Icma.az
close
up
RU
Davud Nəsibin düşüncəsində şeirləri şairlərə dağlar pıçıldayır

Davud Nəsibin düşüncəsində şeirləri şairlərə dağlar pıçıldayır

Sherg.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

 Ismayil Umudlu


Bu gün Davud Nəsibin doğum günüdür. Vaxt olub, onunla həmsöhbət olmuşam, bir qəzetçi jurnalist kimi bu maraqlı ədəbiyyat adamını söhbətə tutmuşam. Ürəyindən keçənləri özünəxas səmimiliyi ilə dilə gətirib. Unudulmayan bir müsahibə alınıb. Mən Davud Həsibi ikicildliyində oxumuşam. Söz yox, bənzərsiz şairdir.  Mənə görə  isə ondakı dağlar motivi öz poetik səviyyəsinə görə son dərəcə cəlbedicidir. 

Uşaqlığı və  gəncliyi bu mühitdə  keçən, bütün bunları bir zaman yaşamış olan  Davud Nəsibin (1942-2003)  “Dağ köçü”  və  “Aran köçü” mənzumələri quru etnoqrafik deyil, əslində araba ilə mal-heyvan sürüsünü müşayiət etməklə, düşərgədən düşərgəyə tədrici hərəkətin poetik təsviridir. İndi bunlar uzaq keçmişdə qalıb:

Hanı o Köç yolu?

Olmayıb, demə!

Bunu kim andırar, bunu kim bilər?

Hər payız gələndə mənim qəlbimə

Dolana-dolana Köç yolu gələr...                                        

  Uşaqlıq və gənclik illərində demək olar hər yay mövsümünü keçirdiyi, sonralar da dəfələrlə dincəldiyi Qazax yaylaqlarının təbiətinin Davud Nəsibə də güclü sirayət etdiyini görürük. Onun dağlar motivli şeirlərində obrazlar yenidir. Onun bu motivli şeirlərində dağa çatanda Aranı, Aranın istisində dağı arzulayan, dağ təbiətinin biçimlədiyi insan var, Davud Nəsibin düşüncəsində  hətta şeirləri şairlərə dağlar pıçıldayır. “Dağlar danışsaydı”, “Dağlara qar düşübdür”, “Dağlar oğlu”, “Dağların qoynunda”, “Dağlar yaxın olanda”, “Puşkin aşırımı”, “Dağlar yadıma düşdü”, “Dağlar kimə qaldı”, “Şair təbiət”, “Dağları gətirdin mənə” kimi poetik örnəklərdə  bunu görürük. 

... Bir dəfə Qazaxda dincələndə piyada və düşüncəli halda Xanlıqlar kəndi istiqamətinə yollanıb, oradan keçib... qarşısına bizim əsgər və zabitlər çıxıb.. Onu tanıyıblar...  Hara lazımdırsa müşayiət edək deyiblər... Mənə Dilicanı verin, deyib... Zabitlər başlarını aşağı dikib bir söz deməyiblər...   Handan-hana biri dillənib "Şair, bir az səbr et" deyə bilib... 

Unudulmaz şairimizin doğum günündə onu yad edərkən deyə biləcəyim budur: Davud Nəsibin dağları, Dilican yörəsi yenə Qazağın olmalıdır, bizim olmalıdır! O zaman onun da ruhu şad olar.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:199
embedMənbə:https://sherg.az
archiveBu xəbər 27 Mart 2025 01:04 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see320

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see300

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see283

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see281

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see260

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see256

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see254

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see247

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see243

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see236

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see232

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see222

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see217

Həkimlər başında güllə ilə 30 il yaşamış kişini xilas etdilər

13 Noyabr 2026 19:47see215

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see211

Paxıllığın müsbət faydaları

13 Noyabr 2026 20:45see205

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see196

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see196

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see191

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see186
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri