Icma.az
close
up
RU
Türk ölkəsi tarixi xətti dəyişdi: Ərdoğana gözlənilməz xəbər Növbədə Bakıdır

Türk ölkəsi tarixi xətti dəyişdi: Ərdoğana gözlənilməz xəbər Növbədə Bakıdır

GlobalInfo saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Şimali Kipr Türk Respublikasının (ŞKTR)  yeni prezidenti Tufan Ərhürman gözlənildiyi kimi ilk xarici səfərini Türkiyəyə etdi. Prezident Rəcəb Tayyib Ərdoğanın dəvəti ilə reallaşan görüş çərçivəsində tərəflər Kipr məsələsi ilə bağlı mövcud durum barədə fikir mübadiləsi aparıblar. Həmçinin iki ölkə arasında münasibətlərin bütün istiqamətlərdə müzakirə olunacağı bildirilib.

Tufan Ərhürmanın ilk xarici səfərini Türkiyəyə etməsi indiki məqamda təkcə diplomatik protokol deyil, həm də siyasi reallıqdan doğan zərurətdir. Məlumdur ki, Ankara Şimali Kiprin beynəlxalq səviyyədə tanınmaması səbəbindən bu dövlət üçün yeganə təhlükəsizlik təminatçısı və iqtisadi dayaq kimi çıxış edir. Yeni rəhbərliyin əvvəlkindən fərqli görüşləri olsa da, görünür, legitimlik qazanmaq prosesində Türkiyə ilə əməkdaşlıq davam edəcək. Bir sözlə, yeni rəhbərlik siyasi xəttini əvvəlki prezident Ersin Tatar dönəmindən tam qoparmadan, amma özünün daha çox müzakirəyə açıq, dialoqa meyilli siyasi imicini formalaşdıraraq Türkiyə ilə münasibətləri mərkəzə qoyur.

Ərhürman–Ərdoğan görüşünün gündəliyinə “Kipr probleminin müzakirəsi”nin daxil edilməsi xüsusilə diqqət çəkir. Məsələ ondadır ki, Ərhürmanın qələbəsi regionda maraqlı bir çox aktor üçün sürpriz oldu. Nəzərə almaq lazımdır ki, Ersin Tatarın Türkiyə, Azərbaycan və Türk dünyası ilə kifayət qədər yaxın əlaqələri vardı. Tatar, ŞKTR-nın Türk Dövlətləri Təşkilatına (TDT) müşahidəçi üzvlüyünü təmin etmiş, gələcəkdə ölkənin müstəqilliyinin tanınması istiqamətində fəal işlər görmüşdü. Bu baxımdan yeni prezidentin hansı siyasi xətti izləyəcəyi Ankara nəzdində də haqlı suallar doğurur.

Əvvəllər də dediyim kimi, Ərhürmanın hədəfi Kipr türklərini beynəlxalq təcriddən çıxarmaqdır. Bu məqsədə isə federasiya modelinin canlandırılması ilə nail olmağı düşünür. Yəni Ərhürman ŞKTR-nın müstəqil dövlət kimi tanınmasını prioritet hesab etmir. Çünki bu istiqamətdə beynəlxalq dəstəyin kifayət qədər zəif olduğunu anlayır. Əvəzində, Kiprin siyasi birliyini qoruyaraq türklərin hüquq və təhlükəsizliyini təmin edən birgə yaşayış modelini dəstəkləyir.

Şimal–Cənub arasında danışıqlar illərdir dondurulub. Türkiyə uzun müddətdir iki dövlətli həll modelini ən realist variant kimi təqdim edir. Lakin Ərhürman əvvəlki Tatar administrasiyası qədər sərt mövqeli fiqur deyil və bu fərq danışıqların konturunu dəyişmək potensialına malikdir. Ankara üçün əsas məsələ danışıqlar masasına hansı prinsiplərlə oturulacağıdır.

Ərdoğanın Ərhürmanı Beştəpədə rəsmi mərasimlə qarşılamasına xüsusi diqqət yetirməsi də göstərir ki, Ankaranın nəzərində ŞKTR müstəqil ölkə, Ərhürman isə prezidentdir. Bunu beynəlxalq diplomatik təcridin yumşaldılması üçün rəsmi dəstək nümayişi və Türkiyənin Kipr məsələsini öz milli məsələsi kimi təqdim edən siyasi xəttinin davamı kimi başa düşmək olar.

Təbii ki, ŞKTR-nın Tufan Ərhürman rəhbərliyi dövründə hansı xətti tutacağını zaman göstərəcək. Bununla belə onun növbəti səfərini Azərbaycana etməsi də istisna deyil.


Turan Rzayev
Globalinfo.az

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:124
embedMənbə:https://globalinfo.az
archiveBu xəbər 14 Noyabr 2025 14:01 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Dəfn edilməyə aparılan körpə yolda ayıldı Bakıda ŞOK HADİSƏ

01 Yanvar 2026 23:36see236

Azərbaycanlı müğənni: Ay ailə başçıları, gey müğənniləri niyə toya çağırırsız?! FOTO

02 Yanvar 2026 04:55see225

Röya 3 kişi ilə yataqda VİDEO

02 Yanvar 2026 04:04see193

“Ölümü” Ukraynanın xüsusi əməliyyatı olubmuş − Denis Kapustin sağdır

01 Yanvar 2026 20:01see186

Əsrarəngiz türk qızlarının dəniz keyfi (VİDEO, FOTO)

01 Yanvar 2026 05:14see161

Azərbaycanlı qanuni oğru lar: 21 ci əsrdə... FOTO

01 Yanvar 2026 05:26see150

Xarici borcun tənzimlənməsi: Azərbaycan üçün “təhlükəsizlik yastığı”

01 Yanvar 2026 10:27see150

Azərbaycanlı trans: Əvvəl oğlumun atası, sonra anası olacağam VİDEO

02 Yanvar 2026 05:55see147

2026 cı ilin ilk günündən qüvvəyə minən QANUNLAR

01 Yanvar 2026 09:05see144

“Qarabağ bizim idi, indi bizim deyil” ifadəsi tələdir Paşinyan

01 Yanvar 2026 12:55see143

Əzgilin bu faydaları varmış...

02 Yanvar 2026 05:09see142

“Formula 1”də ən çox qazanan sürücülər: 2025 ci ilin ən yaxşı 5 pilotu

01 Yanvar 2026 18:03see139

Türkiyədə Fələstinə dəstək üçün 520 min nəfər Qalata körpüsündə toplaşıb FOTOLENT

01 Yanvar 2026 18:21see136

KİV: Aktyor Tommi Li Consun qızının meyiti Kaliforniyadakı hoteldə tapılıb

02 Yanvar 2026 08:52see136

Niyə müalicə üçün xaricə gedirik? ARAŞDIRMA

01 Yanvar 2026 13:14see136

Putinə qarşı bu addım vəziyyəti ağırlaşdırdı Türkiyəli politoloq

01 Yanvar 2026 11:43see134

Türkiyə Çin vətəndaşları üçün vizanı ləğv edib

01 Yanvar 2026 17:48see132

Pensiya yaşı ilə bağlı QƏRAR VERİLDİ Bu ildən...

01 Yanvar 2026 09:53see130

Putin cavan qalmaq üçün gözləməli olacaq KONKRET

01 Yanvar 2026 19:30see129

Səhralar yaşıllaşacaq: Çinli alimlərdən inqilabi metod

02 Yanvar 2026 02:41see129
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri