Icma.az
close
up
RU
Zəngəzurda ABŞ nin ayaq səsləri eşidilir ŞƏRH

Zəngəzurda ABŞ nin ayaq səsləri eşidilir ŞƏRH

Icma.az, Sherg.az portalına istinadən məlumatı açıqlayır.

Fərhad Məmmədov: “Zəngəzur dəhlizi Paşinyanın ikinci “Qarabağ Ermənistandır” səhvinə çevrilir!"


Zəngəzur dəhlizi məsələsi Ermənistan və Azərbaycanın suveren işidir. Bu barədə Kremlin mətbuat katibi Dmitri Peskov bildirib. O qeyd edib ki, Rusiya Ermənistan və Azərbaycan arasında danışıqları var gücü ilə dəstəkləyir. Ermənistan Baş naziri Nikol Paşinyanın Rusiyada səfərdə olarkən Zəngəzur dəhlizi barədə müzakirə aparacağı da deyilir. Xatırladaq ki, bir müddət əvvəl ABŞ-nin Türkiyədəki səfiri Tom Barrak Nyu-Yorkda jurnalistlərə bildirib ki, ölkəsi Zəngəzur dəhlizinə nəzarəti öz üzərinə götürməyi təklif edib. Onun sözlərinə görə, ABŞ tərəfindən 32 kilometrlik Zəngəzur dəhlizinə 100 il müddətinə nəzarət etmək təklif olunub. 

“Beləliklə, hər iki tərəf bu dəhlizdən istifadə edə biləcək”. Paşinyan özü ABŞ-nin Zəngəzur dəhlizini icarəyə götürməsi məsələsini istisna etməyib. Daha sonra İspaniyanın "Periodista Digital" nəşri Zəngəzur dəhlizi ilə bağlı gizli memorandumun əldə edildiyini iddia edib. Nəşr yazıb ki, Ermənistanın Sünik rayonundan keçərək Azərbaycanı Naxçıvanla birləşdirəcək 42 kilometr uzunluğunda nəqliyyat dəhlizi sənəddə "Tramp körpüsü" adlanır. Nəqliyyat dəhlizi Amerika şirkəti tərəfindən idarə olunacaq. Bu dəhlizdən istifadədən əldə olunacaq gəlirin 40 faizi Amerika şirkətinə, 30 faizi isə Ermənistana çatacaq. Beləliklə, Ermənistan öz ərazisindən minimum 99 il məhrum edilmiş olacaq. 


Cənubi Qafqaz Araşdırmalar Mərkəzinin rəhbəri Fərhad Məmmədov Sherg.az-a  deyib ki, ABŞ ilə Ermənistan arasında Zəngəzur dəhlizinə nəzarət məsələsi ilə bağlı danışıqlar gedir. Politoloq qeyd edib ki, bu, ABŞ-Ermənistan gündəliyində müzakirə olunan məsələdir:


 "Ermənistanda İran və Rusiya istiqamətində təmasların dinamikasının şahidi olmuşuq. Təhlükəsizlik Şurasının katibləri iki dəfə söhbət ediblər. İranın Ermənistandakı səfiri M.Sobhani baş nazirin müavini Mher Qriqoryanla görüş keçirib. Ardınca Amerikanın səfiri də baş nazirin müavini ilə görüşüb. Bundan sonra Baş nazir Nikol Paşinyan Rusiyaya gedib. Nəzərə alaq ki, əgər ABŞ Zəngəzur dəhlizi məsələsində hansısa formada iştirak etmək istəyir. Əlbəttə, bu, iki ölkəni narahat edəcək. Birinci ölkə Rusiya, ikincisi isə İrandır. Son günlər təmasların sıxlaşması da onun göstəricisidir ki, ya Ermənistan rəhbərliyi qərar qəbul etmə ərəfəsindədir, ona görə Tehranı, Moskvanı sakitləşdirmək üçün izahatlar verməyə məcbur qalıb. Ya da ki, bu təmaslar vasitəsilə hələ danışıqların getdiyini, yekun qərarın qəbul edilmədiyini göstərməyə çalışırlar. Təbii ki, Tehran və Moskva İrəvanın izahatlarını qəbul etməlidir. Bu, Ermənistan üçün çox çətin bir prosesdir. Çünki Azərbaycanla mübarizədə Ermənistan onilliklər ərzində Rusiya və İrandan hərtərəfli dəstək alıb. Ona görə də Moskva və Tehranın İrəvandan umacağı var və onlar ciddi mövqe sərgiləyə bilərlər. ABŞ-nin öz şirkət formasında olsa belə, bu strateji layihədə yer alması ciddi siqnaldır". 


F.Məmmədov Azərbaycan liderinin Şuşa Media Forumunda səsləndirdiyi bir ifadəni xatırladıb: 

"Cənab Prezident Forumda maraqlı fikir söylədi, dedi ki, Paşinyan "Qarabağ Ermənistandır, nöqtə!" ifadəsi ilə özünün həyatını mürəkkəbləşdirdi. Zəngəzur dəhlizi ilə bağlı da Paşinyanın 2021-ci ildən bəri sərgilədiyi mövqe, heç vaxt "dəhliz" olmayacaq şəklində yanaşması bu məsələni Ermənistanın daxili mövzusuna çevirdi, siyasiləşdirdi, beynəlxalq aləmə çıxarıldı. Yəni Paşinyan bu mövzunu yüklədi. Cənab Prezidentin təbiri ilə desək, özü üçün yenidən problem yaratdı. İndi arxalandığı ABŞ tərəfindən dəhlizlə bağlı məhz bu formada təklif gündəmə gəldiyi üçün Paşinyan öz ucbatından düşdüyü çətin vəziyyətdən çıxmalıdır. Azərbaycanın mövqeyi bəllidir və bu, Bakıya aid olan məsələ deyil. Dövlət başçısı da bildirdi ki, Ermənistan özü bilər, hansı formada kimə icarəyə verir. Ermənistan hansısa beynəlxalq qurumla danışıb razılaşdıqdan sonra onu Bakıya göndərməlidir. Bakı ondan sonra öz mövqeyini bildirəcək. Əgər İrəvanın xarici şirkətlərlə hər hansı razılaşması Azərbaycanın irəli sürdüyü tələblərə, gözləntilərə uyğun gəlməsə, Azərbaycan buna razılıq verməyəcək. Maneəsiz keçid və təhlükəsizliyin beynəlxalq səviyyədə qorunma qarantiyaları olmalıdır".

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:159
embedMənbə:https://sherg.az
archiveBu xəbər 24 İyul 2025 22:15 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Parisdə Cənubi Qafqazda dəyişən geosiyasi şəraitdə Azərbaycanın artan rolu təhlil olunub

15 Oktyabr 2026 01:57see406

Prezident və birinci xanım Vyetnam nümayəndə heyətini qəbul etdi FOTO/VİDEO

15 Oktyabr 2026 00:11see362

ABŞ də inflyasiyaya görə qızıl ucuzlaşır

14 Oktyabr 2026 23:27see329

ING: Neftin 10 dollar bahalaşması Azərbaycanın ixracını ÜDM in 2 4% i həcmində artıra bilər

15 Oktyabr 2026 15:39see321

Yüksək vəzifəyə təyin olunan Həbibə Paşayeva kimdir? DOSYE

15 Oktyabr 2026 13:55see281

İsrail prezidenti "Şuşa təyyarəsi" ilə Bakıya gəlib? Video

16 Oktyabr 2026 00:21see270

Qvardiola Mançester Siti nin matçında

15 Oktyabr 2026 00:33see236

Rumıniya TEGoVA toplantısının Bakıda keçirilməsi təşəbbüsünü dəstəkləyib

15 Oktyabr 2026 10:19see232

COP17 ərəfəsində İrəvanda Bakını suçlamaq cəhdi

15 Oktyabr 2026 01:35see209

AQEM in zirvə görüşü Azərbaycana nə vəd edir?

15 Oktyabr 2026 13:04see207

Laos şirkətləri Azərbaycana sərmayə yatıra bilər AÇIQLAMA

14 Oktyabr 2026 23:05see206

2026 da istehsal edilən neftin həcmi AÇIQLANDI

15 Oktyabr 2026 10:52see204

İlham Əliyevin ilk dəfə Azərbaycan Prezidenti seçilməsindən 23 il ötür

15 Oktyabr 2026 00:04see204

GEROPHARM Avstriyada uşaqlarda piylənmənin tirzepatidlə müalicəsinə dair dünyada ilk məlumatları təqdim edib (Foto)

15 Oktyabr 2026 14:54see195

Bəzi insanların riyyaziyyatı bilməmə səbəbi QAVRAMA FƏRQİ NƏDİR?

15 Oktyabr 2026 04:29see192

AL: Beşiktaş 3 xalı 3 qolla qazandı YENİLƏNİB

16 Oktyabr 2026 00:53see188

Qubanın iki kəndinin adı dəyişdirildi QƏRAR

15 Oktyabr 2026 19:19see183

Maştağa xəstəxanasında iynələri pasiyentlərin özlərinə aldırırlar?

15 Oktyabr 2026 19:50see171

Demokratik dövlətin dünyəvi məktəbi, millətin isə yeganə ortaq məkanı!

15 Oktyabr 2026 20:10see167

® Energetiklərə 3 faizədək endirimli, komissiyasız kredit fürsəti

15 Oktyabr 2026 17:26see153
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri