Icma.az
close
up
RU
Türk Ordusu modelinin ayaq səsləri eşidilir ŞƏRH

Türk Ordusu modelinin ayaq səsləri eşidilir ŞƏRH

Icma.az, Sherg.az portalına istinadən məlumat yayır.

Qazaxıstanla birgə təlimlər təkcə hərbi əməkdaşlıq deyil, həm də strateji həmrəyliyin və siyasi mesajın ifadəsidir


Azərbaycan və Qazaxıstan hərbçilərinin iştirakı ilə pilotsuz uçuş aparatları (PUA) sahəsində “Tərlan-2025” birgə taktiki-uçuş təlimi başlayıb. Müdafiə Nazirliyindən verilən məlumata görə, manevr Azərbaycanda keçirilir.

Bildirilib ki, təlim rəhbərləri mərasimdə iki ölkə arasında keçirilən birgə fəaliyyətin əhəmiyyətini vurğulayıblar. Azərbaycan-Qazaxıstan hərbi əməkdaşlığının möhkəmləndirilməsində bu təlimin xüsusi rola malik olduğu bildirilib. Daha sonra ssenariyə uyğun olaraq, şəxsi heyət qarşıya qoyulan tapşırıqların mərhələlər üzrə uğurla icrasına başlayıb.

Təlim iyulun 10-dək davam edəcək.


“Tərlan-2025” birgə taktiki-uçuş təlimin dəyərləndirən siyasi şərhçi Azər Həsrət Sherg.az-a  açıqlamasında qardaş Qazaxıstan və digər türk dövlətləri ilə ortaq hərbi təlimlərin keçirilməsinin təqdirəlayiq hal olduğunu bildirib. Onun sözlərinə görə, Azərbaycanın Qazaxıstan və digər türk dövlətləri ilə birgə hərbi təlimlər keçirməsi təkcə hərbi əməkdaşlıq deyil, həm də strateji həmrəyliyin və siyasi mesajın ifadəsidir: 

“Bu cür təlimlər, ilk növbədə, qarşılıqlı etimadı möhkəmləndirir, tərəfdaş ölkələrin ordularının qarşılıqlı fəaliyyət qabiliyyətini artırır və ortaq müdafiə konsepsiyalarının formalaşmasına zəmin yaradır. Hərbi təlimlər eyni zamanda türk dövlətlərinin ortaq təhlükəsizlik arxitekturasının yaranmasında bir mərhələdir. Azərbaycan 44 günlük Vətən müharibəsində müasir texnologiyalar, yüksək dəqiqlikli zərbə sistemləri (xüsusilə PUA-lar), real vaxt kəşfiyyat imkanları və ağıllı taktiki yanaşmalar sayəsində hərbi tarixə düşəcək bir qələbə qazandı. Bu qələbə sadəcə hərbi üstünlük deyil, həm də beynəlxalq hüquqa və humanist davranış normalarına sadiqlik nümunəsi idi. Bu baxımdan Azərbaycanın döyüş təcrübəsinin digər türk dövlətləri ilə paylaşılması mühüm strateji investisiyadır.

Türk dövlətləri müstəqil siyasət yürütmək istəsələr də, bəzi qonşu güclər regionda nüfuzlarını qorumaq üçün müxtəlif vasitələrlə təzyiq göstərirlər. Mərkəzi Asiya dövlətləri bu səbəbdən geosiyasi balans siyasəti aparmaq məcburiyyətində qalıblar. Lakin Azərbaycan və Türkiyə ilə sıx hərbi-siyasi əməkdaşlıq bu ölkələrə öz təhlükəsizliklərini kollektiv şəkildə təmin etməyə, təzyiqlərə qarşı müqavimət göstərməyə imkan verir. Ortaq hərbi təlimlər bu baxımdan həm də siyasi çəkindirici funksiyanı yerinə yetirir”.

A. Həsrətin sözlərinə görə, Qazaxıstan və Qırğızıstanın Rusiya rəhbərliyindəki Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına (KTMT) üzv olması onların strateji azadlığını müəyyən qədər məhdudlaşdırır: “Ermənistan artıq təşkilatdan uzaqlaşmaq üzrədir. Tacikistanın da faktiki fəaliyyətsiz qalması bu təşkilatın gələcəyinin sual altında olduğunu göstərir. Belə bir şəraitdə Qazaxıstan və Qırğızıstanın bu qurumu tərk etməsi təkcə simvolik addım deyil, həm də real təhlükəsizlik maraqlarına cavab verən strateji qərar ola bilər. Türk Dövlətləri Təşkilatı (TDT) çərçivəsində əməkdaşlıq son illərdə nəzərəçarpacaq dərəcədə dərinləşsə də, bu əməkdaşlıq daha çox iqtisadi və mədəni sahələrdə aktiv olub. Halbuki qlobal və regional təhdidlərin artdığı bir dövrdə hərbi inteqrasiya, ortaq müdafiə doktrinası və təhlükəsizlik sistemi formalaşdırılması artıq qaçılmazdır. Türkiyə və Azərbaycanın təcrübəsi əsasında ortaq hərbi qərargah və koordinasiya mexanizmi qurulmalıdır. "Bayraktar", "Harop" və digər sistemlərin texnologiya transferi və birgə istehsalı gündəmə gətirilməlidir. Türk ölkələri arasında qarşılıqlı zabit hazırlığı və təlim proqramları genişləndirilməlidir. Rəqəmsal müharibə dövründə ortaq kəşfiyyat bazası və kibertəhlükəsizlik sistemləri yaradılmalıdır”.


Rusiya daxilindəki etnik və siyasi parçalanmaların artıq hipotetik deyil, real təhlükə olduğunu vurğulayan A.Həsrət əlavə edib ki, Ukrayna müharibəsinin nəticələri, daxili separatizm tendensiyaları və iqtisadi tənəzzül Moskvanın imperiya resurslarını sürətlə tükəndirir: 

“Qardaş Qırğızıstan və Qazaxıstan  KTMT-dən çıxmalıdır ki, Rusiya meydanda tək qalsın. Onsuz da Rusiya artıq çökmək ərəfəsindədir. Onun yerində 41 müstəqil dövlət qurulacaq. Rusiya dağıldıqdan sonra yaranacaq yeni türk dövlətləri həm siyasi, həm də ideoloji baxımdan Türk dünyasının bir hissəsi olmaq istəyəcəklər. Ona görə də türk dövlətlərinin inteqrasiyası qısa zamanda reallaşdırılmalıdır. Baş verən proseslər indidən qurulacaq inteqrasiya və təhlükəsizlik mexanizmlərinin nə qədər vacib olduğunu göstərir. Türk Ordusu modelinin qurulması qarşıdakı illərdə türk dövlətlərinin müstəqilliyini və təhlükəsizliyini təmin edəcək əsas amillərdən biri olacaq”.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:209
embedMənbə:https://sherg.az
archiveBu xəbər 10 İyul 2025 12:39 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Zəfər Gününə həsr olunan fləş mob Video

08 Noyabr 2026 13:20see593

Rostropoviçlərin ev muzeyində anım tədbiri “Dostluğun və musiqinin harmoniyası”

07 Noyabr 2026 14:15see319

Röya bu gün açıq havada konsert verəcək Foto

07 Noyabr 2026 13:04see310

Təbrizdəki Baş Konsulluğumuzda Zəfər Gününə həsr olunmuş tədbir...

07 Noyabr 2026 19:14see310

Mədəniyyət ictimaiyyətinin nümayəndələri Zəfər Günü münasibətilə Prezident İlham Əliyevi təbrik ediblər

07 Noyabr 2026 18:05see302

Emin Ağalarov ona yüksək vəzifə verdi Foto

07 Noyabr 2026 12:25see281

Azərbaycanda investisiya xərcləri ikiqat artırılır: 5,3 milyard manat hara xərclənəcək?

07 Noyabr 2026 20:47see279

Üç nəslin musiqi varisliyi: Bakıda “Müəllim və tələbələr” proqramı təqdim olunub (Foto)

07 Noyabr 2026 16:35see277

Xruşşovka ların sökülməsinə hazırlıq gedir?

07 Noyabr 2026 18:40see266

Plastik qabların tərkibindəki maddənin körpələrin çəkisini azaltdığı aşkarlanıb

07 Noyabr 2026 18:23see263

Onların çoxu günə dua ilə başlayırdılar...

07 Noyabr 2026 20:52see247

Blez Paskal: 39 illik ömrə sığmayan dahinin axtarışları

07 Noyabr 2026 16:17see247

İllər sonra yenidən görüşdülər (Foto)

07 Noyabr 2026 21:22see245

Uşaqlıq xatirələri həyatımıza yön verir

07 Noyabr 2026 14:10see240

Foreign Affairs: Çin özünü çıxılmaz vəziyyətə salır...

07 Noyabr 2026 20:05see237

“Çıraq” platformasından indiyədək hasil edilən neft və qazın həcmi açıqlanıb

07 Noyabr 2026 10:27see229

Türkiyəli məşhur müğənni Bakıya gəlir

08 Noyabr 2026 01:01see228

Aİ 92 və dizel bahalaşacaq?

08 Noyabr 2026 01:45see227

Mustafa Ceceli də Bakıya gəlir konsert verəcək...

08 Noyabr 2026 05:05see205

Tarixi Zəfərin yol açdığı möhtəşəm Qayıdış

07 Noyabr 2026 13:35see197
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri