Icma.az
close
up
RU
TÜRKÇÜLÜK DÜŞÜNCƏSİNDƏ YENİ VİZYON

TÜRKÇÜLÜK DÜŞÜNCƏSİNDƏ YENİ VİZYON

Icma.az, Turkstan.az portalına istinadən məlumat yayır.

Yasəmən Qaraqoyunlu

Birinci ön söz:

Çox qütblü dünya "mən" anlayışını təməl alaraq formalaşir.

Çox qütblü dünyada fərqli mədəniyyətlər, sivilizasiyalar, mədəni- tarixi tiplər, düşunən varliqlar "Mən" anlayışı üzərindən öz varliqlarini təsbit edirlər, qoruyurlar.

Mədəniyyətlərin "Mən" anlayışi kürəsəl Bati mədəniyyət heğemonyasina qarşi bir dirənişdir, yox olmamaq mücadiləsidir. O üzdən "Mən" anlayışina sayğim vardir və " Mən" idrakini diri tutmaq mücadiləm vardir.

İnaniram ki, dəyərli oxucum mən anlayişina yüklədiyim identiklik və özğunlüyü, şəxsiyyət suverenliyini vurğulamaq cəhdimi sayği ilə qarşilayacaq, mən dediyim üçün ürkməyəcək. Çünki millət öz şəxsiyyət suverenliyini dərk edən, təsdiq edən "Mən" lərdən doğulur.

İkinci ön söz:

Mən yaziram. Dövlət uyğulayir.
Mən hökümətə yox, dövlətə xidmət edirəm.
Ağilli hökümət bizim fikirlərimizi alib siyasətə çevirməlidir.

Qarabağ haqqinda yazdim. Fikirlərim həyata keçdi.
Qərbi Azərbaycan və Ermənistanin, bölgənin yenidən düzənlənməsi haqqinda yazdim, bu fikirlər indi dövlət siyasətinin əsas prioritetidir.

Türk dünyasinin yenidən qurulmasi, təşkilatlanmasi haqda yazdim, bu da həyata keçdi, keçirilir.

Türkçülük haqqindaki bu görüşlərim, fikirlərim də yaxin 50 ildə həyata keçəcək.

Mən ölkəm və millətim üçün vizyon çizirəm, perspektiv siyasi prioritetləri göstərirəm.

Dövlətimiz uyğulayir.

Bizim istədiyimiz də budur. Biz dövlətimizin düşüncəsini, siyasi prioritetlərini, vizyonunu, mədəniyyətlər və kürəsəl güc savasinda yerini, rolunu müəyyənləşdirən kadrolariq.

TÜRKÇÜLÜK DÜŞÜNCƏSİNDƏ YENİ VİZYON

Türk millətinin Varliq Fəlsəfəsi, Ontoloji görüşləri olan Türkçülük ideoloji- siyasi görüşləri indi yeni bir evrim sürəci keçirir, beləki, Türkçüluk düşüncəsi XXI əsrin cağirışlarına yeni cavablar hazirlamaq məcburiyyətindədir.

Lakin bizim Türkçulər hələ XX əsrin tələbləri ilə düşünürlər, bütövlukdə Türk dünyasi XX əsrin Türkçülüyunu tam mənimsəməmiş, həzm etməmiş XXİ əsrin çağirışlari bizi haqladi. Biz bu çağirişlara cavab hazirlamişiqmi?
Yox, yox! Vaxtimiz isə azdir. Tələsməliyik.

XX əsrin Türkçülüyü böyük Turan coğrafiyasini və vahid Türk millətini fərqli dillərə, kimliklərə, əlifbalara bölüb parçalayan, imperializmə yem edən coğrafiya millətçiliyi paradiqmalarina əsaslanirdi. Türk xalqlarini və coğrafiyasini vahid bayraq, vahid dövlət çatısı altinda birləşdirməyi hədəf alan Turan millətçiliyi XX əsrdə yenilgiyə uğradi, əvəzində Türkçüluk düşüncəsi boýük Türk millətini kiçik cografiya millətçilikləri ilə böldü- Türkləri Azərbaycançiliga, Türkiyəçiliyə, Özbəkistan, Tataristan Türkmənistan səviyyəsinə endirdi.
Böyuk Türk millətindən kiçik kiçik azərbaycanli, özbək, qirğiz qazax, tatar ulusları yaratdilar. Coğrafiyalar, bölgələr üzərindən dövlətləşmə və millətləsmə prosesi həyata keçirildiyi üçün, hər dövlət özünə uyğun coğrafiya mərkəzli dil, əlifba, tarix, kimlik yaratmaq məcburiyyətində qaldi. Hər dövlət var olmaq üçün ozünə ontoloji təməllər yaratmaq məcburiyyətindədir. Beləcə türkçüluk fərqli ontoloji paradiqmalar yaratmaq sürəcinə girdi.
XX əsr Türkçülüyu Türk millətini, coğrafiyasini, sivilizasiyasini, dilini, əlifbasini bölüb parçalayan bir Türkçülük hərəkatina çevrildi. XX əsrdə Türk milləti diferensiallaşma prosesi keçirdi.
XX əsr Türkçülüyü Atatürk və Rəsulzadə şəxsiyyətində simgələnmişdir ki, indi artiq XXI əsrin yeni perspektivlərinə cavab vermir.

XXİ əsr yeni çağirişlar çağirir.

Türkçülük düşüncəsi Türk millətini XXİ əsrin çağirişlarina hazirlamalidir.

XX əsr Türkçülük düşüncəsi Batiya heyran olan, Bati mifini ideallaşdiran, Turan sistemini Bati sistemi ilə uzlaşdıran və Bati sisteminə, Bati mədəniyyətinə yenilən bir Türkçüluk anlayişi ürətdi.

XXI əsr Türkçüluk düşüncəsi Bati mədəniyyət mifini yenən, Bati sisteminin kürəsəl hegemonluğunu rədd edən, Bati sivilizasiyasina alternativ olan Turan və Türk-İslam sivilizasiyasini qurmaği hədəf alan Türkçülukdür. XXI əsr Türkçülük düşüncəsi Turan mədəniyyətini və Turan sivilizasiyasini ontoloji təməl kimi əsas alan Özə Dönüş siyasi- kültürəl- fəlsəfi hərəkatdir. Anti Qərbçi, anti AvroAtlantikçi bir görüşlər sistemidir.

XXİ əsr çağirişlari bunlardir.

Coğrafiya mərkəzli Ulus dövlət yox- Türk mədəniyyət mərkəzli İmperiya!

Kiçik cografiya dövlətləri və millətləri yox- vahid Türk milləti!

Vahid Türk dili!
Vahid Türk Əlifbasi!
Vahid Türk Tarixi!
Vahid Türk Birləşik dövlətləri!

Avropa Birliyinə və ya Rusiyanin başini çəkdiyi Avrasiyaya inteqrasiya olmaq yox- Turan sivilizasiyasina inteqrasiya olmaq!

Bati mədəniyyəti yox- Turan mədəniyyəti!

Bati mifini devirmək- Turan mifini yaratmaq!

Turan Sivilizasiyasini inşa etmək!

Turan sivilizasiyasıni kürəsəl gücə çevirmək!

Bu hədəfləri və perspektivlər XXI əsr Türkçülərinin, Türkçülük hərəkatınin əsas qayəsi olmalidir.

XXİ əsr Türkçülüyü- Türk millətinin İnteqrasiya Çaği olacaqdir.

Türkçülük düşüncəsi deferensasiyani deyil, inteqrasiyani əsas alan fəlsəfə və siyasi paradiqmalar ürətməlidir.

Artiq Ataturkun və Rəsulzadənin coğrafiya mərkəzli ulus dövlət Türkçülüyü- Türkiyə və Azərbaycan dövlətlərinin varliq fəlsəfəsi olsada- XXİ əsrin çağirişlarina tam cavab vermir. İndi bizə Bilgə Xaqanin, Atillanin, Cengiz Xaqanin imperiya Türkçülüyu lazimdir.

Daha geniş ittifaq- İmperiya!

Daha geniş coğrafiya- Turan!

Bati liberal demokratik imperialist düzeni yox-Xaqan və Ağsaqqallar Divani.

Geneş. Türk düzeni!
Solidarizm!

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:214
embedMənbə:https://www.turkustan.az
archiveBu xəbər 17 Oktyabr 2025 12:11 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Radio milli və informasiya təhlükəsizliyimiz üçün mühüm vasitədir” Hikmət Babaoğlu

23 Oktyabr 2026 12:18see382

Dəbdəbəli həyat tərzi nümayişi qadağası So­sial şə­bə­kə­də ya­zı­lan­lar

23 Oktyabr 2026 07:03see364

İran rəsmisi: Uzunmüddətli müharibə ABŞ nin ziyanına olacaq

23 Oktyabr 2026 04:23see305

Vüqar Oruc: “İnternet tarifləri artırılmamalı, xidmətin keyfiyyəti yüksəldilməlidir”

23 Oktyabr 2026 13:49see295

Növbəti köç karvanları Xocavənd və Ağdərəyə çatıb (Yenilənib)

23 Oktyabr 2026 12:58see293

Tramp Vensin namizədliyini dəstəkləmək barədə hələ qərar qəbul etməyib

23 Oktyabr 2026 04:52see289

Zelenski: bu tarixdə ruslarla döyüşsəydik, bu gün müharibə olmazdı

23 Oktyabr 2026 04:19see285

Hamısı məhv edildi Kadırov

23 Oktyabr 2026 01:48see269

Avropa Liqası: Beşiktaş və Yuventus dan heç heçə GÜNÜN NƏTİCƏLƏRİ

23 Oktyabr 2026 00:58see245

Kuba XİN i Ukrayna münaqişəsində iştirakla bağlı ittihamları rədd edib

23 Oktyabr 2026 02:21see236

Gəncədə keçmiş məhkumlardan biri digərini bıçaqlayıb

23 Oktyabr 2026 04:15see230

Araz çayında balıqların sayı artıb

23 Oktyabr 2026 01:21see229

UEFA Avropa Liqası: “Beşiktaş” öz meydanında heç heçə edib

23 Oktyabr 2026 02:49see227

7 ölkə bir araya gəldi İstanbulda mühüm görüş

23 Oktyabr 2026 03:22see225

Tovuzda kişinin güllələnmiş meyiti TAPILDI

23 Oktyabr 2026 04:53see221

ABŞ Venesuelaya qarşı bir sıra sanksiyaları ləğv etməyə hazırlaşır

23 Oktyabr 2026 05:50see220

“Evdə üç günlük ərzaq ehtiyatı toplayın, nağd pul saxlayın”

23 Oktyabr 2026 03:48see218

Diş sağlamlığına zərər verən qidalar Həkim AÇIQLADI

23 Oktyabr 2026 09:47see203

Yeniyetmələrdə görmə zəifliyinin yaranma səbəbləri nələrdir? PAŞA QƏLBİNUR

23 Oktyabr 2026 12:12see189

Bakı Ekspo Mərkəzdə Musa Yaqubun “İpəkyolu” nəşriyyatı tərəfindən çap olunmuş “Gül bağçası” kitabı təqdim olundu

23 Oktyabr 2026 22:09see176
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri