə işləyir və beləcə Buxara  şəhərinin  qiymətli tarixi-memarlıq irsi (Qovguşan və Koş mədrəsələri, Nuqay karvansaray kompleksi, şəhərin qədim memarlıq inciləri tikilən hissəsi...) məqsədli şəkildə yer üzündən silinmək təhlükəsindən xilas olur və dəmir yolu xətti Buxara şəhərindən 12 km aralı çəkilir, həmin yerdə salınan yaşayış məntəqəsi sonralar-Yeni Buxara - Kaqan  şəhəri adlanıb.

Buxara əmirliyinin, eləcə də, Türküstan diyarının XIX əsr görkəmli aydınlarından, filosoflarından biri olmuş Əhməd Molla Nasir oğlu 1827-ci ildə Buxara bölgəsində, Süqut obasında (Özbəkistan Respublikas, Şafirkan nahiyəsi) ruhani ailəsində doğulub, müqəddəs dini kitabları oxumaqla yanaşı, poeziya, tətbiqi incəsənət, nəqqaşlıq, miniatür rəssamlığı, poeziya, kalliqrafiya, astronomiya ilə  maraqlanıb. “Danış” təxəllüsü ilə şerlər yazmış, Türküstan diyarı bölgələrinə səyahətlər etmiş, dünyagörüşünü genişləndirmiş və dövlətinin çar Rusiyasında elçisi kimi (üç dövlət səfərlərində-1857-ci il, 1868-1870-ci illər və 1874-cü il) şöhrət qazamnışdır.  

Əmir Seyid Nəsirullah Bahadur xan oğlu (1806-1860)  sarayında  mahir xəttat və rəssam kimi fəaliyyət göstərib, eləcə də, hakimin Sankt-Peterburq şəhərində rus çarları I Nikolayla (1796-1855), II Aleksandr (1818-1881)  ilə görüşlərində iştirak, 1868-ci ildə əmir Müzəffərin şimal səfərində onu elçi kimi müşayət etmişdir, Dövlət və Xalq qarşısında şərəfli Türk-Müsəlman dərəcəsinə layiq həyat yaşamışdır.

   Görkəmli alim ilk növbədə Türküstan diyarının Türk-Müsəlman xalqlarının XIX əsrdə üzləşdiyi və xarici təcavüz siyasəti nəticəsində yaranmış dövlət idarəçiliyi tərzinin, milli-mədəni və dini-azadlıq təməl prinsiplərinin, maarifçilik və təkamül ideyalrının yenilənməsi (Cədiddçilik hərəkatı) uğrunda fəaliyyətini gücləndirmiş, bu məqsədlə nəzərdə tutduğu islahatlar toplusunu Buxara hakimi Müzəffər xana təqdim etmişdir. Dövlətin idarəedilməsində xalq məclisinin, milli təşəbbüs/təəssüb yığıncağının vacibliyi ilə yanaşı, Xalqın tərəqqisində elmin, mədəniyyətin, maarifin, dini-sakral irsin dəyərini xüsusilə öndə tutmağı vacib sayırdı. Bu istiqamətində dünya tərəqqisinin yolunu da örnək kimi qəbul etməyi Əmiri-Hakimə tövsiyə edirdi...

Əqidəsinin qulu və Ruhunun hakimi olan Alim/Mütəfəkkir yazırdı (və deyirdi):

-Təəssüf edirəm ki, zamanımızda qulaqlar eşitmir, gözlər görmür, ona görə də, mənə aydın olanları kağıza köçürməkdən başqa çarəm və çıxış yolum yoxdur...

  ...və yaxud:

 -...elm qazanc mənbəyi olmamalıdır, bu təlabat cəmiyyətin imkişafına və xalqın mənəvi təkamülünə təkan verməlidir...

Buxara əmirliyinin sarayında xidmət etsə də, Əhməd əfəndi əmir Müzəffərə (onun sifarişi ilə “Nadir hadisələr” sənədli nəsrini yazmışdır) dövlət idarəçiliyndə buraxdığı çatışmazlığı, cəmiyyətin inkişafına mənfi təsir edən amillərin aradan qaldırılmasında tədbirlərin görülməməsi, sivilizasiya mərkəzi kimi Türküstan diyarı xalqlarının mənəvi və mədəni tərqqisi  naminə elmin, dini-sakral təlimin geniş yayılmasının zəruriliyi...barədə təkliflərini, açıq tənqidi fikirlərini bildirmişdir ( daha sonra, Britaniya və Rusiya imperiyalarının siyasi-iqtisadi məqsədlərinin dərin köklərini Əmirin nəzərinə çatdırmışdır). Məhz bu səbəbdən O, ömrünün son illərini dövlət-saray mühitindən uzaq keçirmiş, ucqar nahiyələrdə  öyrətmən həyatnı sürmüşdür.

Həmişə xalqın içərisində olmuş, xalq ruhu ilə həyatını və ictimai xidmətlərini yoğuran, dövlətçilik və mədəniyyət irsinin təkamülü ideyalarının XIX-XX əsrlərdə qəbul edildiyi bu filosof xadim 1897-ci ildə Buxara şəhərində vəvat etmiş, orada dəfn edilmidir.

Sovet hakimiyyəti illərində Onun  Haqq Ocağı dağıdılmışdır...

P.S. Əhməd Dahinin ədəbi, ictimai-siyasi, dini-fəlsəfi baxışlarının əsas hissələri Düşənbə şəhərində çap edilmiş “Buxara şəhərindən Peterburq şəhərinə səyahət” (1960) və “Manqus sülaləsinin tarixi” (1967) əsərlərində ifadə edilmişdir.

Qismət  Yunusoğlu,
BDU-nun müəllimi  (050.372.60.08.)

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:181
embedMənbə:https://modern.az
archiveBu xəbər 21 Aprel 2025 13:41 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Lotereyada 2 milyard dollara yaxın pul qazanıldı, götürən yoxdur

21 Yanvar 2026 13:23see256

Fermada yaşayan dörd uşaq anası sosial yardım ala bilmədiyini deyir

21 Yanvar 2026 02:35see239

Çempionlar Liqasının əsas mərhələsinin turnir cədvəli: “Qarabağ” 18 cidir

22 Yanvar 2026 02:54see229

Tramp BMT yə alternativ təşkilatı elan edəcək

21 Yanvar 2026 14:19see226

Rodriges: neft satışından əldə olunan gəlirlər Venesuela iqtisadiyyatının möhkəmləndirilməsinə yönəldiləcək

21 Yanvar 2026 05:25see223

Bilal Ərdoğan Gəncədə “İmamzadə” ziyarətgahını ziyarət edib

20 Yanvar 2026 23:41see213

İsrail onlarla humanitar təşkilata lisenziya verməkdən imtina edib

22 Yanvar 2026 12:46see204

Bəhlul Mustafazadə tarixə düşdü KONKRET

22 Yanvar 2026 00:46see194

Rusiya xarabalıq bayquşları”nı Bakının üstünə göndərdi Təyyarə qəzasından sonra...

21 Yanvar 2026 04:09see183

Kollektiv Qərb keçmişdə qalıb və geri qayıtmayacaq

21 Yanvar 2026 04:25see174

“Kapital Bank”ın İdarə Heyətinin sədri yeni strateji vəzifəyə təyin olunub

21 Yanvar 2026 18:22see168

Azərbaycanda müxtəlif istiqamətlərdə müntəzəm avtobus marşrutları müsabiqəyə çıxarılır

21 Yanvar 2026 17:39see167

ÇL: İstanbulda hesab açıldı YENİLƏNİR

21 Yanvar 2026 22:01see165

Azərbaycan regionu iki dəfə qabaqlayır Rəqəmlər nə deyir?

22 Yanvar 2026 16:11see157

UEFA Çempionlar Liqası: Qarabağ Ayntraxt Frankfurt la qarşılaşır

21 Yanvar 2026 08:15see154

Vəhşi heyvanlar kəndə hücum edir Sakinlər qorxu içindədir

21 Yanvar 2026 14:39see152

Tramp Makronun təklifini rədd etdi

21 Yanvar 2026 00:31see150

Simpsonlar serialından 2026 cı il üçün dəhşətli proqnozlar

21 Yanvar 2026 22:36see149

PSJ nin hücumçusu La Liqada çıxış edə bilər

21 Yanvar 2026 00:29see147

Qarabağ dan Ayntraxt a daha bir zərbə

22 Yanvar 2026 01:03see145
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri